8
həyatının aparıcı təsərrüfat sahələri olmuĢdur. Lakin sonrakı tarixi minilliklərdə bu
sahələr öz aparıcı rolunu itirərək yardımçı təsərrüfat sahələrinə çevrilmiĢdir. Yardımçı
sahələrinin mərhələləri, bu sahələrdə iĢlədilən əmək alətləri və qaydaları haqqında
əsərdə verilən məlumatlar böyük maraq doğurur.
Azərbaycanın yeraltı və yerüstü xammal ehtiyatı, zənginliyi, qədim
zamanlardan baĢlayaraq müxtəlif sənət sahələrinin yaranması və inkiĢafı üçün əlveriĢli
zəmin yaratmıĢdır. Xalqımız əsrlər boyu 50-dən artıq sənət növü yaratmıĢdır. Lakin
onlardan əsasları haqqında məlumat verməklə kifayətlənirik.
Azərbaycanda ən qədim sənət növlərindən biri daĢiĢləmə sənətidir. Bu
sənətin tarixi ibtidai icma quruluĢunun tarixilə səsləĢir. DaĢdan hazırlanan əmək alətləri
insanın inkiĢafında öz rolunu oynamıĢdır. Tarixin müxtəlif dövrlərində yaĢayıĢ
binalarının tikilməsində, sədlərin və keçidlərin inĢasında daĢdan geniĢ istifadə
edilmiĢdir. Zəngin daĢ ehtiyatına malik Azərbaycanda kəndlərin, Ģəhərlərin
salınmasında və digər sahələrdə bu sənət növü öz rolunu oynamıĢdır. Əsərdə
daĢçıxarma, daĢyonma, daĢoyma, diĢəmə, cilalama prosesləri və bu məqsədlə
iĢlədilən əmək alətlərinə geniĢ yer verilir.
Ərazimizdə ən qədim sənət sahələrindən biri olan dulusçuluq hələ Neolit
dövründə mövcud olmuĢdur. Dulusçuluq təkcə mühüm sənət növü olmayıb həm də
arxeologiya elminin əlifbası sayılır. Tariximizin qədim dövrlərinin öyrənilməsində
mühüm mənbə rolunu oynayır. Tunc dövründən əkinçilik və maldarlıq mədəniyyətinin
sonrakı inkiĢafı dulusçuluğun geniĢləndirməsinə səbəb olmuĢdur.
Əkinçilik, maldarlıq və Ģərabçılıq məhsullarının saxlanılmasında dulusçuluq
sənətinin rolu daha da artmıĢdır. Bu fikri arxeoloji qazıntılar zamanı tapılan dulus
çarxlarının varlığı bir daha təsdiq edir. Feodalizm dövründə kəndlərlə yanaĢı,
Azərbaycanın bir sıra Ģəhərlərində daha çeĢidli, daha naxıĢlı zərif qablar məiĢətə geniĢ
daxil olmuĢdur. Dulus sənətinin inkiĢafında münasib torpaq növünün olması mühüm
rol oynayır. Əsərdə dulus məmulatlarının sadədən mürəkkəbə doğru inkiĢaf prosesi və
onun mərhələləri Ģərh edilir.
Ərazimizdə meĢələrin olması ağaciĢləmə sənətinin hələ Tunc dövründən
təĢəkkül tapmasına Ģərait yaratmıĢdır. Bu sənətin ən geniĢ yayılan sahəsi ev
avadanlığı, təsərrüfat tikililəri və nəqliyyat vasitələrinin hazırlanmasıdır. Əsərdə yer
verilən maraqlı məsələlərdən biri də münasib ağac növünün kəsilməsi, qurudulması və
sənətkarlar tərəfindən iĢlədilməsidir. AğaciĢləmə bölməsində bu sənətdə istifadə
edilən əmək alətləri, ağaciĢləmə ustaları haqqında yığcam məlumat vardır.
Azərbaycanda filiz yataqlarının olması metaliĢləmə sənətinin hələ Eneolit
dövründən təĢəkkül tapmasına əsaslı zəmin yaratmasıdır. MetaliĢləmənin inkiĢaf etmiĢ
bir sahəsi misgərlikdir. Feodalizm dövründə misgərlik sənəti daha da inkiĢaf edərək
Təbriz, Marağa, Ərdəbil, ġamaxı, Bakı, Naxçıvan və bir sıra ticarət və sənətkarlıq
mərkəzlərində geniĢ intiĢar tapmıĢdır. Azərbaycan misgərlərinin hazırladıqları sənət
nümunələri yüksək qiymətləndirilmiĢdir. Əsərdə misgərliyin bütün prosesləri və mis
məmulatları hazırlayan mahir ustalar haqqında maraqlı fikirlər verilmiĢdir.
9
MetaliĢləmə sənətinin bir növü də zərgərlikdir. Azərbaycan zərgərləri təkcə
qızıl, gümüĢ, əlvan metallardan deyil, həm də qiymətli daĢlardan istifadə edərək
zərif, incə, gözoxĢayan nümunələr yaratmıĢlar. Ərazimizdə qızıl və gümüĢlə zəngin
yataqların və qiymətli daĢların olması zərgərlik sənətinin inkiĢafına təkan vermiĢdir. Bu
incəsənət daha çox qadınlara xidmət etmiĢdir. Ona görə də əsərdə əlvan metallardan
hazırlanan qadın baĢ bəzəyi, boyunbağı, üzük, sırğa, kəmər, toqqa və baĢqa bəzək
əĢyalarının hazırlanması ətraflı Ģərh edilir, mahir zərgərlərin adları və əl iĢləri
haqqında məlumat verilir .
Əsərdə dəmirçilik, dabbağlıq, kürkçülük, çəkməçilik, sərraclıq və digər
mühüm sənət növləri ilə yanaĢı, boyaqçılıq, keçəçilik haqqında da ətraflı məlumat
vardır.
Xalqımızın ən qədim və aparıcı sənət sahələrindən biri toxuculuqdur.
Toxuculuğun xammal bazası hesab edilən maldarlıq əsas təsərrüfat sahəsi kimi hələ
Neolit dövründə inkiĢaf etmiĢdir.
Yun, pambıq, ipək, kətan və digər xammal mənbəyinin olması toxuculuq
sənətinin sadədən mürəkkəbə doğru təkamülünü izləməyə imkan verir. Toxuculuğun
ilkin mərhələsi hörmə sənəti olmuĢdur. Əsərdə ən qədim dövrdən baĢlayaraq XX əsrin
əvvəlinə qədərki dövrün toxuculuq sənəti tədqiq edilir. Burada xırdabuynuzlu
heyvanlarmın qırxımı, yunun əyirilməsi, boyanması ilə yanaĢı, istifadə edilən dəzgahlar
və əmək alətləri tədqiq edilir. Eyni zamanda, pambıq və ipəkqurdunun becərilməsi və
toxuculuqda istifadəsi qaydaları Ģərh edilir. Toxunan çeĢninin və rəngarəng parça
növlərinin hazırlanması və istifadəsi qeyd edilir.
Üçminillik tarixi olan xalçaçılıq sənəti muğamlarımız kimi, aĢıqlarımız kimi
dünyada məĢhurdur. Əsasən yundan, pambıq və ipəkdən toxunan zövqlü, naxıĢlı, çeĢidli
xalçalarımız dünyanın bir sıra muzeylərinin bəzəyinə çevrilmiĢdir. Təbriz, Qarabağ, Gəncə-
Qazax, ġirvan, Quba və digər xalça məktəblərinin istehsal etdiyi məhsulların sorağı
uzaq-uzaq ölkələrdən gəlir. Əsərdə xovlu və xovsuz xalça, kilim, məfrəĢ, çuval, xurcun
haqqında maraqlı məlumatlar diqqəti cəlb edir. Xalçaçılıqda iĢlədilən əmək alətləri və
dəzgahları da təsvir edilir.
Xatırladaq ki, elmi, tərbiyəvi və həm də təcrübəvi əhəmiyyət kəsb edən üç
cildliyin birinci cildi hələ 1988-ci ildə iĢıq üzü görmüĢ, mütəxəssislər tərəfindən
yüksək qiymətləndirmiĢ və geniĢ oxucu kütləsinin böyük marağına səbəb olmuĢdur.
Lakin hazırda ikinci və üçüncü cildlər nəĢr olunmuĢdur. Qərara alınmıĢdır ki, əsərin
birinci cildi də təkrar çap edilərək oxuculara tam Ģəkildə təqdim edilsin. Aydın
məsələdir ki, birinci cilddə elə bir köklü dəyiĢiklər olmasa da, bir sıra məsələlərə
yenidən - bu günün tələbi baxımından yanaĢmaq lazım gəlmiĢdir.
Aydın və oxunaqlı dildə yazılmıĢ və zəngin illüstrativ materiallarla təchiz
edilən birinci cilddə xalqımızın çoxəsrlik tarixi, təsərrüfat məiĢəti, maddi
mədəniyyətilə məĢğul olan tədqiqatçıların, ali məktəb tələbələrinin və geniĢ oxucu
kütləsinin arzu və istəyi nəzərə alınmıĢdır.
Heç Ģübhəsiz, belə əhatəli Ģəkildə ilk dəfə qələmə alınan birinci cilddə bəzi