35
edirdilər. Bu mübarizədə mannalılara iskitlər də böyük yardım göstərirdilər. Manna
hökmdarı AhĢeri e.ə. VII əsrin 70-ci illərində iskitlərin və midiyalıların
(madalıların) köməyi ilə AĢĢur asılılığından çıxdı və müstəqil siyasət yeritməyə
baĢladı. AĢĢur hökmdarı itirdiyi qalaları geri almaq, Mannanı yenidən tabe etmək
üçün iskitləri öz tərəfinə çəkdi. E.ə. VII əsrin ortalarında AĢĢur ordusu Mannaya
soxuldu, bir neçə Ģəhər və qalanı, o cümlədən paytaxt Ġzirtunu dağıtdı, çoxlu
qənimət ələ keçirdi. Bu yürüĢdən sonra Manna yenidən AĢĢurdan asılı hala düĢdü.
E.ə. 590-cı ildə isə Midiya tərəfindən iĢğal olundu.
Manna dövlətini hakimiyyəti irsən keçən hökmdarlar idarə edirdilər. Ölkə
inzibati cəhətdən vilayətlərə bölünürdü və hökmdarın təyin etdiyi caniĢinlər
tərəfindən idarə olunurdu. Mannada dövlət iĢlərində Ağsaqqallar Ģurası da
müəyyən rol oynayırdı. Mənbələrə görə, paytaxt Ġzirtu möhtəĢəm qala divarları ilə
əhatə olunmuĢdu, gözəl sarayları, yaraĢıqlı imarətləri vardı. Ölkədə çoxlu sayda
Ģəhər və qalalar, möhkəmləndirilmiĢ yaĢayıĢ məntəqələri mövcud idi. Mannanın ən
qüdrətli dövründə - hökmdar Ġranzunun zamanında (e.ə. VIII əsrin ikinci yarısı)
ölkənin ərazisi Araz çayından Ģimala və Xəzər dənizi sahillərinə qədər uzanırdı
[58].
Mannada əkinçilik, maldarlıq, sənətkarlıq sahələri yüksək inkiĢaf
səviyyəsinə çatmıĢdı. Ölkənin ərazisi suvarma kanalları Ģəbəkəsi ilə örtülmüĢdü.
Arxeoloqlar bu dövrə aid yerin altından borularla çəkilmiĢ kanal qalıqları aĢkar
etmiĢlər. Manna Ģəhərlərində çoxlu buğda, arpa ehtiyatları olan anbarlar, Ģərab küpləri
olan zirzəmilər haqqında mixi kitabələrin məlumatları taxılçılığın, bağçılığın və
üzümçü-lüyün yüksək inkiĢaf mərhələsində olduğunu təsdiqləyir. Ölkənin iqtisadi
həyatında maldarlıq da önəmli yer tuturdu. AĢĢur və Urartu hökmdarları Mannaya
qarətçi yürüĢləri zamanı çoxlu qaramal, davar, at və dəvə ələ keçirdiklərini təntənə ilə
qeyd etmiĢlər [59]. Mannada atçılıq xüsusilə inkiĢaf etmiĢdi. AĢĢura ödənilən xəracın çox
vaxt təkcə atlardan ibarət olması Manna atlarının bütün Qədim ġərqdə məĢhur olması
ilə bağlı idi. Mannada metaliĢləmə, xüsusən də silahqayırma və zərgərlik sənəti
sahələri, dulusçuluq, toxuculuq üzrə çox mahir sənətkarlar mövcud idi. Arxeoloji
qazıntılar zamanı Həsənli və Ziviyədən aĢkar edilmiĢ sənətkarlıq məmulatları bunu
aydın göstərir.
Mannalılar etnik, dil, iqtisadi və mədəni cəhətcə lullubi, kuti, turukku tayfa-
larının törəmələri, əsl varisləri idilər. E.ə. VIII əsrdə Qafqazın Ģimalından cənuba
kimmerlərin, onların ardınca da iskitlərin və sakların yürüĢ edib Mannanın Ģimal
vilayətlərində məskunlaĢmaları ölkəmizdə türk tayfalarının mövqeyini daha da möh-
kəmlətdi. Bu tayfaların yaratdığı dövlət qurumu - Ġskit Ģahlığı e.ə. VII əsrin 70 ili ərzində
Urmiya gölündən Ģimalda və qərbdə mövcud olmuĢ, o dövrün etnik-siyasi
proseslərində fəal iĢtirak etmiĢdi. Bu tayfaların, xüsusən də iskit, sak adı altında
yürüĢdə iĢtirak edənlərin bir qismi türk etnosları idi [60]. E.ə. VIII-VII əsrlərə
qədərki dövrdə Hind-Avropa və ya ari tayfalarının Cənubi Qafqazda və onunla
həmhüdud bölgələrdə yaĢamaları haqqında yazılı qaynaqlarda heç bir məlumat
37
yoxdur. Bir sıra tədqiqatçıların ciddi səy göstərmələrinə baxmayaraq, arxeoloji və
etnoqrafik araĢdırmalar da bu tayfaların qeyd olunan dövrə kimi Qafqazla, ətrafı
bölgələrlə bağlılığı haqqında heç bir dəlil-sübut verməmiĢdir [61].
Ġskitlər tarixdə ilk dəfə çoxsaylı atlı qoĢun yaratmıĢ, yeni hərbi taktikalar tətbiq
etmiĢ, daha mükəmməl silahlardan istifadə etmiĢdilər. Onların gəliĢi Azərbaycanda və
bütövlükdə Yaxın ġərqdə hərbi iĢdə, incəsənətdə və məiĢətdə yeniliklərə səbəb oldu.
Sonrakı yüzilliklərdə baĢ verən etnik proseslər göstərir ki, kimmer, iskit və
sak axınları Azərbaycanda, o cümlədən də Urmiya ətrafı bölgədə qədimdən yaĢamaqda
olan türk etnoslarının sayının artmasına, mövqeyinin möhkəmlənməsinə gətirib çrxardı.
E.ə. I minilliyin ilk əsrlərində Mannadan cənub-Ģərqdə Midiya (Mada, Amaday)
tayfaları yaĢayırdılar. AĢĢur hökmdarları bu tayfaları özünə tabe etmiĢdi. E.ə. VIII əsrin
sonunda Deyok Midiya tayfalarını birləĢdirərək dövlət yaratdı, paytaxt Ģəhəri Ekbatanın
əsasını qoydu. Midiya mannalıların və iskitlərin yardımı ilə AĢĢur əsarətinə son qoydu.
Özünə Ģahlar Ģahı titulu götürmüĢ Kiaksar hərbi islahat keçirərək ordunu atlılara və
piyadalara böldü, nizəçiləri oxatanlardan ayırdı. O, öncə Midiyadan cənub-Ģərqdə yerləĢən
Parsua - Fars ölkəsini ələ keçirdi, daha sonra Babil hökmdarı ilə ittifaqa girib AĢĢura
qarĢı müharibəyə baĢladı. E.ə. 612-ci ildə Nineva yandırıldı, AĢĢur ərazisi bu iki
dövlət arasında bölüĢdürüldü. Kiaksar e.ə. VI əsrin əvvəlində Manna, Ġskit və Urartu
dövlətlərini də özünə tabe etdi [62].
Mannalılar iqtisadi və mədəni cəhətdən midiyalılardan daha üstün idilər və onla-
rın təsərrüfatına və mədəniyyətinə müsbət təsir göstərdilər. E.ə. 550-ci ildə Fars
əyalətinin baĢçısı II Kir Ekbatanı ələ keçirib özünü Ģah elan etdi, yeni Ġran -
Əhəmənilər dövlətinin əsasını qoydu. Midiyaya tabe olan ölkələri, o sıradan Cənubi
Azərbaycanı Ġran - Əhəmənilər dövlətinə birləĢdirdi. II Kir e.ə. 530-cu ildə Araz
çayından Ģimala - Massagetlər (Saklar) ölkəsinə hücum etdi. Massagetlərin hökmdarı
Tomiris Əhəmənilər ordusunu məğlub edib qovdu, II Kir öldürüldü. I Dara Ġran taxtına
çıxdıqdan sonra Araz çayından Ģimaldakı sakları itaət altına aldı. Herodot Qafqaz
dağlarınadək ərazidə yaĢayan tayfaların, o cümlədən də kolxidalıların HaxamaniĢi
Ģahına xərac göndərdiklərini qeyd etmiĢdir.
E.ə. IV əsrin 30-cu illərində Makedoniyalı Ġskəndərin ġərqə yürüĢü nəticə-
sində Əhəmənilər imperiyası məhv oldu. Ġskəndərin ölümündən sonra, onun yaratdığı
nəhəng imperiya da parçalandı. Azərbaycanın cənubunda Atropaten, Ģimalında
Albaniya dövlətləri yarandı. Atropaten adı sərkərdə Atropatın adı ilə bağlıdır. Atropat III
Daranın atlı qoĢununun baĢçısı kimi Qavqamel döyüĢündə igidliklə vuruĢmuĢdu. O,
Əhəmənilər dövlətinin süqutundan sonra Kiçik Midiya caniĢini-satrapı kimi Ġskəndərin
hakimiyyətini qəbul etmiĢ və onun tərəfindən Midiya caniĢini təyin olunmuĢdu.
Ġskəndərin ölümündən sonra Atropat Midiyanın Ģimal hissəsində müstəqil siyasət
yeritməyə baĢlamıĢ və bu ölkə onun adı ilə Atropat Midiyası, daha sonra isə Atropaten
adlanmıĢdı. Hökmdarın iqamətgahı Qazaka Ģəhəri idi.
Azərbaycan adının etimologiyası ilə məĢğul olan tədqiqatçıların çoxu bu adın
qədim və erkən orta əsrlərdə Atropaten-Adurbadaqan-Adərbayqan-Azərbaycan