6
F.Engelsin qeyd etdiyi kimi: "...bu çox qədim dövr - hər hansı bir Ģəraitdə bütün
gələcək nəsillər üçün son dərəcə maraqlı bir dövr olub qalacaqdır, çünki, həmin dövr,
çox sonrakı daha yüksək inkiĢafın əsasını təĢkil edəcəkdir, çünki həmin dövrün
baĢlanğıc nöqtəsi insanın heyvan aləmindən ayrılmasından, onun məzmunu ilə
gələcəkdəki birləĢmiĢ insanların heç bir zaman təsadüf etməyəcəkləri çətinliklərin
aradan qaldırılmasından ibarətdir".
Etooqrafik əsərlərin yazılmasında arxeologiya elmi kimi tarix elminin aparıcı
rolu da danılmazdır. Ona görə də, tarix elminin nailiyyətlərindən, müxtəlif xarakterli
qaynaqlardan, səyyahların, tacirlərin, alimlərin, Ģairlərin əsərlərindən yeri gəldikcə
istifadə edilmiĢdir. Buraya ayrı-ayrı məsələlərlə bağlı muzey kolleksiyaları, arxiv
materialları və dövrü mətbuat da daxil edilmiĢdir.
Azərbaycan xalqının mənĢəyinin və təkamülə çatmasının öyrənilməsində
antropologiya elminin rolu son dərəcə böyükdür. Ona görə də üçcildlikdə bu problemə
yeri gəldikcə müraciət edilir. Əsərin birinci cildilə bağlı kənd təsərrüfat elmlərinin
məlumat və müddəalarından daha geniĢ Ģəkildə istifadə edilmiĢdir. Sənətkarlıq
sahələri ilə əlaqədar məsələlərin Ģərhində incəsənət sahələrinə də müraciət
edilmiĢdir.
Etnoqrafıya elmi hər hansı bir materialı təkcə qeydə almaq, təsvir etmək kimi
deyil, eyni zamanda onun nесə əmələ gəldiyinin bərpasına çalıĢır, əhəmiyyətini
göstərir, sadədən mürəkkəbə doğru inkiĢaf mərhələlərini izləyir. Müqayisəli
materiallarla tədqiq edir. Tarixi ardıcıllığı üstün tutur.
Etnoqrafiya xalqın əmək fəaliyyətinin zəngin irsinin, dünyagörüĢünün
araĢdırılmasında əvəzsiz rol oynayır. Əmək insanın heyvanat aləmindən ayrılmasında
ilkin və əsas Ģərt kimi mənalandırılır. Onun sonrakı inkiĢaf fəaliyyətinin əsasını təĢkil
edir. F.Engelsin təbirincə desək: "Əmək bütün insan həyatının birinci əsas Ģərtidir, həm
də о dərəcədə belə bir əsas Ģərtdir ki, biz müəyyən mənada deməliyik: insanın özünü
əmək yaratmıĢdır".
Azərbaycan xalqının etnoqrafiyası onun tarixi qədər zəngin və qədimdir. Bu
çoxsahəli zəngin irsi hərtərəfli araĢdırmadan, onun tarixini də yüksək elmi səviyyədə
tədqiq etmək qeyri-mümkündür. Deməli, etnoqrafiya elmi hazırda qurub-yaradan
Azərbaycan xalqının qədim və müasir tarixinin öyrənilməsinə təsirli kömək göstərir,
onu yeni dəlil-sübutlarla zənginləĢdirir.
Heç Ģübhəsiz, "Azərbaycan etnoqrafiyası"nın nəĢr edilməsi çoxcildlik
Azərbaycan tarixi, ədəbiyyatı, folkloru, memarlıq və incəsənət tarixi, dil tarixi, habelə
xalq təsərrüfatı tarixinin yazılmasına xeyli kömək edəcək, həmin əsərlərin daha da
dolğunlaĢmasına və zənginləĢməsinə imkan yaradacaqdır.
Uzun illərin və gərgin əməyin məhsulu olan Azərbaycan etnoqrafiyası bu
Ģəkildə etnoqraflarımız tərəfindən ilk dəfə qələmə alınır. Üç cilddən ibarət olan bu
ciddi araĢdırmada demək olar ki, etnoqrafiya elminin əhatə etdiyi bütün məsələlərin
hamısı yetərincə öz əksini tapmıĢdır.
Xatırladaq ki, bu üç cildliyin əhatə dairəsi daha geniĢ olsa da, onun tədqiqat
7
obyektinin əsasını XIX əsr və XX əsrin əvvəlləri təĢkil edir. Üçcildliyin birinci cildində
"Azərbaycan xalqının təsərrüfat həyatı" və "Sənətkarlıq" sahələri xronoloji ardıcıllıq
prinsipinə uyğun Ģəkildə özünün geniĢ əksini tapmıĢdır. Ġkinci cild "Maddi
mədəniyyət" və "Ailə və ailə məiĢət", üçüncü cild "Mənəvi mədəniyyət"
problemlərini əhatə edir.
Azərbaycan etnoqrafiyasının əsas tərkib hissələrindən olan əkinçilik və
maldarlıq mədəniyyətinin, çoxsaylı sənətkarlıq sahələrinin, maddi və mənəvi
mədəniyyət məsələlərinin daha dolğun və əhatəli Ģəkildə araĢdırmasında təbii-coğrafi
Ģəraitin son dərəcə böyük, bir sıra hallarda isə müstəsna rolu vardır. Bu mühüm cəhəti
nəzərə alaraq əsərdə ölkəmizin coğrafiyası qısa oçerk Ģəklində öz əksini tapması
təbiidir.
Birinci cilddə Azərbaycanda zaman-zaman yaĢayan əhalinin iki milyon illik
tarixi nəzərdən keçirilir. Burada Paleolit, Neolit, Eneolit və Tunc dövrləri, ibtidai icma
quruluĢunun dağılması, ilk sinifli cəmiyyətin və dövlətin yaranması, feodalizmin
bərqərar olması və inkiĢafı, eləcə də kapitalizmin təĢəkkülü prosesinin qısa Ģəkildə
Ģərhi verilmiĢdir.
Həqiqətdir ki, bəĢər tarixinin ən qədim və əsas kəĢflərindən biri, insanlar üçün
həyatı məna kəsb edən əkinçilik mədəniyyətidir. Ərazimizin əlveriĢli təbii-coğrafi
Ģəraitə malik olması burada qədim zamanlardan müxtəlif təsərrüfat sahələrinin
yaranması və sonrakı inkiĢafına əsaslı zəmin yaratmıĢdır. Azərbaycanda yabanı аrpа və
buğda, taxıl növlərinin mövcudluğu, yığıcılıq iĢilə məĢğul olan ibtidai insanların
tədricən əkinçilik vərdiĢləri yeni mədəniyyətinin yaranmasına gətirib çıxarmıĢdır.
Azərbaycan təkcə Qafqaz da deyil, həm də ġərq ölkələri arasında ən qədim
kənd təsərrüfatı ölkələrindən biri kimi tanınır. Burada hələ Neolit dövründə dəmyə
əkinçilik əhalinin təsərrüfat həyatında əsas yerlərdən birini tutmuĢdur. Əsərdə Ģum
alətlərinin sadədən mürəkkəbə doğru inkiĢafından, biçin və döyüm qaydaları, taxılın
saxlanması məsələləri tədqiq edilir. Həm də süni suvarma məsələləri, üzümçülük,
bağçılıq, bostançılıq, tərəvəzçilik və təsərrüfatın baĢqa sahələrinin inkiĢafı
araĢdırılır.
Çəltikçilik və ipəkçilik bəzi bölgələrdə əhalinin əsas məĢğuliyyəti olmuĢdur.
Əsasən ilk orta əsrlərdən etibarən Azərbaycanda bir sıra sərfəli texniki bitkilər
becərilmiĢdir. Əsərdə bu təsərrüfat sahələrinin hər biri ayrılıqda tədqiq edilmiĢ və
onların əhalinin təsərrüfat məiĢətində tutduğu mövqe müəyyənləĢdirilmiĢdir. Eyni
fikri arıçılıq təsərrüfatı sahəsinə də Ģamil etmək olar.
Azərbaycan xalqının təsərrüfat məiĢətində maldarlıq minilliklər boyu mühüm
rol oynamıĢdır. Hətta bəzi bölgələrdə qoyunçuluq aparıcı təsərrüfat sahəsi olmuĢdur.
Qaramal, atçılıq və dəvəçilik əsrlərdən əsrlərə keçərək yerli əhalinin təsərrüfat
həyatında möhkəm yer tutmuĢdur. Əsərdə maldarlıq təsərrüfatı ilə yanaĢı, maldarlıq
məhsullarının hazırlanması və istifadəsi barədə də maraqlı etnoqrafik məlumatlar
vardır.
Azərbaycanda ovçuluq və balıqçılıq qədim DaĢ dövründə əhalinin iqtisadi