L ü Ğ Ə t və e n s ġ k L o p e d ġ y a L a r



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə15/190
tarix30.12.2017
ölçüsü4,32 Mb.
#18844
1   ...   11   12   13   14   15   16   17   18   ...   190

 

 

38 



Ģəklində dəyiĢməsi fikrini [63] haqlı sayırlar. 

Atropat xalq qəhrəmanı, el xilaskarı, tədbirli və cəsur sərkərdə, uzaqgörən qabil 

diplomat,  müdrik  dövlət  baĢçısı  idi.  Etibarı  və  mərdliyi  ilə  böyük  Ģöhrət  qazanmıĢdı. 

Atropat  siyasi,  iqtisadi  və  mədəni  cəhətdən  üstünlüklərə  malik  güclü  bir  dövlət 

yaratmıĢdı.  Mənbələrdən  aydın  olur  ki,  Atropaten  düĢmənə  qarĢı  müharibəyə  40 

min piyada, 10 min süvari qoĢun çıxara bilirdi [64]. 

Makedoniyalı Ġskəndərin vəfatından sonra Atropat yaranmıĢ vəziyyəti düzgün 

qiymətləndirərək,  öz  dövlətini  gücləndirdi,  müstəqilliyini  qorudu.  Onun  varisləri  e.ə. 

III—I  əsrlərdə  Selevkilər,  Roma  və  Parfiya  dövlətlərinin  Atropatendə  öz  mövqelərini 

möhkəmlətmək cəhdlərinə qarĢı mübarizə aparmalı oldular. 

Atropaten ərazisində süni suvarma əsasında əkinçilik yüksək inkiĢaf etmiĢdi. 

Taxılçılıq  və  bağçılıqla  yanaĢı,  əhalinin  iqtisadi  həyatında  maldarlıq  da  mühüm  rol 

oynayırdı. Sənətkarlıq və ticarət öz dövrünə görə yüksək inkiĢaf səviyyəsinə çatmıĢdı 

[65]. 


Müasir azərbaycanlıların ulu əcdadlarının ən əsaslarından birinin atropatenlilər 

olması  tamamilə  qanunauyğun  bir  haldır.  Məhz  Atropaten  və  Albaniya  dövlətlərinin 

yaranması ilə Azərbaycan xalqının formalaĢması prosesi baĢlandı. 

Azərbaycanın qədim dövlətlərindən biri də Albaniya dövləti olmuĢdur. Antik 

dövrdə Azərbaycanın Ģimal vilayətlərində və Dağıstanın cənubunda alban, kaspi, sak, 

kadusi,  qarqar,  uti,  qel,  leq  və  digər  tayfalar  [66]  yaĢayırdılar.  Ölkənin  ərazisi  Kiçik 

Qafqazdan  və  Arazın  orta  axarlarından  Böyük  Qafqaz  dağlarının  Ģimal-Ģərq 

qurtaracağına  -  Dərbəndə  qədər  uzanırdı.  Strabon  xəbər  verir  ki,  albanlar  qərbdən 

iberlərlə, Ģərqdən Kaspi (Xəzər) dənizi ilə əhatə olunmuĢdur [67]. 

Albaniya etnik tərkib etibarilə müxtəlif tayfalardan ibarət olsa da, onların ara-

sında öz yaraĢığı, uca qaməti, ala gözləri ilə seçilən albanlar çoxluq təĢkil edirdilər. Antik 

müəlliflərin  ġimali  Azərbaycan  tayfalarının  Qavqamel  döyüĢündə  "albanlar"  adı  ilə 

Atropatın müttəfiqi kimi iĢtirak etmələri haqqında məlumatları bunu sübut edir. Alban 

adı  qədim  türk  sözü  olan  "alp"  (cəsur,  igid)  və  "an"  (cəm  Ģəkilçisi)  əsasında 

yaranmıĢdır  və  cəsurlar,  igidlər  deməkdir.  Antik  müəlliflərin  albanları  igid,  cəsur 

adlandırması  da  bununla  bağlıdır.  "Kitabi  Dədə  Qorqud"  dastanında  bu  tayfanın 

"alpanlar"  adlandırılması,  ġimali  Azərbaycanda  Alpan,  Alpout  adlı  toponimlərin 

qalması  bunu  təsdiqləyir.  Mərkəzi  Asiyada  türkmən,  qazax  və  qırğız  xalqlarının  soy 

kökündə  alban  tayfalarının  olması  haqqında  bilgilər  də  albanların  türk  mənĢəli 

olmasını göstərir. 

E.ə. IV-III əsrlərdə yaranan Albaniya dövləti sonralar Qafqazda ən qüdrətli 

dövlətlərdən birinə çevrildi. Ölkənin paytaxtı Qəbələ Ģəhəri idi [68]. 

E.ə. I əsrin 60-cı illərində Cənubi Qafqaz xalqları Roma iĢğalçılarına qarĢı 

mübarizə  aparmıĢlar.  Roma  sərkərdəsi  Pompey  Ermənistanı  tutandan  sonra  Cənubi 

Qafqaza yürüĢə baĢladı, e.ə. 66-cı ildə Albaniya ərazisinə daxil oldu. Alban hökmdarı 

Oroys 40 minlik ordu ilə düĢmənə qarĢı hücuma keçdi. Lakin Kür çayı sahilində baĢ verən 

döyüĢdə  məğlub  olan  albanlar  geri  çəkildilər.  Yadellilərə  qarĢı  müharibədə  kiĢilərlə 



 

 

39 



birlikdə  möhkəm  silahlanan  qadınlar  da  vətən  uğrunda  mübarizəyə  qalxmıĢdılar. 

Sonrakı il baĢ verən vuruĢmada Pompey hiylə iĢlətməklə qalib gəldi. Bu zaman döyüĢ 

meydanında  kiĢilərdən  az  yara  almayan  çoxlu  qadınların  olması,  qadınların  kiĢilərlə 

çiyin-çiyinə  cəsarətlə  vuruĢmaları  romalıları  heyrətə  salmıĢ,  antik  dünyada 

albanlardan  Ģimalda  döyüĢkən  amazonkaların  yaĢaması  və  albanlara  kömək  etməsi 

haqqında  əfsanənin  geniĢ  yayılmasına  səbəb  olmuĢdu  [69].  Albaniya  e.ə.  I  minilliyin 

sonu - yeni eranın ilk əsrlərində düĢmənə qarĢı mübarizəyə 60 min piyada  və  22  min 

atlı döyüĢçü çıxara bilirdi. Dövləti Aranilər sülaləsindən olan hökmdarlar idarə edirdi. 

Ölkə vilayətlərə bölünürdü. Arxeoloji tədqiqatlardan və antik mənbələrdən aydın olur 

ki,  qədim  Albaniyanın  ərazisində  taxılçılıq,  üzümçülük  və  maldarlıq  əhalinin  əsas 

məĢğuliyyəti  olmuĢdur.  Sənətkarlıq  və  ticarət  dövrünə  görə  yüksək  səviyyəyə 

çatmıĢdı.  Dulusçuluq  və  metaliĢləmə  xüsusilə  güclü  inkiĢaf  etmiĢdi.  Dulusçular 

cürbəcür qab-qacaq düzəltməklə yanaĢı, həm də e.ə. III əsrdən dam örtüyü üçün kirəmit 

istehsal  edirdilər.  Metal  alətlər  və  silahlar  döymə  və  tökmə  üsulu  ilə  hazırlanırdı. 

Toxucular  qoyun,  keçi  və  dəvə  yunundan,  kətan  lifindən  paltar,  parça  toxuyurdular. 

Memarlıq,  Ģəhərsalma  mədəniyyəti  qədim  dövrün  ən  yaxĢı  ənənələrinə  əsaslanırdı. 

Albaniyanın  mərkəzi  Ģəhəri  Qəbələdə  xüsusi  əhəmiyyət  kəsb  edən  binalar  biĢmiĢ 

kərpic  və  əhəng  məhlulu  ilə  hörülür,  damı  yüksək  keyfiyyətli  kirəmitlə  örtülürdü 

[70]. 

 

 



 

 

 



 

 

 



Antik müəlliflər Albaniyada 29 Ģəhər olduğunu qeyd etmiĢlər. Bu Ģəhərlər böyük 

sənətkarlıq  və  ticarət  mərkəzləri  idilər.  Qədim  çağlardan  ölkəmizdən  mühüm  tica-rət 

yolları keçirdi. Onlardan Xəzər dənizinin qərb sahili boyunca Dərbənddən Ģimala və Kür 

çayı boyunca Qara dəniz sahillərinə doğru uzanan ticarət yolları beynəlxalq əhəmiyyətə 

malik idi. Ticarətdə puldan geniĢ istifadə edilirdi. Albaniyada tapılan ən qədim pullar 

Makedoniyalı  Ġskəndərin  gümüĢ  sikkələridir.  Gətirilmə  pullar  tələbatı  ödəmədiyi 

üçün, e.ə. III əsrdən yerli pul kəsilməsinə baĢlanmıĢdı [71]. 

 

 



 

Eramızın III – IV əsrlərindən etibarən Azərbaycan xalqının ictimai – siyasi 

və  sosial  –  iqtisadi  həyatında  əsaslı  dəyiĢikliklər  baĢ  vermiĢdir.  Hər  Ģeydən  əvvəl, 

qədim sinifli cəmiyyəti yeni ictimai – quruluĢ fedalizm əvəz etdi. Nəticədə yeni, daha 

mütərəqqi  istehsal  münasibətləri  yaranmağa  baĢladı.  Fedalizm  quruluĢunun  baĢlıca 

göstəricisi torpaq  torpaq sahibliyi idi. Azərbaycanda. Digər ġərq ölkələrində olduğu 

kimi,  bütün  orta  əsrlər  boyu  torpaq  dövlətin  –  hökmdarın  ixtiyarında  olmuĢdur. 

Hökmdar dövlətə xidmət qarĢılığında hərbiçilərə və mülki məmurlara torpaq mülkləri 

paylayırdı. Torpaq sahibinə   - feodala çevrilən bu Ģəxslər onlara verilən torpaqlarda 

yaĢaya  əhalidən  vergi  toplamaq  hüququ  alırdılar  ki,  bu  da  hakim  zümrənin  daimi 

yaĢayıĢ və qazanc mənbəyi idi.  

Həmin  mülkiərdə  yaĢayan  icma  üzvləri  (camaat)  -  kəndlilər  torpağı  əkib-

becərir və məhsulun bir hissəsini feodala verirdilər. Feodal kəndli əməyini istismar 

etsə də, Azərbaycanda, Avropadan və Bizansdan fərqli olaraq, təhkimçilik hüququ yox 

dərəcəsində idi və feodal kəndlini alıb-sata bilməzdi. 

 



Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə