L naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti beynəlxalq magistratura və doktorantura məRKƏZİ



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə14/43
tarix27.12.2023
ölçüsü0,67 Mb.
#163491
1   ...   10   11   12   13   14   15   16   17   ...   43
Da-d-mirova-Sona-S-yavu-q-z-

Marketinq strategiyaları- 
Dünya turizmindəki inkişaf rəqabətin milli 
səviyyədən destinasiya səviyyəsinə keçdiyini göstərir.
Destinasiya marketinqi, coğrafi 
olaraq bir bölgə və ya şəhəri əhatə edir və ümumi olaraq milli səviyyədəki marketinq 


25 
səylərinin bir ünsürü olmaqdadır.
Bu vəziyyətdə iki mərhələli bir tətbiq həyata keçirilir 
və destinasiya məhsulu iki ayrı səviyyədə ələ alınaraq bazara çıxarılır.
Bunlardan 
birincisi, milli və yerli destinasiya rəhbərliklərinin və ya təşkilatlarının marketinq 
fəaliyyətləri, ikincisi isə turistik mal və xidmətləri istehsal edən turizm müəssisələri 
tərəfindən həyata keçirilən fərdi marketinq fəaliyyətləridir.
Əslində hər iki səviyyədəki 
reklam və marketinq fəaliyyətləri də eyni məhsulu sata bilmək üçün edilən səylərdir və 
turistik məhsulun xüsusiyyəti, bu cür ortaq səyləri zəruri etməkdədir.
Destinasiyanın 
uğurlu olması bir çox amildən asılıdır, lakin yeni destinasiyaların sürətlə bazara daxil 
olduğu və mövcud destinasiyaların da rəqabət qabiliyyətli yeni strategiyalarla 
gücləndirildiyi, müasir dövrümüzdə gəlirli turizm destinasiyaları yaratmaq elədə asan 
deyil.
Bu mənada düzgün yerləşdirmə, cəlbedici və cazibədar imiclə güclü bir 
markanın yaradılması bir destinasiyanın uğuruna təsir edən ən vacib amillərdən biridir.
Söz gedən ünsürlər bir-birindən müstəqil olmayıb əksinə bir-biri ilə əlaqəli ardıcıllıqla 
qiymətləndirilməkdədir [21, səh. 63].
Yadda saxlama- 
Turizmdə yadda saxlama, bir destinasiya məhsulunun 
turistlərə ifadə etdiyi dəyərlərin cəmidir.
Marketinq səyləri olmadan da, müəyyən bir 
destinasiyanın turistlərin yaddaşlarında qalması mümkündür.
Ancaq doğru 
yerləşdirmə üçün; hədəf bazar və bu bazarı təşkil edən turistlərin ehtiyaclarını və 
gözləntilərini bilmək çox əhəmiyyətlidir.
Destinasiyaların potensial turistlərin ağılında 
necə qalmaq istəmələrinin qərarı, onların turizm rəqabətindəki yerini müəyyən edir.
Bu 
səbəbdən bir destinasiya necə bilinmək, tanınmaq və xatırlanmaq istəyirsə 
yerləşdirilməsi də o istiqamətdə olmalıdır.
Bu məqsədlə destinasiyaların rəqiblərindən 
fərqləndirilməsi və cazibədar hala gətirilməsi üçün tətbiq edilən üsullardan əlavə
doğru və uyğun bir imic yaradılması və əlaqədar destinasiyanı bir marka halına 
gətirilməsi böyük əhəmiyyət daşıyır.
Turistik destinasiyanın yadda saxlanılması 
mövzusunda həyata keçiriləcək ilk iş, destinasyon üçün arzu edilən və mümkün olan 
ən uyğun mövqeyə qərar verilməsi və bu destinasyanı nəyi çağrıştırdığının təyin 
olunması istiqamətindəki səylər olacaqdır [21, səh. 63].

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə