L naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti beynəlxalq magistratura və doktorantura məRKƏZİ



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə15/43
tarix27.12.2023
ölçüsü0,67 Mb.
#163491
1   ...   11   12   13   14   15   16   17   18   ...   43
Da-d-mirova-Sona-S-yavu-q-z-

imic yaradılması- 
Destinasiyanın imici, destinasiya seçimi üzərindəki təsiri 


26 
səbəbindən diqqətlə alınması lazım olan əhəmiyyətli bir marketinq ünsürüdür.
Var olan 
bir imici dəyiştirmək və ya inkişaf etdirmək asan olmadığı və beynəlxalq turizm 
bazarına girən destinasiya sayı getdikcə artdığı üçün sıx, ağıllı və yaradıcı marketinq 
çalışmalarına ehtiyac duyulmaqdadır.
Turizm məhsulu mücərrəd və bir-birinə bənzər 
olduğundan destinasiyalar arası rəqabət, imiclər vasitəsi ilə həyata keçirilir.
Ən müsbət 
imicə sahib destinasiya, turistə ən yüksək səviyyədə məmnuniyyət təmin eddir, bu 
səbəbdən, bir destinasiyanın imici nə qədər müsbətdirsə seçilmə şansı da o qədər 
yüksək olur.
Destinasiyanın imici konseptual, emosional ya da vahid imicdən ibarət ola 
bilər.
Konseptual imic bir yerin obyektiv xüsusiyyətləri ilə əlaqədar olarkən, emosional 
imic dedikdə bir yerlə əlaqədar olan duyğu nəzərdə tutulur.
Bir destinasiyanın sahib 
olduğu hər iki konseptual və emosional imic, həmin destinasiyanın ümumi (vahid) 
imicini formalaşdırır.
Uğurlu bir destinasiya marketinqi üçün uyğun və təsirli bir "imic" 
yaratmaq əsas şərtlərdəndir.
Bir Destinasiya cazibədarlığının əhəmiyyətli bir hissəsi 
olan imic, marketinq çalışmalarının da təməlini təşkil etməkdədir.
Bunun səbəbi 
turistlərin qərar vermə prosesində məlumat səviyyəsinin, təəssüratlarının, önyargıların, 
xəyalların, gözləmələrin, duyğuların və imicin əsas rol oynadığıdır.
Turizm 
destinasyonu qərar modellərinin çoxunda, əvvəlki təcrübə, qərar vermə müddətinə təsir 
edən əhəmiyyətli bir faktordur [33].


27 
Ⅱ FƏSIL
TURİZM MƏHSULUNUN SATIŞ VƏ TƏQDİMAT ÜSULLARI 
2.1. Turizm məhsulunun hərəkətə gətirilməsində turizm müəssisələrinin rolu 
Turizm müəssisələri turların hazırlanması, proqlamlaşdırılması eləcə də satışı ilə 
məşğul olan təşkilat və ya müəssisələrdir. 
Turizm müəssisələrinin aşağıdakı növləri mövcuddur: 

Turistlərin bütün xidmət kompleksləri ilə təmin olduğu müəssisələr (buraya 
əsasən öz yerləşdirmə müəssisələri olan turizm müəssisələri aid edilir). 

Turizmin təşkil edilməsi məqsədi ilə yaradılan təşkilat və firmalar (səyahət 
agentlikləri, turistlərin qəbulu ofisləri və s.). 

Turistlərin getdikləri destinasiyalarda yerləşdirilməsi və qalması məqsədi ilə 
yaradılmış müəssisələr (mehmanxanalar, otel və ya motellər və s.). 

Turistlərin qidalandığı müəssisələr (restoranlar, kafelər, barlar və s.). 

Turistlərin daşınması ilə əlaqədar fəaliyyə göstərən müəssisələr. 

Turistləri mədəni xidmətlərlə (teatrlar, kinolar, konsert zalları və s.) və səyahət-
ekskursiya xidmətləri ilə təmin edən müəssisələr (səyahət büroları)
[1, səh. 42].

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə