Keynsin nəzəriyyəsilə neoklassik iqtisadi artım nəzəriyyəsinin
sintezidir. Neoklassik sintez Keynsin nəzəriyyəsini “Natamam
işsizlik” şəraitində müvazinət nəzəriyyəsi kimi şərh etmişdir.
Keynsin nəzəriyyəsinin bu cür izahı müharibədən sonra da əsas
istiqamət olmuş və iqtisadi siyasətin əsas prinsiplərini formalaşdıran
“ortodoksal keynsçiliyin” inkişafına səbəb olmuşdur.
3.2.
P.Samuelsonun “neoklassik sintez” təlimi və keynsçi -
monetraist baxışların sintezi
Son iki yüz ildə həm iqtisadi elmlərin, həm də bazar
iqtisadiyyatlı ölkələrin kütləvi işsizlik və inflyasiya ilə mübarizəsi
bu ölkələrin sosial-iqtisadi inkişafının əsas problemi olmuşdur.
Stabil və tam məşğulluğa, həmçinin, əhalinin azalmayan real
gəlirlərinin təmin olunmasına necə nail olmaq, yaxud böhransız
iqtisadi tsikllərin “sirrləri” nədən ibarətdir və s. kimi vacib suallar
daim iqtisadçıları düşündürürdü. Bu növ suallara cavab tapmağa
çalışan tanınmış iqtisadçılardan P.Samuelson özünün məşhur
“Ekonomiks” kitabında yazırdı: “Bütün bu problemlər fıksal,
kredit-pul alətləri və həmçinin siyasi imkanlara malik demokratik
ölkələri xroniki inflyasiya və iqtisadi enişləri həll etməyə yönəldir.
Bu isə neoklassik sintez prinsiplərinin həll edilməsilə sıx bağlıdır”.
Beləliklə,
neoklassik
sintezin
görkəmli
təbliğatçısı
və
yaradıcılanndan biri amerikalı iqtisadçı P.Samuelson olmuşdur. O,
keçən əsrin 50-ci illərin əvvəllərində keynsçiliyin və
neoklassikizmin vahid bir istiqamətdə birləşməsinin zəruriliyini
əsaslandırmışdır. Bu iki istiqamətin yaxınlaşmasının və sintezinin
təzahürü
onun
“Neoklassik
sintez”
nəzəriy>'əsi
oldu.
P.Samuelsonun
bu
nəzəriyyəsi
iqtisadİNqy'atın
dövlət
tənzimlənməsi
nəzəriyyəsinin mühüm qolu
40
olmaq şərtilə, iki istiqamətin əsas prinsiplərinin əlaqələndirilməsi ilə
sıx bağlıdır. P.Samuelsonun “Neoklassik sintez” nəzəriyyəsinin
əsasını
keynsçi səmərəli tələb nəzəriyyəsi ilə
neoklassik istehsal
və bölgü nəzəriyyəsinin birləşməsi təşkil edir. O, özünün bu
nəzəriyyəsinə həmçinin elmi-texniki inqilaba böyük əhəmiyyət
verən institusionalizmin müasir banisi C.Helb- rcytin əsas
ideyalarını da daxil etmişdir. Nəticədə, xüsusi və dövlət
salıibkarlığım əlaqələndirən qarışıq iqtisadiyyat yaranmışdır.
“Neoklassik sintez” nəzəriyyəsi - pul amili əlavə olmaqla
natamam məşğulluq şəraitində
tarazlıq nəzəriyyəsidir. Bu
nəzəriyyədə
fiskal keynsçi ideyaları iqtisadiyyatı pul-kredit
siyasətinin (faiz dərəcəsini dəyişmə, açıq bazarda əməliyyatları
keçirmə və s.)
köməyilə tənzimlənməsini nəzərdə tutan
neoklassik
konsepsiyaları ilə birləşmişdir. P.Samuelsonun fikrinə görə
maliyyə siyasətinin vəzifəsi, “ictimai əmtəələr” təklifi sferası üçün
tənzimləyici tədbirləri təmin etməkdir. Dövlətin mikroaləmə
müdaxiləsinin əsas məqsədi hökümət məsrəflərində optimallığa və
dövlət, müəssisələr və cəmiyyətin ayrı-ayrı üzvləri arasında
resursların səmərəli bölgüsünə və yenidən bölgüsünə nail olmaqdır.
Beləliklə, P.Samuelsona görə “neoklassik sintez” - bu
mahiyyətcə müasir neokeynsçi və neoliberal vəzi>^ətlərin
uyğunlaşmasıdır.
Müasir dövrdə pulun iqtisadiyyatda oynadığı rol haqqında
keynsçi və monetarist baxışlarda müəyyən yanaşma nəzərə çarpır.
Belə ki, pul haqqında ənənəvi keynsçi baxış olan “pul əhəmiyyət
kəsb etmir” və yaxud ifrat monetarist ideya olan “yalnız pul
əhəmiyyət kəsb edir” fikirlərinin olmasına baxmayaraq hər iki
modellərdə pul xalis milli məhsulla eyni istiqamətdə təsir göstərir.
Hər iki
nəzəriyyəyə uyğun olaraq pul
41
təklifinin genişlənməsi xalis məhsulu artınr və ya əksinə.
3.3.
Hiks-Hansenin neoklassik sxemi
Hiks-Hansenin neoklassik sxemi milli gəlirin səviyyəsilə (Y)
faix stavkası (r) arasındakı asılılıqla (əks asılılıq) bağlıdır. Keynsdən
sonra onlar qeyd edirdilər ki, investisiya proseslərinin intensivliyi
kapitalın son hədd səmərəliliyi ilə daha doğrusu vahid kapital
əmlakının gətirdiyi gözlənilən gəlirlərlə, onun istehsalının qiyməti
arasındakı münasibətlə müəyyən olunur. Növbəti kapital vahidinin
investisiya edilməsi haqqında qərar qəbul edərkən sahibkar ya borc
vəsaitlərinə görə ödənişlər, ya da öz vəsaitlərini başqa cür istifadə
etmək nəticəsində əldə edə biləcəyi gəlirlərdən imtina edərək
alternativ xərcləri həyata keçirir. Hər iki hal faizin bazar nonnası ilə
müəyyən olunur. Deməli, investisiya etmək yalnız o halda faydalı
olur və məna kəsb edir ki, kapitalın son hədd səmərəliliyi faiz
dərəcəsini ötsün. Buradan da belə nəticə çıxır ki, investisiya faizdən
asılı funksiyadır:
I = f { r ) . Faiz dərəcəsi nə qədər aşağı olarsa,
bərabər şərtlərdə kapital qoyuluşlarının həyata keçirilməsi əlverişli,
səmərəli olur və əksinə Hiks-Hansen sxemd Valrasın dövründən
neoklassik məktəbin məşğul olduğu ümumi iqtisadi tarazlıq
konsepsiyalann müxtəlif istiqamətlərindən biridir. Bu sxem
həmçinin kapitalizmin avtomatik tam məşğulluq yaratması
haqqında olan neoklassik tezisləri rədd edir. Belə ki, əgər ilk əvvəl
əməyin təklifi artıq olarsa, onda əmək haqqı aşağı düşər, bu da
xərclərin azalması və qiymətlərin aşağı düşməsinə gətirib çıxarar.
Bu halda kommersiya sövdələşmələri üçün müəyyən olunan pulun
bir hissəsi azad olur və pul təklifinin artıqlığı yaranır. Faiz normaları
aşağı düşür. Bu isə öz növbəsində investisiya tələbini artırır. Bu, tam
raəşğullun
səviyyəsinə uyğun
42