keynsçi ideyaların mərkəzində multiplikator və akselerator
mexanizmlərini birləşdirən məşhur iqtisadçılar P.Samuelson və
C.Hiks də xüsusi yer tuturdular.
Ancaq neokeynsçi tsikl nəzəriyyəsində daha məşhur olan
amerika iqtisadçısı Elvin Hansen, daha sonra C.Harris, C.M.Klark
və s. xüsusi yer tuturlar. Onlar C.Keynsin təlimlərinə əsaslanaraq
əhalinin gəlirlərindən vergilərin səviyyəsini artırmağı (25%-ə
qədər və artıq),
dövlət istiqrazlarının ölçülərinin və dövlət
xərclərinin aradan götürülməsi üçün pul buraxılışının (hətta o,
inflyasiyaya və dövlət büdcəsinin kəsirinə səbəb olsa belə)
səviyyəsinin yüksəldilməsini məqsədli hesab edirdilər.
Keynsçiliyə daha yeni bir “əlavə” iqtisadi konyunkturadan
asılı olaraq xüsusi və dövlət investisiyalarını dövlət xərclərinin
manevr edilməsi metodlanna istiqamətləndirmək təşkil edirdi. Belə
ki,
iqtisadi yüksəliş zamanı investisiyalar məhdudlaşdırılır, eniş
və iqtisadi tempin aşağı düşməsi zamanı isə mümkün büdcə kəsirinə
baxmayaraq investisiyalann səviyyəsi artırılır.
Nəhayət, C.Keyns öz nəzəriyyəsində gəlirlərin artımının
investisiyaların artımmın azalması ilə müşaiyət olunan multiplikator
prinsipinə əsaslanırdısa, E.Hansenin nəzəriyyəsi üzrə ABŞ- da əlavə
prinsip də, konkret hallarda gəlirlərin artımının investisiyaların
artımına gətirib çıxaran
akselerator prinsipi də irəli sürülürdü. Bu
yeni əlavə belə izah olunurdu: bir çox maşın və avadanlıqlar,
mexanizmlərin növləri nisbətən uzun istehsal müddətinə malikdirlər
və bu müddətin gözlənilməsi tələb olunan maşın və avadanlıqların
istehsalının real tələbi ötən dövrlərdəki həcmlərdə genişlənməsinə
psixoloji olaraq təsir edir. Deməli, investisiyaya da tələb artır.
Fransa iqtisadçıları da (F.Perru və b.) yeni investisiyaların
stimullaşdıniması
vasitəsi kimi, C.Keynsin
borc faizinin