L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə22/56
tarix14.10.2017
ölçüsü3,78 Kb.
#4586
1   ...   18   19   20   21   22   23   24   25   ...   56

Oxu
(St. 2.2.3) 
Bu mətnin oxusu üzərində işin Öyrənirəm – öyrədirəm üsulu ilə
aparılması tövsiyə olunur. Mətn iki hissəyə bölünür:  
I hissə – “Buğda yeyib, cənnətdən çıxıb” məsəli;
II hissə – “İynəni dəvənin gözündən keçirmək” ifadəsi.
Sinif dörd qrupa bölünür. Mətnin hissələri qruplar arasında bölüşdürülür.
Bir hissə iki müxtəlif qrup tərəfindən işlənməlidir. Şagirdlər əvvəlcə mətni səs -
siz oxu ilə oxuyurlar. Müəllim bunun üçün müəyyən vaxt ayırmalıdır. Vaxt müəy -
yən edilərkən şagirdlərin yaş və sinif səviyyəsi nəzərə alınmalıdır.  Mətnin
oxusu üçün ayrılmış vaxt bitəndən sonra mənasını bilmədikləri sözlər üzə rin -
də iş aparılır. Sonra qrupların hər biri öz hissəsinə uyğun suallar hazırlayır.
Müəllimin nəzərinə!
I hissəyə uyğun suallar təxminən belə ola bilər:
1. Uğurun xasiyyəti haqqında nə deyə bilərsiniz? Fikrinizi mətndən
gəti ri lən faktlarla əsaslandırın.
2. Uğur nə üçün çətinliyə düşmüşdü?
3. Babası onun sualına necə cavab verdi?
4. Verilən cavab nə üçün Uğuru qane etmədi?
5. “Buğda yeyib, cənnətdən çıxıb” məsəlinin mənası nədir?
6. Babanın izahı sizi qane etdimi? Fikrinizi əsaslandırın.
II hissəyə uyğun suallar təxminən belə ola bilər:
1. Baba nə üçün Uğura daha bir nümunə göstərdi?
2. Gətirilən nümunədə problem yaradan hansı məsələ idi?
3. Bu hissədə Uğurun daha hansı keyfiyyətləri ilə tanış oldunuz?
4. Uğurun cavabı ilə razısınızmı? Fikrinizi əsaslandırın.
İş bitəndən sonra eyni hissələr üzərində çalışan qruplar sualları öz ara la -
rın da dəyişir. Təkrarlanan suallar çıxarılır, üzərində düzəlişlər aparılır və ümu mi
suallar siyahısı hazırlanır. Qruplar sualları təqdim edir. Verilən cavablar  yanlış
və ya natamam olduqda qrupun nümayəndəsi şərh və düzəliş edə bilər. 
Qrupların birgə təqdimatları dinlənildikdən sonra müəllim sinfə ümu mi ləş -
dirici suallarla müraciət edə bilər: “Bu mətndə siz müqəddəs ki ta bımızda əks
olunmuş iki ifadə ilə rastlaşdınız. Onların arasında hansı fərqli və oxşar cə -
hət lər var? Bu ifadələr hansı məqamlarda işlənilir?”
Danışma
(St. 1.2.2) 
“Düşün və cavab ver” rubrikasına aid olan 3-cü tapşırıq ətrafında
diskussiya təşkil edilir. 
Müəllimin nəzərinə!
Uğurla babası mübahisəli elmi məsələlərə müxtəlif nöqteyi-nəzərdən
yanaşırlar.  Baba daha təcrübəli olduğu üçün mə sə  lənin mahiyyətini
64
II 
BÖLMƏ
Çap üçün deyil


izah edir, Uğur isə məsələyə bir qədər formal yanaşaraq daha də qiq
elmi faktlar tapmağa çalışır. Şagirdlər bəyəndikləri yanaşmaya mü -
 nasibət bildirə və ya hər bir yanaşmanın müsbət və mənfi tərəfləri
haqqında fikir yürüdə bilərlər. Burada əsas məqsəd ondan ibarətdir ki,
uşaqlar öz fikirlərini əsaslandıra bilsinlər.
Dinləmə
(St. 1.1.1) 
Şagirdlər dini ifadələrin işlənmə situasiyası ilə tanış olurlar.
Mətndən çıxış edərək nitqdə işlənmə məqamını izah edirlər. 
“Bərəkallah ustadına!”
Bir gün xəlifə Bəhlulun dalınca adam göndərir ki, bəs qonaqlarım var, dur -
ma gəl. Bəhlul elçiyə cavab verir ki, onun da öz qonağı var, ona görə də gələ
bil məyəcək. Xəlifə yenidən elçini göndərir ki, eybi yoxdur, qonağını da gö tü rüb
saraya gəlsin. 
Bəhlul qonağa deyir:
– Sözlərimə diqqətlə qulaq as. Əvvəla, oturanda yerini tanı, ikincisi, bir söz
soruşmasalar, danışma, üçüncüsü, bir şey istəməsələr, vermə.
Gəlib saraya çatırlar. Qonaq içəri girən kimi keçib lap yuxarı başda oturur.
Bəhlul baxır, başını bulayır, amma bir söz demir. Qonaqlar gəldikcə hərə öz
yerini tutur və “bir az çəkil” deyə-deyə qonağı lap qapının ağzına qədər sü -
rüşdürürlər. 
Bütün qonaqlığı qonaq dayanmadan, yerli-yersiz danışır, hamının zəhləsini
tökür. Bəhlul yenə də baxır, amma heç nə demir. 
Nə isə... Yemək süfrəsi yığışdırılır. Ortaya meyvə gətirirlər. Görürlər ki, bı -
çaq yaddan çıxıb. Xidmətçilər bıçaq gətirənə qədər qonaq cibindən çox qə -
şəng bir bıçaq çıxardıb ortaya qoyur. Bıçaq, həqiqətən, çox gözəl idi. Dəs təyi
bütövlükdə ləl-cavahiratla işlənmişdi. Bıçaq əl-əl gəzir. Hamı:
– Maşallah, nə gözəl bıçaqdır, – deyir.
Xəlifənin bıçağa gözü düşür. Ancaq bilmir ki, bıçağı qonaqdan necə alsın.
Vəzirə fikrini bildirir. Deyir ki,  nə yolla olursa olsun, bıçağı mənim üçün əldə
elə. 
Vəzir qalxır ayağa, bıçağı göstərib deyir:
– Əziz qonaqlar, iki il bundan əvvəl bu bıçaq xəlifənin  xəzinəsindən
oğurlanmışdır. Çox şükür ki, indi tapıldı. Oğru öz cəzasına çatacaqdır. 
Bunu deyib əmr edir ki, qonağı tutsunlar. Qonaq nə qədər and-aman edir
ki, vallah-billah, bu bıçaq mənimdir, onu oğurlamamışam, heç bir faydası
olmur.
Bəhlul vəziyyəti belə görüb xəlifəyə deyir:
– Bu adam mənim qonağımdır. İcazə ver, gecəni mənim evimdə qalsın.
Səhər yola çıxanda onu tutarsan.
Xəlifə razılaşır, amma tapşırır ki, Bəhlul ona heç nə öyrətməsin. 
65
HƏR SÖZÜN BİR TALEYİ VAR
Çap üçün deyil


Beləliklə, Bəhlul qonağı götürüb evə gəlir. Qarğı atını həyətdən gətirir,
üzünü ona tutub deyir:
– Ay at, axmağın biri axmaq, mən sənə demədimmi ki, oturanda yerini tanı,
bir söz soruş ma sa lar, danışma, bir şey istəməsələr, vermə? Nə isə, olan olub,
keçən keçib. İndi sözlərimə yaxşı qulaq as. İnşallah, sabah saraya gedəndə
camaatın qar ş ı sın da bunları deyərsən: “Ay camaat, bu bıçaq mənim rəhmətlik
atamın bı ça ğıdır. Atam başqa ölkədən ticarətdən qayıdanda yolda quldurlar
onu bu bıçaqla öldürmüşdülər. Mən neçə ildir ki,  hər məclisdə bu bıçağı
çıxarıram ki, atamın qatilini tapım. Bıçağın yiyəsi kimdirsə, qatil də odur. Çox
şükür ki, atamın qatili tapıldı. İndi rahat ölə bilərəm”. 
Səhəri gün qonağı saraya aparırlar. Dar ağacının altında qonaq xəlifədən
son söz üçün izin alıb Bəhlulun dediklərini təkrar edir. Xəlifə pis vəziyyətdə
qalır. Nə edəcəyini bilmir. Tez vəziyyətdən çıxmaq üçün camaata: “Səhv
salmışıq, bu bıçaq bizimki deyil”, – deyib qonağı bu raxır.
Üzünü qonağa tutub deyir:
– Bərəkallah ustadına!
Söz ehtiyatı
(St. 2.1.1) 
“Söz ehtiyatı” (2-ci tapşırıq) rubrikasında verilmiş sözlər dili miz -
də işlənən dini ifadələrdir. Müəllim dini ifadələrin işlənmə məqamı ilə bağlı
şagirdlərə suallar verir. Cavablar dinləmə mətnindən çıxarılan nəticələrlə
müqayisə edilir. 
Müəllimin nəzərinə! Bir çox hallarda nitqimizdə Allahın adını çəkirik.
Bu zaman sözlərin mənasını bilməliyik ki, yerinə görə düzgün işlədə
bilək. 
Bu işi görəcəksənsə – İnşallah
Birini inandırmaq üçün – Vallah-billah
Bir iş üçün ayağa qalxarkən – Ya Allah
Bir işə başlarkən – Bismillah  
İş uğurlu olsa – Maşallah
Bir iş alınmayanda – Ay Allah
Birini tərifləyərkən – Bərəkallah
Səhvini boynuna alanda – Əstəğfürullah
Yazı
(St. 3.1.1)
Şagirdlərə tapşırılır ki, həyatda qarşılaşdıqları situasiyadan çıxış edərək bu
sözlərin işlənmə məqamları ilə bağlı kiçik hekayə (nəqli xarakterli mətn)
yazsınlar.
Dil qaydaları
(St. 4.1.2) 
5-ci tapşırıq dil qaydaları üçün motivasiya xarakteri daşıyır.
Mətndə iki söz – “araşdırsaq” və “istəyirsənsə” sözləri göy rənglə verilmişdir.
66
II 
BÖLMƏ
Çap üçün deyil


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə