26
Altay-kiji boyuna daxil olan bütün soyların tapındıqları digər
bir mifik varlıq zirvədə yaşayan Soyon Qam (şaman) idi. O, ha-
milə qadınların yeni doğulan körpələri təhdid və təqib edirdi.
Bundan başqa yalnız ayrı-ayrı soylar tərəfindən qurban ve-
rilən ruhlar da qeydə alınmışdır. Bunlardan İrtış yüksəkliklərin-
də, Taylan Karaqay adlı yerdə yaşayan Kalpas Qama yalnız
mundus, ooçı, todoş və irkit soyları, Abaqanda yaşayan Monqu-
say Qama köbök, monol və almat soyları, Abı xanın xidmətçisi
Soloqoya isə köbök, almat, tölös, keje və saal soyları təzim edir-
dilər. Bu ruhların da hər biri müəyyən xəstəliklərin yayıcısı sayı-
lırdı (Каруловская, 1935, с. 168-170).
Surbay Qam adlı şamanın ruhu çay və göllərdə yaşayırdı.
O, ooçı soyunun şamanı olmuşdu və çoxdan suda boğulmuşdu.
Həmin soydan olan başqa Tarkan Qam və Emegen Çalu kimi şa-
manların ruhları da orta dünyada sakindirlər (Каруловская,
1935, с. 162, 167, 172).
Sibirdə yaşayan digər türk xalqlarının da orta dünya barədə tə-
səvvürləri saxa-yakut və Altay türklərinin təsəvvürlərindən çox az
şeylə fərqlənir. Məsələn, teleutların inanclarına görə, burada 27
qrup ruhlar yaşamaqdadır. Bu qruplar bir-birindən aralı yaşayrlar.
Onların bir qismi insanları şər ruhların hücumlarından qoruyurlar.
Teleutlar evlərinin qarşısında daha üstün tutduqları Temir kan,
Erkəy kan, Orto kan, Kurqay kan və Ces kanın şərəfinə beş qayın
ağac əkərdilər. Bu əkililər birlikdə sam və ya çal adlanırdı və
mərasimlərin keçirilməsi üçün nəzərdə tutulurdu (Дыренкова,
1949, с. 125). Sibirin türk xalqlarından telenqitlər də inanrdılar ki,
insanlar öləndən sonra ruha çevrilirlər. Onlar ölümdən sonra da
qohumları ilə əlaqələrini kəsmirlər. Onlar pislik və ya yaxşılıq edə
bilərlər. Odur ki, onları razı salmaq və qurban vermək lazımdır. Bu
səbəbdən də telenqitlər hər il öz ilxılarının ən yaxşı atlarını ruhların
şərəfinə qurban kəsərdilər (Калачаев, 1896, с 483).
Kumandıların animistik təsəvvürlərinə görə, hər bir yerdə,
dağda, çayda, göldə və s. fövqaltəbii mifik varlıqlar yaşamaqda-
dırlar. Yəni hər bir golün, çayn, dağın, meşənin, ağacın, heyvan-
ların öz ağaları var. Bu ruhlar insanlara yaxşılıq və ya pislik et-
27
diklərinə görə iki yerə bölünürlər. Söoka örö kumandı soyuna
görə, pislik edən bəd ruhlar bunlardıır: Çalbaş aza, Kaal aza və
Nqanıs saylıq aza. Altına kumandı soyuna görə isə Öön nqaqıs
aza və Çajılday aza şər ruhlar hesab edilir. Şabat soyu isə bu sı-
raya Öndırlıq azanı, söok çeley soyu isə Kurtıyaq, Örökön və
Ok neqil azanı daxil edirlər (Сатлаев, 1974, с. 151).
F.Satlayevin yazdığına görə, bir çox soyun himayəçi ruhu
şər ruhlar hesab edilərmiş. Lakin alim onların hansı soylara aid
olduğunu bildirməmiş, sadəcə adlarının çəkməklə yetinmişdir:
Çör Teqri aza, Töbönö aza, Kortı nqaqıs aza, Şorat aza, Küdertiş
aza və s. Kumandılar inanırdılar ki, əgər bu ruhlardan hər hansı
biri kiminsə bostanında məskunlaşarsa, həmin adamın ailə üzv-
ləri bir-birinin ardınca öləcəklər (Сатлаев, 1974, с. 151).
Bənzər baxışlar sistemi xakas türklərinə də xas olub. Onlar
da dağların, çayların, göllərin və s. öz ruhları olduğuna inanmış-
lar. Bundan başqa onlarda at kultu da çox geniş inkişaf edib
(Алексеев, 1984, с. 73).
Saqay türkləri də elə hesab edirdilər ki, ölən adamların ruh-
larının bir qismi orta dünyada qalır. Onlar da eynən yuxarı dün-
yanın sakinləri kimi insanların rifah halını yaxşılaşdırmaq və ya
ona ziyan vurmaq iqtidarndadırlar. Saqayların himayəçi ruhla-
rından biri olan Salıq bu xalqın mifoloji təsəvvürlərində çox say-
da cins atların sahibi kimi təsəvvür edilirdi. Özünə sayqısızlıq
hiss etdiyi halda insanları qarın ağrısına mübtəla etmək gücündə
olduğuna inanılırdı. Hesab edilirdi ki, kürən atlardan ibarət bö-
yük bir ilxıya sahib olan bu ruh uryanxayların torpaqlarının ar-
xasında yaşayır (Катанов, 1907, с. 595).
Saqay mifologiyasına görə, ölən insan və heyvanların ruh-
ları orta dünyanı tərk etmirlər. N. Katanov yazır: «Od ruhu bü-
tün canlıları qızdırır və böyüdür. Bu ruh həmin canlı varlığı tərk
edən kimi o ölür. Bədəni torpağa tapşırılır, ruhu isə yer üzündə
dolaşan ruhlar aləminə qatılır» (Катанов, 1907, с. 28).
Alim bildirir ki, saqay türkləri insanların talelərinə təsir etmək
iqtidarnda olan bu ruhların yer üzündə külək kimi bir yandan o biri
yana şütüdüklərinə inanırdılar Maraqlıdır ki, ruhlardan qorxan
28
saqaylar qəbristanlıqlardan qətiyyən çəkinmirdilər. Məsələn, sa-
qaylardan biri N.Katanova bildirmişdi ki, əgər insan qəbrin üstündə
yatarsa, onun başına heç bir iş gəlməz (Катанов, 1907, с. 558).
Kaçinlərin də təsəvvürləri saqay türklərinin baxışlarından
az şeylə fərqlənmişdir. Kaçin türkləri orta dünyanın mifik var-
lıqları içərisində Karataq (Qaradağ) adlandırdıqları dağın eyni-
adlı ruhuna daha çox sayqıyla yanaşardılar. Karataqın doqquz
oğul və yeddi qızının insanların fəaliyyətlrini daim nəzarət altın-
da saxladıqlarına inanırdılar. Karataqın, yəni Qaradağın özünə
gəlincə, o, Karasın dağ silsiləsinə daxil olan dağlardan biridir
(Потапов, 1981, с. 128-129).
Kaçinlərin təsvvürlərinə görə orta dünyada dağların, göllərin,
çaylarn və s. ruhlarndan başqa insanlara müxtəlif xəstəliklər gətirən
çox sayda başqa ruhlar da mövcuddur. Bu xalqın şamanları onları
bədii cəhətdən çox maraqlı təsvir etmişlər. Məsələn göz xəstəlik-
lərinin səbəbkarı olan qırmızı lentli ruh belə təsvir edilmişdir:
Sən, ey cürəbəcür adları olan və yüksəkliklərdə yaşayan!
Sən, ey yer kürəsinin yüksək yerlərində məskun olan!
Sən bu yerlərə at çapan uryanxaylarn torpağından buyurmusan,
Sən, ey solaxay xan, hədəfdən yayınmırsan, quşu gözündən
vurursan!
Yüyəni qırmızı ipəkdən olan qırmızı-kürən atda gəzib çapırsan,
Atının qabağında vurulmuş quş, arxasında ovlanmış heyvan
aparırsan!
İç inəyimin yağlı ağ südündən, gözlərimə toxunma,
Qırx quş soyunun ölkəsindən gəldiyimiz zamandan,
Sənə qurban verir, ağzını, mədəni doydururuq,
Bizdən yan gəz, ey qrmızı lentli xan!
(Катанов, 1907, с. 568).
Kaçinlər orta dünyanın ruhları içərisində taxıl zəmilərinin
ruhuna – ağasına da xüsusi münasibət bəsləyir, onun Xatay tor-
paqlarından gəldiyinə inanırdılar. Onun da öncəki ruh kimi göz-
lərə ziyan vurduğunu sanırdılar. Bundan başqa ,quşların ağası
kimi qəbul edilən ruhun da orta dünyada yaşadığını hesab edir-
dilər (Катанов, 1907, с. 569-570).
Dostları ilə paylaş: |