Kurqanlarda



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə2/154
tarix30.10.2018
ölçüsü2,75 Mb.
#76057
1   2   3   4   5   6   7   8   9   ...   154

 

5

Bu  mifik  varlıqlar  Azərbaycan  mifoloji  mətnlərində  “iyə-



lər” və ya “əyələr” kimi tanınır və Azərbaycan türkləri də İslam-

dan öncə onların hamilik, sahiblik missiyasına malik olduqlarına 

inanmışlar. Bu inancı  əks etdirən bir Azərbaycan mifi də qeydə 

alınmışdır (Azərbaycan mifoloji mətnləri, 1988, s. 51)

Saxa-yakutların  “ayıı”,  Azərbaycan  türklərinin  “iyə”  və  ya 

“əyə”  adlandırdıqları  mifik  varlıqlar  (ruhlar)  barədə  düşüncələrini 

dilə gətirən R. Q. Axmetyanov  iye, əyə, eye anlayışının əski türk-

cədəki  “eqe”  ilə  bağlı  ola  biləcəyi  ehtimalını  irəli  sürmüşdür  (Ах-

метьянов, 1981, c. 28). C.Bəydili “izi // iyə” istilahını kult hesab et-

miş və bildirmişdir ki, bu kult öz kökünü təbiətdən alır: “Tanrıçılıq 

dünyagörüşünün  ayrılmaz  parçası  olan  və  şamanizm  elementlərini 

yaşadan pir-ocaq inanışı da təbiətdən gəlir” (Bəydili, 2003, s. 183). 

Yuxarıda  təqdim  etdiyimiz  mifik  təsəvvürlərdə  diqqəti  çə-

kən ən maraqlı məqamlardan biri də Ağ Ana Ürünq Ayığ Toyo-

nun adı ilə bağlıdır. Həmin təsəvvürlərə görə, o (ana ilahəsi) kai-

natın  başında  durur.  Yəni  əsas  sitayiş  obyektidir.  Bu  təsəvvür 

kurqanların  peyda  olduğu  neolit-eneolit  dövrünün  təsəvvürləri 

ilə inanılmaz dərəcədə səsləşir. 

Məsələ,  təbii  ki,  təkcə  ana  tanrıçası  ilə  bitmir.  Saxa  yakut 

inanclar sistemində onun köməkçilərindən biri olan Cesegey ayıı 

adlı  ruhun  atçılığın  himayədarı  olduğu  və  insanlara  at əhliləşdir-

məyi,  minməyi  və  arabaya  qoşmağı,  eləcə  də  ətindən,  südündən, 

dərisindən  istifadə  etməyi  onun  öyrətdiyi  bildirilir.  İlk  baxışda 

önəmsiz kimi görünən bu məlumat ən azı tunc dövründən izlənən 

kurqanlarda  at  dəfni,  kurqanlara  araba  və  ya  onun  gildən  mo-

delinin  qoyulması  adətinin  semantikasını  başa  düşməyə  imkan 

verir. Eyni zamanda Soyuqbulaq kurqanlarından birindən tapılmış 

at başlı skipeterin ora hansı səbəbdən qoyulduğu da aydın olur.  

N.A.Alekseyev  yazır  ki,  saxa-yakutlar  Ürünq  Ayıı  Toyona 

(Ağ anaya) eyni rəngdə at qurban edərdilər. Yakutların  inancna 

görə,  diri  tanrıçalara  göndərilən  və  ya  qurban  verilən  atın  ruhu 

qurban  verildiyi  həmin  fövqəltəbii  varlığın  yurduna  “köçür”və 

orada yaşamaqda davam edir (Алексеев, 1984, с. 29).  



 

6

S.Pletnyova  qıpçaqlara  həsr  etdiyi  kitabında  oğuz,  qıpçaq  və 



peçeneqlərdən  bəhs  edərək  yazır  ki,  bu  xalqlar  ümumilikdə  vahid 

ənənələrə sahib olmuşlar. Qohumların qarşısında duran əsas vəzifə 

ölən  şəxsi  o  biri  dünyada  vacib  olan  hər  şeylə,  ilk  növbədə  at  və 

silahla təmin etmək idi. Əsas fərq ənənənin detallarında, ölünü başı 

qərb və ya şərq istiqamətində dəfn etməkdə, onunla birlikdə basdı-

rılan  atın  qəbrə  bütöv  şəkildə  və  ya  müqəvva  şəklində  qoyulma-

sında  idi…  Bəzi  fərqlər  qəbir  kamerasının  və  kurqan  örtüyünün 

formasında da müşahidə edilirdi (Плетнева С.А., 1990, s. 48). 

Belə aydın olur ki, kurqanların forma və quruluşu, ora qoyu-

lan əşyalar arasındakı  fərq ölən  şəxsin hansı qəbiləyə  məxsus ol-

masından qaynaqlanırmış. Bunun isə səbəbi, fikrimizcə, fərqli qə-

bilələrin özlərini aşağı dünyanın hansı mifik varlığı ilə sıx əlaqədə 

görməsindən, onu öz himayəçisi hesab etməsindən irəli gəlirdi. 

L.E.Karunovskayanın şaman Mereyin dilindən qələmə aldı-

ğı materiallardan belə aydın olur ki, Altay türklərinin təsəvvürü-

nə görə, aşağı dünyada ölmüş qohumlarn ruhları yaşayırlar. On-

lar çadırlarda yaşayır, maldarlıqla məşğul olurlar (Каруновская, 

1935, с. 177-178). Yeraltı dünyanın sahibi Erliyin altı oğlu var: 

Erke Solton, Temir xan, Jalbak Temir Dırındu (Geniş, dəmirdən 

beli olan), Karaş, Kakır, Köös Kara (Qara çuğuncuq) (Карунов-

ская, 1935, с. 178-182). 

Qeyd edək ki, bu adlardan yalnız ikisi A.V.Anoxinin topla-

dığı  materiallardakı  adlarla üst-üstə düşür: Karaş və Temir xan. 

Erke Solton isə Anoxində Erliyin qızlarından birinin adıdır. 

L.E.Karunovskaya eyni zamanda Altay soylarından hansıla-

rının bu oğullardan hansını daha üstün tutduğunu və ona qurban 

verdiyini  də  müəyyənləşdirə  bilmişdir.  Məlum  olmuşdur  ki, 

tanqdı, aara, olüp, modor, munal və törböt soyları Erke Soltonu, 

todoş, qıpçaq, oocı və mundus soyları Temir xanı, todoş, qıpçaq, 

mundus, koojo, captı və tonqjoan soyları Jalbak Temir Dırındu-

nu, irkit, kobolı, soyon və merkit soyları Karaşı, koojo, yetti-sa-

rı, üs və kör saqqal soyları Köös Karanı, köbök, merkit və yetti-

sarı  soyları  isə  Kakırı  öz  himayəçiləri  hesab  etmişlər  (Кару-

новская, 1935, с. 178-182). 




 

7

Alimin  bu  sözlərini  hər  bir  türk  soyunun  Erlikin  bir  və  ya 



iki oğlunu daha əziz tutduğununu söyləyən A. V. Anoxinin mə-

lumatları  da  təsdiqləməkdədir.  Onun  yazdıqlarına  əsasən,  mer-

kitlər öz himayəçiləri kimi Karaş və Kakırı, yetti-sarılar isə Kö-

ös Kara və Jalbak Temir Dırındunu hesab edirdilər. 

L.E.Karunovskayanın  materiallarında  Erlikin  oğullarından 

hansının aşağı dünyanın hansı yerində yaşadığı da qeyd edilmiş-

dir. Bu qeydlərdə Erke Soltonun yerin ən aşağı-doqquzuncu qa-

tında, Temir xanın yeddinci qatda, Karaşın beşinci, Jalbak Temir 

Dırındu və Köss Karanın üçüncü, Kakırın isə birinci qatlarda ya-

şadığı bildirilir (Каруновская, 1935, с. 178-182). 

Q.Dlujnevskayanın sözlərinə görə, Sayan-Altay və Cənubi Si-

birin türkdilli  xalqları ölümə  mövcudluğun transformasiyası,  insa-

nın yeni məkana köçü kimi baxırlar və ölümü bir son kimi görmür-

lər. Onlar insan öldüyü andan onun başqa dünyayadakı ehtiyacları-

nın ödənilməsi hazırlıqlarına başlayırlar. Onu o biri dünyada lazım 

olan hər şeylə təmin edirlər (Длужневская Г.В., 1996, s. 37). 

Yuxarıda təqdim edilən saxa-yakutlara aid mifoloji süjetdən 

göründüyü kimi, Ana ilahəsinin digər köməkçisinin adı Sügə to-

yon,  yəni  “Balta  ağa”dır  və  o,  ildırımların  və  şimşəklərin  haki-

midir.  Bu,  kurqanlarda  tez-tez  rast  gəlinən  baltaların  ora  nədən 

qoyulması barədə müəyyən təsəvvür yaradır. 

Təqdim edilən mifoloji mətndə insanlara arabanın düzəldil-

məsinin öyrədilməsi barədə verilən informasiya da çox maraqlı-

dr. Bu süjet təkərin və arabanın ilk yaradılışı barədə türk folklo-

runda rast gəlinən yeganə süjet deyil. İlk arabanın kimlər tərəfin-

dən  və  hansı  şəraitdə  yaradıldığı  barədə  fikirlərə  «Oğuzna-

mə»nin  həm  uyğur,  həm  də  Rəşidəddin  variantlarında  rast  gəl-

mək  mümkündür.  Məsələn,  Rəşidəddin  variantında  deyilir  ki, 

«…başqa  bir  qəbilə  isə  düşməni  pərən  salıb  xeyli  qənimət  (ul-

cay)  ələ  keçirdi.  Lakin  bu  qənimətləri  daşıyıb  aparası  yük  hey-

vanları  gəlib  çatmadığından  onlar  arabalar  (kanqlı)  düzəltdilər. 

Ona qədər təkər yox idi, ona görə də arabanı ilk düzəldən onlar 

oldular.  Gərək  olan  yükləri,  qənimətləri  bu  arabalara  yükləyib 



Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə