Kurqanlarda



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə17/154
tarix30.10.2018
ölçüsü2,75 Mb.
#76057
1   ...   13   14   15   16   17   18   19   20   ...   154

 

50

Əsasında  mifoloji təsəvvürlərin  yatdığı kurqanda dəfn adə-



tinin  fəlsəfəsi  ilə  bağlı  daha  bir  maraqlı  məsələyə  diqqət  yetir-

mək  yerinə düşər.  Azərbayca-Fransa  birgə ekspedisiyasının So-

yuqbulaqda qazdığı 4 №-li kurqanın (2006) çiy kərpicdən hörül-

müş  divarlara  sahib  kamerasının  döşəməsində  ağac  kömürü, 

ağac  dirək  fraqmenti  aşkar  edilmişdir  (Лионне  Б…,  2002,  s. 

54). Eyni  hala  N.  Müseyiblinin  tədqiq  etdiyi  12  №-li  kurqanda 

(2005) da rast gəlinmişdir. Burada, 50 sm dərinlikdə yanaraq kö-

mürləşən  budaqların  qövsvari  kül  yığınına  rast  gəlinmişdir.  N. 

Müseyiblinin yazdığına görə, külün olduğu yerdə gil tərkibli tor-

pağın  yanaraq  qızamış  parçalarına  rast  gəlinib  ki,  bu  da  odun 

məhz bu hissədə yandırıldığına dəlalət edir. 

Maraqlıdır ki, 70 sm dərinlikdə qəbir kamerasının hər kün-

cündə  bir  ədəd  şaquli  istiqamətdə  basdırılan,  diametri  4-5  sm 

olan ağacların yanmış budaqlarının külə çevrilmiş qalıqları aşkar 

edilmişdir. Burada da bu qalıqlarla yanaşı yanaraq qızarmış tor-

paq qalıqları var idi (Müseyibli N., 2014, s. 23-24). 

Burada  odla  təmizləmə  və  təmizlənmə  adətinin  izlərini  görü-

rük. Bu adətin orta əsrlərə qədər davam etdiyini söyləyə bilərik. Be-

lə ki, XIII əsrdə tatarların dəfn adətlərini müşahidə etmiş Gilyom de 

Rubrukun  yazdıqlarından  belə  məlum  olur  ki,  tatarlar  qəbrin  üzə-

rində  torpaqdan  təpə  qurur,  öz  zənginləri  üçün  isə  piramidalar 

tikirdilər.  Dəfn  mərasimindən  sonra  isə  təmizlənmə  mərasimi  icra 

olunurdu. İki böyük tonqal qalanır və dəfndə iştirak edənlər onların 

arasından keçirdilər (Путешествие к татарам.., 1825, s. 22). 

Çuvaş türklərinin odun  müxtəlif  xəstəliklərdən qoruma gü-

cünə  sahib  olduğuna  inandıqlarını  yazan  V.K.Maqnitski  bildirir 

ki,  «ondan  müxtəlif  insan  və  heyvanları  xəstəliklərdən  qurtar-

maq vasitəsi kimi istifadə edirdilər. Əski türklər “diri odun”, yə-

ni  başqa  od  və  məşəl  vasitəsi  ilə  əldə  edilməyən,  təbii  yolla  – 

sürtünmə  vasitəsilə  alınan  odun  daha  böyük  gücə  sahib  olduğu 

qənaətində idilər. Odur ki, xəstəliyə düçar olan adam və heyvanı 

sağaltmaq üçün “diri od”dan istifadə edilərdi. Bunun üçün kənd-

dəki bütün ocaq və məşəllər söndürülər, bundan sonra çölün or-

tasına  palıd  kötüyü  gətirir,  onu  başqa  ağacla  tüstülənənə  qədər 




 

51

sürtər və nəhayət, “diri od” əldə edərdilər. Dərhal ocaq qalayar, 



onun üzərində yumurta qaynadar və bu ocaqdan bütün evlərə ya-

nar od aparılardı. Daha sonra isə iki böyük ocaq qalanar, kəndin 

bütün  əhalisi  və  mal-qara  bu  ocaqların  arasından  keçirilərdi  ki, 

xəstəliklərdən uzaq olsunlar» (Магницкий, 1881, s. 136).  

Bənzər inancın Azərbaycanda da geniş yayıldığı məlumdur. 

Belə ki, Azərbaycanda “oddan ailəni, eləcə də evi şər qüvvələr-

dən  qorumaq  üçün  də  istifadə  edirdilər.  Bu  məqsədlə  ilin  son 

çərşənbəsində ağacların  budaqlarını  yandırar və otaqları tüstüyə 

verərdilər” (Azərbaycan etnoqrafiyası, III , 2007, s. 345). Eləcə 

də “toy günü gəlini iki yanan şamla müşayiət edər, üç dəfə oca-

ğın başına dolandırar və onu odun qoruyucu qüvvəsinə tapşırar-

dılar. Yeni doğulmuş uşağın köynəyini oda tutar, sonra geyindi-

rərdilər. Qədim inanclara görə, axşam vaxtı evdən od çıxarmaq, 

kimsəyə  od  vermək  olmazdı,  əks  halda  xeyir-bərəkət  çəkilə  bi-

lərdi.  Hələ  qədimdən  Azərbaycanda  camaat  yığışıb  gənc  ailə 

üçün  ev  tikər  və  ilk  vaxtlar  onların,  od  istisna  olmaqla,  lazımi 

ehtiyaclarını təmin edərdilər. Gənclər  isə özləri çaxmaq daşı ta-

pıb, od yandırmalı idilər. Bu insanların xoşbəxtliyi öz əli ilə qa-

zanmasının, ailənin möhkəmliyi üçün vacib şərt olduğuna işarə-

dir.  Belə  ki,  ocağın  külünü  təzə  ay  doğanda  çıxarıb  xəlvət  yerə 

tökərdilər. Odun üstündən keçməzdilər. Ocağın közünü iti əşya-

larla  qarışdırmazdılar.  Yaşlı  nəslin  bəzi  nümayəndələri  indiyə-

dək "od sahibinin" insanı müxtəlif bəlalarla, xəstəliklərlə, xüsu-

silə də ev rahatlığını pozan bədbəxtliklərlə cəzalandıra biləcəyi-

nə inanırlar” (Azərbaycan etnoqrafiyası, III , 2007, səh. 345). 

Azərbaycanın  bir  sıra  bölgələrində  müalicə  məqsədi  ilə  isti-

fadə edilən ardıc ağacı həmişə yaşıllığına görə müqəddəs sayılıb. 

Onu qırmaq günah hesab edilirdi. «Analoji olaraq altaylarda “ar-

tış” adlanan bu ağacın müalicəvi xüsusiyyətləri ilə bərabər, tüstü-

sündən evlərdən, insan və heyvanlardan bəd ruhları qovmaq üçün 

istifadə edilir. Azərbaycan türklərində olduğu kimi, Sibir və Altay 

türkləri də hesab edirlər ki, bəd ruhlar, pis niyyətli adamlar tikanlı 

bitkilərdən qorxurlar» (Həkimova N. Tuncay B., 2016, s. 14).  



 

52

Azərbaycanda  və  Anadoluda  bəzi  xəstəliklərin  müalicəsi, 



xüsusən  də  qorxunun  götürülməsi  zamanı  ardıcdan  və  tüstüver-

mədən  istifadə  edilər  və  xüsusi  ovsun  oxunardı  (Nəğmələr, 

inanclar.., 1986, səh. 121). 

Maraqlıdır ki, Azərbaycanın ilk tunc dövrünə aid kurqanla-

rının  bəzisindən  «aşkar  edilən  ağac  qalıqları  əsasında,  onların 

möhkəm və uzunömürlü ardıc ağacı növü oldugu müəyyənləşdi-

rilmişdir» (Cəlilov B. M., 2013, s. 84).  

 

Türklərə məxsus Y-xromosomlar və kurqan abidələri yazı 



öncəsi türk tarixinin öyrənilməsinin ən əsas qaynaqları kimi 

Elmi ədəbiyyatda fərqli məktəblər tərəfindən «DNT geneolo-

giya» və ya «Genetik geneologiya» adlandırılan elm sahəsi əslin-

də geneologiya  elminin  bir  istiqaməti  kimi  yaranıb.  Hazırda onu 

müstəqil  elm  sahəsi  kimi  nəzərdən  keçirənlər  daha  çoxdur.  Bu 

sahə  və  ya  istiqamət  ənənvi  geneoloji  metodlarla  yanaşı  DNT 

analizlərinin  nəticələrindən  istifadə  etməklə,  insanların  və  ya 

insan topluluqlarının qədim əcdadlarını və yaxın qohumlarını mü-

əyyənləşdirməklə  məşğuldur.  Bu  zaman  irsiyyəti  təmin  və  təyin 

edən  Y  və  X  xromosomlarının  tədqiqinə  diqqət  yetirilir.  Amma 

ulu  əcdadların  üzə  çıxarılması  və  nəsil  ağacının  rekonstruksiyası 

məqsədilə daha çox Y-xromosomların tədqiqi əsas götürülür. 

Niyə məhz Y-xromosomlar? 

Məlum olduğu kimi irsiyyətin müəyyən edilməsinin əsasını 

təşkil  edən  və  tərkibi  dezoksoribonuklein  turşusundan  (DNT) 

ibarət  olan  cinsi  xromosomlar  iki  tipə  bölünürlər:  Y  və  X  xro-

mosomları.  Hər  adamda  iki  xromosom  var.  Bunlardan  biri  ona 

atasından, digəri isə anasından keçir. Qadınlar həm atadan, həm 

də anadan X – xromosomunu qəbul edir və bu üzdən də onlarda 

eyni tipli iki X – xromosomu (XX) olur. Kişilər isə analarından 

X, atalarından isə Y- xromosomunu qəbul edir və iki fərqli tipli 

xromosoma (XY) sahib olurlar. 

Y-xromosomu  atadan  oğula  keçdiyi  və  minillər  ərzində  də-

yişmədiyi  üçün  nəsil  ağacını  yalnız  onun  vasitəsilə  izləmək  mü-

kündür.  X-xromosomu  əsasında  isə  bunu  etmək  mümkün  deyil. 

Çünki X-xromosomu anadan keçdiyi kimi atadan da keçə bilir və 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə