32
yazdığına görə, Bura kan eyni zamanda, teleut soylarından birinin
mifik əcdadı hesab edilir (Алексеев, 1984, с. 34).
Maraqlıdır ki, N.Dırenkovanın informatoru olmuş şaman
yuxarı dünyann bir çox üzvlərini öz əcdadları adlandırmışdır:
Abayoş ata, Kazıqan ata, Tumat ata, Xan Kayrakan, Qara Sa-
mur, Yada ata, Eksey-Meksey və Totoy. Bunlardan sonuncusu-
na mundus və tölös soyları ildırım və yağış tanrıçası kimi sitayiş
edirdilər (Вербицкий, 1893, с. 136-137).
A.Anoxinin qeydlərindən məlum olur ki, teleut boyuna daxil
olan soylardan munduslar xəstənin qarnında qərar tutmuş bədxah
ruhu “Ay Tatay!” çığıraraq qovurmuş (Анохин, 1929, с. 254).
Yəni onlar ildırım tanrıçasınn adını çəkməklə aşağı dünyadan
gəlmiş şər ruhları qova biləcəklərinə inanırmşlar. Bu inanc teleut-
ların miflərində də öz əksini tapıb. Həmin miflərdə yuxarı dünya
ruhlarının orta dünyaya enməsi yer üzünə qalxmış aşağı dünya
ruhlarının qaçmasına səbəb olur (Алексеев, 1980 б, с. 82-83, 86).
N.Dırenkovanın qeydə aldığı yuxarı dünya sakinləri içəri-
sində ikisi diqqəti xüsusi cəlb edir. Bunlardan biri Qara Samur
atadır ki, N.Alekseyevanın fikrincə, bu obraz totemçiliyin qalı-
ğıdır (Алексеев, 1984, с. 35). Digəri isə yağış yağdırmaq üçün
istifadə edilən yada daşının yaradıcısı hesab edilən Yada atadır.
Teleutların animistik təsəvvürləri barədə son dərəcə qiymətli
materialların toplanmasında A.Anoxinin fəaliyyəti gerçəkdən də
misilsizdir. Onun topladığı materiallardan belə aydın olur ki, Bay
Ülgendən başqa digər ülgenlər də mövcud olmuşdur. Məlum olur
ki, insanların qutunun yaradıcısı Ülgen olsa da, onları insanlara
paylayan yaradcı ana rolunda çıxış edən Enem Dayuççidir (Dayuç-
çi anam). Bu mifik varlığın göyün dördüncü qatında oturduğuna
inanılmışdır. İnsanların sürlərinin alınmasına da o cavabdehdir.
Bunun nəticəsində isə ölüm baş verir. Bu isə o deməkdir ki, o, eyni
zamanda, həm də ölüm mələyidir. O, kimin həyatının sona yetməli
olduğu qərarını öz kitabına yazır (Анохин, 1929, с. 253, 260).
Teleutlar övladı olmayanların Enem Dayuççi tərəfindən
qutdan məhrum edildiklərinə inanırdılar. Odur ki, qut almaq
üçün başqa ülgen və ruhlara müraciət edirdilər. Bu məqsədlə da-
33
ha çox isə Ada (ata) və Doo-Kap adlı mifik varlıqlara yalvarır,
onlara qurbanlar verirdilər (ААН СССР, ф. 202, оп. 1, д.20, л.
5). Əgər bu mərasimdən sonra uşaq dünyaya gələrdisə, bu, sözü-
gedən ruhların hədiyyəsi kimi qəbul edilərdi (ААН СССР, ф.
202, оп. 1, д.20, л. 6).
Telutların inanclarına görə, Ülgenin qızları digər yuxarı dün-
ya sakinlərinə nisbətən insanlara qarşı daha mehribandırlar. Onlar
qorxu keçirən adamın köməyinə gəlməkdə heç vaxt gecikmirlər.
İnsanlar onlara yardım üçün dua edər-etməz, dərhal göyün on
dördüncü qatından yerə enirlər (Анохин, 1929, с. 253, 256).
Bütün bu faktlar bir daha sübut edir ki, teleutların yuxarı
dünya barədə təsəvvürləri digər Altay soy və boylarının təsəv-
vürlərindən az şeylə fərqlənmişdir.
Eyni sözləri telenqitlər haqqında da söyləmək olar.
Altay türklərinin üçüncü cənub qrupuna daxil olan telenqit-
lər yuxarı dünyanın bütün sakinləri içərisində Kudayı daha üstün
tuturdular. Belə hesab edilirdi ki, Kudayın iki sifəti var; Ülgenə
xas xeyir sifəti və Erlikə xas şər sifəti. Onun bu iki sifəti daim
bir-biri ilə mübarizədədir və ölümlə həyat bu mübarizənin nəti-
cəsidir (Калачaeв, 1896, с. 48). Telenqitlərdən toplanmış bir al-
qışda Ülgenə müraciətlə belə deyilir:
Ey qüdrətli atamız Ülgen!
Öz sirli papağında üç rəngli lent
Gəzdirirsən sən.
Sənin sarayına üç nərdivan aparır,
Minmək üçün atı yaratdın, Ülgen, sən!
Mənim mal-qaramı yaradan da sənsən,
Uzun hörüklü qadını da yaratdın sən.
Dünyada barışı yaradan da sənsən,
Bizi xəstəlikdən qoruyursan sən.
Güllənin yetmədiyi yerdən,
Səsin çatmadığı yerdən,
Dünyanı təhlükəsiz yerdə yaratdın,
İnsanlara qutu da sən çatdırdın (Калачaeв, 1896, с. 484).
34
Bu mətndən göründüyü kimi, telenqitlər Ülgenə ilahi əcdad
kimi yanaşmış, onun insanları və heyvanları yaratdığına və in-
sanları qoruduğuna inanmışlar.
Altay türklərinin şimal boylarından olan kumandılar inan-
mışlar ki, yuxarı dünyanın sakinləri ayrı-ayrı türk soy və boyla-
rının əcdad ruhlarıdır. Onları töös adlandırırdılar. Tööslərin ən
böyüyü üç guşəli müqəddəs papaq geyən Bay Ülgendir (Сатла-
ев, 1974, с. 147). Kumandılar onu mis boyunluqlu geyimdə, ağ
buludların arasında oturmuş vəziyyətdə təsvir edir və onun elə
bu vəziyyətdə də hər şeyi və hər kəsi idarə və mühakimə etdiyi-
nə inanırdılar. İnanca görə, insanlara şamanlıq istedadını bəxş
edən də, onları bu missiya üçün seçən də məhz odur. Belə hesab
edilirdi ki, onun hüzuruna qalxan şaman hər birində müxtəlif
ruhların yaşadığı yeddi mərtəbə keçməli olur (АГАИ, ф. АМ,
д.216, л. 120-122, 126, 127).
Kumandı soylarından Ülgenə tapınanlar çeley, çadıber və ka-
lar soyları idi (Сатлаев, 1974, с. 147). Köklü kumandı soyları eyni
zamanda Bay Ülgenin oğul və qızlarını da əziz tuturdular. Kuman-
dıların inancına görə Ülgenin yeddi və ya doqquz oğlu, bir o qədər
də qızı olmuşdur. Onun böyük oğlunun adı Karçi kayın kestirbes
kayır köstü Solta-kan (Əyri – üyrü qayın ağacını kəsməyi yasaq
edən gözü qəzəbli Solta xan) idi. O, örö kumandı və tastar soyla-
rının himayəçisi hesab edilirdi. Çoot soyu isə Salu kanı ilahiləş-
dirmişdi. Altınça kumandı soyu öz növbəsində Nqanqmıraktıq
Çajı kanı (Yağış göndərərən Çajı xan), soolıq soyu Ezir pulut al-
latıq Aba Yajını (Lopa-lopa buludlarda oturmuş Aba Yajın), tabıs-
ka soyu Paqdıq kanı, örö şabat və altına şabat soyları Külbiş biy və
Suza kanı daha üstün tutmuşlar. Adı çəkilənlərdən başqa Bay Ül-
genin oğulları sırasında meşələrin hakimi Kanım Biy və və Kayır
Kirqis Biyin də adları çəkilməkdədir. A. Anoxinin dərc edilməmiş
materiallarına görə, orta dünyanın müqəddəslərindən hesab edilən
Kanım Biyə kumandılardan başqa tuba və çelkan boyları da ta-
pınmışlar (АИЭ АН СССР (ЛО), ф. 11, оп. 1, в.101, л. 29. об.
30). Kirqis Biyə gəlincə, F.Satlayev onun adını çəksə də, xarak-
teristikasını qeyd etməmişdir (Сатлаев, 1974, с. 147-148).
Dostları ilə paylaş: |