11
Cadugərlərin ruhlarının nədən üörə çevrildiyi isə dəqiq mə-
lum deyil. N.A.Alekseyevin fikrincə, bu ona görə baş verir ki,
cadugərlər cadu etmək üçün mütləq hər hansısa bir bəd ruhla
əlaqəyə girməli olurlar. Onun yazdğına görə, daim ruhlarla əla-
qədə olan qüdrətli şamanlar da üör ola bilər (Tuncay B., 2014).
Rus alimləri tərəfindən toplanmış materiallardan göründüyü
kimi, ayrı-ayrı soyların onqonu (totemi) olan quş və heyvanlar
da təsadüfən, ehtiyatsızlıq üzündən öldürüldükdə üörlərə çevri-
lirlər. Eyni sözləri eybəcət buzov və dayçalar barədə də söylə-
mək olar (Пекарский, 1959, с. 2886).
İnsanlara ziyan vuran xırda ruhlardan və üörlərdən başqa, sa-
xaların (yakutların) orta dünyaya aid etdikləri fövqaltəbii varlıqlar
içərisində yuxarı dünya ilə orta dünya arasında var-gəl edən
Vosol ağa və Mosol xanım da yer almaqdadırlar. Bu mifik var-
lıqlar İsəgey Ayıısıt adlı tanrıçanın mal-qaraya qut verməsinə ma-
ne olurlar. Bunun üçün onların buzdan qayrılmış xüsusi tövlə, axıl
və binələri var. Onların oğlu Buos Bəsirik isə onlarn oğurladıqları
mal-qaranı yenidən İsəgey Ayıısıta qaytarmaqla məşğuldur.
Orta dünyada onun öz real və mifik varlqlarından başqa,
yuxarı və aşağı dünyaların sakinlərinin də tez-tez peyda olmala-
rına və yer üzünü tufan kimi dolaşdıqlarına inanılmşdır. Belə he-
sab edilirdi ki, bu tip abaasılar od saçır və onları xəstəliyin tüğ-
yan etdiyi yerlərdə müşahidə etmək mümkündür. Bu bəd ruhlar
adətən əyri-üyrü ağacların oyuqlarnda məskunlaşırlar.
Sibir və Altayda yaşayan digər türk xalqlarının mifologiyasın-
da olduğu kimi, saxa-yakuut türklərinin də mifik təsəvvürlərinə gö-
rə, yerin altında aşağı dünya yerləşir. Bu dünya günəş və ayın işı-
ğının zəif saçdığı yarıqaranlq və ya qaranlıq aləm kimi təsvir edilir
(Куликовский, 1979, с.12; Эргис, 1974, с. 136), “Kətit ötügen”
(geniş məşhər yeri) və ya “kedən tügəgə” (məşhər yerinin dibi)
adlandırlır. Bu adlardan birincisində işlənmiş “ötügen” termininə
Orxon-Yenisey abidlərində də rast gəlinir. Bu, Selenqa və Yenisey
çaylarınn mənsəbləri arasında uzanan bir dağ silsiləsinin adıdır
(Потапов, 1978, с. 34). Q.U.Erqis bu faktdan çıxış edərək, belə bir
ehtimal irəli sürmüşdür ki, saxa-yakutlar nə zamansa göytürklərlə
12
(türkütlərlə) və onların yaşadıqları Ötügen ölkəsi ilə təmasda ol-
muş, fəqət zamanla bu ölkə – əcdadlarının torpağı yaddaşlarından
silinmiş, yalnız əfsanə və rəvayətlərdə yaşamaqda davam etmişdir.
Eyni sözləri saxa-yakut rəvayətlərində “Bayxal” kimi yad edilən
Baykal gölü barədə də söyləmək olar (Эргис, 1974, с. 137-138). N.
A.Alekseyev isə “Ötügen” oroniminin yeraltı, aşağı dünyanın, yəni
şər ruhların yaşadığı məkanın adına çevrilməsinin saxa-yakutlarla
göytürklərin bir vaxtlar düşmənçilik etmiş olmaları ilə bağlı ola
biləcəyini ehtimal edir (Алексеев, 1984, с. 49).
Saxa-yakutlar aşağı dünyanın şər ruhlarını da eynən yuxarı
dünyanın ruhları kimi antropomorfik təsəvvür etmişlər. Onlar bu
ruhları yeddi qəbiləyə bölür, başçılarını isə Arsan Duolay adlan-
dırırlar (Слепцов, 1886, с. 120). Arsan Duolayın yeraltı xanlığın
dibində, hörümçəklərin qaynaşdğı palçıq vulkanının yaxınlığın-
da yaşadğı hesab edilir (Потапов, 1949, с. 280). Onun şəxsiyyə-
ti barədə təsəvvürlər dumanlıdır.
Aşağı dünya sakinlərinin adlarının nisbətən təkmil siyahısını
V.İonov tərtib etmişdir: Arsan Duolay, Buor Manqalay, Luo xaan
toyon (АИВ АН СССР (ЛО) ф. 22, оп. 1, д.1, л. 42). Bu adlar
içərisində Luo xaan (əjdaha xan-ağa) adı maraq doğurur. Beləki,
əski türk dilində “lu”, “luo” əjdaha deməkdir. Əjdaha isə digər
türk xalqlarının mifik təsəvvürlərinə görə göy sakinidir. Saxa-
yakutların Luo xaanı isə aşağı dünyanı təmsil edir. O, eynən Buor
Manqalay kimi Arsan Duolayın oğullarından biridir və yeddi
qəbilədən birinə başçılıq edir (Слепцов, 1886, с. 121). V. İonovun
qeydlərində isə söhbət yeddi deyil, iyirmi yeddi qəbilədən gedir və
onların başlarında duranlar içərisində ən məhşurlarının Luo xan
(Luo xaan), Buor Tüsümel (oğlan) və Buor Manqalay (qız)
olduqları bildirilir (АИВ АН СССР (ЛО) ф. 22, оп. 1, д.1, л. 46).
Q.Ksenefontovun yazdığna görə, onun dövründə saxa-ya-
kutların mifik təsəvvürlərində yeraltı dünyanın daha bir mifik
sakini – ölüm və bədbəxtlik müjdəçisi olan “Ölör-ölör luo balı-
qa” adlı bir başlı, iki quyruqlu balıq barədə təsəvvürlər də hələ
canlı idi (Ксенефонтов, 1928, с. 11).
13
E.Pekarski aşağı dünyanın “Ölör ölüü luo xaan oqusa” adlı da-
ha bir mifik varlığı barədə söz açmış və bu varlığın adını “böyük
ölümcül ölüm öküzü” (большой бык смертной смерти) kimi
tərcümə etmişdir (Пекарский Э.Л., 1959, т. 2, с. 1480). Bu halda
“ölör ölüü” ifadəsinin hərfi tərcüməsinin doğru olduğunu qeyd
edən Q.Ksenefontovun fikrincə, bu sözbirləşməsi “ölüm və bəd-
bəxtliklərin mənbəyi” anlamına gəlir. Odur ki, “Ölör ölüü luo xaan
oqusa”nın adı “Ölüm və bədbəxtliklərin mənbəyi olan öküz Luo
xan” kimi tərcümə edilməlidir. Alim yazır ki, saxa-yakutların inan-
cına görə, kəlləsinin ortasında nəhəng və tək buynuz olan bu mifik
varlıq vaxtaşırı yer altından yer üzünə çıxır, inəklərin üzərinə çö-
kərək, onlarla cinsi əlaqəyə girir və bu əlaqədən eybəcər buzovlar
dünyaya gəlir. Əgər buzov erkəkdirsə sahibi, dişidirsə sahibəsi
mütləq öləcəkdir (АИВ АН СССР (ЛО) ф. 22, оп. 1, д.1, л. 34).
Aşağı dünyanın A.Kulakovski tərəfindən qeydə alınmış nis-
bətən az əhəmiyyətli mifik obrazlardan biri də Adaqalax Ala
Buuray Toyondur. Adı “ayağıyalın, çılpaq ağa” anlamına gəlir
(Кулаковский, 1923, с. 26).
Bu tip ruhlardan biri də Dulurba Xara Toyondur (Алексеев,
1984, с. 50). Saxa-yakutlar vərəm və digər xəstəliklərin yayıcısı
hesab edilən Aan Arbatıı Toyonu və uşaqları məhv edən Xarsa
Tördönü daha dəhşətli və qorxulu aşağı dünya ruhlarndan hesab
edilirdilər. Aşağı dünyanın sakinləri ümumiyyətlə bir çox xəstə-
liklərin törədiciləri kimi qəbul edilir, onların hər birinin yeraltı
dünyada özünəməxsus sahəsinin – ulusunun və məskən yerinin
olduğuna, bu ruhların ayr-ayrı qəbilələrdən ibarət olduğuna ina-
nılırdı. Məsələn, Xarsa qəbiləsinə mənsub ruhların aşağı dünya-
nın şimalında məskun olduqları hesab edilir, onlardan insanlara
ən yaxın məkanda yaşayanlar aşağdaklardır:
Ağzı qana bulaşmış
Xaan Badalay ağa,
Xaan Babadılaq xanım.
Oğulları Xarqıy Xara,
Qızları Xaan Xadıalama (АИВ АН СССР (ЛО)
ф. 22, оп. 1, д.1, л. 51).
Dostları ilə paylaş: |