8
apardılar və bu səbəbdən də Oğuz onlara – Kanqlı, yəni ara-
baçılar, arabası olanlar adı verdi» (Rəşədəddin, 1992, s. 9).
Arabaların guya hind-Avropa arealında yayılması və sonra-
lar cənub – Qafqaz istiqamətində yayılması barədə A. D. Rezep-
kinin fikirləri ilə razılaşmayan N. Müseyibli haqlı olaraq qeyd
edir ki, təkər modellərinin ən qədim nümunələrinin Balkan abi-
dələrində aşkar edilməsi fikri doğru deyildir. Belə ki, hind-avro-
palıların ilk vətənindən uzaqda – Azərbaycanın Muğan bölgəsin-
də qazılan, eneolit dövrünə aid Polutəpə yaşayış yerindən
(Ахундов, 2011, s. 224-225) e.ə. V minilliyə aid təkər modeli
aşkar edilmişdir (Müseyibli N., 2014, s.84-85).
Saxsıdan hazırlanmış təkər modellərinə Leylatəpə, Böyük
Kəsik, Qalayeri və II Poylu yaşayış yerlərində (hamısı e.ə. IV
minillik) də rast gəlinmişdir (Müseyibli N., 2014, s.85).
Sibir və Altay türklərinin mifik təsəvvürlərinə görə orta
dünya, yəni yer sadəcə insanların və heyvanların yaşadıqları, bit-
kilərin mövcud olduğu bir məkan deyil. Burada da yixarı dünya-
da, yəni göylərdə olduğu kimi çox sayda ruhlar – çaylarn, göllə-
rin, dağların və s. hami ruhları yaşamaqdadır (Алексеев, 1980).
Bu fikir saxa-yakutlar üçün də xarakterikdir. Onlar inanmışlar
ki, yer üzündə göylərdəki və yerin altındakı ruhlardan – abaası-
lardan fərqli “kiçik abaasılar” yaşayır və bəzi xəstəliklərin sə-
bəbkarı onlardır (Кулаковский, 1979, с. 27-28; Попов, 1949, с.
255-323). Azərbaycan və Anadoluda bu varlıqlara «albastı», «al
qarısı», «almas» və ya «hal anası» deyirlər.
Sibir və Altayda yaşayan digər türk xalqlarının mifologiyasın-
da olduğu kimi, saxa-yakuut türklərinin də mifik təsəvvürlərinə gö-
rə, yerin altında aşağı dünya yerləşir. Bu dünya günəş və ayın işı-
ğının zəif saçdığı yarıqaranlq və ya qaranlıq aləm kimi təsvir edilir
(Кулаковский, 1979, с.12; Эргис, 1974, с. 136), “Kətit ötügen”
(geniş məşhər yeri) və ya “kedən tügəgə” (məşhər yerinin dibi)
adlandırlır. Bu adlardan birincisində işlənmiş “ötügen” termininə
Orxon-Yenisey abidlərində də rast gəlinir. Bu, Selenqa və Yenisey
çaylarınn mənsəbləri arasında uzanan bir dağ silsiləsinin adıdır
(Потапов, 1978, с. 34). Q. U. Erqis bu faktdan çıxış edərək, belə
9
bir ehtimal irəli sürmüşdür ki, saxa-yakutlar nə zamansa göytürk-
lərlə (türkütlərlə) və onların yaşadıqları Ötügen ölkəsi ilə təmasda
olmuş, fəqət zamanla bu ölkə – əcdadlarının torpağı yaddaşlarından
silinmiş, yalnız əfsanə və rəvayətlərdə yaşamaqda davam etmişdir.
Eyni sözləri saxa-yakut rəvayətlərində “Bayxal” kimi yad edilən
Baykal gölü barədə də söyləmək olar (Эргис, 1974, с. 137-138). N.
A.Alekseyev isə “Ötügen” oroniminin yeraltı, aşağı dünyanın, yəni
şər ruhların yaşadığı məkanın adına çevrilməsinin saxa-yakutlarla
göytürklərin bir vaxtlar düşmənçilik etmiş olmaları ilə bağlı ola
biləcəyini ehtimal edir (Алексеев, 1984, с. 49).
Saxa-yakutlar aşağı dünyanın şər ruhlarını da eynən yuxarı
dünyanın ruhları kimi antropomorfik təsəvvür etmişlər. Onlar bu
ruhları yeddi qəbiləyə bölür, başçılarını isə Arsan Duolay adlan-
dırırlar (Слепцов, 1886, с. 120). Arsan Duolayın yeraltı xanlığın
dibində, hörümçəklərin qaynaşdğı palçıq vulkanının yaxınlığın-
da yaşadğı hesab edilir (Потапов, 1949, с. 280). Onun şəxsiyyə-
ti barədə təsəvvürlər dumanlıdır (Tuncay B., 2014).
Aşağı dünya sakinlərinin adlarının nisbətən təkmil siyahısı-
nı V.M.İonov tərtib etmişdir: Arsan Duolay, Buor Manqalay,
Luo xaan toyon (Tuncay B., 2014). Bu adlar içərisində Luo xaan
(əjdaha xan-ağa) adı maraq doğurur. Belə ki, əski türk dilində
“lu”, “luo” əjdaha deməkdir. Əjdaha isə digər türk xalqlarının
mifik təsəvvürlərinə görə göy sakinidir. Saxa-yakutların Luo xa-
anı isə aşağı dünyanı təmsil edir. O, eynən Buor Manqalay kimi
Arsan Duolayın oğullarından biridir və yeddi qəbilədən birinə
başçılıq edir (Слепцов, 1886, с. 121).
Üçqatlı dünya modelin izləri Azərbaycan folklorunda da qoru-
nub saxlanmışdır. Folklorşünas alim R. Qafarov mövzu ilə bağlı ya-
zır ki, «Kitabi-Dədə Qorqud»da həmin təsəvvürlərə söykənən mi-
fik dünya modelinin tam təsvirinə rast gəlirik. «İlk olaraq onu vur-
ğulamaq lazımdır ki, Azərbaycanda yazıya alınan Drezden nüsxəsi-
nin on iki boylu mətnində eposun hadisələri yer üzündə üç çadırın
(ağ, qırmızı, qara) dikəlməsi ilə başlayır və başı göyə toxunan bir
göy çadırın qurulması ilə tamamlanır» (Qafarov R., 2010, s.31-32).
10
Saxa-yakutlar ölən insanların bir qisminin ruhlarının üörlə-
rə çevrildiklərinə inanmışlar. Bu “üör”lər insanları narahat edir,
onların xəstələnmələrinə, başlarına pis hadisələrin gəlmələrinə
səbəbkar olurlar:
«Saxaların (yakutların) inancına görə, insanlar öldükdən
sonra ölülər dünyasına köçsəlr də və başqa dünyanın sakinlrinə
çevrilsələr də, ruhları geri dönüb insanların arasında yaşaya
bilirlər. Bu halda onlar yalnız şər ruhlara – üörlərə çevrilirlər.
Türkəçarə (otçi) Bürqesin V. M. İonov tərəfindən qeydə alınmış
sözlərindən belə aydın olur ki, Ölən insanın ruhu (sür və qut)
ölülər dünyasına köçdükdən sonra ruhlar ondan üörə çevrilmək
istəyib-istəmədiklərini soruşurlar, cavab müsbət olduqda onu üç
dəfə şəkildən şəklə salır, üörə çevirir və insanların yaşadıqları
orta dünyaya qovurlar. Bu məqsədlə ona insan şəkli verir, içinə
isə abaası yerləşdirirlər. Və bu abaası – üör yer üzünü ölən ada-
mın şəklində dolaşmağa başlayır» (Tuncay B., 2014).
Üörlər insanlara yaxınlaşdqda insanlar onları görmürlər. Çün-
ki onlar da digər ruhlar kimi görünməzdilər. Belə hesab edilirdi ki,
mərhumları adları ilə çağırmaq olmaz, əks təqdirdə onlar həmin
insandan əl çəkməyəcək və ona pislik edəcəkıər (Ксенефонтов,
1929, с. 9). Bu inancın izləri bir Azərbaycan nağılında (Oxxayın
nağılı) da öz izlərini qorumuşdur. Həmin nağılda qəhrəman atası-
nın bilmədən və istəmədən Oxxay adlı bəd ruhun adını çəkdiyin-
dən onun bəd əməlləri ilə üzləşməli olur (Tuncay B., 2014).
Saxaların (yakutların) inancına görə, üörlər sırasına başıboş
və axmaq adamların (dəlilərin), xüsusi amansızlıqla öldürülmüş-
lərin, intihar etmişlərin və cadugərlərin ruhları çevrilirlər. Dəli-
lər ona görə üörə çevrilirlər ki, onlar, bir qayda olaraq, qadınla-
rın şər ruhları ilə intim münasibətlərindən doğulmuşlar və bu üz-
dən də onların “normal ruh”a çevrilmələri mükün deyil. Qəddar-
lıqla öldürülənlər isə üörə könüllü surətdə çevrilirdilər ki, öz qa-
tillərindən qisas ala bilsinlər. İntihar edənlərə gəlincə isə, bunlar
sağlıqlarında bədənlərinə bəd ruhlar girən və ağılları əllərindən
alınanlardır ki, onların da üördən başqa bir şeyə çevrilmsi imkan
xaricindədirlər (Слепцов, 1886, с. 130; Припузов, 1884, с. 64).
Dostları ilə paylaş: |