Kuran’i dэnlemeyenler


Bu səbəbdən siz də o gün gəlmədən öncə Quran həqiqətindən qaçmaqdan vaz keçin, vaxtınızı Quranı oxumağa və oxutmağa, Quran ayələri üzərində düşünməyə və düşündürməyə ayırın



Yüklə 437,21 Kb.
səhifə5/6
tarix14.04.2018
ölçüsü437,21 Kb.
#38242
1   2   3   4   5   6

Bu səbəbdən siz də o gün gəlmədən öncə Quran həqiqətindən qaçmaqdan vaz keçin, vaxtınızı Quranı oxumağa və oxutmağa, Quran ayələri üzərində düşünməyə və düşündürməyə ayırın.



Təkamül yalanı

Darvinizm, yəni təkamül nəzəriyyəsi yaradılış həqiqətini rədd etmək məqsədi ilə ortaya atılan, lakin müvəffəqiyyətli ola bilməyən və elmdən kənar olan mənasız fikirdən başqa bir şey deyil. Canlının cansız maddələrdən təsadüfən meydana gəldiyini iddia edən bu nəzəriyyə kainatda və canlılarda çoxlu möcüzəvi nizam olduğunun elm tərəfindən isbat edilməsilə dəlilsiz hala gəlmişdir. Beləcə, Allahın bütün kainatı və canlıları yaratdığı həqiqəti elm tərəfindən də sübut edilmişdir. Bu gün təkamül nəzəriyyəsinə dəstək olmaq üçün dünya səviyyəsində aparılan təbliğat yalnız elmi həqiqətlərin təhrif edilməsinə, tərəfli şərh olunmasına, elm adı altında deyilən yalanlara və edilən saxtakarlıqlara əsaslanır.

Ancaq bu təbliğat həqiqəti gizləyə bilmir. Təkamül nəzəriyyəsinin elm tarixinin ən böyük yalanı olduğu son 20-30 ildə elm dünyasında getdikcə daha yüksək səslə dilə gətirilir. Xüsusilə 1980-ci illərdən sonra aparılan araşdırmalar darvinist iddiaların tamamilə səhv olduğunu ortaya qoymuş və bu həqiqət bir çox alim tərəfindən də dilə gətirilmişdir. Xüsusilə ABŞ-da biologiya, biokimya, paleontologiya kimi fərqli sahələrdən olan çoxlu sayda tədqiqatçı alim darvinizmin əsassızlığını görür, canlıların mənşəyini artıq yaradılış həqiqəti ilə açıqlayırlar.

Təkamül nəzəriyyəsinin süqutunu və yaradılışın dəlillərini digər bir çox əsərlərimizdə bütün elmi detalları ilə göstərdik və göstərməyə davam edirik. Ancaq mövzunu daşıdığı böyük əhəmiyyət səbəbilə burada da yekunlaşdırmaqda fayda vardır.



Darvini yıxan çətinliklər

Təkamül nəzəriyyəsi tarixinin qədim yunanlara qədər gedib çıxan bir nəzəriyyə olmasına baxmayaraq, əhatəli olaraq 19-cu əsrdə ortaya atıldı. Nəzəriyyəni elm dünyasının gündəliyinə gətirən ən əhəmiyyətli yenilik Çarlz Darvinin 1859-cu ildə nəşr olunan “Növlərin mənşəyi” adlı kitabı idi. Darvin bu kitabda dünyadakı fərqli canlı növlərinin Allahın ayrı-ayrı yaratdığı həqiqətinə qarşı çıxırdı. Darvinə görə, bütün növlər ortaq bir atadan gəlirdilər və zamanla kiçik dəyişmələrlə fərqliləşiblər.

Darvinin nəzəriyyəsi heç bir konkret elmi tapıntıya əsaslanmırdı; özünün də qəbul etdiyi kimi, yalnız bir "məntiq irəli sürmək" idi. Hətta Darvinin kitabındakı "Nəzəriyyənin çətinlikləri" başlıqlı uzun hissədə etiraf etdiyi kimi, nəzəriyyə bir çox əhəmiyyətli suala cavab verə bilmirdi.

Darvin nəzəriyyəsinin önündəki çətinliklərin inkişaf edən elm tərəfindən aşılacağını, yeni elmi tapıntıların nəzəriyyəsini gücləndirəcəyini ümid edirdi. Bunu kitabında tez-tez ifadə etmişdi. Ancaq inkişaf edən elm Darvinin ümidlərinin tam əksinə, nəzəriyyənin təməl iddialarını bir-bir əsassız etmişdir.

Darvinizmin elm qarşısındakı uduzması üç təməl başlıqda araşdırıla bilər:

1) Nəzəriyyə həyatın yer üzündə ilk dəfə necə ortaya çıxdığını heç cür açıqlaya bilmir.

2) Nəzəriyyənin qarşıya qoyduğu "təkamül mexanizmləri"nin, həqiqətdə təkmilləşdirici bir təsirə sahib olduğunu göstərən heç bir elmi tapıntı yoxdur.

3) Fosil (qalıq) qeydləri təkamül nəzəriyyəsinin nəzərdə tutduqlarının tam əksi olan bir cədvəl ortaya qoyur.

Bu hissədə bu üç təməl başlığı ana xətləri ilə araşdıracağıq.

Keçilə bilməyən ilk pillə:

Həyatın mənşəyi

Təkamül nəzəriyyəsi bütün canlı növlərinin bundan təxminən 3.8 milyard il əvvəl ibtidai dünyada ortaya çıxan tək bir canlı hüceyrədən gəldiyini iddia edir. Tək bir hüceyrənin necə oldu ki, milyonlarla kompleks canlı növünü meydana gətirdiyi və əgər həqiqətən bu cür təkamül reallaşmışdırsa, niyə bunun izlərinin fosil qeydlərində olmadığı nəzəriyyənin açıqlaya bilmədiyi suallardandır. Ancaq bütün bunlardan əvvəl iddia edilən təkamül müddətinin ilk pilləsi üzərində dayanmaq lazımdır. Haqqında danışılan o "ilk hüceyrə" necə ortaya çıxmışdır?

Təkamül nəzəriyyəsi yaradılışı rədd etdiyi və heç bir fövqəltəbii müdaxiləni qəbul etmədiyi üçün, o "ilk hüceyrə"nin heç bir məqsəd, plan və tənzimləmə olmadan təbiət qanunları içində təsadüfi olaraq meydana gəldiyini iddia edir. Yəni nəzəriyyəyə görə, cansız maddə təsadüflər nəticəsində ortaya canlı bir hüceyrə çıxarmalıdır. Ancaq bu, məlum olan ən fundamental biologiya qanunlarına zidd bir iddiadır.

"Həyat həyatdan gəlir"

Darvin kitabında həyatın mənşəyi mövzusundan heç danışmamışdı. Çünki onun dövründəki ibtidai elm anlayışı canlıların çox sadə bir quruluşa sahib olduğunu fərz edirdi. Orta əsrlərdən bəri insanların inandığı "öz-özünə törəyən nəsil" adlı nəzəriyyəyə görə, cansız maddələrin təsadüfən bir yerə gəlib canlı bir varlıq meydana gətirə biləcəyinə inanırdılar. Bu dövrdə böcəklərin yemək artıqlarından, siçanların da buğdadan meydana gəldiyi məşhur bir düşüncə idi. Bunu isbat etmək üçün maraqlı təcrübələr aparılmışdı. Çirkli bir əskinin üzərinə bir az buğda qoyulmuş və bir az gözlədikdə bu qarışıqdan siçanların meydana gələcəyi zənn edilmişdi.

Ətlərin qurdlanması da həyatın cansız maddələrdən törəyə bildiyinə bir dəlil sayılırdı. Halbuki daha sonra aydın olacaqdı ki, ətlərin üzərindəki qurdlar öz-özlərinə meydana gəlmirlər, ağcaqanadların gətirdiyi gözlə görünməyən sürfələrdən çıxırdılar.

Darvinin “Növlərin mənşəyi” adlı kitabını yazdığı dövrdə isə bakteriyaların cansız maddədən meydana gəldiyi inancı elm dünyası tərəfindən qəbul edildi.

Halbuki Darvinin kitabının nəşr olunmasından beş il sonra məşhur fransız bioloq Luis Pastor təkamülə əsas təşkil edən bu inancı qəti olaraq təkzib etdi. Pastor apardığı uzun təcrübələr nəticəsində aldığı nəticəni belə yekunlaşdırmışdı:

Cansız maddələrin həyat meydana gətirə biləcəyi iddiası artıq qəti olaraq tarixə basdırılmışdır.1

Təkamül nəzəriyyəsinin müdafiəçiləri Pastorun tapıntılarına qarşı uzun müddət müqavimət göstərdilər. Ancaq inkişaf edən elm canlı hüceyrəsinin kompleks quruluşunu ortaya çıxardıqca həyatın öz-özünə meydana gələ biləcəyi iddiasının əsassızlığı daha da aydınlaşdı.

20-ci əsrdəki nəticəsiz səylər

20-ci əsrdə həyatın mənşəyi mövzusunu tədqiq edən ilk təkamülçü məşhur rus bioloq Aleksandr Oparin oldu. Oparin 1930-cu illərdə ortaya atdığı bəzi tezislərlə canlı hüceyrəsinin təsadüfən meydana gələ biləcəyini isbat etməyə çalışdı. Ancaq bu işlər müvəffəqiyyətsizliklə nəticələnəcək və Oparin bu etirafı etmək məcburiyyətində qalacaqdı:

Təəssüf ki, hüceyrənin mənşəyi təkamül nəzəriyyəsinin tamamını əhatə edən ən qaranlıq nöqtəni meydana gətirir.2

Oparinin yolunu izləyən təkamülçülər həyatın mənşəyi mövzusunu həll edəcək təcrübələr aparmağa çalışdılar. Bu təcrübələrin ən məşhuru amerikalı kimyaçı Stanley Miller tərəfindən 1953-cü ildə təşkil edildi. Miller ibtidai Yer atmosferində olduğunu iddia etdiyi qazları bir təcrübə qurğusunda birləşdirib və bu qarışığa enerji əlavə edib proteinlərin quruluşunda istifadə edilən bir neçə orqanik molekul (aminoasid) sintez etdi.

O illərdə təkamül adına əhəmiyyətli bir mərhələ kimi tanıdılan bu təcrübənin əsaslı olmadığı və təcrübədə istifadə edilən atmosferin həqiqi dünya şərtlərindən çox fərqli olduğu növbəti illərdə ortaya çıxacaqdı.3

Uzun sürən səssizlikdən sonra Millerin özü də istifadə etdiyi atmosfer mühitinin həqiqi olmadığını etiraf etdi.4

Həyatın mənşəyi problemini açıqlamaq üçün 20-ci əsr boyu aparılan bütün təkamülçü səylər davamlı olaraq müvəffəqiyyətsizliklə nəticələndi. San Diego Scripps institutundan məşhur geokimyaçı Jefrey Bada təkamülçü “Earth” jurnalında 1998-ci ildə nəşr olunan bir məqalədə bu həqiqəti belə qəbul edir:

Bu gün 20-ci əsri geridə qoyarkən hələ 20-ci əsrə girdiyimizdə sahib olduğumuz ən böyük həll edilməmiş problemlə qarşı-qarşıyayıq: Həyat yer üzündə necə başladı.5



Həyatın kompleks quruluşu

Təkamül nəzəriyyəsinin həyatın mənşəyi mövzusunda belə böyük çətinliyə düşməsinin başlıca səbəbi ən sadə zənn edilən canlı quruluşların inanılmaz dərəcədə kompleks quruluşlara sahib olmasıdır. Canlı hüceyrəsi insanların düzəltdiyi bütün texnoloji məhsullardan daha kompleksdir. Belə ki, bu gün dünyanın ən inkişaf etmiş laboratoriyalarında belə cansız maddələr bir yerə gətirilərək canlı bir hüceyrə çıxarıla bilmir.

Bir hüceyrənin meydana gəlməsi üçün lazım olan şərtlər əsla təsadüflərlə açıqlana bilməyəcək qədər çoxdur. Hüceyrənin ən fundamental quruluş maddəsi olan proteinlərin təsadüfi olaraq sintez edilmə ehtimalı 500 aminoasidlik orta hesabla bir protein üçün 10950/1-dir. Ancaq riyaziyyatda 1050/1-dən kiçik ehtimallar praktik olaraq qeyri-mümkün sayılır. Hüceyrənin nüvəsində yerləşən və genetik məlumatı saxlayan DNT molekulu isə inanılmaz bir məlumat bankıdır. İnsan DNT-sinin ehtiva etdiyi məlumatın kağıza köçürüldüyü təqdirdə 500 səhifədən ibarət 900 cildlik bir kitabxana meydana gətirəcəyi hesablanmışdır.

Bu nöqtədə çox maraqlı bir dilemma əlavə var: DNT yalnız bəzi xüsusiləşmiş proteinlərin (fermentlərin) köməyi ilə cütləşə bilər. Amma bu fermentlərin sintezi də ancaq DNT-dəki məlumatlar yönündə reallaşır. Bir-birindən asılı olduqlarından cütləşmənin meydana gəlməsi üçün ikisi də eyni anda mövcud olmalıdırlar. Bu isə həyatın öz-özünə meydana gəldiyi ssenarisini çarəsiz vəziyyətə salır. San Diego California universitetindən məşhur təkamülçü professor Lesley Orqel “Scientific american” jurnalının oktyabr, 1994 tarixli sayında bu həqiqəti belə etiraf edir:

Son dərəcə kompleks quruluşlara sahib olan proteinlərin və nuklein turşularının (RNT və DNT) eyni yerdə və eyni zamanda təsadüfi olaraq meydana gəlmələri həddindən artıq ehtimaldan kənardır. Amma bunların biri olmadan digərini əldə etmək də mümkün deyil. Dolayısı ilə, insan həyatın kimyəvi yollarla ortaya çıxmasının əsla mümkün olmadığı nəticəsinə gəlmək məcburiyyətində qalır.6

Şübhəsiz, əgər həyatın təbii amillərlə ortaya çıxması qeyri-mümkündürsə, bu vəziyyətdə həyatın fövqəltəbii bir şəkildə yaradıldığını qəbul etmək lazımdır. Bu həqiqət əsas məqsədi yaradılışı rədd etmək olan təkamül nəzəriyyəsini açıq şəkildə əsassız edir.



Təkamülün xəyali mexanizmləri

Darvin nəzəriyyəsini əsassız edən ikinci böyük nöqtə nəzəriyyənin "təkamül mexanizmləri" olaraq qarşıya qoyduğu iki anlayışın həqiqətdə heç bir təkmilləşdirici gücə sahib olmadığının aydınlaşmasıdır. Darvin ortaya atdığı təkamül iddiasını tamamilə "təbii seleksiya" mexanizminə bağlamışdı. Bu mexanizmə verdiyi əhəmiyyət kitabının adından da açıq şəkildə aydın olurdu: Növlərin mənşəyi, təbii seleksiya yolu ilə...

Təbii seleksiya təbii seçmə deməkdir. Təbiətdəki həyat mübarizəsində təbii şərtlərə uyğun və güclü canlıların həyatda qaldığı düşüncəsinə əsaslanır. Məsələn, yırtıcı heyvanlar tərəfindən təhdid edilən bir maral sürüsündə daha sürətli qaçan marallar həyatda qalır. Beləcə, maral sürüsü sürətli və güclülərdən meydana gəlir. Amma, əlbəttə, bu mexanizm maralları təkmilləşdirməz, onları başqa bir canlı növünə, məsələn, atlara çevirməz.

Dolayısı ilə, təbii seleksiya mexanizmi heç bir təkmilləşdirici gücə sahib deyil. Darvin də bu həqiqətin fərqində idi və “Növlərin mənşəyi” adlı kitabında: "faydalı dəyişikliklər meydana gəlmədiyi müddətdə təbii seleksiya heç bir şey edə bilməz",- demək məcburiyyətində qalmışdı.7



Lamarkın təsiri

Bəs bu "faydalı dəyişikliklər" necə meydana gələ bilərdi? Darvin öz dövrünün ibtidai elm anlayışı içində bu sualı Lamarka əsaslanıb cavablandırmağa çalışmışdı. Darvindən əvvəl yaşamış fransız bioloq Lamarka görə, canlılar yaşayış dövrlərində keçirdikləri fiziki dəyişiklikləri sonrakı nəslə köçürürlər və nəsildən nəslə yığılan bu xüsusiyyətlər nəticəsində yeni növlər ortaya çıxırdı. Məsələn, Lamarka görə, zürafələr ceyranlardan törəmişdir, yüksək ağacların yarpaqlarını yeməyə çalışarkən nəsildən nəslə boyunları uzanmışdı.

Darvin də bənzəri nümunələr vermiş, məsələn, “Növlərin mənşəyi” adlı kitabında yemək tapmaq üçün suya girən bəzi ayıların zamanla balinalara çevrildiyini iddia etmişdi.8

Amma Mendelin kəşf etdiyi və 20-ci əsrdə inkişaf edən genetika elmi ilə dəqiqləşən irsilik qanunları qazanılmış xüsusiyyətlərin sonrakı nəsillərə köçürülməsi əfsanəsini qəti olaraq rədd etdi. Beləcə, təbii seleksiya "özbaşına" və dolayısı ilə, tamamilə təsirsiz bir mexanizm olaraq qalırdı.



Neodarvinizm və mutasiyalar

Darvinistlər bu vəziyyətə bir həll tapa bilmək üçün 1930-cu illərin sonlarında "Müasir sintetik nəzəriyyə"ni və ya daha məşhur adı ilə desək, neodarvinizmi ortaya atdılar. Neodarvinizm təbii seleksiyaya "faydalı dəyişiklik səbəbi" olaraq mutasiyaları, yəni canlıların genlərində radiasiya kimi xarici təsirlər və ya köçürmə səhvləri nəticəsində yaranan pozulmaları əlavə etdi.

Bu gün də hələ dünyada təkamül adına əsaslılığını qoruyan model neodarvinizmdir. Nəzəriyyə Yer üzündəki milyonlarla canlı növünün bu canlıların qulaq, göz, ağciyər, qanad kimi saysız kompleks orqanlarının "mutasiyalara", yəni genetik pozulmalara əsaslanan müddət nəticəsində meydana gəldiyini iddia edir. Amma nəzəriyyəni çarəsiz duruma salan açıq bir elmi həqiqət vardır: Mutasiyalar canlıları inkişaf etdirməzlər, əksinə, həmişə canlılara zərər verərlər.

Bunun səbəbi çox sadədir: DNT çox kompleks bir quruluşa malikdir. Bu molekul üzərində yaranan hər hansı bir təsadüfi təsir ancaq zərər verər. Amerikalı genetik B.G.Ranganathan bunu belə açıqlayır:

Mutasiyalar kiçik, təsadüfi və zərərlidirlər. Çox nadir hallarda meydana gəlirlər və ən yaxşı halda təsirsizdirlər. Bu üç xüsusiyyət mutasiyaların təkamüli inkişaf meydana gətirə bilməyəcəyini göstərir. Onsuz da yüksək dərəcədə xüsusiləşmiş orqanizmdə meydana gələ biləcək təsadüfi bir dəyişmə ya təsirsizdir, ya da zərərlidir. Bir qol saatında meydana gələn təsadüfi dəyişmə qol saatını inkişaf etdirməz. Ona böyük ehtimalla zərər verər və ya ən yaxşı halda təsirsiz olar. Bir zəlzələ bir şəhəri inkişaf etdirməz, onu dağıdar.9

Necə ki, bu günə qədər heç bir faydalı, yəni genetik məlumatı inkişaf etdirən mutasiya nümunəsi müşahidə edilməmişdir. Bütün mutasiyaların zərərli olduğu görülmüşdür. Aydın olmuşdur ki, təkamül nəzəriyyəsinin "təkamül mexanizmi" olaraq göstərdiyi mutasiyalar həqiqətdə canlıları yalnız korlayan, şikəst edən genetik hadisələrdir. (İnsanlarda mutasiyanın ən çox görünən təsiri xərçəngdir). Əlbəttə, korlayıcı bir mexanizm "təkamül mexanizmi" ola bilməz. Təbii seleksiya isə Darvinin də qəbul etdiyi kimi, "özbaşına heç bir şey edə bilməz". Bu həqiqət bizlərə təbiətdə heç bir "təkamül mexanizmi"nin olmadığını göstərir. Təkamül mexanizmi olmadığına görə də təkamül deyilən xəyali müddət yaşana bilməz.



Fosil qeydləri:

Ara nümunələrin izi yoxdur

Təkamül nəzəriyyəsinin iddia etdiyi ssenarinin yaşanmadığının ən açıq göstəricisi isə fosil (qalıq) qeydləridir.

Təkamül nəzəriyyəsinə görə, bütün canlılar bir-birlərindən törəmişlər. Əvvəldən var olan bir canlı növü zamanla bir başqasına çevrilmiş və bütün növlər bu şəkildə ortaya çıxmışlar. Nəzəriyyəyə görə, bu çevrilmə yüz milyonlarla il davam edən uzun zaman kəsiyini əhatə etmiş və addım-addım irəliləmişdir.

Bu vəziyyətdə iddia edilən uzun çevrilmə müddətində saysız "ara növlər" meydana gəlməli və yaşamalıdırlar.

Məsələn, keçmişdə balıq xüsusiyyətlərini daşımalarına baxmayaraq, bir tərəfdən də bəzi sürünən xüsusiyyətləri qazanan yarı balıq, yarı sürünən canlılar yaşamalıdır. Yaxud sürünən xüsusiyyətlərini daşıyarkən bir tərəfdən də bəzi quş xüsusiyyətləri qazanan sürünən quşlar ortaya çıxmalıdır. Bunlar bir keçiş müddətində olduqları üçün şikəst və qüsurlu canlılar olmalıdır. Təkamülçülər keçmişdə yaşadıqlarına inandıqları bu nəzəri varlıqlara "ara keçid nümunəsi" adını verirlər.

Əgər həqiqətən bu cür canlılar keçmişdə yaşamışdırsa, bunların sayı və növləri milyonlarla, hətta milyardlarla olmalıdır və bu əcaib canlıların fosillərinə mütləq fosil qeydlərində rast gəlinməldir. Darvin “Növlərin mənşəyi”ndə bunu belə açıqlamışdır:

“Əgər nəzəriyyəm doğrudursa, növləri bir-birinə bağlayan saysız ara keçid növləri mütləq yaşamalıdır... Bunların yaşadıqlarının dəlilləri də yalnız fosil qalıqları arasında ola bilər.10

Darvinin puç olan ümidləri

Ancaq 19-cu əsrin ortalarından bu yana dünyanın dörd tərəfində çoxlu fosil araşdırmaları aparıldığı halda, keçiş nümunələrinə rast gəlinməmişdir. Aparılan qazıntı işlərində və araşdırmalarda əldə edilən bütün tapıntılar təkamülçülərin gözlədiklərinin əksinə, canlıların yer üzündə birdən-birə qüsursuz və nöqsansız şəkildə ortaya çıxdığını göstərmişdir.

Məşhur ingilis paleontoloq Derek W.Ager bir təkamülçü olmasına baxmayaraq, bu həqiqəti belə etiraf edir:

Problemimiz budur: Fosil qeydlərini detallı olaraq araşdırdığımızda istər növlər, istərsə də siniflər səviyyəsində olsun davamlı olaraq eyni həqiqətlə qarşılaşırıq; pilləli təkamüllə inkişaf edən deyil, birdən-birə yer üzündə yaranan qruplar görürük.11

Yəni fosil qeydlərində bütün canlı növləri arasında heç bir keçiş nümunəsi olmadan qüsursuz şəkilləri ilə birdən-birə ortaya çıxırlar. Bu, Darvinin nəzərdə tutduğunun tam əksinədir. Əlavə də bu canlı növlərinin yaradıldıqlarını göstərən çox güclü bir dəlildir. Çünki bir canlı növünün öz-özünə təkmilləşən heç bir atası olmadan bir anda və qüsursuz olaraq ortaya çıxmasının tək izahı o növün yaradılmış olmasıdır. Bu həqiqət məşhur təkamülçü bioloq Douglas Futuyma tərəfindən də qəbul edilir:

Yaradılış və təkamül yaşayan canlıların mənşəyi haqqında verilə biləcək yeganə iki açıqlamadır. Canlılar dünyada ya tamamilə mükəmməl və qüsursuz bir şəkildə ortaya çıxmışlar, ya da belə olmamışdır. Əgər belə olmamışdırsa, bir dəyişmə müddəti sayəsində özlərindən əvvəl var olan bəzi canlı növlərindən təkmilləşərək meydana gəlməlidirlər. Amma əgər qüsursuz və mükəmməl bir şəkildə ortaya çıxmışlarsa, o halda, sonsuz güc sahibi olan bir ağıl tərəfindən yaradılmış olmalıdırlar.12

Fosillər isə canlıların yer üzündə qüsursuz və mükəmməl bir şəkildə ortaya çıxdıqlarını göstərir. Yəni "növlərin mənşəyi" Darvinin zənn etdiyinin əksinə, təkamül deyil, yaradılışdır.

İnsanın təkamülü nağılı

Təkamül nəzəriyyəsini müdafiə edənlərin ən çox gündəliyə gətirdikləri mövzu insanın mənşəyi mövzusudur. Bu mövzudakı darvinist iddia bu gün yaşayan müasir insanın meymunabənzər bəzi varlıqlardan gəldiyini fərz edir. 4-5 milyon il əvvəl başladığı fərz edilən bu müddətdə müasir insanla ataları arasında bəzi "ara nümunə"lərin yaşadığı iddia edilir. Həqiqətdə tamamilə xəyali olan bu ssenaridə dörd təməl "kateqoriya" sayılır:

1-Australopithecus

2-Homo habilis

3-Homo erectus

4-Homo sapiens

Təkamülçülər insanların sözdə ilk meymunabənzər atalarına "cənub meymunu" mənasını verən australopithecus adını verirlər. Bu canlılar həqiqətdə soyu tükənmiş bir meymun növündən başqa bir şey deyil. Məşhur ingilis və amerikalı iki anatomiyaçı Lord Solly Zuckerman və prof. Charles Oxnardın australopithecus nümunələri üzərində apardığı çox geniş əhatəli tədqiqat bu canlıların yalnız soyu tükənmiş bir meymun növünə aid olduğunu və insanlarla heç bir bənzərliklərinin olmadığını göstərmişdir.13

Təkamülçülər insan təkamülünün bir sonrakı mərhələsini də "homo", yəni insan olaraq sinifləndirirlər. İddiaya görə, “homo” ardıcıllığındakı canlılar australopithecuslardan daha çox inkişaf etmişlər. Təkamülçülər bu fərqli canlılara aid fosilləri ard-arda düzərək xəyali bir təkamül sxemi meydana gətirirlər. Bu sxem xəyalidir, çünki həqiqətdə bu fərqli siniflər arasında təkamüli bir əlaqənin olduğu qətiyyən isbat edilə bilməmişdir. Təkamül nəzəriyyəsinin 20-ci əsrdəki ən əhəmiyyətli müdafiəçilərindən biri olan Ernst Mayr "“Homo sapiens”ə uzanan zəncir həqiqətdə itmişdir", -deyərək bunu qəbul edir.14

Təkamülçülər "australopithecus > homo habilis > homo erectus > homo sapiens" sıralamasını yazarkən bu növlərin hər birinin bir sonrakının atası olduğu təəssüratını verirlər. Halbuki paleoantropoloqların son tapıntıları australopithecus, homo habilishomo erectusun dünyanın fərqli bölgələrində eyni dövrlərdə yaşadıqlarını göstərir.15

Bundan başqa, homo erectus sinifləməsinə aid insanların bir hissəsi müasir dövrlərə qədər yaşamış, homo sapiens, neandertalensishomo sapiens sapiens (müasir insan) ilə eyni mühitdə yan-yana olmuşlar.16

Bu isə, əlbəttə, bu siniflərin bir-birlərinin ataları olduğu iddiasının əsassızlığını açıq şəkildə ortaya qoyur. Harvard Universitetinin paleontoloqlarından Stephen Jay Gould özünün də bir təkamülçü olmasına baxmayaraq, darvinist nəzəriyyənin düşdüyü bu çıxılmaz vəziyyəti belə açıqlayır:

Əgər bir-birilə paralel şəkildə yaşayan üç fərqli hominid (insana xas) xətti varsa, o halda, bizim soy ağacımıza nə oldu? Açıqdır ki, bunların biri digərindən gələ bilməz. Bundan başqa, biri digəri ilə müqayisə edildiyində təkamüli bir inkişaf tərzi göstərmirlər.17 Qısa olaraq, mediya və ya dərs kitablarında yer alan xəyali bəzi "yarı meymun, yarı insan" canlıların şəkilləri ilə, yəni sırf təbliğat yolu ilə dəstəklənməyə çalışılan insanın təkamülü ssenarisi heç bir elmi təməli olmayan bir nağıldan ibarətdir.

Bu mövzunu uzun illər araşdıran, xüsusilə australopithecus fosilləri üzərində 15 il tədqiqat aparan İngiltərənin ən məşhur və hörmətli alimlərindən Lord Solly Zuckerman bir təkamülçü olmasına baxmayaraq, ortada meymunabənzər canlılardan insana uzanan həqiqi bir soy ağacı olmadığı nəticəsinə gəlmişdir.

Zuckerman bir də maraqlı "elm şkalası" tərtib etmişdir. Elmi olaraq qəbul etdiyi bilik sahələrindən elmdən kənar qəbul etdiyi bilik sahələrinə qədər bir yelpik hazırlamışdır. Zuckermanın bu cədvəlinə görə, ən "elmi" (yəni konkret məlumatlara əsaslanan) bilik sahələri kimya və fizikadır. Yelpikdə bunlardan sonra biologiya elmləri, sonra da ictimai elmlər gəlir. Yelpiyin ən aşağısında, yəni ən "elmdən kənar" sayılan hissəsində isə Zuckermana görə telepatiya, altıncı hiss kimi "duyğu sonrası qəbul etmə" anlayışları və bir də "insanın təkamülü" vardır! Zuckerman yelpiyin bu yerini belə açıqlayır:

Obyektiv həqiqətin sahəsindən çıxıb bioloji elm olaraq fərz edilən bu sahələrə (yəni duyğu sonrası qəbul etməyə və insanın fosil tarixinin şərh olunmasına) girdiyimizdə təkamül nəzəriyyəsinə inanan bir adam üçün hər şeyin mümkün olduğunu görərik. Belə ki, nəzəriyyələrinə qəti inanan bu adamların ziddiyyətli bəzi qərarların eyni anda qəbul etmələri belə mümkündür.18

Budur, insanın təkamülü nağılı da nəzəriyyələrinə kor-koranə inanan bəzi insanların tapdıqları bəzi fosilləri birtərəfli şəkildə izah etmələrindən ibarətdir.



Darvin düsturu!

İndiyədək araşdırdığımız bütün texniki dəlillərlə yanaşı, istəyirsinizsə, təkamülçülərin necə axmaq bir inanca sahib olduqlarını bir də uşaqların anlaya biləcəyi qədər açıq bir nümunə ilə yekunlaşdıraq.

Təkamül nəzəriyyəsi həyatın təsadüfən meydana gəldiyini iddia edir. Dolayısı ilə, bu iddiaya görə, cansız və şüursuz atomlar bir yerə gələrək əvvəlcə hüceyrəni meydana gətirmişlər və sonra eyni atomlar bir şəkildə digər canlıları və insanı meydana gətirmişlər. İndi düşünək: həyatın elementi olan karbon, fosfor, azot, kalium kimi elementləri bir yerə gətirdiyimizdə bir topa meydana gələr. Bu atom topası hansı əməliyyatdan keçirilsə də, tək bir canlı meydana gətirə bilməz. İstəyirsinizsə, bu mövzuda bir “təcrübə” hazırlayaq və təkamülçülərin əslində müdafiə etdiyi, amma yüksək səslə dilə gətirə bilmədiyi iddianı onlar adına “Darvin düsturu” adı ilə arşdıraq:

Təkamülçülər çoxlu sayda böyük bir qabın içinə həyatın quruluşundakı fosfor, azot, karbon, oksigen, dəmir, maqnezium kimi elementlərdən bol miqdarda qoysunlar. Hətta normal şərtlərdə olan ancaq bu qarışığın içində olmasını lazım gördükləri vəsaitləri də bu qablara əlavə etsinlər. Qarışıqların içinə istədikləri qədər amin turşusu, istədikləri qədər də (tək birinin belə təsadüfi meydana gəlmə ehtimalı 10-950 olan) zülal doldursunlar. Bu qarışıqlara istədikləri nisbətdə istilik və nəmlik versinlər. Bunları istədikləri inkişaf etmiş cihazlarla qarışdırsınlar. Qabların başına da dünyanın ən öndə gələn alimlərini qoysunlar. Bu mütəxəssislər atadan oğula, nəsildən nəslə köçürərək növbəti milyardlarla, hətta trilyonlarla il davamlı qabların başında gözləsinlər. Bir canlının meydana gəlməsi üçün hansı şərtlərin var olması lazım olduğuna inanılırsa, hamısından istifadə etmək sərbəst olsun. Ancaq nə etsələr də, o qablardan qətiyyən bir canlı çıxara bilməzlər. Zürafələri, aslanları, arıları, bülbülləri, tutuquşuları, atları, delfinləri, gülləri, zanbaqları, qərənfilləri, bananları, portağalları, almaları, xurmaları, pomidorları, qovunları, qarpızları, əncirləri, zeytunları, üzümləri, şaftalıları, tovuz quşlarını, rəngarəng kəpənəkləri və bunun kimi milyonlarla canlı növündən heç birini meydana gətirə bilməzlər. Yalnız burada bir neçəsini saydığımız bu canlı varlıqları deyil, bunların tək bir hüceyrəsini belə əldə edə bilməzlər.

Qısası, şüursuz atomlar bir yerə gələrək hüceyrəni meydana gətirə bilməzlər. Sonra yeni bir qərar verib, bir hüceyrəni ikiyə bölüb, sonra ard-arda başqa qərarlar alıb elektron mikroskopunu tapan, sonra öz hüceyrə quruluşunu bu mikroskop altında izləyən professorları meydana gətirə bilməzlər. Maddə ancaq Allahın üstün yaratması ilə həyat tapar. Bunun əksini iddia edən təkamül nəzəriyyəsi isə ağıla tamamilə zidd bir mənasız sözdür. Təkamülçülərin ortaya atdığı iddialar üzərində bir az belə düşünmək üstdəki nümunədə olduğu kimi, bu həqiqəti açıq şəkildə göstərər. 


Yüklə 437,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə