Kriptovalyuta: iqtisadi və hüquqi aspektlər Kriptovalyuta ifadəsi, xüsusi ilə onun ilk



Yüklə 5 Mb.
Pdf görüntüsü
səhifə27/28
tarix20.09.2018
ölçüsü5 Mb.
#69889
1   ...   20   21   22   23   24   25   26   27   28

H

İFƏ



56

UNİVERSİTETLƏR 

e-pul emissiya edə bilərmi?

Universitetlərin  elektron  pul  emissiya  etməsinin  mümkünlüyünə  dair 

təsəvvürün daha aydın formalaşması üçün pulun mahiyyətinin iqtisadiyyatda 

nə  kimi  rol  oynadığının  aydın  dərk  edilməsi  mütləqdir.  Onun  meydana 

gəlməsi əmtəə-pul təsərrüfatı kimi yeni bir iqtisadi münasibətlər sisteminin 

formalaşmasına  səbəb  olmaqla  təkamül  prosesi  keçmiş  və  müasir  dövrdə 

pulun  makroiqtisadi  tənzimləmə  aləti  qismində  təsir  imkanlarından  iqtisadi 

siyasət  hədəflərinə  nail  olmaq  üçün  hökumətlər  tərəfindən  geniş  istifadə 

edilməkdədir.

Adətən pul haqqında bəhs olunan zaman ilkin olaraq onun formalarından 

biri olan – kağız (simvolik) pul haqqında təsəvvür yaranır. Müasir dövrdə pulun 

çeşidli  formalarının  mövcud  olmasına  baxmayaraq,  kağız  pul  ümumilkdə 

pulun mahiyyətinin açılması baxımından daha üstün mövqeyə malikdir. Kağız 

pul dövləti təmsil edən qrum (Mərkəzi Bank) tərəfindən iqtisadiyyatda məhsul 

və xidmətlərin mübadiləsi zamanı istifadə edilən öhdəlik məzmununa malik bir 

vasitədir. Onların meydana gəlməsini şərtləndirən amillərdən biri kimi əmtəə 

pullardan istifadənin müəyyən çətinliklər yaratması olmuşdur. Hal-hazırda kağız 

pul əmtəə ekvivalenti kimi iqtisadi münasibətlərdə mühüm rola oynamaqla 

yanaşı, dövlətin siyasi, iqtisadi, sosial və s. xarakterli maraqlarına xidmət etmək 

imkanına malik olan bir alətdir. Məhz buna görə də pulla bağlı münasibətlərdə 

dövlət maraqları, iqtisadi təhlükəsizlik kontekstində qiymətləndirilir.

Ümumilikdə ETT-nin nailiyyətlərinin iqtisadiyyata tətbiqi ilə bağlı iqtisadçı 

alimlərin  münasibəti  birmənalı  olmamışdır.  Belə  ki,  texniki  tərəqqi  artan 

təlabatların  məhdud  resurslarla  ödənilməsi  sahəsində  mühüm  vasitə  kimi 

qiymətləndirilsə  də,  cəmiyyətdə  müxtəlif  problemlərin  (bəzi  hallarda  sosial 

Mərkəzi Bankların emitent 

qismində təminatçısı 

olduğu  kağız pulun tədavül 

funksiyası, emitenti anonim 

olan elektron pullar vasitəsilə 

nəinki reallaşdırılır, hətta 

həmin pullar investisiya-

maliyyə alətlərinə çevrilir 

dos. ZÖHRAB İSAYEV




H

İFƏ



57

münasibətlərin),  o  cümlədən  işsizlik  kimi  ciddi  sosial-iqtisadi 

problemin daha da kəskin formada meydana çıxmasına da səbəb 

ola  bilir.  Paradoksal  məqam  ondan  ibarətdir  ki,  müasir  dövrdə 

məşğulluq səviyyəsinin yüksəldilməsini təmin edən vasitələrindən biri 

kimi məhz texniki tərəqqinin nailiyyətlərinin iqtisadiyyatda tətbiqinin 

stimullaşdırılması təcrübəsi də mövcuddur. Bu kontekstə yanaşdıqda, 

elektron  pulun  ödəniş  və  tədiyyə  vasitəsi  kimi  meydana  çıxması, 

məhz elmi nailiyyətlərin məhsulu olan informasiya-kommunikasiya 

texnologiyalarının inkişafı və onun iqtisadi münasibətlər sistemində 

yaratdığı təsirin məntiqi nəticəsi kimi izah oluna bilər.

Elektron  puldan  iqtisadiyyatda  istifadə  olunması  imkanlarının 

qiymətləndirilməsi birmənalı xarakter daşımır. Başqa sözlə ifadə etmiş 

olsaq, bir tərəfdən iqtisadi səmərəliliyin daha üstün təmin olunması 

baxımından müsbət məqamlarla xarakterizə olunan elektron pulun, 

dövlətin iqtisadi təhlükəsizliyində ciddi təhdid elementinə çevrilməsi 

də mümkündür.     

Araşdırmalar göstərir ki, pulla bağlı münasibətlərində elektron 

vasitələrin  tətbiqi  səmərələşdirici  amil  kimi  ilkin  olaraq  rəsmi 

elektron ödəniş sistemlərinin yaradılması ilə müşahidə olunmuşdur. 

Lakin,  internet  texnologiyalarının  inkişaf  etməsi  və  geniş  kütlə 

tərəfindən istifadə olunması nəticəsində elektron pulla bağlı yeni bir 

şərait formalaşmışdır. Belə ki, Mərkəzi Bankların emitent qismində 

təminatçısı olduğu  kağız pulun tədavül funksiyası, emitenti anonim 

olan elektron pullar vasitəsilə nəinki reallaşdırılır, hətta həmin pullar 

investisiya-maliyyə alətlərinə çevrilir . 

Kağız pulların alternativi kimi çıxış edən müasir elektron pullar 

çoxsaylı  olsalar  da,  bu  sahədə  müxtəlif  parametrlər  üzrə  liderlik 

kriptovalyuta  Bitcoin-ə  məxsudur.  İlk  dəfə  2009-cu  ildə  Satoshi 

Nakamoto  şərti  adı  ilə  anonim  müəllif  tərəfindən  dərc  olunan  - 

“Bitcoin:  A  Peer-to-Peer  Electronic  Cash  System”  adlı  elmi 

məqalə  ilə  gündəmə  gələn  yeni  elektron  ödəniş  sistemi, 

bu  sahədə  artıq  onilliklər  ərzində  istifadə  olunan  ödəniş 

sistemlərindən prinsipial fərqlənməsi ilə daha çox maraq kəsb 

etmişdir. Belə ki, bu sistemdə tədavül vasitəsi kimi istifadə olunan 

ödəniş  vasitəsinin  emitenti  qismində  hakimiyyət  təmsilçisi 

deyil, proqram təminatı çıxış edir . Digər üstünlükləri ilə yanaşı 

olaraq, bilavasitə məhsul və xidmətlərin istehlakı müqabilində 

ödənişlərin reallaşdırılmasında isə heç bir maliyyə institutunun 

iştirakına ehtiyac yaranmır. İnternet əlaqəsinin mövcudluğunun 

ödəniş  üçün  yetərli  olması  və  tranzaksiya  xərclərinin  aradan 

qaldırılması sistemin üstünlüklərindən biri kimi qiymətləndirilir. 

Digər  tərəfdən  Bitcoinin  inflyasiya  təsirinə  məruz  qalmasının  

(alqoritmin  maksimum  21  milyon  kriptovalyutanın  mövcud 

olacağına  uyğun  qurulduğu  bildirilməklə)  qeyri-mümkünlüyü 

elmi arqumentlərlə əsaslandırılır. 

Yuxarıda  qeyd  olunan  məqamlar  elektron  ödəniş 

sistemlərində yeni bir mərhələ kimi qiymətləndirilsə də, dövlətin 

iqtisadi təhlükəsizlik maraqları və digər cinayətkarlıq hallarının 

(qeyri-qanuni  dövriyyə,  spekulyasiyalar,  maliyyə  piramida-ları, 

köpüklər  və  s.)  artması  ehtimalı  kontekstindən  yanaşdıqda 

müəyyən  təhdid  elementlərinin  olması  asanlıqla  anlaşılandır. 

Burada  ən  təhlükəli  məqam  Bitcoin  vasitəsilə  əməliyyatların 

və  onun  təminatçısının  anonimlik  xüsusiyyətinə  malik 

olmasıdır.  Belə  ki,  ödəniş  sistemində  baş  verəcək  hər-hansı 

bir  problem  zamanı  məsuliyyət  məsələsi  ümumiyyətlə  qeyri-

müəyyəndir.  Bütün  bunlara  baxmayaraq,  kriptovalyutalarla 

aparılan  əməliyyatların  miqyası  xüsusilə  onun  mübadiləsi 

əməliyyatlarının hal-hazırda inkişaf etmiş ölkələrdə belə artım 

templəri müşahidə olunmaqdadır. 

Qeyd etmək lazımdır ki, kriptovalyutaların mübadilə kursu ilə 

bağlı baş verən dəyişikliklər də maraq doğuran məsələlərdəndir. 

Belə ki, virtual olmalarına  baxmayaraq onlar yüksək dinamikaya 

malik kursla mübadilə edilməkdədir. Məsələn, birjalarda Bitcoin 

2013-cü ildə 99 ABŞ dollarına mübadilə olunduğu halda, 2017-

ci  ildə  kurs  7960  ABŞ  dolları  səviyyəsinədək  yüksəlmişdir  . 

Hansı ki, bu kimi hallar özündə iqtisadi əsasları deyil, daha çox 

spekulyasiya elementlərini əks etdirməkdədir.

BELƏLİKLƏ:

Universitetlərin elektron pul emissiyası 

baxımından emitent qismində çıxış etməsi nəzəri 

baxımdan mümkün hesab edilsə də, müasir 

dövrdə maliyyə institutlarının bu vəzifənin 

öhdəsindən yetərincə gəlməsi reallığı məsələnin 

aktuallığını müəyyən mənada aradan qaldırır. 

Belə ki, müvafiq bazarda rəqabətin kəskinliyi və 

dünya təcrübəsində müxtəlif şirkətlərin analoji 

biznes layihələrinin uğursuzluğa düçar olmalarını 

da nəzərə aldıqda, təhsil müəssisələrinin 

mənfəət əldə olunması məqsədilə maliyyə 

xidmətləri bazarında uğur qazanmasının təmin 

olunması kifayət qədər reallıqdan uzaq ambisiya 

kimi qiymətləndirilə bilər.    



Yüklə 5 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə