Kimya məktəbdə
63
KİMYANIN TƏDRİSİNDƏ MÜƏLLİMLƏRİN
TƏŞKİLATI FƏALİYYƏTİ
A.N. Hümbətova
kimya müəllimi
Orta məktəblərdə tədrisin keyfiyyətini yüksəltməyin yollarından biridə
müəllimin təşkilati fəaliyyətidir. Digər fənlərlə yanaşı kimyanın tədrisi zamanı
müəllimin təşkilati fəaliyyətinin yüksək olması tədrisin keyfiyyətinə çox böyük
təsir göstərir.
Müasir dövrdə qloballaşma prosesinin və inteqrasiya meyillərinin getdikcə
sürətləndiyi ictimai- siyasi, sosial, mədəni sahələrdə baş verən mühüm keyfiyyət
dəyişiklikləri, şagirdlərin bacarıqlarının yüksək səviyyədə inkişafını tələb edir.
Hazırki dövrdə məktəbin qarşısında təhsilin keyfiyyətini yüksəltmək kimi məsul
bir vəzifə durur. Həyata keçirilən təhsil islahatı təhsil müəssisələrinin
fəaliyyətində, bütövlükdə təhsil sisteminin strukturu, idarəsi və iqtisadiyyatında
köklü yerdəyişmənin həyata keçirilməsini nəzərdə tutur.
Təbiət fənlərindən olan kimyanın müasir tələblər səviyyəsində tədrisi mühüm
vəzifələrdən biri kimi qarşıda durur. Kimya fənni üzrə kurikulumun tətbiqi, təlimi
yeni keyfiyyət səviyyəsinə yüksəltməyə nail olacaqdır. Kurikulumda göstərilir ki,
kimyanın tədrisi zamanı şagirdlərə bu elmə maraq, riyazi hesablamalar, yeni
texniki vasitələrdən istifadə etmək, təbiətdə baş verən hadisələri, maddi aləmdə
gedən dəyişiklikləri dərk etmək, həyatda, məişətdə ekoloji problemlərin həllində
iştirak etmək bacarığı aşılanmalıdır.
Kimyanın tədrisi prosesində tədqiqatçılıq, analiz və sintez, sistemləşdirmə,
ümumiləşdirmə, mühakiməyürütmə, məntiqi düşünmə bacarıqlarının aşılanması
diqqət mərkəzində saxlanılır.Öz iş prosesində müəllim səmərəli metodları tətiq
etməklə, pedaqoji prosesi zənginləşdirir. Fəal dərsdə yüksək nəticə əldə etmək
üçün yeni metodların tətbiqi; yəni,müasir yanaşmalar tətbiq etməklə, kimya
həftələrinin keçirməklə, ardıcıl olaraq test tapşırıqlarının keçirilməsi, dərsdə
problemli situasiyaların yaradılması, şagirdlərdə şifahi nitq vərdişlərinin
formalaşmasına çalışmaq, hər mövzuya aid laboratoriya təcrübələri aparmaq,
şagirdləri dərs ilinin əvvəlindən olimpiadalara hazırlamaq, şagirdlərdə müstəqil
tapşırıqların yerinə yetirmək bacarığının formalaşdırılmasına nail olmağa
çalışmaq və.s. bu kimi məsələləri həll etməklə, uğur qazanılır.
Kimyanın tədrisi prosesində şagirdlərdə elmi dünyagörüşün əsaslarını
formalaşdırmaq məsələsi həmişə diqqət mərkəzində olmuşdur. Kimya müəllimləri
şagirdlərdə bu məsələni müvəffəqiyyətlə həll etmək üçün Respublikamızın
neftayırma, kimya və metallurgiya sənayesinin daha sürətlə inkişaf etdirilməsi,
4(48)2014
64
xalq təsərrüfatının, o, cümlədən kənd təsərrüfatı istehsalatının kimyalaşdırılması,
xammal bazalarının artırılması haqqında hökumətimizin sənədlərini, direktiv
materiallarını özləri diqqətlə oxuyub, öyrənməli, proqramdakı uyğun mövzuları
müəyyənləşdirməli və mövzunun hansı hissəsində həmin materialları şagirdlərə
necə çatdırmaq üzərində deşünməlidir. Belə materiallar məktəblilərə dərs zamanı
yığcam, dərsdən xaric vaxtlarda- kimyaçılar dərnəyinin məşğələsində, kimya
axşamlarında və.s. daha geniş şəkildə şərh olunmalıdır.
Şagirdlərin intellekt qabiliyyətlərini müəyyənləşdirmək müəllimin
vəzifəsidir. Hər bir şagirdin hansı qabiliyyətə malik olduğunu, şagirdlərdə
intellektin inkişaf etdirilməsi onların qabiliyyətləri ilə bağlılığını müəllim nəzərə
almalıdır. Təxəyyül, təfəkkür, intellektin əsasında dayanan qüdrətli bir enerji
mənbəyi var: İntuisiya! Müasir təhsil məktəblərinin məqsədi intuisiyası güclü olan
intellekt yetişdirməkdir. Tədris pdosesində şagirdlərə hazır, həll olunmuş biliklər
verilməsin, onları fəaliyyətə sövq edən, yaradıcılıq axtarışlarına istiqamətləndirən
metodlardan istifadə etməklə, öyrəndikləri fənni sevdirmiş oluruq. Kimyanın
tədrisi prosesində müəllim bunları xüsusi bir vəzifə kimi həmişə diqqət
mərkəzində saxlamalıdır.
Təhsilin keyfiyyəti cəmiyyətin inkişafının əsasını təşkil edən mühüm
göstərici kimi bütün zamanlarda dəyərli olmuşdur. Tədris olunan fənnin
səmərəliliyini yüksəltmək, öz əməyində yüksək nəticələrə nail olmaq, əldə olunan
müsbət nəticələrin praktikada tətbiq etmək və sürətləndirmək müəllimlərin
təşkilati vəzifələrindəndir. Bunun üçün kursun keçirilən və öyrənilən mövzularına
dair şagirdlərin müstəqil təcrübələr etməsi çox vacibdir. Məşğələ zamanı müəllim
şagirdlərin təcrübəni necə etmələrinə diqqət yetirməli və şagird hər hansı bir
əməliyyatı düzgün etmədikdə ona dərhal göstəriş verməlidir. Müəllimlərin
rəhbərliyi ilə, dərsdə, yeni materialı mənimsəmək məqsədilə şagirdlər qısa
müddətli çox da mürəkkəb olmayan laboratoriya təcrübələri edirlərsə, həm dərs
keyfiyyətli alınır, həm də şagirdlər üçün çox maraqlı olur və dərsdən aldıqları
təəsürat onları sevindirir. Aparılan təcrübələrin dəqiq hazırlanması,
göstərilməzdən əvvəl yoxlanması, təcrübələrin təhlil edilməsi, ümumiləşdirilməsi,
şagirdlərin fəal iştirakı ilə aparılması, proqram materialının daha əsaslı
mənimsənilməsinə və şagirdlərin kimya fənninə olan marağının artmasına,
onlarda bir sıra əməli vərdiş və bacarıqların formalaşmasına səbəb olur.
Qabaqcıl təcrübələrin öyrənilməsi, ümumiləşdirilməsi, ən səmərəli olanların
seçilməsi, tələb olunan bilik və bacarıqları şagirdlərin əldə etməsinə mane olan
halların aşkar edilməsi, təhsil prosesinin müasir, real modelinin hazırlanması,
müəllimlərin fəaliyyətini bu modelin tələblərinə uyğun istiqamətdə həyata
keçirmək, tədris-təlim işinin ən səmərəli həllinin prinsiplərini müəyyənləşdirmək
günün tələbidir.
Müəllim fəaliyyətini, təhsilin müasirləşməsi şəraitində, təkcə sinif otağı ilə
Kimya məktəbdə
65
məhdudlaşdırmamalı, cəmiyyətə uyğun daim biliklərin həcmini artırmalı, tədrisin
müxtəlif tərəflərini dərk etməli, bu sistemin digər iştirakçıları ilə anlaşma əldə
etməli, pedaqoji peşənin çətinliyini nəzərə almalı, peşəkarlıq səviyyəsinin daim
yüksəldilməsinə çalışmalıdır. Təlim metodu elə bir sistemdir ki, o, ardıcıl olaraq
tədrisin məzmununu mənimsəməyə aparır. Deməli, təlimin məqsədi, məzmunu,
formaları təlim metodunda öz əksini tapır. Bu gün müasir dərsin xarakterik
xüsusiyyətlərindən dərsdə müasir təlim metodlarından istifadədir. Aydındır ki,
müasir dərs milli təhsilin yaradılmasına yönəlir. Yeniliyin, müasirliyin nədən
ibarət olduğuna istinad edərək, müəllimlərimiz öz dərslərində tətbiq edərək müasir
dərs və ona verilən tələblərdən istifadə edirlər. Müasir dərs dedikdə, təlim metod-
larından ustalıqla istifadə edən müəllimin pedaqoji məharəti nəzərdə tutulur.
Təhsil prosesini elə qurmalıyıq ki, şagirddə özünüinkişaf qabiliyyəti
formalaşsın. Yəni,birinci növbədə inkişafedici təlim yaradıcılığı və təfəkkürü
formalaşdırmaqla yanaşı,fəallığa, dərketmə qabiliyyətinə əsaslanaraq, məntiqi
düşünmə, tənqidi yanaşma, müstəqil qərar çıxarma, bilikləri müstəqil əldə etmək
qabiliyyətinə malik olmalıdır. Fənnin tədrisində müəllim sinifdə, sistemli, ardıcıl
və məqsədli şəkildə şagirdlərlə əməkdaşlıq edir, tədqiqat məqsədlərinin
qoyuluşunda şagirdlərə istiqamət verir, biliklərin əldə edilməsi və
mənimsənilməsi yollarını öyrədir. Deməli,müəllimin təşkilati fəaliyyətinə
aşağıdakılar aiddir:
-
müəllimin nizam- intizam səviyyəsinin yüksək olması;
-
müəllimin sinfi ələ alma səviyyəsinin yüksək olması;
-
müəllimin obyektivliyi, şagirdlər arasında ayrı- seçkiliyə yol verməməsi;
-
şagirdlərin fərdi xüsusiyyətlərini nəzərə almalı, onlarla ünsiyyəti düzgün
qurmalıdır;
-
müəllim- şagird, şagird- şagird əməkdaşlığını yaratmalıdır;
-
şagirdlərdə azad fikirlik, müstəqillik vərdişlərinin yaradılması səviyyəsinin
yüksək olması;
-
müəllimin dərs prosesində şagirdlərə fərdi yanaşma səviyyəsinin yüksək
olması;
-
müəllimin tədris prosesində yaranmış problemi situasiyaları məharətlə həll edə
bilmə qabiliyyətinin yüksək olması;
-
dərsin planlaşdırılması səviyyəsinin yüksək olması;
-
dərsdə əsas psixoloji tələblərin həyata keçirilməsi;
-
dərsdə vaxtdan səmərəli istifadə;
-
müəllimin pedaqoji mədəniyyəti, zahiri görünüşü;
-
müəllimin nitqinin aydınlığı, sürəti, tələffüzü, obrazlılığı, emosionallığı və.s.
-
dərsdə şagirdlərlə səmərəli əks əlaqənin təmin olunması, əməkdaşlıq şəraitinin
yaradılması;
4(48)2014
66
-
dərsdə əməyin mühafizəsi, təhlükəsizlik texnikasının və gigiyenik tələblərin
gözlənilməsi.
Bu gün məktəblərdə müəllimlərimiz dərslərini fəal təlim metod və formaları
ilə qurmaqla yüksək nəticələr əldə edirlər. Fəal təlim metodlarının tətbiqi
müəllimin təşkilati fəaliyyətindən asılıdır. Fəal (interaktiv) təlim tədrisin və idrak
fəaliyyətinin təşkili, idarə olunması metodlarının məcmusudur. Asan başa
düşülən,yadda qalan, vacib təlim materialının öyrənilməsində, nəticə çıxarmağı,
mühüm və dərin ümumiləşdirmələr aparmağı şagirdlər müəllimin rəhbərliyi
altında öyrənirlər.
Müəllim dərsə hazırlaşarkən tətbiq edəcəyi metod, iş formasını birlikdə
götürür, çalışır ki, onlar bir- birini tamamlasın. Bunun üçün müəllim dərslərində
tətbiq edəcəyi fəal təlim metodlarını bilməli və onun tətbiqini bacarmalıdır.
Müstəqil fəaliyyət göstərən, yaradıcı olan şagirdlərə müəllim lazımi köməklik
göstərməli, bələdçi olmalı, görülən işləri obyektiv qiymətləndirilməlidir. Həlli
nəzərdə tutulan bütün məsələlər aktual olmalı, şagirdin yaradıcı fəaliyyətini
inkişaf etdirməli və elmiliyi ilə seçilməlidir.
Fəal dərsin xüsusiyyətlərinə aid olan məsələlər, yəni, dərsi başlayarkən
müəllim problemi qoyub şagirdləri problemin həllinə yönəldir; müəllim
şagirdlərlə fikir mübadiləsi aparmaqla, şagirdlərlə əks əlaqə yaradır; qoyulmuş
təlim problemini birgə, qarşılıqlı fəaliyyət əsasında həll etməyə çalışır,
əməkdaşlıq edir; biliklərin müstəqil kəşfi və mənimsəniməsi üçün müəllim lazımi
şərait yaradır; məlumatla təmin edir, təşkilati dəstək verir; şagirdlərin fəal
dərketmə mövqeyinin bütün dərs boyu saxlanılması üçün müəllim təfəkkürünün
formalaşmasına əsaslanır; suallar və tapşırıqlar müxtəlif təfəkkür (məntiqi,
tənqidi, yaradıcı) növlərinə aid olur; biliklərin praktiki və yaradıcı tətbiqi üçün
müəllim tapşırıqlar verir; şagirdlərin sərbəst və müstəqil fikir yürütməsi üçün
müəllim şərait yaradır; müəllim şagirdlərə hörmətlə yanaşır və şagirdlərin öz
aralarında da qarşılıqlı hörmət münasibətlərini dəstəkləyir; təlimin müxtəlif metod
və vasitələrindən, digər məlumat mənbələrindən istifadə olunur; təlim
fəaliyyətinin təşkili üçün səmərəli vasitələrdən (təlim mühitinin təşkili, kəmiyyət
və keyfiyyətin qiymətləndirilməsinin müxtəlif formaları) istifadə edilir. Nəhayət
öyrədici mühit elə qurulmalıdır ki, tədrisin real həyatla əlaqəsi başa düşülsün,
şagirdlər müxtəlif informasiya mənbələrindən istifadə edə bilsin, müstəqil şəkildə
bilik ehtiyatını artıra bilsin.
Təlimin keyfiyyətinə və şagirdlərin yaradıcı fəaliyyətinə müsbət təsir
göstərən, yaradıcı təfəkkürün inkişafına xidmət edən metodlardan prinsiplər
əsasında istifadə edilməsidir. Müəllimin şagirdlərə hörməti, onları olduğu kimi
qəbul etməsi və daim dəstəkləmək meyli, bacarıqlarına inandığını göstərməsi
bunların hamısı şagirdlərdə belə bir inamı möhkəmləndirə bilər ki, qarşıya
qoyulmuş problemin həllində onların istənilən cəhdi yaradıcı fikir kimi
Kimya məktəbdə
67
qiymətləndirilərək, hörmətlə yanaşılacaqdır.
Biliklərin mənimsənilməsinin əsas meyarı onun yaradıcı surətdə tətbiqidir.
Yaradıcı tətbiqetmə biliyi möhkəmləndirir, onun əhəmiyyətini şagirdə açıb
göstərir. Ona görə də müəllim şagirdlərə imkan daxilində şərait yaratmalıdır ki,
onlar müəyyən məsələlərin həlli üçün, qazanılmış bilikləri tətbiq etməyə
çalışsınlar. Sonda isə şagirdlərə, onların kəşf etdikləri elmi biliklərin yaradıcı
surətdə tətbiqinə dair çalışmalar verilsin ki, bu da həmin elmi biliklərin həmişəlik
onların şüurunda kök salmasına səbəb olur. Bu mərhələnin sonrakı tədris
proseslərində də həyata keçirilməsini davam etdirməklə, müsbət nəticələr əldə
etmək mümkündür.
Fəaliyyət- insanın dərk olunmuş məqsədi ilə tənzim edilən daxili və xarici
fəallığıdır. Təcrübə göstərir ki, hər bir fəaliyyətdə yaradıcılıq tələb olunur. Ona
görə də, kimya müəllimləri öz dərslərinin düzgün təşkil edilib keçirilməsi,
həyatla, istehsalatla,ölkədə gedən quruculuq işləri praktikası ilə əlaqələndirilməsi
və bu vasitələrlə şagirdlərə yaxşı mənimsənilməsi, əməli əhəmiyyəti olan bacarıq
və vərdişlər aşılanması, gənclərdə möhkəm əqidə və inamın yaradılması və milli
iftixar hissinin tərbiyə edilməsi üsulu təşkil edir.
Fəal və yaradıcı olmaq, şəraitdən tez baş çıxarmaq, təşəbbüs göstərmək,
müstəqil olaraq yeni məsələlər qarşıya qoymaq və qərar qəbul etməyi bacarmaq
mühüm məsələlərdən biridir. Öz fəaliyyətini planlaşdırma vərdişləri və daxili
nizam-intizam, vaxt məhdudiyyəti problemini, təşkilatçılıq fəaliyyəti həll etməkdə
kömək edə bilər.
Ona görə də müasir tələblərə cavab vermək üçün müəllim öz fəaliyyətini
fənn otağı ilə məhdudlaşdırmamalıdır. Hər birimiz tədris etdiyimiz fənnin müxtə-
lif tərəflərini dərk etməli, təhsil sisteminin digər iştirakçıları ilə anlaşma əldə
etməli, pedaqoji peşənin çətinliyini nəzərə almalı və peşəkarlıq səviyyəsinin fasi-
ləsiz yüksəldilməsinə daim çalışmalıdır. Biz müxtəlif mədəniyyətlərin mövcud-
luğu şəraitində yaşayırıq. Bizim milli dəyərlərimizin, milli mənliyimizin formalaş-
masında öz mədəni keçmişimizin dərk olunması vacibliyini müəllim öz şagirdlə-
rinə aşılamalıdır. Bu cür keyfiyyət və xüsusiyyətlərə malik, yeni, müair, dinamik
pedaqoji fəaliyyət şəraitində yaradıcı işləmək, tədris etdiyi fənni yüksək səviyyədə
bilmək qabiliyyətinə malik müəllimlərin varlığı cəmiyyət üçün əvəzsiz varlıqdır.
Müasir tələblərdən sayılan, tədris prosesində şagirdin fəal iştirakını təmin
edən müəllimin işi bələdçi və istiqamətverici xarakterə malik olmasıdır. Müəllim
bütün qərarları özü verməməli, müəyyən məsələləri şagirdlərin mühakiməsinə
buraxmalıdır. Bu istiqamətdə qazanılan biliklər şagirdlərin yaddaşında uzun
müddət qalır, onlar həmin bilikləri praktikada tətbiq etməklə uğurlu nəticələr əldə
edirlər. Bu da müəllimin təşkilati fəaliyyətindən irəli gəlir.
Müəllim əgər öz ixtisasını kamil bilmirsə, maddi- texniki baza nə qədər
4(48)2014
68
güclü olsa da, təhsildə uğur qazanmaq mümkün deyil. Bu gün Respublikamızın
təhsil sahəsindəki uğurları məktəblərdə çalışan, öz işinin kamil ustası olan
yüzlərlə müəllimin zəhmətinin bəhrəsidir. Respublikamızda böyük təcrübəyə
malik, öz biliyini şagirdlərdən əsirgəməyən müəllimlər çalışır.
Müasir dövrdə şagirdlər çoxlu sayda informasiyalar əhatəsindədirlər. Öz
fəaliyyətində müəlim bütün bunları nəzərə almaqla, şagirdlərə düzgün
informasiya verməyi bacarmalı, şagirdlərə möhkəm təlim vərdişləri aşılamalı və
hər bir yenilik pedaqoji eksperimentlə yoxlanılıb tətbiq edilməlidir.
Təhsilin inkişafını təmin edən əsas sahələr həmişə diqqət mərkəzində
olmalıdır. Belə ki, təlimin keyfiyyətini yüksəltməyə xidmət edən keyfiyyət
reytinqlərində yaranmış çatışmazlığın aradan qaldırılması; tədris üsullarının geniş
tətbiqi; müasir təlim metodlarının daha səmərəli üsullarının tətbiqi; məktəblərə
elmi- texniki köməyin səviyyəsini artırmaqla, müəllimlərin bu sahədə pedaqoji
bacarığının yüksəldilməsi; tədbirlər və olimpiadalar keçirməklə şagirdlərin
istedadını aşkara çıxarmaq üçün obyektivliyin gözlənilməsi; kadr potensialından
düzgün istifadənin təşkili; şagirdlərin dərsliklə təminatını təmin etmək; şagird
biliyinin qiymətləndirilməsində obyektivliyin gözlənilməsi; tədris müəssisələrini
ixtisaslı kadrlarla təmin etmək; müəllim əməyini obyektiv qiymətləndirməklə
onları həvəsləndirmək və. s.
Kimya fənninin tədrisinə müəllimin şifahi nitqi, müəllimin sxem, cədvəl,
model, stend və.s. üzərində izahı, şagirdlərin kitab üzərində işi, formul və kimyəvi
tənlik düzəltmək üzərində çalışmalar yerinə yetirməsi, təcrübələr aparmaları,
müxtəlif hesablama məsələləri həll etmələri daxil edilə bilər. Yuxarıda qeyd
olunanlar, təhsilimizin inkişafını təmin etməklə yüksək nəticələrin əldə
edilməsində böyük rol oynayır. Nəticədə, müəllim kimyanın tədrisi prosesində
yeni metod və vasitələrdən düzgün istifadə etməklə, fəal dərsi ümumi, sistemli
şəkildə yuxarıda qeyd edilmiş məqsədə, yəni şagirdlərə tam, konkret, dərin, aydın,
dəqiq, sistemli möhkəm və həqiqi bilik vermək məqsədinə nail ola bilər.
Beləliklə,cəmiyyətimizin gələcək qurucuları olan şagirdlərin dərketmə
qabiliyyətini inkişaf etdirmək, əldə edilmiş bilikləri praktikaya tətbiq etmək
bacarığını aşılamaq müəllimlərimizin əsas vəzifilərindən biridir.
İstifadə edilmiş ədəbiyyat:
1.
Veysova Z. Fəal İnteraktiv yəlim.
2007- ci il. UNİCEF.
2.
Azərbaycan Respublikası
Təhsil
Nazirliyinin orqanı. Kimya məktəbdə.
Elmi-nəzəri və metodik məcmuə. 2011.
3.
Pedaqoji Universitetin Xəbərləri. Bakı-
№-1.2013- il.
4.
P.J. Əliyev.Kimya tədrisi üsulunun
ümumi məsələləri. Bakı. 1987- il.
5.
Azərbaycan Respublikası
Təhsil
Nazirliyinin orqanı. Azərbaycan
müəllimi. 8 sentyabr 2006- cı il.
Kimya məktəbdə
69
А.Н. Гумбатова
Организационные дейтельности учителей в преподавании химии
АННОТАЦИЯ
Урок является зеркалом общей и педагогической культуры, показателем его
интеллектуального богатства, уровня знания и мировоззрения (30 апреля 2009- го
года Образование и время). Сила речи- это умение сказать многое в немногих
словах (Рлутарх).
A.N. Humbatova
The organization activity of theachers in the theaching of chemistry
ANNOTATION
Lesson is a mirror of general and pedagogical culture of the teacher, indicator of
her intellectual richness, knowledge level and worldwide. (April 30, 2009. Education and
Time) The power of speech is ability to say a lot with little words. (Plutarx).
Açar sözlər: fəaliyyət, tədris prosesi, fəal- interaktiv təlim, dərsin təşkili və idarə
olunması, yaradıcı təfəkkür, praktiki təcrübə
Ключевые слова: деятельность, процесс преподавание, активно- интерактивные
методы, организация и ведение урока, творческий разум,
практический опыт
Key words: activity, teaching process, active-interactive training, organization and
management of the lesson, creative ming, practical experience
Dostları ilə paylaş: |