Kriptovalyuta: iqtisadi və hüquqi aspektlər Kriptovalyuta ifadəsi, xüsusi ilə onun ilk



Yüklə 5 Mb.
Pdf görüntüsü
səhifə16/28
tarix20.09.2018
ölçüsü5 Mb.
#69889
1   ...   12   13   14   15   16   17   18   19   ...   28

H

İFƏ



34

KRİPTOVALYUTALAR

inkişaf 

etməkdə  

olan

 

ölkələrin  

iqtisadiyyatı

XX əsrin ortalarından, 

texnoloji proqresin 

ölkələrin iqtisadiyyatına 

təsirləri, ümumilikdə qlobal 

iqtisadiyyatın önəmli 

bir hissəsinə çevrilməsi 

ən vacib trendlərdən 

hesab olunur. Bu proses 

texnologiyanın yayılması 

və texnologiyanın iqtisadi 

sistemə inteqrasiyası 

adlandırılır. 

B

elə  innovasiyalardan,  texnoloji 

yeniliklərdən  biri  də  2008-

ci  ildə  dövriyəyə  buraxılan 

kriptovalyutalardır  –  texnoloji 

inkişafın  valyuta  sisteminə  inteqrasiyası 

nəticəsində  dövriyəyə  buraxılan  virtual 

elektron  valyutalar.  Bu  dövr  üçün  əsas 

xarakterik  xüsusiyyət  maliyyə  sistemində 

2008-ci  ilin  Qlobal  Maliyyə  Böhranından 

sonra  əsas  valyutalar  olan  ABŞ  dolları 

və  Avroya  inamın  azalması  və  bu  azalan 

inamın  nəticəsində  ölkələrin  maliyyə 

siyasətlərində  yeni  hədəflərin  yaranması 

idi.  Bu  yeni  hədəflərə  uyğun  olaraq, 

kriptovalyutaların  dövriyyəyə  buraxılması 

mühüm hadisə hesab olunur. 

Kriptovalyutalarla  bağlı  doğru  və 

dəqiq nəticə əldə edə bilmək üçün təhlili 

iki  istiqamətdə  aparmaq  vacibdir  –  yəni 

kriptovalyutaların  həm  müsbət,  həm  də 

mənfi təsirlərini təhlil etmək lazımdır. 

Bu təhlil yazısında əsas məqsədlərdən 

biri  də  İEOÖ-də  kriptovalyutalardan 

istifadənin 

məhdudlaşdırıcı 

maliyyə 

tənzimləməsinə  və  irrasional  monetar 

siyasətə  təsirləri  təqdim  olunur.  Cədvəl 

1-də  kriptovalyutaların  fərqli  növlərinin 

bazar trendləri təqdim olunur. 

Kriptovalyutaların  İEOÖ-lər  tərəfindən 

istifadəsinin təhlilini təqdim etməzdən öncə 

qeyd edilməlidir ki, inkişaf etmiş ölkələrdən 

fərqli  olaraq,  əksər  İEOÖ-lər  daha  zəif 

idarəetmə və maliyyə sisteminə malikdirlər. 

Bu  isə  kriptovalyutaların  istifadəsinə  təsir 

göstərəcək əsas faktorlardan hesab olunur. 

Çünki,  inkişaf  etməkdə  olan  ölkələrin 

zəif  maliyyə  sisteminə  və  zəif  maliyyə 

açıqlığına sahib olması və güclü blokçeyn 

(blockchain)  texnologiyasının  olmaması 

kriptovalyutalardan istifadə zamanı qarşıya 

çıxacaq  problemləri  həll  etmək  yolunda 

əlavə maneələr yaradır.

Ümumiyyətlə,  hazırda  kriptovalyutalar 

ölkələr  tərəfindən  fərqli  şəkildə  istifadə 

olunurlar. İnkişaf etmiş ölkələrdən bir neçəsi 

(Almaniya,  İsveçrə  və  s.)  artıq  rəqəmsal 

valyutalardan  ödəniş  əməliyyatlarında 

istifadə  edilməsində  qanuni  icazə 

veriblər.  İEOÖ-də  isə  kriptovalyutalarla 

bağlı  vəziyyət  inkişaf  etmiş  ölkələrdəki 

kimi  deyil.  Bəzilərində  (məsələn,  Çin) 

kriptovalyutalardan  istifadə  üçün  yalnız 

fiziki  şəxslərə  icazə  verilir,  lakin  banklara 

bununla  bağlı  hələ  rəsmi  icazə  yoxdur. 

Bəzilərində  isə  (məsələn,  Ukrayna)  artıq 

insanlar  rəqəmsal  valyutalara  investisiya 

qoyur  və  yığımını  da  kriptovalyutalar 

hesabına gerçəkləşdirir. 

İEOÖ-də  kriptovalyutalardan  istifa-

dənin  təsirlərinin  təhlili  onu  göstərir  ki, 

əsas  müsbət  fayda  məhz  əməliyyatların 

sürətinin  yüksəlməsi  və  kriptovalyutaların 

tranzaksiyasına nəzarətin daha rahat edilə 

bilməsi  imkanıdır.  Bu  imkandan  doğru 

nəticə  əldə  edə  bilmək  üçün  isə  şəffaf 

maliyyə  sisteminə  sahib  olmaq  İEOÖ-lər 

TƏHMASİB ƏLİZADƏ




H

İFƏ



35

qarşısının  alınması  üçün  ən  önəmli 

siyasət  rəqəmsal  valyutalara  nəzarət 

mexanizminin qurulması və kriptovalyuta 

üzərində 

aparılan 

spekulyasiyanın 

qarşının  alınmasıdır.  Kriptovalyutalara 

nəzarət  mexanizminin  gücləndirilməsi 

üçün  bəzi  İEOÖ-in  hazırda  tətbiq 

etdiyi  siyasətlərdən  biri  də  blokçeyn 

texnologiyasının  dərindən  öyrənilməsi 

və  nəzarətə  götürülməsidir.  Onu  da 

qeyd etmək lazımdır ki, kriptovalyutaların 

korrupsiya  fəaliyyətlərini  azalda  biləcəyi 

və maliyyə sistemini təkmilləşdirə biləcəyi 

ilə bağlı da araşdırmalar və yekun fikirlər 

var.  Burada,  xüsusən  də  illeqal  pul 

köçürmələrindən  zərər  görən  İEOÖ-

in  maliyyə  şəffaflığının  təmin  edilməsi 

üçün  rəqəmsal  valyutalardan  istifadəni 

prioritet  görməsi  mühüm  məsələlərdən 

biridir. 

Nəticə 


etibarilə, 

hazırda 


kriptovalyutalar dünya maliyyə sisteminin 

yeni trendidir və bu yeni trend ölkələrin 

inkişaf səviyyəsinə görə də fərqli təsirlərə 

malikdir.  Yəni,  İEOÖ-lər  inkişaf  etmiş 

ölkələrlə  müqayisədə  kriptovalyutalarla 

bağlı  həm  müsbət,  həm  də  mənfi 

mənada  fərqlənirlər.  Kriptovalyuta  yeni 

valyuta  növü  olduğu  üçün  inkişaf  etmiş 

ölkələrdə  olduğu  kimi  İEOÖ-də  də  bu 

valyutalara  nəzarət  mexaniziminin  və 

istifadə  mexanizminin  formalaşdırılması 

üçün işlər görülür və bu mənada artıq real 

nəticə edən bir neçə ölkə var. İEOÖ-lərə 

xas əsas nəticə isə ondan ibarətdir ki, bu 

tip ölkələrin əksəriyyətində idarəetmə və 

digər institutlarda olan problemlər inkişaf 

etmiş ölkələrə nəzərən daha çoxdur. Bu 

səbəbdən, İEOÖ-lər rəqəmsal valyutaların 

istifadəsində  daha  çox  problemlərlə 

üzləşirlər.  Bu  problemlərin  həlli  üçün 

ilk  addım  ümumi  maliyyə  sisteminin 

açıqlığını  və  işləkliyini  təmin  etməkdir. 

Misal  olaraq,  Çin,  Rusiya,  Braziliya  və 

digər bu kimi İEOÖ-lər artıq institutsional 

addımlar atmağa başlayıblar.

üçün ən əsas şərtdir. 

Kriptovalyutaların İEOÖ-də istifadəsi 

ilə  bağlı  olan  problemlər  isə  əsasən 

onların  təhlükəsizliyinin  təmin  oluna 

bilməməsi  ilə  bağlıdır.  Yəni,  bitcoin 

kimi  kriptovalyutaların  sahibi  olmayan 

başqa  şəxslər  tərəfindən  kiberhücuma 

məruz qalması ehtimalı yüksək olduğu 

üçün  bu  kiberhücumlardan  qorunma 

vasitələrinin  hazırda  təkmil  olmaması 

İEOÖ-lər üçün təhlükə yaradır. 

Kriptovalyutaların 

İEOÖ-də 


istifadəsində  qarşıya  çıxan  əsas 

problemlərdən və mənfi təsirlərdən biri 

qiymətlərdə  qarşıya  çıxan  müntəzəm 

dəyişkənlikdir.  (volatillik)  Rəqəmsal 

valyutaların  qiymətlərində  olan  bu 

dəyişkənlik spekulyatorların fəaliyyətini 

daha da genişləndirir.

Kriptovalyutaların  İEOÖ-lər  üçün 

biri digər mümkün mənfi təsirlərindən 

biri  də  onlardan  istifadənin  çirkli 

pulların  yuyulması  üçün  istifadə  edilə 

bilməsi imkanıdır. Bu ölkələrin maliyyə 

sisteminin  dayanıqlığı  üçün  ciddi 

bir  təhdid  hesab  olunur  və  bunun 



Cədvəl 1. Kriptovalyuta 

növlərinin bazar trendləri


Yüklə 5 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə