Korreksiya pedaqogikasinda yeni Üsullarin təTBİQİ VƏ FƏALİYYƏTLƏRİn təKMİLLƏŞDİRİLMƏSİ Layihə Avropa İttifaqı


Modulun adı: Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin təkmilləşdirilməsi



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə11/44
tarix08.09.2023
ölçüsü0,9 Mb.
#121483
1   ...   7   8   9   10   11   12   13   14   ...   44
Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin

Modulun adı: Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin təkmilləşdirilməsi 
17 
Pedaqoji eksperimentin forma və məzmunu 
Pedaqoji eksperiment 

pedaqoji tədqiqat prosesində öyrənilən hadisənin effektliyini 
müqayisəli şəkildə və sübutedici yolla aşkara çıxaran, düzgün, dəqiq
nəticəyə gəlməyə 
imkan verən xüsusi növ empirik metoddur. Pedaqoji eksperiment müəyyən pedaqoji 
fərziyyənin yoxlanması üçün istifadə edilən metoddur. Onun məqsədi pedaqoji prosesdə 
səbəb
-
nəticə əlaqələri və kəmiyyətlər arasındakı asılılığın öyrənilməsi, yeni forma və 
metodların səmərəliliyinin aşkara çıxarılması və s. ibarət ola bilər.
Pedaqoji eksperiment tədqiqatın məqsədinə uyğun olaraq yeni şərait yaratma yolu ilə 
pedaqoji hadisəyə fəal təsir göstərir. Eksperiment təlim
-
tərbiyə prosesinin gedişatında 
planlaşdırılmış şəkildə məqsədyönlü dəyişikliklərin aparılması və pedaqoji faktorların təsiri 
ilə xüsusi yaradılmış ictimai tərbiyəvi mühitdə şəxsiyyətin tərbiyəsinin bu və ya digər 
cəhətinin öyrənilməsinə imkan verir. Eksperimentin gedişatında hadisələrin daha əlverişli 
şəkildə öyrənilməsi üçün süni yolla məqsədyönlü dəyişmə və yaxud yenidən yaratma 
mümkün olur.
Məqsədinə görə pedaqoji eksperimentin bir neçə növü ayırd edilir: 

Müəyyənedici;

Öyrədici;

Yoxlayıcı.
Təşkil olunması formasına görə eksperiment üç formada olur: 

Təbii (adi və təbii şəraitdə keçirilir);

Laborator (laboratoriya şəraitində keçirilir);

Kompleks (həm təbii, həm də laboratoriya şəraitində keçirilir).
Eksperimentin təşkili üçün iki paralel sinif (qrup) götürülür: Bunlardan birində iş yeni 
qaydada təşkil edilir (eksperimental sinif və ya qrup), digərində isə ənənəvi qaydada 
aparılır (kontrol sinif və ya qrup). Müəyyən müddətdən (1 rüb və 1 il) sonra hər iki sinifdə 
(qrupda) işin nəticəsi yoxlanılır və bir
-
biri ilə müqayisə edilir. Eksperimentin yaxşı nəticə 
verdiyi tədirdə onun bir qədər geniş miqyasda keçirilməsi lazımdır.
Eksperimentin səmərəli nəticə verməsi üçün onu başqa metodlarla (müşahidə, 
müsahibə, anket sorğusu və s.) əlaqələndirmək mühüm şərtdir. Pedaqoji tədqiqatlarda 
eksperiment metodu ilə yanaşı, eyni zamanda təcrübi
-
eksperimental iş və sınaq metodları 
da tətbiq olunur. Bu zaman müəyyən plan üzrə təcrübə işləri aparılır və onların səmərəliliyi 
öyrənilir. Beləliklə, hadisə prosesə nəzarət edilən və idarə olunan şəraitdə öyrənilir. 
Pedaqoji eksperiment planlaşdırılarkən aşağıdakılar nəzərə alınmalıdır: 

Eksperimentin məqsədi;

Eksperimentin həcmi;

Eksperimentdə iştirak edən şəxslərin xarakteristikası;

Eksperiment üçün istifadə olunan materialın təsviri;

Eksperimentin keçirilmə metodikası;

Eksperimentin keçirilmə yeri və vaxtı;



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə