Korreksiya pedaqogikasinda yeni Üsullarin təTBİQİ VƏ FƏALİYYƏTLƏRİn təKMİLLƏŞDİRİLMƏSİ Layihə Avropa İttifaqı



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə9/44
tarix08.09.2023
ölçüsü0,9 Mb.
#121483
1   ...   5   6   7   8   9   10   11   12   ...   44
Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin

1.
 
Məqsədyönlülük. 
O yalnız seçilmiş obyekt üzərində müşahidənin istiqamətliliyinin 
üstünlüyü ilə deyil, həm də onların təsvirinin müəyyən pedaqoji konsepsiyası 
aləminə keçirilməsi və onun anlaşılan terminoloji sistemi ilə bağlıdır. Müşahidəçi 
əşyanın tarixi, inkişafı və strukturu haqqında müəyyən təsəvvürə malikdir. Bu 
yalnız qavranılanın
qeydə alınması deyil, əksinə, zəruri olan seçmə vasitəsi və 
müşahidə aparanın başa düşdüyü şəkildə ilkin şərhi qaydası kimi aparılmasına 
imkan verir;
 
2.
 
Təhlil xarakterikliyi. 
Müşahidəçi ümumi mənzərədən artıq müşahidənin 
gedişində təhlil olunacaq, qiymətləndiriləcək və izah ediləcək ayrı
-
ayrı cəhətlər, 
elementlər və əlaqələri ayırır; 
 
3.
 
Komplekslilik. 
Bu əlamət pedaqoji bütövlük və tamlıq xarakterindən irəli gəlir və 
baxış dairəsindən onun heç bir mühüm cəhətini və ya əlaqələrinin buraxılmamasını 


Modulun adı: Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin təkmilləşdirilməsi 
15 
tələb edir; 
 
4.
 
Sistematiklik. 
Bu əlamət müşahidə olunan şəxsin bir dəfə “şəklini çəkməklə” 
məhdudlaşdırılmaması, az
-
çox davamlı müşahidə əsasında statistik davamlı 
əlaqələr və münasibətlər, müəyyən dövr ərzində müşahidə olunanlar, baş verən 
dəyişikliklər və inkişafın aşkara çıxarılmasını tələb edir.
Müşahidə zamanı 
aşağıdakıları nəzərə almaq vacibdir:
 

Müşahidə olunan pedaqoji prosesin baş verdiyi şərait və ümumi yol; 

Müəllimin fəaliyyəti,
metodları, şagirdlərə təsir qaydaları və müəllimin şagirdlərə 
münasibəti; 

Şagirdlərin fəaliyyəti, əməli, hərəkəti, ətraf şərait, iş və bir
-
birinə münasibət, 
müəllimin işlətdiyi metod və qaydalara reaksiya.
Pedaqoji tədqiqatlarda müşahidə metodunun müxtəlif növlərindən istifadə olunur. 
Bəzi hallarda tədqiqatçı müşahidə aparan qrupun üzvü olur, bəzilərində isə kənardan 
müşahidə aparır. Müşahidə açıq və gizli, geniş və məhdud və sistematik və epizodik ola bilir.

Geniş (və ya bütöv) müşahidə obyekti tam əhatə edir. Bu zaman müşahidəçi 
müvafiq qanunauyğunluğun çıxarılması üçün daha çox məktəb, sinif və şagirdi 
əhatə etməli olur;

Məhdud müşahidə bir növ seçmə xarakter daşıyır;

Sistematik müşahidə uzunmüddətli müşahidədir;

Epizodik müşahidə dövrü xarakter daşıyır və ona nisbətən az vaxt sərf olunur.
Bəzi hallarda müşahidə metodu baş vermiş müəyyən bir hadisə və öyrəniləcək təlim
-
tərbiyə məsələsinin səbəbinin aşkara çıxarılması üçün (şagirdin dərsə hazır gəlməməsi, ev 
tapşırığını həll etməməsi, sinifdə nizam və intizamın pozulması və digər səbəblərin 
öyrənilməsi üçün) əlverişli olmur. Ona görə də müsahibə metodundan istifadə olunur. Bu 
prosesdə şagirdlərin yaşı (sinif), materialın məzmunu, xarakteri, müəllimin nəzəri hazırlığı, 
şagirdlərin müəllimə münasibəti və şagirdlərin müstəqil fəaliyyətə meyli nəzərə alınmalıdır.

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə