Komputer şƏBƏKƏLƏRİ VƏ telekommunikasiYA


    Nəqliyyat  səviyyəsi



Yüklə 428,2 Kb.
Pdf görüntüsü
səhifə6/18
tarix17.10.2017
ölçüsü428,2 Kb.
#5253
1   2   3   4   5   6   7   8   9   ...   18

 

 

16 

 

Nəqliyyat  səviyyəsi  (Transport  layer)  yuxarı  tətbiqi  və  seans  səviyyələrinə 

verilənlərin  tələb  olunan  etibarlı  dərəcədə  ötürülməsini  təmin  edir.  Nəqliyyat  

səviyyəli  protokollar  kimi  TCP/IP  stekinin  TCP  protokolu,  Novell  stekinin  SPX 

protokolunu misal göstərmək olar. 



Seans  səviyyəsi  (Session  layer)  –dialoqun  idarə  edilməsini  təmin  edir,  cari  anda 

aktiv  tərəfi  qeyd  edir,  sinxronlaşdırma  vasitələrini  təqdim  edir.  Bu  səviyyənin 

funksiyası tətbiqi səviyyə ilə birləşmişdir. Buna görə də seans səviyyəsində yalnız 

ona məxsus olan protokollar yoxdur. 

 Prezintasiya  təqdimetmə  səviyyəsi  (Prezentation  layer)  –  informasiyanın 

məzmununu dəyişdirmədən onun təsvir olunma formasını təyin edir. Bu səviyyənin 

vasitəsi  ilə  bir  sistemin  tətbiqi  səviyyəsindən  digər  sistemin  tətbiqi  səviyyəsinə 

informasiyanın təqdim edilməsi aydın formada olur. Beləliklə təqdimetmə səviyyəsi 

verilənlərin  mübadiləsi  üçün  eyni  sintaksis  seçir.  Serure  Socker  Layer  (SSL) 

protokolunu  təqdimetmə  səviyyəsinin  protokolu  kimi  misal  göstərmək  olar.  Bu 

protokol  TCP/IP  tətbiqi  səviyyəsinin  protokolu  üçün  xəbərlər  mübadiləsinin 

məxviliyini təmin edir. 



Tətbiqi səviyyə (Application Layer) – istifadəçinin fayllara, printerlərə, hipermətnli 

Web səhifələrə və s.müraciəti təmin edən protokollar aiddir. 



 

 

 

8.

 

CLİENT – SERVER TEXOLOGİYASI 

Orta  və  böyük  komputer  (mainframe)  bazasında  hesablama  proseslərinin 

mərkəzləşdirilmiş idarəetmə sxemi son zamanlar “klient – server” (müştəri - server) 

texnologiyası  ilə  əvəz  edilmişdir.  Mərkəzləşdirilmiş  idarəetmə  sistemində  bütün 

hesablama  resursları,  verilənlər  və  onların  emal  proqramları  bir  komputerdə 

cəmləşdirilir. İstifadəçilər terminallar (displeylər) vasitəsilə maşınların resurslarına 

daxil olurlar. Terminallar komputerə ya interfeys vasitəsilə, ya da terminalla uzaq 

məsafəyə yerləşmişsə, telefon xətləri vasitəsilə qoşulur. Terminalın əsas funksiyası 




 

 

17 

 

istifadəçiyə verilən informasiyanın təsvirindən ibarətdir. Belə sxemin müsbət cəhəti 

inzibati rəhbərliyin asan olması, proqram təminatının təkmilləşdirilməsinin mümkün 

olması və informasiyanın mühafizə olunmasıdır. Mənfi cəhəti isə aşağı etibarlılığa 

malik olmasıdır (komputerin sıradan çıxması bütün hesablama prosesinin dağılması 

deməkdir). 

Aparat və proqram təminatının artırılması çətin başa gəlir və bir qayda olaraq şəbəkə 

istifadəçilərinin  sayı  artdıqda  operativliyi  aşağı  düşür.  Klient  –  server 

arxitekturasında terminalı müştəriyə məxsus olan fərdi komputer, böyük komputeri 

(mainframe)  isə  informasiya  emalının  ümumi  məsələlərini  həll  etmək  məqsədilə 

ayrılan bir və ya bir neçə güclü komputer (komputer-server) əvəz edir. Belə modelin 



müsbət  cəhəti  onun  daha  canlı  olması  və  hesablama  sisteminin  etibarlılığı, 

istifadəçinin  bir  neçə  tətbiqi  proqramı  eyni  zamanda  işləyə  bilməsi,  informasiya 

emalının  yüksək  operativliyi,  istifadəçinin  yüksək  keyfiyyətli  interfeysi  ilə  təmin 

edilməsidir. Şəbəkədə istənilən iki obyektin qarşılıqlı əlaqəsi zamanı iki tərəf iştirak 

edir:  müəyyən  resurs  (servis,  xidmət)  imkanlarını  ayıran  tərəf və  bu  resurslardan 

istifadə edən tərəf. 

Resurslardan istifadə edən klient (müştəri), resursları təmin edən tərəf isə server 

adlanır. Resurs kimi aparat komponenti (məsələn: disk, printer, modem, skaner və 

s.), proqram, fayl, verilənlər bazası, hətta komputer də ola bilər. Buradan da bir sıra 

terminlər meydana gəlmişdir. Məsələn: fayl-server və ya disk-server, printer-server 

və  ya  çap  serveri,  verilənlər  bazası  serveri,  SQL  –  server  (SQL  dilində  verilənlər 

bazasında sorğuların emal proqramları), komputer-server və s.  Bütün bu serverlərin 

öz klientləri (müştəriləri) vardır.  

Proqram 


təminatı 

baxımından  klient-server  texnologiyası  klientlərin 

(müştərilərin)  və  serverlərin  ayrı-ayrılıqda  öz  proqramlarının  olmasıdır.  Klient 

proqramlarında mətn və cədvəl prosessorları kimi proqramlardan, server proqramı 

kimi isə verilənlər bazasının idarəetmə proqramlarından istifadə edilə bilər. Klient – 

server proqram cütlüyü kimi verilənlər bazasından götürülmüş informasiyalı cədvələ 

malik  sənədi  emal  edən  mətn  prosessorunun  proqramını  misal  göstərmək  olar. 



 

 

18 

 

Şəbəkədə  yerinə  yetirilən  hər  hansı  bir  proqram  bir  halda  klient,  digər  halda  isə 



server rolunda çıxış edə bilər. Müəyyən zaman intervalında bir proqramda klient və 

server  rolları  dəyişə  bilər.  Daha  mürrəkkəb  klient-server  modeli  kimi  server 

əlavəsinin üçbəndli modelindən – AS modeli (application server) istifadə edilir. Bu 

model  verilənlər  bazasından  istifadə  edən  şəbəkələrin  iş  prosesini  təsvir  edir.  AS 

modelinə  əsasən  verilənlərin  idarə  olunması,  emalı  və  son  istifadəçiyə 

informasiyanın  çatdırılması  kimi  üç  funksiyadan  hər  biri  ayrı-ayrı  komputerlər 

tərəfindən yerinə yetirilə bilər.  

 

 



 

 

 



9.

 

ŞƏBƏKƏNİN NÖVLƏRİ 

Şəbəkələrin  çoxlu  növü  mövcuddur,  ancaq  onların  içərisində  yerli  (lokal) 



şəbəkələr  [local  area  networks,  LAN]  və  geniş  (qlobal)  şəbəkələr  [wide  area 

networks,  WAN]  daha  geniş  yayılmışdır.  Adlarından  da  göründüyü  kimi,  LAN 

əsasən məhdud, WAN isə daha geniş coğrafi ərazini əhatə edir. 



Yerli şəbəkələrin əksəriyyəti fərdi kompyuterləri, iş stansiyaları və printer, skaner 

və s. kimi qurğuları bir-birinə bağlayır. Yerli şəbəkələrin müxtəlif növləri olsa da, 

onlardan  ikisindən  daha  çox  istifadə  olunur:  “muştəri-qulluqcu”  və  tay-tuşlar” 

şəbəkəsi. 

•  “Muştəri-qulluqcu”,  yaxud  “muştəri-server”  şəbəkəsi  [client-server  network]

Bu  növ  yerli  şəbəkədə  iş  stansiyalarının  və  serverin  imkanlarından  maksimum 

istifadə etmək məqsədilə idarəetmə onlar arasında paylanır. 

Bu  arxitekturada  tətbiqi  proqramın  işlənməsi  müştəri  və  server  kompyuterləri 

arasında  bölüşdürülür.  Meynfreymlərə  əsaslanan  çoxistifadəçi  sistemlərin  “lal” 

terminallarından fərqli olaraq, “müştəri-server” arxitekturasına əsaslanan şəbəkədə 

müştərilər  üçün  fərdi  komputerlər  olur.  Server  kimi  digər  fərdi  komputerdən, 




Yüklə 428,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə