Komputer şƏBƏKƏLƏRİ VƏ telekommunikasiYA



Yüklə 428,2 Kb.
Pdf görüntüsü
səhifə7/18
tarix17.10.2017
ölçüsü428,2 Kb.
#5253
1   2   3   4   5   6   7   8   9   10   ...   18

 

 

19 

 

minikomputerdən  və  ya  meynfreymdən  istifadə  edilə  bilər.  Server  müştəriyə 



çoxistifadəçi  mühitində  işləməyin  ənənəvi  üstünlüklərini  –  verilənlərin  idarə 

edilməsi, informasiya ilə kollektiv işləmək, verilənlərin şəbəkə administrasiyası və 

onların qorunma imkanlarını verir. Özündən əvvəlki arxitekturalardan (meynfreym 

və  fayl  serveri)  fərqli  olaraq  “müştəri-server”  arxitekturasında  proqram 

təminatından server və iş stansiyaları birgə istifadə edirlər. 

• “Tay-tuşlar” şəbəkəsi [peer to peer network].  Bu növ arxitekturalı şəbəkədə bütün 

komputerlər  eyni  dərəcəlidir.  Burada  heç  bir  komputer  server  kimi  ayrılmır. 

Şəbəkədə  olan  istifadəçilər  komputerlərində  olan  fayllardan  hansılarını  digər 

istifadəçilər  ilə  paylaşmalarını  özləri  müəyyənləşdirir.  Bu  növ  şəbəkələri 

quraşdırmaq  və  idarə  etmək  çox  asandır.  Kiçik  ofislərin  çoxunda  “tay-tuşlar” 

şəbəkəsindən istifadə olunur. 



Geniş şəbəkələr daha geniş coğrafi ərazi üçün nəzərdə tutulmuşdur. Bu ərazi bir 

bölgə,  bir  ölkə,  hətta  bütün  dünyanı  əhatə  edə  bilər.  Ən  böyük  geniş  şəbəkə, 

şübhəsiz, İnternetdir. Geniş şəbəkələrin əksəriyyəti iki və daha artıq yerli şəbəkədən 

ibarət  olur və onlar  bir-birinə  yönləndiricilər  vasitəsilə  bağlanır. Belə  şəbəkələrdə 

rabitə kanalı olaraq telefon sistemlərindən, rabitə peyklərindən, mikrodalğalardan, 

yaxud onların kombinasiyasından istifadə olunur. Geniş şəbəkənin iki variantı var:  

 

1.

 



intranet 

2.

 



ekstranet

İntranet yalnız bir təşkilatın əməkdaşlarının istifadəsi üçün nəzərdə tutulur. Böyük 

biznes  qurumlarının  çoxunun  müxtəlif  ofisləri  arasında  daxili  sənəd  dövriyyəsi 

məqsədi ilə belə şəbəkələr qurulur. 

Ekstranet şəbəkəsi intranetə bənzəyir, ancaq bu şəbəkədə təşkilatdan kənar xüsusi 

şəxslərə daxili informasiya sistemindən istifadə etməyə icazə verilir. İnternet kimi, 

intranet və ekstranet şəbəkələrində də veb texnologiyalarından istifadə olunur. 

Şəbəkə əməliyyat sistemləri. Bildiyiniz kimi, bütün kompyuterlərin əməliy - 



 

 

20 

 

yat sisteminə ehtiyacı var. Əməliyyat sistemi başqa funksiyalarla yanaşı, komputerin 



resurslarını da idarə edir.  

Kompyuter şəbəkələrində iki növ əməliyyat sisteminin olması zəruridir. Bunlardan 

birincisi, Windows, yaxud Mac OS kimi masaustu əməliyyat sistemidir. Digəri isə 

şəbəkə  əməliyyat  sistemidir.  Masaüstü  əməliyyat  sistemlərinin  bəziləri  (məsələn, 

Windows,  Mac  OS  və  UNIX)  şəbəkə  funksiyalarına  da  malikdir.  Bu  sistemlər 

avadanlıqların sayı çox olmadıqda qənaətbəxş işləyir. Şəbəkənin imkanlarından tam 

istifadə  etmək  üçün  isə  tamfunksiyalı  şəbəkə  əməliyyat  sistemləri  tələb  olunur. 

Şəbəkə  əməliyyat  sistemi  serverdə  işləyir,  fərdi  komputerlərdə  administrasiya, 

mühafizə, fayl və printerlərin idarə olunması və digər xidmətləri təmin edir. 

 

 

 



 

10.

 

KOMPUTER ŞƏBƏKƏLƏRİNİN ARXİTEKTURASI 

Kompüter şəbəkələrinin vacib xarakteristikası onun arxitekturasıdır. 

 Şəbəkənin  arxitekturası  -  verilənlərin  ötürülməsi  şəbəkəsinin  reallaşdırılmış 

strukturudur.  Bu  struktur  onun  topologiyasını,  tərkibindəki  qurğuları  və  onların 

şəbəkədə  qarşılıqlı  əlaqələri  qaydalarını  müəyyənləşdirir.  Şəbəkənin  arxitekturası 

çərçivəsində informasiyanın kodlaşdırılması, onun ünvanlaşdırılması və ötürülməsi, 

məlumatlar  axınının  idarə  olunması,  səhvlərə  nəzarət,  qəza  şəraiti  və 

xarakteristikaların pisləşməsində şəbəkə işinin təhlili ilə əlaqədar suallara baxılır.  

Şəbəkələrin daha geniş yayılmış arxitekturaları  aşağıdakılardır: 

-  Ethernet  (  ingiliscə  ether-efir)-  geniş  yayımlı  şəbəkə.  Belə  arxitekturaya  malik 

şəbəkələrdə  şəbəkənin  bütün  stansiyaları  bütün  məlumatları  qəbul  edə  bilir.  Bu 

şəbəkələr  xətti  və  ya  ulduzvari  topologiyaya  malik  olur  və  verilənlərin  ötürülmə 

sürəti 10 və ya 100 Mbit/san.-dir. 



 

 

21 

 

- Arcnet (Attached Resourse Computer Network- birləşdirilmiş resursların kompüter 



şəbəkəsi)-  genişyayımlı  şəbəkə.  Fiziki  topologiyası-  ağacvaridir.  Verilənlərin 

ötürülmə sürəti 2,5 Mbit/saniyədir. 

- Token Rinq -estafetli halqavari şəbəkə, markerin ötürülməsi şəbəkəsi)- halqavari 

şəbəkədir. Bu şəbəkələrdə verilənlərin ötürülməsi prinsipi belədir: hər bir halqaya 

daxil olan qovşağın özündən əvvəlki qonşu qovşaqdan bir neçə unikal ardıcıl bitlər 

ardıcıllığı  olan  markeri  gözləyir.  Verilənlərin  ötürülmə  sürəti  4  və  ya  16 

Mbit/saniyədir.  

- FDDİ (Fiber Distrubuted Data İnterface) – optik lifli xətlərlə verilənlərin yüksək 

sürətli  ötürülməsinin  şəbəkə  arxitekturası.  Verilənlərin  ötürülmə  sürəti  100 

Mbit/saniyədir. Bu cür şəbəkələr ikiqat halqa və ya qarışıq (ulduzvari və ya ağacvari 

alt şəbəkələrinin iştirakı ilə) topologiyaya malik olurlar. Şəbəkədə işçi stansiyaların 

maksimal sayı 1000 ola bilər.  

-  ATM  (Asynchronous  Transfer  Mode  -  asinxron

 

ötürmə  tərzli)-  perspektivli, 



rəqəmsal verilənlərin. videoinformasiyanın və səsin  eyni xətlə  ötürülməsini  təmin 

edir.  Əlaqə  xətləri  optik  lifli  xətlərdir.  Verilənlərin  ötürülmə  sürəti  2,5 

Qbit/saniyədir. 

 

 



 

 

 



11.

 

LOKAL ŞƏBƏKƏLƏRİN BİRLƏŞDİRİLMƏSİNDƏ İSTİFADƏ 

EDİLƏN QURĞU VƏ AVADANLIQLAR 

Lokal şəbəkələrin yaradılmasında aşağıdakı qurğulardan geniş istifadə edilir: 

Körpülər (ingiliscə Bridge)- iki lokal şəbəkəni birləşdirir. Şəbəkələr arasında heç 

bir  dəyişiklik  etmədən  verilənləri  paket  şəklində  ötürür.  Bundan  əlavə  körpülər 

şəbəkəni lokal verilənlər axınından qoruyaraq, xaricə digər şəbəkə seqmentləri üçün 

təyin edilmiş verilənləri ötürməklə paketləri filtrləyə də bilərlər; 




Yüklə 428,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə