Komputer şƏBƏKƏLƏRİ VƏ telekommunikasiYA



Yüklə 428,2 Kb.
Pdf görüntüsü
səhifə14/18
tarix17.10.2017
ölçüsü428,2 Kb.
#5253
1   ...   10   11   12   13   14   15   16   17   18

 

 

40 

 

Deck  firmasının  kompüterləri  ilə  işləyən  tədqiqatçı  və  proqramçıların  istifadə 



etdikləri və artıq mövcud olan mətn məlumatları ötürən bir proqram dururdu. Lakin 

bu  proqramın  köməyilə  yalnız  bir  kompüterin  istifadəçiləri  bir-birilə  məlumat 

mübadiləsi  apara  bilirdi.  Tomlinsona  sadəcə  digər  kompüterlərə  də  məlumatların 

ötürülməsi imkanını təmin etmək qalırdı və o, verilənlərin ötürülməsi protokulunu 

bir qədər dəyişdirdikdən sonra poçt proqramının ilk versiyası alındı. 

      Tomlinson  dünyada  ilk  poçt  proqramını  yaratdıqdan  sonra  onu  iş  yoldaşlarına 

göstərdi  və  onlardan  bu  haqda  heç  kimə  danışmamağı  xahiş  etdi,  görünür, 

müdiriyyətin onu xidməti vəzifəsinə etinasızlıq göstərməkdə günahlandıracağından 

ehtiyat edirdi. Lakin sonradan elektron poçtdan ilk istifadə edənlərdən biri də onun 

müdiri  Larri  Roberts  oldu.  Bir  müddətdən  sonra  o,  bütün  işgüzar  yazışmalarını 

elektron formaya çevirdi və nəticədə onun işçiləri də istər-istəməz müdirlərinin yolu 

ilə getməli oldular. 

     Elektron poçtun yayılması XX əsrin 80-cı illərinin ortalarında fərdi kompüterlər 

meydana gəldikdən sonra kəskin şəkildə sürətləndi. 

Elektron poçt (E-mail) - İNTERNET istifadəçilərinin ən çox istifadə etdiyi 

xidmətlərdən  biridir.  Elektron  poçt  vasitəsilə  ani  bir  zamanda  bütün  dünya 

miqyasında istənilən şəxslə (kompüterlə) məktublaşmaq olar. Bu xidmətdən istifadə 

etmək üçün hər bir şəxsin elektron poçt ünvanı olmalıdır. Həmin ünvanı komputerin 

İNTERNET-lə  əlaqəsini  təşkil  edən  provayder  təqdim  edir.  Bu  xidmət  tam 

pulsuzdur.  İNTERNET-ə  qoşulan  hər  bir  şəxs  bu  xidmətdən  istifadə  etmək  üçün 

özünə elektron poçt ünvanı götürə bilər. 

Elektron  poçt  ünvanı  əməliyyat  mühitindən  asılı  olaraq  DNS  üslubunda 

(WINDOWS mühitində) və ya aşkar ünvanlaşdırma üslubunda (UNİX mühitində) 

tərtib  edilə  bilər.  Domen  ünvanlaşdırma  üslubunda  qurulan  elektron  poçt  ünvanı 

ümumi şəkildə belə yazılır: 

< userid> @ < nodeid> 



 

 

41 

 

burada  – istifadəçinin identiflkatoru,  – şəbəkə qovşağının 



identifıkatorudur.  Bu  iki  identifıkator  arasında  «@»  (“at  commercial”)  işarəsini 

yazmaq vacibdir. Bu səbəbdən də o «elektron poçt işarəsi» adını almışdır. 

İstifadəçinin  identifikatoru  (userid)  baxılan  şəbəkə  qovşağı  çərçivəsində 

unikal  olmalıdır.  Qovşağın  identifikatoru  (nodeid)  nöqtə  işarəsi  ilə  ayrılmış 

domenlərin  adlarından  ibarət  olan  mətni  sətirdir.  Qovşağm  identifikatoru  bütöv 

İNTERNET çərçivəsində unikal olmalıdır. 

Elektron poçt ünvanlarının yazlışma aid misal: 

nk@rambler.ru

  

Elektron poçtu ilə işləmək üçün ən çox OUTLOOK EXPRESS və NETSCAPE 



proqramlarından istifadə edilir. Bu məqsədlə Rusiyada THE BAT adlı proqram da 

yaradılmışdır. 



18.

 

FTP-File Transfer Protocol (Faylların ötürülməsi protokolu) 

FTP-File  Transfer  Protocol  (Faylların  ötürülməsi  protokolu).  Bu  xidmət 

vasitəsilə bir şəbəkə komputeri ilə digəri arasında fayllar mübadiləsi aparıla bilər. 

FTP  protokolu  TCP/IP  (Transmission  Control  Protocol  over/based  on  Internet 

Protocol-  İnternet  Protocolu  vasitəsilə  informasiya  Ötürülməsini  İdarə  edən 

Protokol)  standart  protokollar  ailəsinin  tətbiq  səviyyəsinə  aid  protokollarından 

biridir.  Nəqliyyat  səviyyəsində  TCP  protokolu  tətbiq  edilir.  FTP  protokolu  ilə 

proqram  istifadəcisi  uzaq  məsafəli  kompüterin  fayllar  kataloquna  baxa,  bir 

kataloqdan digərinə keçə və faylları öz kompüterinə köçürə bilər. 

FTP xidməti WEB-də yerləşdirilməsi əhəmiyyət kəsb etməyən informasiya 

resurslarını  arxiv  rolunu  oynayan  kompüterlərdə  saxlamağa  və  onlardan  istifadə 

etməyə imkan verir. Həmin kompüterlərə başqa sozlə FTP-serverlər deyilir. 

FTP  arxivinin  resurslarının  axtanşı  üçün  «Archive»  adlanan  və  WEB-də 

yerləşdirilən  qlobal  axtarış  sistemi  mövcuddur.  Həmin  sistemin  saxlandığı  WEB-

serverlərindən  birinin  ünvanı  belədir:  http://ftpsearch.ntnu.no.  FTP  resurslarınm 

axtanşı  üçün  regional  axtarış  sistemləri  də  mövcuddur,  məsələn,  Rusiyada 

«Filesearch»  adlı  sistemdən  həmin  ölkənin  FTP-serverlərində  saxlanan  fayylların 



 

 

42 

 

axtanşında  geniş  istifadə  edilir.  Həmin  sistemin  İnternet  ünvanı  belədir:  http: 



//fılesearch.ru. 

 

 



 

 

19.



 

USENET xidməti 

USENET xidməti muxtəlif mövzulara aid yeni xəbərləri özündə toplayır və 

onların  yayılmasını  təşkil  edir.  Xəbərlər  mövzuya  uyğun  qruplarla  təşkil  olunur. 

Qrupa, başqa sözlə konfrans da deyilir. Hər bir qrupa unikal ad verilir və həmin adla 

o  axtarılır.  Qrupun  adı  onun  mövzusunu  və  mənşəini  təyin  etməlidir.  Məsələn, 

«alt.binaries.sounds.midi» xəbərlər qrupu vasitəsilə «midi» formatlı musiqi fayllan 

yayılır.  Burada  «alt »  nəzarətdən  və  senzuradan  azad olan  «  alternativ» xəbərlər 

qruplannu göstərir. 

Xəbərlər  qrupları  müxtəlif  serverlərdə  yerləşdirilir.  Xəbərlərin  alınması, 

baxılması və göndərilməsi üçün NNTP(Network News Transfer Protocol- Şəbəkə 

Xəbərlərinin  Göndərilməsi  Protokolu)  protokolundan  istifadə  edilir.  İNTERNET 

EXPLORER, NETSCAPE NAVIGATOR brouzerləri serverdən xəbərləri oxumaq 

və  yazmaq  üçün  NNTP  protokolunun  kliyent  hissəsini  təmin  edirlər.  Proqram 

təminatının server hissəsi isə INN (İnterNet-News) proqram paketi ilə reallaşdınlır. 

USENET  sistemində  qeydiyyatdan  keçmiş  istənilən  istifadəçi  öz 

informasiyasım konkret mövzuya görə xəbərlər qrupunda yerləşdirə bilər və həmin 

informasiyanı baxılan qrupun bütün istifadəçiləri əldə edə bilərlər. Bu sistem dar 

sahəyə aid məlumatları, xüsusi və ya qeyri-rəsmi informasiyanı toplamaq və yaymaq 

üçün  əlverişlidir.  Hazırda  dünya  miqyasında  70  minə  qədər  müxtəlif  xəbərlər 

qrupları mövcuddur. 

Xəbərlər  qrupları  ilə  işləmək  imkanı  OUTLOOK  EXPRESS,  FREE  AGENT 

proqramlarında  da  nəzərə  alınıb.  Xəbərlər  qruplarının  serverləri  haqqında 




Yüklə 428,2 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə