Kommunist küçəsi 6-da (İstiqlal, 6) yerləşirdi



Yüklə 453,18 Kb.
Pdf görüntüsü
səhifə19/21
tarix21.02.2018
ölçüsü453,18 Kb.
#27406
1   ...   13   14   15   16   17   18   19   20   21

Səhər  tezdən  Ankara  hava  limanına  gəldik.  Bizi  hökumət  adamları  və  qonaqlar  üçün 

hazırlanmış zala  dəvət  etdilər.  Zal çox  böyük  idi.  Burada eyni zamanda  beş-on  nümayəndə 

heyəti yerləşə bilərdi və bunun üçün zalın müxtəlif tərəflərində hər cür şərait yaradılmışdı. Biz 

daxil  olan  zaman  zalın  müxtəlif  tərəflərində  dəfndən  geri  dönən  üç  nümayəndə  heyəti 

oturmuşdu. 

Bizi rahatlanmaq üçün çox böyük bir guşəyə apardılar, uçağın uçuşuna qədər burada oturmalı 

idik. 

Bizdən təxminən on dəqiqə sonra zala Türkiyə Xarici İşlər nazirinin müşayiəti ilə Ermənistan 



nümayənədə  heyəti  gəldi.  Zalda  çoxlu  boş  yer  olmasına  baxmayaraq,  bizə  tərəf  gəlməyə 

başladılar.  Onların  bizə  tərəf  gəldiyini  görən  Elçibəy  ayağa  durub  onlara  tərəf  bir  addım 

atmağa məcbur  oldu və oturmalarını təklif  etdi. Təklifi qəbul edərək  oturdular.  Zalın  yuxarı 

başında  Elçibəy  arxası  divara  tərəf  oturmuşdu.  Ondan  sağda  sıra  ilə  Nəcəf  Nəcəfov,  Etibar 

Məmmədov və Rəsul Qulyev oturmuşdu. Ondan solda Heydər Əliyev, Levon Ter-Petrosyan, 

Papazyan və Ermənistan Prezidentinin müşaviri oturmuşdu. 

Mən  ayaq  üstə  durmuşdum.  Sağımda  səfir  Məmməd  Əliyev,  sol  tərəfimdə  Ter-Petrosyanın 

mühafizə rəisi Rafik durmuşdu. Rafik Qarabağ ermənisidir və bizim dildə çox təmiz danışır. 

Qısa  hal-əhvaldan  sonra  hərə  öz  yanındakı  adamla  söhbət  etməyə  başladı.  Mən  də  Rafiklə 

oradan-buradan  danışırdıq.  Birdən  səfir  mənə  çox  bərkdən  dedi  ki,  nə  yeridir  bu  alçaqların 

əlini-qolunu bağlayıb aparasan Bakıya. Mən dönüb əyri-əyri onun üzünə baxdım. Dedi ki, niyə 

mənə elə baxırsan, düz demirəm? Bu daşnakların əlacı ancaq odur. Mən ona susmasını işarə 

etdim. 

Bir neçə dəqiqə sonra bizi təyyarəyə dəvət etdilər. Mindiyimiz təyyarə İstanbula tərəf yol aldı. 



Hələ  Ankarada  ikən  məlumat  almışdıq  ki,  Etibar  Məmmədovun  adamları  xüsusi  hazırlıq 

görüblər. Yusif Səmədoğlu da bu məsələyə qoşulub. Məqsədləri isə Elçibəyin nüfuzuna kölgə 

salmaq üçün təyyarədən çıxan Etibarı hay-küylə qarşılamaq idi. 

Bu barədə Elçibəyə məlumat verəndə çox sakit şəkildə dedi ki, hər xırda məsələyə əhəmiyyət 

verməyin. 

Biz  İstanbulda  uçaqdan  düşəndə  Prezidentin  nə  qədər  haqlı  olduğunun  şahidi  olduq.  Hava 

Iimanına  toplanmış  adamlar  Elçibəyi  görən  kimi  elə  böyük  maraq  göstərdilər  ki,  Etibar 

Məmmədovun orada olması heç hiss olunmadı. 

Biz  İstabulda  Türkiyənin  səkkizinci  Cumhurbaşkanı  Turqut  Özalın  dəfn  mərasimində  axıra 

qədər iştirak edərək, axşam saat səkkizdə oradan birbaşa Bakıya uçduq. 

Əbülfəz Elçibəyin Türk dünyasının ən güclü dövləti olan Türkiyədə nüfuzunun bu qədər böyük 

olması  həm  Azərbaycanda,  həm  də  Türkiyədə  bir  çox  siyasi  xadimi  çox  narahat  edirdi. 

Onların  hamısında,  xüsusən,  Türkiyə  siyasi  xadimlərinin  bəzilərində  qısqanclıq  hissləri  baş 

qaldırmışdı. Türk  dünyasına  yeni bir liderin  gəlişi  onları təmin  etmirdi.  Əvvəldə  bir-bir qeyd 




etdiyim  və  indi  sıra  ilə  sayacağım  tədbrilərdə  onlar  Elçibəyi  Türkiyə  və  ümumiyyətlə  dünya 

ictimaiyyətinin gözündən salmağa çalışırdılar. Onu qətiyyətsiz və öz ətrafını belə idarə etməyə 

layiq olmayan bir adam kimi göstərmək istəyirdilər. 

Hələ Türkiyəyə birinci səfərində Ter-Petrosyanla görüşmək təklifinə cavab verərək demişdi ki, 

mən onunla görüşməyəcəyəm. 

Bütün  bunları  nəzərə  alan  və  Elçibəyi  nüfuzdan  salma  planını  həyata  keçirən  həm 

Azərbaycan, həm də Türkiyə tərəfdən olan şəxslər aşağıdakı tədbirlərdən bir qismini həyata 

keçirə bildilər: 

 Ankarada qarşılanma mərasimi və səfirin geyimi

 "Şeraton" əvəzinə "Böyük Ankara" otelinə yerləşdirilmə; 

 Səhər içində hərəkət zamanı maşınların düzülüşü;  

 Levon Ter-Petrosyanla iki gün ərzində üç görüş; 

 Səfirin Hüsaməddin Cindorukla görüşü xəbər verməməsi

 Səfirin çox ciddi bir görüş zamanı kənar şəxsin qoluna girərək içəri aparması; 

 Ankara hava limanında səfirin ermənilərlə bağlı danışmağı; 

 İstanbul hava limanında Etibar Məmmədovu daha böyük hay-küylə qarşılama planı. 

* * * 

Beləliklə gəlib iqtidar dövrünün sonuna çatdıq. 1993-cü il iyun ayının 17-də gecə saat 24.00 



idi.  Mən  Prezidentin  qəbul  otağında  dayanmışdım.  Prezidentin  kabinetinin  qapısı  açıqdı. 

Heydər  Əliyev,  Rəsul  Quliyev  və  Etibar  Məmmədov  çıxıb  getdilər.  Sonra  Elçibəy  kiçik  iclas 

zalına  keçərək,  orada  toplanmış  Xalq  Cəbhəsi  rəhbərliyi  ilə  qısa  bir  iclas  keçirdi.  İclasdan 

sonra Prezident mənə dedi ki, səninlə işim var. 

Bu işin nədən ibarət olacağını mən təxminən hiss edirdim və dedim ki, nə işdisə iqamətgahda 

danışmaq daha yaxşı olar. 

O razılaşdı və bir az sonra iqamətgaha gəldik. 

İqamətgaha  getməmişdən  əvvəl  mən  iclasdan  çıxan  Fərəc  Quliyevə  dedim  ki,  sən  məni 

görməmiş getmə, ola bilsin ki, səninlə işimiz oldu. 

İqamətgahın həyətində Prezident vəziyyətlə maraqlandı. Mən bildiklərimi ona məruzə etdim. 

(Kitabın çevriliş bölümündə bu barədə geniş şəkildə yazılacaq). 

O dedi ki, bəlkə bir neçə günlük Bakı kəndlərinin birinə gedək. 

Mən  dedim  ki,  Bakı  kəndlərinin  birinə  getmək  mənə  elə  gəlir  ki,  düz  deyil.  Gediriksə  daha 

güvənli bir yerə getməli, ya da iqamətgahda qalıb sona qədər vuruşmalıyıq. Bir neçə gündən 

sonra vəziyyətin necə olacağı bilinmir. Əgər Bakı kəndlərinin birində olsaq oranı mühasirəyə 

alıb, bütün kommunikasiya xətlərini kəsəcək və dünya ilə əlaqəmizi yox edəcəklər. Gələcəkdə 

də əgər çıxmaq istəsək o kənddən heç cürə çıxa bilməyəcəyik. 



Yüklə 453,18 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə