Kommunist küçəsi 6-da (İstiqlal, 6) yerləşirdi



Yüklə 453,18 Kb.
Pdf görüntüsü
səhifə21/21
tarix21.02.2018
ölçüsü453,18 Kb.
#27406
1   ...   13   14   15   16   17   18   19   20   21

başlaması  iqtisadi  tarazlığı  təmin  edirdi.  Aprel  ayının  axırlarında  Sumqayıt  şəhərində 

zavodların  tam  işə  salınması  ilə  əlaqədar  olaraq,  Elçibəy  Sumqayıta  getdi.  Orada  zavodları 

gəzib,  axırıncı  zavoda  baxanda  həyətdə  artıq  çoxlu  adam  yığılmışdı.  Əvvəlcədən 

planlaşdırılmadığı bir halda, çox təbii bir görüş alındı. Elçibəy çox qısa bir çıxışdan sonra fəhlə 

və işçilərin suallarına cavab verməyə başladı. 

Fəhlələrdən  biri  maaşlarının  azlığından  şikayət  etdi.  Prezident  ondan  soruşdu  ki,  "nə  qədər 

maaş  alırsan?".  O  dedi  ki,  "min  manat"  (o  zaman  minimum  əmək  haqqı  300  manat,  bir 

çörəyin qiyməti isə, 1 manat 70 qəpik idi). Elçibəy soruşdu ki, "Siz 10 aydır işləməyə-işləməyə 

hər  ay  vaxtında  maaş  almısınız.  Elədirmi?".  Oraya  toplanan  adamların  hamısı  Prezidentin 

dediyini  təsdiqlədilər.  O  zaman  Elçibəy  dedi  ki,  biz  Bakıda,  Gəncədə,  ümumiyyətlə  başqa 

şəhər  və  yerlərdə  işləyən  adamlardan  borc  alıb  vermişik.  İndi  zavodlarımız  işə  düşüb.  Siz 

çalışın, yaxşı işləyin, həm onların borcunu qaytarın, həm də daha çox maaş alın. 

Azərbaycanda iqtisadi durumun Pribaltika dövlətləri də daxil olmaqla, keçmiş SSRİ-nin bütün 

dövlətlərindən yaxşı olduğunu hətta rus iqtisadiyyatçıları da etiraf edirdilər. 

Demək  olar  ki,  boş  xəzinəni  qəbul  etmiş  Elçibəy  iqtidarı  qısa  müddətdən  sonra  Mütəllibov 

dövründən əhaliyə qalan borcları tamamilə ödəmiş, talonla ərzaq verilməsi məsələsini bərpa 

etmiş, Ləl-cəvahirat Fondu yaratmışdı ki, oraya iki tondan çox qızıl və külli miqdarda brilyant 

daş-qaş toplanmışdı. Dövlət bankına 300 milyona yaxın ABŞ dolları yığıldı, dövlətin bir qəpik 

belə  nə  xarici,  nə  də  daxili  borcu  qalmadı.  Əksinə  Azərbaycana  borcu  olan  dövlətlər  vardı. 

Azərbaycan,  keçmiş  SSRİ  məkanında  hamıdan  qabaq  milli  pulunu,  pasport  (çox  təəssüflər 

olsun  ki,  artıq  bütün  keçmiş  Sovet  respublikaları,  hətta  Çeçenistan  belə  milli  pasportunu 

buraxıb,  yeganə  milli  pasportu  olmayan  dövlət  Azərbaycandır)  müxtəlif  qiymətli  kağızlar 

buraxmaq üçün xüsusi müəssisə yaratmış və həmin müəssisədə Azərbaycan özünün ilk milli 

metal pulunu buraxmışdır (Rusiyanı ən çox narahat edən məsələlərdən biri də bu olmuşdur). 

Həmin dövrdə Azərbaycan iqtidarı başqa bir ciddi məsələni də həll etməyi planlaşdırmışdı. Bu 

da  əhalinin  çörək,  şəkər,  təbii  qazla  təmin  edilməsini  ölkənin  daxili  imkanları  ilə  həyata 

keçirmək  idi.  Bu  məqsədlə  təcili olaraq  Şəki,  Salyan,  Naxçıvan  şəhərlərində 3 şəkər  zavodu 

tikilməsi  qərara  alınmış  və  bu  məqsədlə  Almaniyadan  lazımi  məsul  şəxslərlə  danışıqlar 

aparılmışdı.  Həmin  zavodları  xammalla  təmin  edəcək  şəkər  çuğunduru  əkmək  üçün  sahələr 

ayrılmış, sınaq əkini gerçəkləşdirilmiş və müsbət nəticələr əldə edilmişdi. 

Taxıl əkini üçün ayrılmış sahələr artırılmış və qərara alınmışdı ki, 1996-cı ildən Azərbaycanın 

öz becərdiyi taxıl özünü tam təmin etməlidir. 

Bu iqtidar cəmi bir taxıl yığımı sezonu keçirmiş 

və onda da 1920-ci ildən 1992-ci il də daxil olmaqla ən yüksək nəticəyə nail olmuşdur.

 

Daxili  ehtiyatlar  hesabına  qaz  istehsalı  əhalinin  tələbatı  səviyyəsinə  çatdırılmalı  idi.  Bu 



məqsədlə  də  ABŞ-ın  "Penzoil"  şirkəti  ilə  lazımi  əlaqələr  qurulmuşdu.  Bildiyim  görülən  işlər 

mənim bu yazdıqlarımdan qat-qat çox idi. Lakin elə işlər var ki, o barədə yazmaq dövlətçilik 

nöqtəyi-nəzərindən düzgün olmaz. 



Bu  qısa  məlumatlardan  sonra  bu  nəticəyə  gəlmək  olar  ki,  4 iyun  qiyamı  ərəfəsində  Elçibəy 

iqtidarı hərbi sahədə qazandığı siyasi gedişlərlə qələbəyə tədricən nail olurdu. Xarici siyasət 

sahəsindəki uğurları isə hamı, hətta Elçibəyin rəqibləri də etiraf edirlər. 

İqtisadi sahədə isə Azərbaycan böhrandan çıxaraq irəliyə doğru addımlamaqda idi. 

Azərbaycanın  bu  vəziyyəti  tarixən  ona  düşmən  olan  fars  şovinistlərini,  Ermənistanı  və  bu 

bölgəni özünün nəzarətindən çıxartmamağa qəti qərar vermiş Rusiyanı bərk narahat edirdi. 

Hər  üç  dövlətin  rəhbərliyi  dəqiq  bilirdi  ki,  belə  davam  edərsə  müəyyən  müddətdən  sonra 

Azərbaycanla  bacarmaq  çətin  olacaq.  Rusiya,  İran  və  Ermənistan  Xüsusi  Xidmət  orqanları 

Azərbaycanda çevriliş etməyi planlaşdırdılar. Əslində keçən bir il ərzində Rusiya xüsusi xidmət 

orqanları tərəfındən bir necə dəfə çevriliş üçün cəhdlər edilmiş, lakin nəticə əldə edilməmişdi. 

Gəncə-Tərtər  yolunda  Elçibəyin  avtomobilini  qəzaya  uğratmaq  cəhdi,  Gəncədən  Bakıya 

uçarkən Prezidentin təyyarəsini vurmaq cəhdi və Kəlbəcərin Rəhim Qazıyev, Surət Hüseynov, 

Əvəz  Şükürov  və  başqa  millət  xainlərinin  köməyi  ilə  rus-erməni  qoşunları  tərəfındən  işğalı 

Azərbaycanda dövlət çevrilişi üçün planlaşdırılmış əməliyyatlar idi. 

Bu baş tutmayan çevrilişlər Azərbaycanda olan çoxlu hakimiyyət hərislərinin arzusu idi. Həmin 

adamları (Əli Ömərov, Tahir Əliyev və başqaları) Azərbaycanın taleyi yox, hansı kürsüləri əldə 

edəcəkləri daha çox maraqlandırırdı. 

Beləliklə, kövrək, qurulmağa yenicə başlayan dövlət çox güçlü düşmənlərlə üz-üzə qalmışdı: 

Rusiya  və  İran  kimi  uzun  illərin  kəşfiyyat  təcrübəsini  toplamış  güçlü  dövlətlər,  onlara 

arxalanan Ermənistan, daxildə özlərini siyasi partiya və ictimai təşkilat elan edən hakimiyyət 

hərisləri (AMİP, YAP, ASDP, Nizami Süleymanov, Nemət Pənahov və başqaları). 

Burada bir oxşarlığı qeyd etmək istərdim. 1991-ci ilin sonunda Gürcüstanda başlayan qiyam 

1992-ci ilin yanvar ayında xalq tərəfindən seçilmiş prezident Qamsaxurdiyanın devrilməsi ilə 

başa çatdı. Qiyam nəticəsində Gürcüstanda külli miqdarda insan tələfatı oldu, Tiflis şəhərinin 

mərkəzi  hissəsi  bombalarla  xarabalığa  çevrildi.  Qiyama  rəhbərlik  edən  şəxslər  vaxtilə 

Qamsaxurdiyanın  hakimiyyətə  gəlməsində  bu  və  ya  digər  şəkildə  iştirak  etmiş  adamlar  idi. 

Buraya  Qamsaxurdiya  dövrünün  istefa  vermiş  baş  naziri  Siqua,  Milli  Qvardiyanın  komandiri 

Kitovani, Mxedrioni (XTPD-yə bənzər ) dəstəsinin komandiri İoseliani və Rusiya kəşfıyyatının 

məsul əməkdaşı Georqadze daxil idi. Qiyam baş tutduqdan sonra Şevardnadze hakimiyyətinin 

ilk dövrlərində bu şəxslər müəyyən nüfuz və yüksək vəzifə sahibi oldular. Hal-hazırda Kitovani 

(oxu:  Rəhim  Qazıyev)  və  İoselyani  (oxu:  R.Cavadov)  həbsdədirlər.  Siqua  (oxu:  Surət 

Hüseynov)  arenadan  silinib,  Qeorqadze  (oxu:  N.İmranov)  Şevardnadzenin  həyatına  qəsd 

etmək cəhdinə rəhbərlik etmiş şəxs kimi axtarışdadır və hazırda Moskvada yaşayır. 

Sui-qəsd  zamanı  Georqadze  general  rütbəsi  ilə  Gürcüstan  Milli  Təhlükəsizlik  Nazirliyinə 

başçılıq edirdi. 

Rusiya  Çeçenistanda  da  eyni  üsuldan  istifadə  edərək,  çevriliş  etməyə  cəhd  etdi.  Lakin 

çevrilişin  alınmadığını  görərək,  Çeçenistanı  yenidən  işgal  etmək  məqsədi  ilə  müharibəyə 

başladı. 




Azərbaycanda baş verən qiyam ilə Gürcüstan qiyamını müqayisə etmək həm də bu baxımdan 

maraqlıdır ki, yuxarıda adları çəkilən şəxslər hər iki dövlətdə təxminən eyni vəzifələri tutmuş, 

hər iki qiyamda eyni şəkildə iştirak etmiş, sonra da təxminən eyni taleyin sahibi olmuşlar. 

Mən tamamilə əminəm ki, bu bənzərlik heç də sadə bir təsadüf deyil. Çünki Çeçenistanda da 

baş tutmayan çevriliş cəhdində də eyni usuldan istifadə edildi. Yəni, həm Azərbaycanda, həm 

Gürcüstanda  baş  vermiş  çevrilişlər,  həm  də  Çeçenistanda  baş  tutmayan  çevriliş  cəhdi  eyni 

mətbəxdə, Rusiyanın xüsusi xidmət orqanlarının mətbəxində, hazırlanmışdı. 

Çevrilişlər baş tutduqdan  sonra  cəbhə  bölgələrində olan  vəziyyət  də həm  Azərbaycan,  həm 

də Gürcüstan üçün eyni dərəcədə ağır və faciəli oldu. 

Rusiyanın  dəstəyi  ilə  hakimiyyətə  gələn  Şevardnadze  bu  məsələdə  də  Rusiyanın  köməyinə 

arxalanaraq,  müharibəni  gücləndirdi və nəticədə həm  Cənubi  Osetiyanı, həm  də Abxaziyanı 

itirdi. Qarabağda ay yarım davam edən atəşkəs də çevrilişdən sonra pozuldu və bir necə ay 

içində  nəinki  Qarabağ,  hətta  onun  ətrafında  olan  altı  rayon  da  rus  qoşunlarının  yardımı  ilə 

ermənilərin əlinə keçdi. 

Rusiya, İran və Ermənistan üçlü ittifaqı Azərbaycanda baş verəcək dövlət çevrilişi nəticəsində 

nəyə nail olmaq istəyirdilər? 

 

Rusiya  hərbi  gücü  ilə  birlikdə  yenidən  Azərbaycana  qayıtmaq  və  onu  özündən  tam  asılı 



vəziyyətə  salmağı  planlaşdırırdı.  Sərhədlərin  Rusiya  tərəfindən  qorunması,  ərazidə  hərbi 

bazaların  yerləşdirilməsi,  Xəzər  dənizinin  Rusiyanın  nəzarəti  altına  keçməsi,  neft 

yataqlarının  istismarında həlledici dövlət  rolunun  ələ  keçirilməsi və  sair də  bu plana  daxil 

idi. 


 

Quzeydə  bağımsız  Azərbaycan  dövlətinin  olması  Azərbaycanın  güneyində  də  bağımsızlıq 

ideyalarını gücləndirdi.  Qısa  bir vaxtdan  sonra  Azərbaycanın  güneyini  idarə  etməyin çətin 

olacağını  fars  şovinistləri  yaxşı  başa  düşür,  qonşuluqda  güclü  və  bağımsız  Azərbaycan 

Dövləti  yaranmasına  hər  vasitə  ilə  mane  olmağa  çalışırdılar.  İran  Quzeydə  inkişaf  etmiş 

müstəqil Azərbaycanın gec-tez Güneylə birləşəcəyini çox gözəl başa düşürdü. İran yenicə 

yaranmış Azərbaycan dövlətini beşikdəcə boğmağa çalışır və bu məqsədi yerinə yətirmek 

üçün ildə 200 milyon $ vəsait ayırırdı. Həmin vəsaitlə İran kəşfiyyatı müəyyən partiyalara, 

bir qism mətbuat orqanları və din xadimlərinə sərf edərək, əvəzində güclü təbliğat aparatı 

qazanmışdı.  Din  xadimlərinin  böyük  bir  qisminin  çevrilişi  dəstəkləməsi  də  İran  dövlətinin 

məqsədyönlü  fəaliyyətinin  tərkib  hissəsi  idi.  Heç  təsadüf  deyil  ki,  Gəncə  qiyamı  başlayan 

kimi İranın  Azərbaycandakı səfiri Nəhavəndiyan  Gəncəyə gedib qiyamçı  Surət  Hüseynova 

xeyr-dua  vermiş  ve  qezetlərin  birinə  verdiyi  müsahibədə  onu  böyük  mücahid  olaraq 

adlandırmışdı. 

 

Ermənistan  hərbi  və  siyasi  məğlubiyyətlərini  dərk  edirdi.  Bu  çevriliş  ona  vəziyyəti 



tarazlamağa,  Kəlbəcərin  boşaldılması  məsələsində  zaman  qazandırmağa  (qiyam  başlayan 

kimi  Ermənistan  BMT  Təhlükəsizlik  Şurasına  müraciət  edərək  Azərbaycanda  hakimiyyət 

davası  getdiyini  bəhanə  edib  Kəlbəcərin  boşaldılması  məsələsini  bir  ay  müddətinə  təxirə 

salmağı xahiş etdi) və yenidən toparlanaraq, hücuma keçməyə imkan yaradırdı. 




Bu çevrilişi dəstəkləyən daxili irticaya isə vəzifə lazım idi. Sovet dövründə xalqdan soyduqları 

sərvət  qurtarırdı,  pul  lazım  idi,  kef  lazım  idi.  Millətin  və  dövlətin  taleyi  onları  qətiyyən 

maraqlandırmırdı. 

Rusiya qiyamı nə  şəkildə dəstəkləyəcəyini  planlaşdırmışdı.  Bu  məqsədlə  Bakıya  gizli  yollarla 

100,  30  və  17  nəfərlik  xüsusi  təlim  görmüş  qruplar  göndərmişdi.  Baş  Kəşfıyyat  İdarəsinin 

məsul  işçisi  polkovnik  Nəriman  İmranov  və  başqaları  üç  aya  yaxın  idi  ki,  Bakıda  bu 

məsələlərlə məşğul olurdular. 

Həmin  təxribatçı  qüvvələr  əgər  vətəndaş  müharibəsi  başlarsa,  şəhərdə  müxtəlif  inzibati  və 

yaşayış binalarında partlayışlar törətməli, çoxlu insan tələfatına səbəb olmalı (Tiflisdə olduğu 

kimi),  imkan  olarsa  prezident  Əbülfəz  Elçibəyin  həyatına  qəsd  etməli  və  hakimiyyətsizlik 

yaratmalı  idilər.  Bu  məsələnin  həllində  onların  daxili  köməkçiləri  də  az  deyildi.  Ayın  17-dən 

18-ə keçən gecə səhər saat 06.00-da bu əməliyyatlar başlamalı idi. Bu qarışıqlıqdan istifadə 

edən S.Hüseynovun adamları saat 8-9 arası Bakı şəhərinə girib QRAD qurğuları ilə Prezident 

Aparatı və ətrafını vurmalı idilər. 

1.

 

Rusiyanın  planladığı  birinci  varianta  görə,  qiyam  baş  tutur,  onlar  hakimiyyət 



kürsüsündə öz adamlarını oturdaraq bütün istəklərini əldə edirlər. 

2.

 



İkinci variantda çevriliş baş tutmur, vətəndaş müharibəsi başlayır və rus-erməni hərbi 

birləşmələri  vətəndaş  müharibəsindən  istifadə  edərək  bir  tərəfdən  Füzuli  rayonu 

istiqamətində hərəkətə keçərək Araz çayına qədər gəlir və Cəbrayıl, Qubadlı, Zəngilan 

rayonlarını mühasirəyə alaraq məhv edirlər (təəssüflər olsun ki, Elçibəy hakimiyyətdən 

gedəndən bir neçə ay sonra düşmən qüvvələri buna nail ola bildilər). Digər tərəfdən 

Kəlbəcər  istiqamətindən  Gəncə  şəhərinə  hücum  edərək  şəhəri  tutur,  Şəmkir,  Tovuz, 

Gədəbəy, Ağstafa və Qazax rayonlarını mühasirəyə alaraq məhv edir və son nəticədə 

Azərbaycanı diz çökməyə məcbur edirlər. 

Bu  məsələdə  də  Rusiyanın  planı  eyni  Gürcüstandakı  kimidir.  Belə  ki,  Cənubi  Osetiya  və 

Abxaziyanı ondan qopartmağa nail olan Rusiya Gürcüstanı diz çökməyə məcbur edə bildi. 

Düşmən qüvvələr əlavə olaraq Dağıstanla sərhəd bölgəsində ləzgilərin, Güneylə sərhəddə isə 

talışların  qiyamını  qaldırmaq  və  bununla  da  Azərbaycanın  parçalanmasına  nail  olmağı  da 

planlamışdılar. Bu məqsədləri həyata keçirmək üçün Bakıda, Gəncədə tapıldığı kimi, ləzgilərin 

və talışların yaşadığı ərazilərdə də xain adamlar tapılmışdı və həmin adamlara Rusiya və İran 

xüsusi xidmət orqanları hər cür yardım edirdilər. 

Bələliklə,  xalq  tərəfındən  seçilmiş  Prezident  Əbülfəz  Elçibəyin  qarşısında  4  iyun  qiyamı  baş 

verdikdən sonra iki yol qalırdı. 

Birincisi

,  özünə  sadiq  qüvvələrdən  istifadə  edərək  qiyamçıları  məhv  etmək.  Bu  halda 

Azərbaycanda  vətəndaş  müharibəsi  labüd  idi.  Çünki  iyun  ayının  16-da  Müdafiə  Nazirliyində 

yüksək  rütbəli  hərbçilərin  imzaladığı  protokola  görə  Müdafiə  Nazirliyi  qiyamçılara  qarşı 

durmaqdan imtina etmişdi. Halbuki qiyam etmiş olan 709 No-li polk Müdafiə Nazirliyinə tabe 

idi. Daxili İşlər nazirinin muavini və XTPD-nin komandiri olan R.Cavadov da bu protokola imza 

atmışdı. 




Beləliklə, qiyamçılara qarşı Prezidentə sadiq qalan qüvvələr və könüllülər vuruşmalı idi ki, bu 

da  vətəndaş  müharibəsi  demək  idi.  Bu  halda  Azərbaycanın  başına  nə  kimi  hadisələr  gələ 

biləcəyini yuxarıda izah etmişdik. Həmin faciələrin il yarım əvvəl qonşu Gürcüstanı nə günə 

saldığını hamı görmüşdü. 

Milli mənafeləri şəxsi mənafelərindən həmişə üstün tutan Elçibəy kimi bir şəxs heç bir zaman 

vətəndaş müharibəsinə imkan verə bilməzdi. 

İkinci  yol

  isə  hakimiyyəti  tərk  etmək  idi  ki,  bu  zaman  moskvapərəst  şəxslərdən  biri 

hakimiyyətə gətiriləcəkdi və Moskvanın istədiyi də elə bu idi. 

Həmin  dövrdə  H.Əliyevin  xalq  arasında  reytinqi  yüksək  idi  və  bütün  yuxarıda  yazılanları 

nəzərə alan Elçibəy H.Əliyevi Bakıya dəvət etdi. 

H.Əliyevin  Bakıya  dəvət  edilməsində  məqsəd  ona  hakimiyyət  pilləsində  çox  yüksək  bir  yer 

vermək  və  onun  tərəfdarlarını  da  qanuni  hakimiyyətin  müdafiəsinə  cəlb  etmək  idi.  Çünki 

qiyam  başlayan  gündən  Nemət  Pənahov,  Şadman  Hüseynov  və  Nizami  Süleymanov 

S.Hüseynovun  yanında  idilər.  Etibar  Məmmədovun  da  birbaşa  və  dolayısı  ilə  S.Hüseynovla 

əlaqədə  olduğu  haqda  kifayət  qədər  məlumat  var  idi.  Bu  adamlar  bütün  güçləri  ilə  qiyama 

dəstək verirdilər. Qiyam sona çatdıqdan sonra bu adamlar mətbuatda, televiziyada və hətta 

Milli Məclisdə dəfələrlə çıxış edərək H.Əliyevi dəstəklədiklərini bəyan etmişlər. 

Çox təəssüflər olsun ki, H.Əliyev Bakıya gəldikdən sonra iqtidar əleyhdarı qüvvələr daha da 

aktivləşdilər  və  H.Əliyevə  ən  yaxın  adamlardan  biri  olan  R.Cavadov  Müdafiə  Nazirliyində 

hazırlanmış olan məlum protokola H.Əliyev Milli Məclisin sədri seçiləndən bir gün sonra imza 

atdı. O dövrün şahidi olanlar çox yaxşı bilirlər ki, Rövşən Cavadov H.Əliyevi daima müşayiət 

edirdi və demək olar ki, H.Əliyevin Rəsul Quliyev və R.Cavadovdan yaxın adamı yox idi. 

Bu durumda Prezident Əbülfəz Elçibəy ən düzgün qərarı qəbul etdi. 

Azərbaycanda  kütləvi  insan  qırğınına  səbəb  olacaq  vətəndaş  müharibəsinin  qarşısını  və 

Rusiya-Ermənistan-İran ittifaqının planlarını pozmaq üçün Bakı səhərini tərk edərək, anadan 

olduğu Ordubad rayonunun Kələki kəndinə getdi. 

Əbülfəz Elçibəy dünyada, bəlkə də yeganə dövlət başçısıdır ki, silahlı qiyamla devrilmiş, lakin 

öz dövlətinin ərazisini tərk etməmişdir. 

 

 

 

SON SÖZ ƏVƏZİ 

Bir  rəvayətə  görə  iki  qardaş  gəzə-gəzə  gəlib  başqa  bir  məmləkətə  çıxırlar.  Şəhər 

meydanından keçəndə carçının elanını eşidirlər. Carçı deyir ki, məmləkətin şahı ölüb. Yeni şah 

seçmək  üçün  şahlıq  quşu  uçurdulacaq.  Hamı  şəhər  meydanına  toplansın.  Bu  sözləri  eşidən 




kiçik qardaş deyir ki, gəl çıxaq gedək. Quşun kimin başına qonacağının bizə nə dəxli var. Bura 

ki bizim məmləkətimiz deyil.

 

Böyük  qardaş  getməyə  razılıq  vermir  və  kiçikdən  soruşur  ki,  birdən  işdi,  quş  gəldi  sənin 



başına qondu, sən də şah oldun, onda nə edərsən?

 

Kiçik  qardaş  cavab  verir  ki,  görmürsən  bu  camaatın  gününü?  Çalışaram  onları  ağ  günə 



çıxardım, bolluq yaradım ki, əhali dərdi-qəmi unudub şad-xürrəm yaşasın.

 

Sonra böyük qardaşından soruşur ki, şahlıq quşu bəs sənin başına qonsa, sən nə edərsən?



 

Böyük  qardaş  cavab  verir  ki,  bu  xalqa  zülm  edərəm.  Kəsdiyimi  kəsər,  kəsmədiyimi 

zindanlarda çürüdərəm. Arvad-uşağı ac-yalavac, bir qarın çörəyə həsrət qoyaram. Elə edərəm 

ki, mənim sarayımdan başqa, məmləkətdə doyunca çörək yeyən tapılmasın.

 

Bu  zaman  quşu  üçurdurlar.  Quş  gəlib  böyük  qardaşın  başına  qonur.  Kiçik  qardaş  quşu 



uçurdanlara  deyir  ki,  bu  yanlış  oldu.  Biz  bu  məmləkətin  adamları  deyilik.  Quşu  yenidən 

uçurdun.


 

Adamlar razılaşıb quşu yenidən üçurdurlar və quş yenə böyük  qardaşın başına qonur. Kiçik 

qardaş  bu  məmləkətin  adamlarına  çox  yalvarır  ki,  səhv  etməyin.  Bu  adam  mənim  böyük 

qardaşımdır. Onu çox yaxşı tanıyıram, əzazil adamdır və sizə əlindən gələn zülmü edəcək. Nə 

qədər gec deyil, fikrinizi dəyişdirin.

 

Məmləkətin adamları ona qulaq asmır və deyirlər ki, bizi ağ günə ancaq bu kişi çıxardacaq. O, 



bizim nicatımızdır. Allah onu bizə çox görməsin.

 

Bu adamlarla anlaşmağın mümkün olmayacağını görən kiçik qardaş başını aşağı salıb, çıxıb öz 



məmləkətinə gedir.

 

Bunun üstündən bir-iki il keçir. Şah olan böyük qardaş dediyi kimi hərəkət edir. Xalqa zülm 



edir,  kəsdiyini  kəsir,  kəsmədiyini  zindanlarda  çürüdür.  Ölkəni  rüşvət  başına  götürür,  əhali 

dilənçi gününə düşür.

 

Ağıllı adamlar bir yerə yığışıb məsləhətləşirlər. Deyirlər ki, bunun bir kiçik qardaşı var idi. O 



zaman  o  bizə  çox  ağıllı  məsləhətlər  verdi.  Əfsuslar  olsun  ki,  ona  qulaq  asmadıq.  Qərara 

gəlirlər ki, gedib onu tapıb gətirsinlər, bəlkə böyük qardaşına bir təsir edə bildi.

 

Gedirlər  qonşu  məmləkətə.  Kiçik  qardaşa  yalvarıb-yaxarırlar.  Nəhayət,  onu  da  götürüb  geri 



dönürlər.

 

Kiçik qardaşın gəldiyini görən şah soruşur ki, xeyr ola, niyə gəlmisən?



 

Kiçik qardaş cavab verir ki, sənin yanına minnətə gəlmişəm ki, bu adamlara az zülm edəsən. 

Yazıqdırlar, qoy bir az dolansınlar.

 



Şah ona deyir ki, yadındadırmı, sən dedin ki, quş mənim başıma qonsa, bu milləti şad-firavan 

yaşadacağam. Mən isə dedim ki, bu millətə əlimdən gələn zulmü edəcəyəm. Quş gəlib mənim 

başıma qondu. Sən etiraz etdin. Quşu təzədən uçurdular, yenə gəlib mənim başıma qondu. 

Sən yenə etiraz etdin. O zaman həmin bu xalq sənin üstünə ayaqlandı.

 

İndi  sənə  deyirəm.  Mənim  burada  nə  edəcəyimdən  həm  Allahın  xəbəri  var  idi,  həm  də  bu 



xalqın. Onların hər ikisi mənim burada şah olmağımı istədilər. Əgər bu məmləkətə yaxşı şah 

lazım olsa idi, Allah, quşu sənin başına qondurardı. Mən Allahın və xalqın istəyinin əleyhinə 

gedə bilmərəm. Bu xalqa mənim kimi şah lazımdır...

 

Oqtay Məmmədov. 1998 



 

Yüklə 453,18 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə