Kollektor süxurlar



Yüklə 30,05 Kb.
səhifə3/4
tarix19.12.2023
ölçüsü30,05 Kb.
#150868
1   2   3   4
sc999rbc999st-ic59f-45

Məsaməlik. Istər yarandıqları zaman, istərsə də sonra bütün növ süxurlarda əmələ gəlmiş müxtəlif boşluqlar cəminə məsaməlik deyilir. Təbii qaz və neft isə süxurların həmin boşluqlarında toplantılar əmələ gətirirlər.
Neftin yer qabığında toplanması haqqında əvvəllər heç bir elmi əsası olmayan müxtəlif təsəvvürlər mövcud idi. Həqiqətə uyğun olmayan bu təsəvvürlərə görə neft yer qabığında böyük və geniş boşluqları doldurmaqla göllər və ya çaylar əmələ gətirir. Sonralar neftin yeraltı mağaralarda (boşluqlarda) toplanması fıkri irəli sürüldü. H.B.Abix, N.V.Sokolov, A.V.İvanov və b. isə neftin çat və qırılmalarla əlaqədar olduğunu söyləmişlər.
Deyilənlərdən göründüyü kimi, süxurların kollektor olmaları üçün onların boşluqları olmalıdır. Boşluqlar təkcə ölçülərinə və dənəciklərin formalarma görə yox, həmçinin çatlarına, laylanma müstəvilərinə və boşluqdakı sement materiallarına əsasən də təyin olunur. Süxurlarda olan müxtəlif boşluqların ümumi həcminə ümumi məsaməlik deyilir.
Süxurlarda məsaməlik sedimentasiya, kimyəvi həllolma, eləcə də mexaniki və fıziki proseslərin nəticəsində əmələ gəlir. Əksər karbonat süxurlarda törəmə məsaməlik onların çatlılığı ilə bağlıdır. Belə süxurlarda məsamələr çatlar, kanallar və ovuqlar şəklində ola bilər. Hemogen mənşəli karbonat süxurlarda ovuqların əmələ gəlməsi həmin süxurların qələvisizləşməsi ilə əlaqədardır.
Karbonat süxurların qələvisizləşməsi yaxud dolomitləşməsi prosesi dedikdə, həmin süxurlarda yaranmış törəmə boşluqlar (çatlar) üzrə cərəyan edən su, süxurdakı Ca elementini yuyaraq Mg elementi ilə əvəz edir. Qələvisizləşmə nəticəsində çatlar genişlənərək kanalcıqlara və ovuqlara çevrilirlər. Bu da süxurun kollektorluq qabiliyyətini artırmış olur.
Süxurlarda olan məsamələr bir-birilə əlaqəli və ya əlaqəsiz olur.
Sьxur nümunəsində olan boşluqlar həcminin onun ümumi həcminə olan nisbətinə məsaməlik əmsalı deyilir. Qırıntı süxurların məsaməlik dərəcəsi dənəciklərin forma və ölçülərindən, düzümündən, cilalanmalarından, sıxlaşma və sementləşmə dərəcəsindən asılı olaraq dəyişir.
Azərbaycan neft yataqları üçün orta məsaməlik 18-25%, Stavropol vilayəti üçün 30-40%, Volqoqrad vilayəti üçün 20-27% - dir. Karbonat süxurlar üçün məsaməlik 3-30% arasında dəyişir. Gillərdə məsaməlik 40-50%-ə qədər ola bilər, lakin bu subkapilyar və qapalı məsaməlikdir.
Məsamələr ölçülərinə görə adi superkapilyar (kapilyardan böyük), kapilyar və subkapilyar (kapilyardan kiçik) olur. Superkapilyar məsamələrin ölçüsü 0,508 mm-dən böyük, kapilyarınkı 0,508 - 0,0002 mm, subkapilyarınki isə 0,0002 mm-dən kiçik olur.
Məsamə boşluğu aşağıdakı həndəsi xüsusiyyətlərlə səciyyələnir:
məsamələri birləşdirən borucuqların daxili xüsusi səthi;
məsamə yollarının əyriliyi.
Beləliklə süxurun ümumi həcmi:

Vs=∑Vb+∑Vd

(Vs)- süxurun ümumi həcmi süxurda olan boluqlarm ümumi həcmi ∑Vb ilə süxurlarm mineral dənəciklərinin ümumi həcminin ∑Vd cəminə bərabərdir.


Deməli, ümumi məsaməlik süxurda olan boşluqlarm ümumi həcminə deyilir. Ümumi məsaməlik əmsalı süxur nümunəsində olan boşluqların ümumi həcminin süxurun həcminə olan nisbətinin faizlə ifadəsinə deyilir:
müm=(Vb/Vs).100%

Süxurlarda, eləcə də , ümumi məsaməliyin tərkib hissəsi olan qapalı, açıq və effektiv növ məsaməliklər seçilir.


Qapalı məsaməlik süxurda bir-birilə əlaqəsi olmayan boєluqlarm ümumi həcmi olub, ümumi məsaməliklə açıq məsaməliyin fərqinə bərabərdir.Qapalı məsaməlik ən çox gillərə məxsusdur.
Açıq yaxud əlaqəli məsaməlik isə ümumi məsaməliyin elə hissəsidir ki, orada boşluqlar bir-birlərilə əlaqəli olur. Açıq məsaməlik əmsalı əlaqəli məsamələr həcminin süxurun həcminə olan nisbətinin faizlə ifadəsinə deyilir:

ma=(Va/Vs).100%


Burada : ma- açıq məsaməlik əmsalı, Va - açıq məsamələrin həcmi, Vs - süxurun ümumi həcmidir .


Bəzi xarici ölkə tədqiqatçıları açıq məsaməliyi faydalı və ya effektiv məsaməlik də adlandırırlar. Süxurun açıq məsamələrinin süzülmə prosesində iştirak edən həcmi effektiv (dinamik) məsaməlik adlanır. Deməli, effektiv məsaməlik açıq məsaməliyin flüidlə dolmuş hissəsidir.
Melçerə (1921) görə ümumi məsaməliliyi (müm) təyin etmək üçün süxurun sıxlığı (δ) və həcm çəkisi (δh) təyin olunur :

müm=100% ( δ- δh)/ δ





Yüklə 30,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə