Kollektor süxurlar



Yüklə 30,05 Kb.
səhifə1/4
tarix19.12.2023
ölçüsü30,05 Kb.
#150868
  1   2   3   4
sc999rbc999st-ic59f-45


Kollektor süxurlar

Kollektor süxurların öyrənilməsi, onlarda neft, qaz və suyun (fluidlərin) hərəkət etməsi və toplantılar əmələ gətirə bilməsi və s. proseslərin tədqiqi neft-qaz geologiyasının əsas məsələlərindən hesab edilir .


Flüidləri saxlayan (yerləşdirən) və özündən süzdürə bilən süxurlara kollektor deyilir.
Kollektor süxurların disperslik xüsusiyyətləri. Hissəciklərinin ölçüləri 10-4 mm – l mm arasında dəyişən, yəni bu kimi müxtəlif ölçülü hissəciklərdən ibarət maddələrə dispers sistem deyilir. Süxurun hissəcikləri nə qədər kiçik olarsa, onun dispersliyi bir o qədər yüksək olur. Kollektor süxurların dispersliyini öyrənərkən onların mineraloji tərkiblərini və disperslik dərəcələrini bilmək lazımdır. Kollektor süxurların mineraloji tərkibi ilkin (birinci) və törəmə (ikinci) olur. Çökmə süxurların mineralları iki qrupa bölünür: autigen, yəni mexaniki yerdəyişməyə məruz qalmayan, çöküntü toplanan yerdə əmələ gələn və allotigen, yəni başqa yerdə əmələ gəlmiş və aşınaraq gətirilmiş minerallar. Qeyd olunan bu iki minerallar qrupu, həmçinin çöküntütoplanmanın fıziki-kimyəvi şəraitini, formalaşma və diagenez proseslərini müəyyən dərəcədə özlərində əks etdirirlər.
Autigen minerallar - məhlullardan çökmə, məhlulların sülb faza ilə qarşılıqlı təsiri altında yenidən kristallaşması nəticəsində həmin yerdə çöküntü və ya süxurlarda əmələ gəlmiş minerallardır. Eləcə də yer səthində süxurların aşınması nəticəsində onlarda əmələ gələn minerallar da həmçinin autigen minerallara aiddirlər.
Allotigen minerallar autigen minerallara nisbətən mühitin fıziki-kimyəvi dəyişməsinə daha çox davamlıdır. Çünki bu mineralların əsasını kvars və silikatlı qırıntılar təşkil edirlər.
Flüidlər üçün kollektorlar olan qum, alevrit süxurlarının kollektorluq xüsusiyyətlərini səciyyələndirən onların qranulometrik tərkibidir. Süxurları təşkil edən qranulometrik elementlərin mineraloji tərkibi onların sıxlıqlarına görə dolayı üsulla təyin edilə bilər. Yəni sıxlığı çox olan süxurların ağır minerallardan təєkil olduğu güman edilir.
Hər hansı bir süxur nümunəsinin qranulometrik tərkibini və fıziki xüsusiyyətini təyin etmək üçün süxur içərisində yerləşən mayedən (neft, su) təmizlənməlidir. Təmizlənmiş süxur nümunəsinin qranulometrik tərkibi şlif, ələk və hidravlik üsullarla təyin olunur:


Yüklə 30,05 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə