Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
tarix31.10.2018
ölçüsü0,66 Mb.
#77303


                                F. 

Köçərli adına 

 

                   

Respublika Uşaq Kitabxanası

 

 

 



 

 

 



         

 

 



 

 

 



 

Bəşər tarixinin möhtəşəm siması – Corc Bayron 

 

Corc  Qordon  Bayronnun  230  illik  yubileyi  münasibətilə  mərkəzi              

kitabxanaların  uşaq  şöbələri,  MKS-nin  şəhər,  qəsəbə,  kənd                

kitabxana filialları üçün hazırlanmış  metodik vəsait 

 

 

 

 

 

                                 

 

                                      

 

Bakı – 2018 


 

Tərtibçilər:                                      Aynurə Əliyeva



 

                                           

           

Şəhla Əliyeva  

 

Redaktor:                                         Könül Ağazadə 

 

İxtisas  redaktoru və                       Şəhla Qəmbərova 

buraxılışa məsul:                             Əməkdar Mədəniyyət işçisi                                    

                                                          

 

 

    Bəşər  tarixinin  möhtəşəm  siması  –  Corc  Bayron:  Corc 

Bayronun 230 illik yubileyi münasibətilə mərkəzi kitabxanaların 

uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə, kənd kitabxana filialları 

üçün  hazırlanmış  metodik  vəsait  /Azərbaycan  Respublikası 

Mədəniyyət  və  Turizm  Nazirliyi,  F.  Köçərli  ad.Respublika  

Uşaq Kitabxanası; tərt.ed. A. Əliyeva;  ixt.red. və  burax.məsul 

Ş.  Qəmbərova;  red.  K.  Ağazadə.  –  Bakı:  F.  Köçərli 

ad.Respublika Uşaq Kitabxanası, 2018.-20 s. 



 

   

 

 

  

 

    

 

 

 ©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2018 


 

                                      Tərtibçidən 



                                                       

Hanı əsrimizin böyük Bayronu,  

                                                  Qüdrətin varsa da, sən yarat onu. 

                                               Səməd Vurğun 

 

     Mübağiləsiz demək olar ki,  ingilis  ədəbiyyatı dünyanın  söz 

xəzinəsinə zəngin töhfələr vermişdir. Bu ədəbiyyat onlarca şair, 

nasir  və  dramaturqu  dünya  oxucusuna  bəxş  etmişdir.  Dünya 

oxucusu Böyük Britaniya adalarında yaşayanların tarixi, adət və 

ənənəsi, xarakterik xüsusiyyətləri, ailə və cəmiyyətləri haqqında 

geniş  tanışlığa  məhz  bədii  ədəbiyyat  vasitəsilə  nail  olmuşlar. 

Dünya  poeziyasında  romantik  vüsətin  ən  parlaq  simalarından 

biri  Corc  Qordon  Noel  Bayrondur.

 

Onun  ölməz  poeziyası 



əsrlərdir  ki,  oxucu  qəlbini  təlatümə  gətirir.  Bayronun  bir  çox 

şeirləri dillər əzbəridir. Onun adı geniş oxucu kütləsi üçün çox 

əzizdir.  Bütün  fəaliyyəti,  bədii  yaradıcılığı  doğma  xalqına 

əvəzsiz  xidmət,  vurğunluq  nümunəsi  olan  qaynar  təbli  şairin, 

talesiz  Corc  Bayronun  keçdiyi  həyat  yolunu  oxuculara 

çatdırmaq üçün və eyni zamanda  böyük şairin 230 illik yubileyi 

münasibətilə bu vəsaiti işləməyi özümüzə borc bildik. Vəsait iki 

hissədən  ibarətdir.  I  hissə  “Tənha  qəhrəmanların  harayı” 

adlanır və şairin  həyat və yaradıcılığından bəhs edir. II hissədə 

isə “Mütərəqqi romantik – Bayron” adlanır və Corc Bayronun  

yaradıcılığından bəhs edən tədbirlərdən söhbət açılır. 

 

 



 

 

 



 

 

 




 

Yaradıcılığı 

    Corc  Qordon  Noel  Bayron  1788-ci  il  yanvar  ayının  22-də 

Londonda  yoxsullaşmış  bir  lord  ailəsində  anadan  olmuşdur. 

Onun  uşaqlığı  Şotlandiyanın  Eberdin  adlanan  kiçik  şəhərində 

keçmişdir.  Şairin  böyük  zadəgan  ailəsindən  olan  atası  Corc 

Bayron müflis vəziyyətə düşərək 1791-ci ildə öz borclularının 

əlindən Fransaya qaçır və orada vəfat edir.



 

    Bayronun  tərbiyəsi  ilə  anası  məşğul  olur.  1798-ci  ildə 

babasının qardaşından 10 yaşlı Bayrona miras kimi lord titulu və 

Nottingemşir  qraflığındakı  Nyusted  malikanəsi  verilir.  Məhz 

buna  görə  də,  Bayron  ilk  təhsilini  zadəgan  uşaqlarına  məxsus 

qapalı  Harrou  məktəbində  ala  bilir.  Dərslərinə  məsuliyyətlə 

yanaşmasa da, mütaliəyə kifayət qədər vaxt ayırır, ilk şeirlərini 

də  burada  qələmə  alır.  Harrou  məktəbini  bitirdikdən  sonra  

1805-ci  ildə  Kembric Universitetinə  daxil olur  və  1808-ci  ildə 

universiteti  bitirir.  1807-ci  ildə  “Asudə  saatlar”  adlı  ilk  şeir 

məcmuəsini,  1809-cu  ildə  isə  mürtəce  romantiklər  və  burjua 

tənqidi əleyhinə “İngilis bardları və şotland icmalçıları” satirik 

poemasını  nəşr  etdirir.  Elə  həmin  il  Lordlar  palatasının  üzvü 

seçilir. 

      1809-cu  ildə  Bayron  səyahətə  çıxır.  O,  İspaniyada,  Malta 

adasında, Yunanıstanda və Türkiyədə olur. Bu Bayronun Yaxın 

Şərqə  ilk  səyahəti  idi.  Səyahətdən  qayıtdıqdan  sonra  “Cayld 

Harold”  poemasının  birinci  iki  mahnısını  çap  etdirir.  İkinci 

səyahəti  zamanı  isə  Bayron  İsveçrədə,  Venesiyada,  bir  daha 

Yunanıstanda  və  Türkiyədə  olmuşdur.  Bayron  ömrünün  son 

günlərini vətənə və yunan xalqının səadəti uğrunda mübarizəyə 

həsr  edir.  Böyük  şair  1824-cü  il  aprelin  24-də  Yunanıstanda 

vəfat  etmişdir.  Bayron  bütün  millətlərə  bir  gözlə  baxırdı.  O 

deyirdi ki, əgər türklər məhkum, yunanlar hakim olsaydı, yəqin 

ki,  o,  türklərə  qoşulub,  yunanların  əleyhinə,  türk  azadlığı 



 

uğrunda vuruşardı. Bayron bütün məhkum xalqların müdafiəçisi 



idi. Bayronun Yaxın Şərq xalqlarının adət və ənənəsi ilə tanışlığı 

iki  vasitə  ilə  olmuşdur.  Bunlardan  birincisi  Şərq  haqqında 

yazılmış  tarixi  kitablar  və  Şərq  klassiklərinin  ingilis  dilinə 

tərcümə edilmiş əsərləridir ki, Bayron bu kitabların əksəriyyətini 

hələ  uşaq  ikən  oxumuşdu.  İkincisi  Şərqə  səyahəti  zamanı 

Bayronun Şərq xalqlarının həyatı ilə  yaxından tanış olmasıdır. 

Şübhəsiz  ki,  sonralar  Bayronun  Şərq  ölkələrini  səyahət  etmək 

arzusuna  düşməsinə  səbəb  də  onun  bu  ölkələrin  tarixi, 

ədəbiyyatı və mədəniyyəti ilə tanışlığı idi. Bayron qeyd edirdi: 

“Mənə hələ uşaq ikən ləzzət verən ilk kitablardan biri “Türkiyə 

tarixi” olmuşdur. Əminəm ki, sonradan mənim Levantı səyahət 

etmək  arzuma  bu  kitabın  müəyyən  təsiri  olmuş,  ola  bilsin  ki, 

şeirlərimdə hiss olunan şərq ruhuna da səbəb budur”. Bayronun 

səyahətə getməsinin əsas səbəbi o zaman hamını maraqlandıran 

Şərq  ölkələrini  görmək  arzusu  olmamışdır.  İngiltərə 

cəmiyyətindən  üz  döndərən  İngilis  burjuaziyasının  çirkin 

simasından  cana  gələn  şair,  oranı  əbədi  olaraq  tərk  etmək 

məqsədilə  səyahətə  çıxır.  Şərq  ölkələrinə  səyahət  zamanı 

Bayron  həmin  xalqların  dillərini  öyrənməyə  böyük  həvəs 

göstərir.  Malta  adasına  gələn  kimi  Bayron  bir  rahibdən  ərəb 

dilini öyrənməyə başlayır. Şərq xalqlarının adət və ənənələrini 

öyrənmək  məqsədilə  Bayron  bu  xalqların  içərisində  yaşamış, 

onların gündəlik həyatı ilə çox yaxından tanış olmuşdu. Bayron 

İrana  da  səyahət  etmək  arzusunda  olmuşdur.  Bu  məqsədlə  o, 

Kembric  Universitetinin  ərəb  dili  professorundan  lazımi 

məlumatlar toplayır, anasından isə o zaman “Qoca hindli” kimi 

tanınan mayor Vastondan bəzi sualları öyrənməsini xahiş edir. 

    Bayron  “Çayld  Haroldun  səyahətləri”,  “Şərq  poemaları”, 

“Qabil”, “Don Juan”, “Manfred” və sair kimi dünya ədəbiyyatı 

xəzinəsinə  daxil  olmuş  əsərlərin  müəllifidir.  Yaxın  Şərq 

ölkələrinə  səyahətdən  qayıtdıqdan  sonra  1813-1815-ci  illər 



 

ərzində  Bayron  bir  neçə  poema  yazır.  Sonradan  bu  poemaları 



ədəbiyyat tarixində “Şərq poemaları” adı ilə məşhur olur. “Şərq 

poemaları”na  aşağıdakı  altı  poema  daxildir:  “Gavur”  (may, 

1813),  “Abidos  gəlini”  (dekabr,  1813),  “Korsar”  (1814-cü  ilin 

əvvəlləri),  “Lara”  (avqust,  1814),  “Korinfin  mühasirəsi”, 

“Parizina”  (1815-ci  ilin  sonu,  1816-cı  ilin  əvvəlləri).  Bu 

poemaların  süjeti  gərgin  dramatik  hadisələrlə  başlayıb,  kəskin 

faciəvi  sonluqla  bitir.  Bayronun  qəhrəmanları  cəmiyyətə  qarşı 

üsyan  edən  mübariz,  lakin  təkbaşına  mübarizə  aparan 

qəhrəmanlardır.  Bayron  şəxsiyyəti  hər  şeydən  üstün  tutur,  o, 

poemalarında əsas yeri ancaq tək-tək qəhrəmanlara verir və bu 

şəxsləri  mədh  edir.  Buna  misal  olaraq  “Gavur”  poemasından 

Gavuru, “Abidos gəlini”ndə Səlimi göstərmək olar.  

   “Şərq  poemaları”ndan  danışarkən  Bayronun  həmin  dövr 

yaradıcılığının  iki  əsas  xüsusiyyəti  nəzərə  alınmalıdır. 

Bunlardan  biri  Bayronun  Şərq  ölkələrinə  səyahətdən  sonra 

yazdığı  əsərlərə  Şərq  poeziyasının  müsbət  təsiri,  digəri  isə  bu 

poemalardan  daxili  və  xarici  irtica  qüvvələrinə  qarşı  kəskin 

etiraz və üsyan motivlərinin zəngin olmasıdır. 

     Məlum  olduğu  kimi  Şərq  mövzusu  başqa  ingilis  ədiblərini 

əsərlərində  də  öz  bədii  əksini  tapmışdır.  Yazıçılardan  fərqli 

olaraq Bayron şərqi özünəməxsus bir şəkildə Avropaya təqdim 

etmişdirBayron Avropa ədəbiyyatında yeni lirik-romantik tipli 

poema janrını yaratmışdır. Bayron Soutinin əksinə olaraq, türk, 

yunan,  alban  xalqlarının  folklorundan,  adət  və  ənənələrindən 

kor-koranə  şəkildə  deyil,  insan  şəxsiyyətini  yüksəklərə 

qaldırmaq məqsədilə istifadə etmişdir. Bayron üsyankar təbiətli 

qəhrəmanlarını yaradarkən onların iztirab, hiss və düşüncələrini, 

alovlu  duyğularını,  dünyagörüşlərini  bütün  dolğunluğu  və 

dərinliyi ilə təsvir etmək üçün islam dini və əqidəsi ilə bağlı olan 

sözlər də işlətmişdir. Şübhəsiz, şairin bu sözləri həmin əqidənin 

təbliğinə  deyil,  hər  şeydən  əvvəl  onların  xarakterik 



 

xüsusiyyətlərinin,  mənəviyyatının  təsvirinə  xidmət  etmişdir. 



“Şərq  poemaları”nda  “Leyli  və  Məcnun”  dastanındakı  Leyli 

obrazını  xatırladan  əlamətlərə  də  təsadüf  edilir.  Professor  Əli 

Sultanlı Nizaminin “Leyli və Məcnun” poemasının Avropada ən 

çox  təsirini  “Abidos  gəlini”ndə  görür.  “Abidos  gəlini”ndə 

üsyan,  protest  motivləri  kəskin  bir  şəkildə  verilmişdir.  Böyük 

emosional  gücə  malik  olan  bu  əsərin  qəhrəmanı  Konrat  daha 

üsyankar,  daha  barışmaz  bir  obrazdır.  “Korsar”,  “Dara”,  və 

“Parisin əsərləri”ndə Bayron Şərq adət və ənənələrinə nə qədər 

yaxından bələd olduğunu nümayiş etdirmiş, Şərq həyatını gözəl, 

romantik ifadəsini verə bilmişdir. 

    Şərq  şeirinin  ən  gözəl  xüsusiyyətlərini,  ifadə  tərzini,  ingilis 

poeziyasında  ilk  dəfə  özünəməxsus  bir  şəkildə  işlətməklə 

yanaşı, müəyyən şərq sözlərini də ingilis dilinə ilk dəfə gətirən 

Bayron  olmuşdur.  Bayron  istifadə  etdiyi  bu  sözləri  mexaniki 

mənada işlətmir və bəzən onlara yeni məna verir. Bayronun yeni 

məna verib işlətdiyi şərq sözlərinə həmin mənada başqa ingilis 

yazıçılarının da əsərlərində rast gəlirik.  

      “Şərq  poemaları”nda  ilk  dəfə  işlədilən  şərq  sözlərinin 

əksəriyyəti türk sözləridir. Bunun da səbəbi bu poemalarda türk 

həyatı  adət  və  ənənələrinin  təsvir  olunmasıdır.  Bu  sözlərin 

bəziləri xalis türk, bəziləri isə  türk dilində  vətəndaşlıq hüququ 

almış, öz ilk şəklini dəyişmiş, fars, ərəb sözləridir ki, Bayron da 

bu  fars,  ərəb  sözlərini  fars,  ərəb  dillərində  olduğu  kimi  deyil, 

məhz türkləşdirmiş formada işlətmişdir. Bayron öz gündəliyində 

mübarizəyə  qalxmış  İtaliya  xalqı  haqqında  yazırdı:  “Hakimlər 

xalqlarla  vuruşmaq  niyyətindədir.  Qoy  belə  də  olsun!  Axırda 

onlar  əziləcəkdir.  Krallıq  dövrü  qurtarmaq  üzrədir”.  Bayronun 

“Korinfin mühazirəsi” poeması “Şərq poemaları” içərisində ən 

xarakterik əsərlərdən biridir.  

    Görkəmli  şəxsiyyət,  istedadlı  qələm  sahibi  Corc  Qordon 

Bayronun  anadan  olmasının  230  illik  yubileyi  ilə  əlaqədar 



 

olaraq, kitabxanada bir sıra  tədbirlər: kitab müzakirəsi, oxucu 



konfransı,  rəsm  və  şeir  müsabiqəsi,  icmal,  ədəbi-bədii  gecə 

keçirilə  bilər.  Şairi  sevdirmək,  yaradıcılığını  gənc  nəslə  və 

oxuculara  tanıtmaq  məqsədilə  kitabxanada  kitab  sərgisi  də  

təşkil  oluna  bilər.  Sərgidə  şairin    müxtəlif  illərdə  çəkilmiş 

fotostendi,  kitabları  ilə  yanaşı,  ədəbiyyatşünas  və  digər 

müəlliflərin  onun haqqında  yazdığı kitablar, araşdırmalar, ona 

ithaf  edilən  şeirlər,  kəlamlar  və  dövri  mətbuatda  yer  alan 

məqalələr  öz  yerini  almaqdadır.  Sərgiyə  müxtəlif  başlıqlarlar 

verilə bilər: “Dünya ədəbiyyatı və Corc Bayron”, “İnqilabçı şair 

–  Bayron”,  “İngilis  romantizminin  ümdə  sərkərdəsi”,  “Tənha 

mübarizənin  qalibi”,

 

“İnsan  düşüncələrinin  sərrafı  –  Bayron”, 



“Bəşər tarixinin bir səhifəsi”, “Bayron Azərbaycan oxucusunun 

gözü  ilə”,  “Mütərəqqi  romantik”,  “Ədəbiyaşar  yazıçı”,  “Əsrin 

böyük  şairi”,  “Əsrlərdən  gələn  səs”,

 

“Əsərləri  ilə  könülləri 



ovsunlayan  şair”,  “Ədəbiyyat  səhifəsinin  möhtəşəm  siması”, 

“Dövrü  ilə  barışmayan  şair”,

 

“Bütün  xalqların  müdafiəçisi  – 



Bayron”,  “Romantik şair – Bayron”, “Döyüşə-döyüşə yaradan 

şair” və s. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

Görkəmli  şəxslərin  Corc  Qordon  Bayron  haqqında 



söylədikləri fikirlər: 

 

    Bayron yaradıcılığı bəşər  tarixinin bir səhifəsidir, əgər həmin 

səhifəni cırsanız, tarixin bütövlüyü itəcək, heç nə ilə əvəz oluna 

bilməyən bir boşluq qalacaqdır. 

                                                                      V.Q.Belinski, 

                                                                      ədəbi tənqidçi 

  

    Bayronu oxumaq üçün ingilis dilini bilmək lazımdır.   



                                                                     İ.V.Höte, 

                                                                     alman şairi 

 

    Bayron  dünya  ədəbiyyatının  ən  böyük  lirik  şairlərindən 

biridir. 

                                                                    Abbas Zamanov, 



                                                                     professor 

 

    Bayron qəlb ağrısı ilə qəribə həqiqətlərin üstünü açır. 

                                                                Zeydulla  Ağayev, 

                                                                professor 

 

    Corc  Qordon  Bayron  poeziyasını  oxuculara  çatdırmaq 

məqsədilə kitabxanada “Dünya poeziyasının korifey şairi” adlı  

“Seçilmiş əsərləri”nin təhlili ilə bağlı kitab müzakirəsi  keçirilə 

bilər.  Bunun  üçün  kitabxanaçı  oxucuları  kitabxanaya  cəlb 

edərək  onları  şairin  yaradıcılığı  və  kitabları  ilə  tanış  edir. 

Oxucular  onun  ayrı  adda  kitablarını,  xüsusilə  də  “Seçilmiş 

əsərləri” adlı kitabını  oxuyub, şeir və digər əsərlərini  dərindən 

mənimsəyirlər.  Təyin  olunmuş  vaxtda  oxucular  kitabxanaya 

gələrək  tədbirdə  iştirak  edirlər.  Tədbiri  açıq  elan  edən 




10 

 

kitabxanaçı  hər  kəsi  salamladıqdan  sonra  Corc  Bayronun 



keşməkeşli ömür yolundan və coşqun yaradıcılığından danışır. 

Kitabxanaçı: Böyük şair, həyatı və yaradıcılığı bir vəhdətdə olan 

bütöv  şəxsiyyət,  təkrarsız  qələm  ustası,

 

dünya  poeziyasının 



korifeylərindən hesab edilən tanınmış ingilis şairi Corc Qordon 

Bayron


 

yaradıcılığı  yetərincə imkan verir ki, ondan dönə-dönə 

söhbət  açılsın.

 

Onun  kövrək  qəlbindən  qopub  gələn  o  nəhəng 



əsərlər  yazıçının  qeyri-adi  istedadından  xəbər  verməkdədir. 

Onun əsərlərinə nəzər saldıqda, cansız bir qələmin lal vərəqlərə 

nə qədər can verdiyini, həyat verdiyini və necə böyük gözəlliklər 

yaratdığının  şahidi  oluruq.  Bir  qələm  həyatı,  yaşamı  bu  qədər 

gözəl,  incə  əks  etdirə  bilərmi?...  Gəlin  şairin  yuxarıda  qeyd 

etdiyimiz  kitabı  ilə  tanış  olaq.

 

Bu  kitaba  dünya,  Avropa  və 



İngilis  ədəbiyyatının  görkəmli  nümayəndələrindən biri sayılan 

Corc  Qordon  Bayronun  azadlıq  ideyaları  tərənnüm  olunan, 

maarifçi görüşləri rəğbətlə qarşılanan “Gavur”, “Abidos gəlini”, 

“Korinfin alınması”,  “Şilyon məhbusu”, “Mazera” adlı mübariz 

ruhlu  fəlsəfi-dramatik  poemaları  və  “Qabil”  pyesi  daxil 

edilmişdir. İlk dəfə olaraq şairin beş məşhur poeması və bir pyesi 

kitab  halında  milli  auditoriyamızda  təqdim  edilir:  “Gavur”, 

“Abidos  gəlini”,  “Korinfin  alınması”,  “Şilyon  məhbusu”, 

“Mazera” və “Qabil”. İngilis romantizminin inqilabçı qoluna aid 

olmasına, istibdadçı, monarxiya üsuli-idarələrini inqilablar yolu 

ilə  devirməyə  çağırmasına  baxmayaraq,  hər  şeydən  əvvəl 

Bayron insan düşüncələrinin sərrafı kimi  diqqəti cəlb   edir. O   

ən  möhtəşəm  tarixi  hadisələri  belə  əlahiddə  götürdüyü 

qəhrəmanlarının taleyi vasitəsilə oxucunun mühakiməsinə verir. 

C.Q.Bayronun qısa ömrünün ədəbiyaşar zəngin ədəbi irsi keçən 

əsrin əllinci illərindən Azərbaycanda ardıcıl yayılmağa və tədqiq 

olunmağa  başlanmışdır.  Respublikamızda  Bayron  irsinin  ilk 

tədqiqatçısı  və  təbliğatçısı  isə  filologiya  elmləri  namizədi, 

dosent 

İsmixan 


Rəhimov 

olmuşdur. 

1959-cu 

ildə 



11 

 

“C.Q.Bayronun  əsərlərində  türk  mənşəli  sözlər”  mövzusunda 



namizədlik dissertasiyası müdafiə edən İsmixan Rəhimov həmin 

əsərdə ingilis şairinin “Şərq poemaları”, silsiləsinə daxil olan üç 

əsərinin şərti tərcüməsini hazırlayaraq ayrı-ayrı şairlərə təqdim 

etmişdir.  

     Bununla həm də yeni bir ənənənin başlanğıcı qoyulmuşdur. 

Məlum  olduğu  kimi,  Sovetlər  dövründə  əcnəbi  yazıçı  və 

şairlərin əsərləri bir qayda olaraq rus dili vasitəsilə Azərbaycan 

dilinə  tərcümə  olunur,  bu  isə  orijinala  xas  olan  bir  sıra  bədii 

məziyyətlərin  itkisi  hesabına  başa  gəlir,  son  nəticədə

 

Azərbaycan  oxucusu  uduzurdu.  Sətri  tərcümə  isə  ingilis  dilini 



bilən milli  yaradıcı insanın  birbaşa orijinalla təması  deməkdir. 

Bu  kitaba  daxil  edilmiş  “Gavur”  (tərcümə  edəni  Novruz 

Gəncəli),  “Korinfin  alınması”  (Aslan  Aslanov)  və  “Abidos 

gəlini”  (Bəxtiyar  Vahabzadə)  poemaları  məhz  İsmixan  

müəllimlə  tanınmış  şairlərimizin  müştərək  yaradıcı  əməyinin 

nəticəsi kimi uğurlu alınmışdır. “Şilyon  məhbusu” və “Mazera”, 

poemaları  daha  uğurlu  alınmışdır.  Hər  iki  əsəri  birbaşa 

ingiliscədən tanınmış  şair-mütərcim Ənvər Rza böyük ilhamla 

dilimizdə səsləndirmişdir.  

     Oxuculara  təqdim  olunan  bu  beş  poemada  C.Q.Bayron  öz 

tənha qəhrəmanları ilə  görüşümüzə gəlir.  İngilis  şairinin məhz 

belə qəhrəmanları  dünya ədəbiyyatında “Bayronik qəhrəman” 

məfhumunu  yaranmasına səbəb olmuşdur. Bayronik qəhrəman 

mübarizdir, mübarizəsində dönməz və qətiyyətlidir, lakin sonda 

məğlub olur. 

        C.Q.Bayron  “Şərq  poemaları”  silsiləsini  (“Yuxarıda 

adlarını  çəkdiyimiz  üç  poemadan  başqa  “Korsar”,  “Lara”,  və 

“Pərizina”)  1813-1816-cı  illərdə    qələmə  almışdır.  Bu  əsərlər 

onun  1809-1811-ci  illərdə  Şərq  ölkələrinə,  o  cümlədən  

Türkiyəyə  səfərinin  bədii  inkişafı  kimi  ortaya  çıxmışdı. 

Bayronun ömür yoluna bələd olanlar yaxşı başa düşər ki, Şərq 



12 

 

ölkələrinin  romantik  aləmi  o  dövrdə  onun  tənha  qəlbinə  daha 



yaxın  idi. Ədəbi  aləm  Bayronun  yuxarıda  adları çəkilmiş altı 

poemasını  “Şərq  poemaları”  silsiləsinə  aid  edir,  lakin,  bizcə, 

1919-cu  ildə  qələmə  alınmış  “Mazera”  da  bu  silsiləyə  aid 

olunmalıdır.  Əvvəla,  məkan  etibarilə  “Mazera”  poemasında 

hadisələr  Ukraynanın  Poltava  çölündə  baş  verir;  ikincisi,  süjet 

və  kompozisiya  baxımından  yenə  də  bütün  varlığı  ilə  sevən 

insan, yenə də məhəbbət iztirabları, yenə də nakam eşq. 

                 Sevib sevilənə göz olur hamı,  

                 Xainlər, nadanlar güdür adamı... 

Beləliklə, “Şərq poemaları” altı deyil, yeddi əsərdən ibarətdir. 

“Şərq  poemaları”

 

Bayronun  türk,  italyan,  yunan  və  Ukrayna 



motivləri əsasında qələmə alınsa da,

 

Bayrona daha böyük şöhrəti 



türk  motivləri  gətirmişdir.  İtalyan    və  yunan  xristian  dünyası 

haradasa ingilis şairinin öz dünyası olsa da, lakin türk-müsəlman 

ekzotikasında  hər  şey  onun  üçün  təzə,  maraqlı  və  sirli  idi. 

“Şilyon  məhbusu”  poeması  isə  Bayronun  həyatında  çox 

simvolik  xarakter  daşıyır.  Müxtəlif  təqiblərə,  ailədaxili 

münaqişələrə,  haqqında    uydurulan    şayiələrə  tab  gətirməyən 

şair,  1816-cı  il  aprelin  axırlarında  vətəni  İngiltərəni  birdəfəlik 

tərk  edir.  Bayronun  yaradıcılığının  son  mərhələsinə  aid  edilən 

“Kain” dramaturji poeması da bu topluya  “Qabil” adı  altında 

daxil  edilmişdir.  1934-cü  ildə  Məmmədhüseyn  Təhmasibin 

tərcüməsində  çap  edilmiş  bu  əsər  dahi  ingilis  şairinin 

Azərbaycana ilk möhtəşəm gəlişi hesab oluna bilər. 1821-ci ildə 

qələmə  alınmış  “Qabil”  poeması  Bayronun  sirli-mifik  əsərləri 

sırasındadır; sanki real həqiqətlərindən bezən şair həmin dövrdə 

belə mövzulara daha tez-tez meyillənirdi. Əsər Bibliya motivləri 

əsasında  işlənmişdir.  Oradakı  Adəm,  Həvva,  Qabil,  Habil 

obrazları da hər bir oxucuya məlum olan dini-mifik obrazlardır. 

Bu  əsərində  Corc  Qordon  Bayron  tamamilə  öz  xəyallarına      

qol-qanad  verən  şair  kimi  oxucu  qarşısına  çıxarır.  Varlığın 

mahiyyətinin  əzabdan  ibarət  olduğunu  əsas  götürən  romantik 




13 

 

qəhrəmanın qəlbi kədərlə doludur, o öz tənha varlığına qapılaraq 



yerlərin və göylərin sirrini anlamağa çalışır.  

    Bu  əsərlə  əlaqədar  oxucuları  diqqətinə  bir-iki  cəhəti 

çatdırmaq  istərdim.  M.Təhmasib  haqlı  olaraq  Bibliyadakı 

obrazların adlarını Müqəddəs Qurandakı adlarla əvəz etmişdir. 

“Qabil” haqqında son olaraq onu nəzərə çatdırmaq istəyirəm ki, 

əsər  keçən  əsrin  otuzuncu  illərinin  Azərbaycan  bədii  dili 

standartları əsasında tərcümə olunmuşdur.  

    Azərbaycan oxucusunu Bayron dühasının beş poeması və bir 

pyesi  ilə  görüşdürür,  onu  Bayronun  tənha  qəhrəmanlarının 

fəryadları,  hayqırtıları  və  göz  yaşları  ilə  təmasa  dəvət  edirik. 

İnanırıq ki, bu poemaları mütailə edən hər bir şəxs dahi ingilis 

şairinin  qəlb  sirdaşına  çevriləcək,  Bayronun  nə  üçün  “Şərq 

ürəkli Qərb şairi” adlandırılmasının mahiyyətini anlayacaqdır.  

Tədbirin  sonunda  oxucular  şairin  əsərlərindən  parçalar 

nümayiş edirlər. 

    Bəşər  tarixinin  möhtəşəm  siması,  böyk  şair  C.Q.Bayronun  

230  illik  yubileyi  ilə  əlaqədar  kitabxanalarda  keçiriləcək 

tədbirlərdən biri də “İngilis ədəbiyyatının mübarizi – Bayron” 

adlı  şeir  müsabiqəsidir.    Kitabxanaçı  öncə  şairin  bir  neçə  şeir 

kitabını, eləcə də “Seçilmiş əsərləri”ni məktəblilərə təqdim edir. 

Nəfis  şəkildə  nəşr  olunmuş  kitablar  hamı  tərəfindən  rəğbətlə 

qarşılanır.  Məktəblilər  müəyyən  etdikləri  şeiri  əzbərləyərək 

əvvəlcədən təyin edilmiş tarixdə kitabxanaya gəlirlər. Qonaqlar 

və münsiflər heyəti öz yerini aldıqdan sonra kitabxanaçı hər kəsi 

salamlayaraq  tədbirə  keçid  alır.  O,  ilk  olaraq  Corc  Qordon 

Bayronun    həyat  və  yaradıcılığından,  eləcə  də  əsərlərindən  və 

müxtəlif adda  kitablarından söhbət açır.   

Kitabxanaçı:  Böyük  ingilis    şairi  Corc  Qordon  Bayron  dünya 

ədəbiyyatı tarixində öz romantik  poeziyası ilə ürəkləri fəth edən 

parlaq  simalardan  biridir.  Bayron  hələ  tələbəlik  illərindən 

İngiltərənin hakim dairələrinə qarşı etiraz səsini ucaltmış, bütün 

yaradıcılığı  ilə  xalqların  azadlığına  səs  vermişdir.  Şeirlərinin 

birində  yazırdı ki: “Vətəni sevməyən kəs  dünyada heç nəyi sevə 




14 

 

bilməz”. 14-15 yaşında ilk şeirlərini yazanda çoxları onun vətən 



sevgisinə  heyran  qalmışdı.  Bayron  doğma  torpağın  istisinə 

ovunmuşdu. 

    1807-ci  ildə  “İstirahət  saatları”  ilk  şeirlər  məcmuəsində  19 

yaşlı  şairin  üsyankar  səsi  çoxlarını  lərzəyə  saldı.  “Edinburq 

icmalı”  jurnalı  onun  şeirlərini  kəskin  tənqid  atəşinə  tutdu. 

Amma  Bayron  susmadı.  “İngilis  bardları  və  Şotlandiya 

icmaçıları”  (1809)  adlı  satirasında  mürtəce  romantiklərə,  ən 

birincisi  şair  Vordsvorta  cəsarətli  cavab  verdi.  Şairləri  xalq 

yaradıcılığından bəhrələnməyə, xalqın başa düşəcəyi sadə dildə 

yazmağa,  xalq  mübarizəsinin  qəhrəmanlıqla  dolu  yeni,  canlı 

lövhələrini yaratmağa çağırdı.   

    C.  Q.  Bayron  çox  az  yaşadı.  Amma  yazıb-yaratdığı  əsərlər 

onun  ömrünün  davamı  oldu.  28  yanvar  1821-ci  il  tarixli 

gündəliyində  şair  “poeziya  nədir”  sualına  özü  qısaca  cavab 

vermişdir: “Poeziya keçmişin və gələcəyin duyğusudur!” 

    O, sənətdə, poeziyada belə bir duyğunun tərcümanı olmuşdur. 

İngilis ədəbiyyatına böyük mübarizlik ruhunu, romantik şeirin 

öz  təbii,  gözəl  cilasını  gətirən  Corc  Qordon  Bayron  Avropa  

romantizminin  P.B.Şelli,  V.Hüqo,  Jorj  Sand,  Adam  Miskeviç 

kimi  söz  ustaları  ilə  xalqın  tərəfində  dayanmışdır.  İngilis 

poeziyasının allahı Vilyam Şekspirin ən nüfuzlu davamçısı kimi 

C.Q.Bayron XIX əsrin əvvəllərində novator romantik şair kimi 

bütün Avropada məşhur idi. 

    Kitabxanaçının  dəyərli  məlumatlarından  sonra  iştirakçılar 

bir-bir  səhnəyə  yaxınlaşaraq  ədibin  şeirlərini  qiraətlə 

söyləməyə  başlayırlar.  Sonda  münsiflər  heyəti  qiraəti  ilə 

fərqlənən iştirakçıları mükafatlandırırlar.   

    Corc Qordon Bayronun  həyat və yaradıcılığını məktəblilərə 

tanıtmaq məqsədilə kitabxanaçı bir sıra məktəblərdə olub, sərgi 

təşkil edib, şair haqqında “Ağıla və qəlbə işıq saçan şair” adlı   

söhbət  keçirə  bilər.  Söhbətin  əvvəlində  kitabxanaçı  şair 

haqqında  qısa  məlumat  verir.  Sonra  isə  oxucularla 




15 

 

C.Q.Bayronun  insana,  sözə  verdiyi  dəyər  haqqında  müzakirə 



aparılır. 

Tədbirin  sonunda  şagirdlər  ədibin  əsərlərindən  parçalar 

söyləyirlər.  

    Şairin əsərlərini gənc nəslə tanıtmaq  məqsədilə daha bir neçə 

tədbir,  eləcə  də    möhtəşəm  ədəbi-bədii  gecə  keçirilə  bilər.

 

C.Q.Bayronun  xatirəsinə  həsr  olunmuş  “İngilis  romantizminin 



ümdə  sərkərdəsi”  adlı  ədəbi-bədii  gecəyə  Azərbaycanın 

görkəmli  ədiblərini,  sənət-söz  adamlarını  dəvət  etmək  olar. 

Tədbir  iştirakçıları  kitab  sərgisi  ilə  tanış  olduqdan  sonra  zalda 

əyləşirlər.

 

Gecəni  açıq  elan  etmək  üçün  aparıcılar  səhnəyə 



yaxınlaşırlar. Hər iki aparıcı qonaqları salamlayır.   

I  aparıcı:  Salam  dəyərli  qonaqlar,  ilk  olaraq  sizi  ingilis 

ədəbiyyatında haqq səsi, azadlıq şairi kimi əbədiləşən böyük şair 

Corc  Qordon  Bayron  haqqında  hazırlanmış  slayda  baxmağa 

dəvət edirik.  



II  aparıcı:  Bayron  poeziyası  kədərdən  doğan  fəryaddır, 

şikayətdir, lakin elə bir şikayətdir ki, səndən heç bir şey istəmir, 

nəsə sənə bir şey verir, yalvarmır, bəlkə, rəhm edir; bu, Qafqaz 

dağlarına  bağlanmış  Prometeydir,  bu,  hamının  əleyhinə  üsyan 

qaldırmış bəşər övladıdır. O, öz təkəbbürlü iftixarından  yalnız 

özünə  arxalanır.  Şairin  əsərlərindəki  nəhəng  qüvvə,  əyilməz 

iftixar  hissi,  qüdrətli  ehtiras,  dərin  məhəbbət,  bu  incə 

səmimiyyət,  insan  şəxsiyyətinin  əziyyətlərinə  tərəf  çevrilmiş 

incəlik  və  mərhəmət  hissi  buradan  doğur...  Bayron  poeziyası 

bəşər tarixinin səhifələridir, bu səhifəni qoparsan həmin tarixin 

tamlığı pozular. 

 I aparıcı: Romantizm dövrünün ən parlaq nümayəndələrindən 

biri,  dahi  ingilis  şairi  Bayronun  ölməz  poeziyası  iki  əsrdir  ki, 

oxucu  qəlbini  təlatümə  gətirir.  XVIII  əsrin  feodal  qaranlığına 

qarşı  öz  etiraz  səslərini  ucaldan,  haray  salan  Bayron 

qəhrəmanları  yer  üzünü  qarış-qarış  gəzir.  Şairin  parlaq 

istedadının  bədii  təcəssümü  olan    həmin  qəhrəmanlar  hər  cür 

pisliyə  qarşı  barışmaz  mübarizə  aparır,  mübarizələrindən 



16 

 

axıracan  dönmürlər.  Onlar  bəşər  övladlarının  işıqlı  sabahı 



uğrunda  çarpışanlardır.  Bayron  qəhrəmanları  əsasən  təkbaşına 

döyüşə atılır.    



II  aparıcı:

 

Romantik



 

vüsət  etibarilə  dünya  ədəbiyyatında       

tayı-bərabəri  olmayan

 

Corc  Qordon  Bayron  az  müddətdə 



Avropanın tanınmış şairlərindən birinə çevrilmişdir. Otuz yeddi 

illik  qısa  ömründə  çox  zəngin  ədəbi  irs  qoymuş  Bayronun      

irili-xırdalı  əsərlərinin  adlarının  sadalanması  belə  səhifələrə 

sığmaz. Sanki öz qısa ömründə Bayron bir nəfəsə qaçır, dincini 

almadan bəşər övladınının dərdlərini sadalayırdı. Onun şah əsəri 

sayılan  “Don  Juan”  poeması  yarımçıq  qalmışdır.

 

Bayron  öz 



arzusunu həyata keçirə bilməmişdir.

 

Don Juan obrazı vasitəsilə 



öz portretini yaratmış Bayron qəhrəmanları mübarizdir 

I  aparıcı:  C.Q.Bayronun  bütün  əsərləri  haqqında  geniş  söz 

açmağa dəyər. Onların hərəsi şairin özünütəsdiqində müəyyən 

rol  oynayır.  1813-1816-cı  illərdə  dalbadal  çap  etdirdiyi  altı 

poeması və başqa əsərləri Bayronu dövrünün ən populyar şairinə 

çevirdi.  “Şərq  poemaları”  adı  altında  birləşən  bu  əsərlərin 

mövzusunu  şair  öz  səyahəti  vaxtı  müşahidə  etdiyi  və  eşitdiyi 

hadisələrdən  almışdı. Müxtəlif məkan və xalqlar haqqında söz 

açan  Bayron  ayrı-ayrı  millətlərin,  adət-ənənələrinin  təsvirində 

obyektiv sənətkar mövqeyini bir daha təsdiq etmişdir.  

II  aparıcı:  Corc  Bayronun  yaradıcılığına    respublikamızda 

ardıcıl  müraciət  olduqca  uzun  tarixə  malikdir.  Bayronun 

əsərlərinin  ingilis  dilindən  birbaşa  tərcüməsi  yolunda  da  ilk 

etibarlı addımlar atılmışdır. Bu sahədə mərhum şairimiz Ənvər 

Rzanın  xidmətləri  böyükdür.  Oxucular  Bayronun  “Şilyon 

məhbusu”  və  “Mazepa”  poemaları  ilə  Ənvər  Rzanın 

tərcüməsində tanış olmuşlar. Ə.Rzanın Bayronun onlarca kiçik  

həcmli şeirini də ilhamla  tərcümə etmişdir.  



I  aparıcı:  Dünya  vətənindən  didərgin  düşmüş  dünyanın         

neçə-neçə ölkələrində – İsveçrə, İtaliya, Portuqaliya, İspaniya, 

Yunanıstan,  Albaniyada,  Türkiyədə    gəzib-dolaşan,    əzilən 

xalqların  mübarizəsində  yeri  gələndə  qələmini  silaha  çevirən 




17 

 

Bayron  beynəlmiləlçi  mübariz  şair  adını  ürəklərə  yazmışdır. 



Ömrünün  otuz  altıncı  baharında  Yunan  vətənpərvərlərinin 

azadlıq  mübarizəsində  iştirak  edən  şair  ölümü  də  yad 

torpaqlarda  qarşıladı.  Onun  ürəyini  Yunanıstanda  nəşini  isə 

doğma  İngiltərədə  (Hyusted  abbatlığında)  dəfn  etdilər.  O  gün 

yunan xalqı şairin ölümünü milli matəminə çevirdi. Bayron  öz 

ulu  babalarının  şan-şöhrətini  daha  uzaq  ünvanlara  söylədi. 

Amma onun şair şöhrəti, qəhrəmanlığı tarixin səhifələrində daha 

parlaq və möhtəşəm oldu... C.Q.Bayron  bütün bəşəriyyət üçün 

əsrlərlə yaşayacaq, çünki o, bütün xalqların müdafiəçisi idi. 

II aparıcı:       Şair azadlıqçün doğulub ancaq,  

                       Azadlıq! Əbədi gəlməlidir o! 

                       Son anda söylədi qurumuş dodaq: 

                       “Azadlıq yolunda ölməlidir  o!” 

    

                       Öldü azadlığa havadar kimi,  



                       Sanki bir əsgərdi, Bayron deyildi. 

                       Azadlıq önündə bir zəvvar kimi 

                       Dizləri büküldü, başı əyildi.  

          

                       Qaldırdı bayraqtək şair adını. 

                       Unutdu lorddu o, ingilisdi o. 

                       Yunan torpağına nicat gəzdi o,  

                       Atdı alovlara öz həyatını. 

                                         

Əliağa Kürçaylı  

  

 

 

 

 

 

 

 

 



18 

 

Ədəbiyyat siyahısı 



 

Əsərləri kitablarda 

 

Seçilmiş əsərləri : Poeziya. - Bakı : Şərq-Qərb, 2006. - 224 s. - 



(Dünya Ədəbiyyatı).  

 

Elektron resurslar 



 

Seçilmiş  əsərləri  [Elektron  resurs]  ;  Azərbaycan  Respublikası  

Mədəniyyət  və  Turizm  Nazirliyi.  -  Elektron  mətn.  -  Bakı  : 

İnnovativ Tədris Mənbələri (İTM) QSC, 2012. - 1 el. opt. disk 

(CD-ROM)  

 

Kitabiçi 

 

Ayrılanda ; Könlüm qəmlidir ; Ludditlərin nəğməsi və s. : şeirlər 



və poema // İngilis ədəbiyyatı antologiyası. 2 cilddə. C.1. - Bakı 

: Şərq-Qərb, 2007. - S. 190-205. 

 

Haqqında kitablarda 

 

Lermontov M. Y. (1814-1841). Yox, Bayron deyiləm, özgə bir 

kəsəm...  //  Rus  ədəbiyyatı  antologiyası  2  cilddə.  I  c.  -  Bakı  : 

Avrasiya Press, 2007. - S. 53-65. 

 

Haqqında Mətbuatda 

 

Ağayev Z. Tənha qəhrəmanların harayı : C. Q. Bayronun anadan 

olmasının 200 illiyi // Kommunist. - 1988. - 23 yanvar. - S. 4. 

 

Anar.  Dünya  ədəbiyyatından  sərbəst  tərcümələr  //  Ədəbiyyat 

qəzeti. - 2006. - 10 fevral. - S.3. 

 



19 

 

Cəfərov E.  İngiltərədə romantik teatr və Corc Bayron : dünya 

teatr tarixindən mühazirələr // Kaspi. - 2016. - 8 dekabr. - № 202. 

- S. 10. 



Corc Qordon Bayron (1788-1824) // Savalan. - 2014. - 24-30 

iyun. - № 47/48. - S. 3. 

 

Hacıyev  V.  C.  Bayron  Azərbaycanda  :  C.  Bayron  –  200  // 

Ədəbiyyat və incəsənət. - 1988. – 22 yanvar. - № 4. – S. 8. 

 

Həsənli  Z.  Bəşər  tarixinin  möhtəşəm  səhifələrindən  biri  :            

C. Bayron – 215 // Azərbaycan müəllimi. – 2003. – 18 – 24 aprel. 

 

Xəlilov  Ş.  Keçmişin,  gələcəyin  duyğusu  :  C.  Bayron  –  200  // 

Azərbaycan gəncləri. – 1988. – 21 yanvar. – S. 4. 

 

Musayeva  İ.  Corc,  Markes  və  ya  publisistikanı  udan 

ədəbiyyatlar... Ədəbiyyat qəzeti. - 2015. - 28 noyabr. - № 60. - 

S. 10-11. ; 5 dekabr. - № 61. - S. 13. ; 12 dekabr. - № 62. - S. 26. 

; 19 dekabr. - № 63. - S. 18-19. ; 9 yanvar. - № 1. - S. 13. ; 16 

yanvar. - № 2. - S. 20-21.  

 

Mütərəqqi  romantik  :  Böyük  ingilis  şairi  C.  Q.  Bayronun 

anadan olmasının 200 illiyi // Bakı. – 1988. – 22 yanvar.  

 

Sveyq  S.  Bayronun  sirri  :  ingilis  romantik  şairi  //  Ədəbiyyat 

qəzeti. - 2014. - 19 dekabr. - № 49. - S. 8-9. 

 

 

 

 

 

 

 



20 

 

Bəşər tarixinin möhtəşəm siması – Corc Bayron 



(metodik vəsait) 

 

 

 

 

Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88; 

E-mail:info@clb.az 

URL:www.clb.az 

 

 



 

F.Köçərli adına Respublika 

Uşaq Kitabxanasında 

çap olunmuşdur. 

Sifariş: 7 

Çapa imzalanmışdır:10.01.2018 

Tirajı:100 

Pulsuz 



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə