KitabxanaşÜnasliq


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə14/112
tarix05.10.2023
ölçüsü1,64 Mb.
#125358
1   ...   10   11   12   13   14   15   16   17   ...   112
k x 2017 n 1

16


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№1 (22) 
2017
diqqətini bu sözün haradan alındığına yönəltməlidir. Ya da bu sözün alındığı 
dili göstərməklə həmin adın mənşəyini izah etməlidir 
(məsələn: Böyük
Britaniyanın baş naziri Çörçil).
Əgər şəxsi və ya coğrafi adın alındığı dilin qrafikası doğma dilin 
qrafikasına uyğun deyilsə, başqa sözlə, onlar m üxtəlif əsaslı əlifbalara 
malikdirsə, onda redaktorun qarşısında bir sıra çətinliklər durur. Bu halda 
redaktorun diqqəti ilk növbədə adda olan səslərə yönəlməlidir. Çünki əcnəbi 
adların yazılışında istifadə olunan bəzi səslərin ana dilində fonetik və qrafik 
ekvivalenti olmur. Məsələn. ingilis əlifbasına olan w hərfinin Azərbaycan 
dilində yazılışının iki variantı var: 
"v" və "u" (Vatson və Uotson, yaxud
dişarası th).
Bəzən alınmış adın ənənəvi səslənməsi vasitəçi dilin təsiri altında 
formalaşır. Məsələn, məşhur ərəb nağılı 
"Min bir gecə"nin qadın 
qəhrəmanlarından birinin adı Şəhrizaddır. Bu ad Azərbaycan dilində bu 
şəkildə işlənir. Lakin bu ərəb adı bir çox dillərə fars dili vasitəsilə keçərək, 
Ş ah razad a, Şaherezada, Şeherezada kimi səslənir. Belə ki, Şeherezad qadın 
adı qədim fars dilində mehriban, şəhərdən olan mənasını verir.
Redaktor 
bu 
cür 
mürəkkəb 
hadisələrlə 
rastlaşarkən 
mütləq 
mütəxəssislərə müraciət etməlidir. O, yadda saxlamalıdır ki, əgər özü üçün 
həmin alınma sözün transkripsiyasının bir variantını seçibsə, onda eynilik 
prinsipinə riayət edərək, mətnin bütün hissələrində yalnız o sözdən istifadə 
etməlidir.
Son zamanlar coğrafi adların onların milli formasında verilməsi 
tendensiyası güclənmişdir 
(məsələn, Vilnüs əvəzinə Vilno, Kanton əvəzinə
Quançjou, Tallin əvəzinə Tallinn, Alma-Ata əvəzinə Almatı və s.).
Bəzən nəzərə almaq lazımdır ki, səsin başqa dilə iki ekvivalentlə 
tərcüməsi sayəsində leksik-semantik əlamətə görə ayrılan iki fonetik forma 
formalaşır 
(məsələn: 1) Vaşinqton (Washington) - a) ABŞ-da ştatdır: b) ABŞ-
ın paytaxtıdır, c) ABŞ-ın ilk prezidentinin adıdır (Corc Vaşinqton - 1789­
1797); 2) Uoşinqton - ABŞ-da təxminən əlliyə yaxın adi yaşayış məntəqəsinin
adıdır.
Əgər söz başqa dildən ilk dəfə alınırsa, onda redaktor bu adın mənsub 
olduğu ana dilinə və ya həmin ölkənin dövlət dilinə diqqət yönəltməlidir. 
Çünki həmin coğrafi adın harada yerləşməsi haqqında məlumata malik 
olduqda, tərcümə onun fonetik tərtibatından asılı olacaqdır. Bəzən bunu yerinə 
yetirmək kifayət qədər çətin olur, belə ki, adların mənşəyi mətndə həmişə 
göstərilmir. Məsələn: 
Charls Boulger
ad və soyadının daşıyıcısı fransız 
mənşəli olduqda, o, Azərbaycan dilinə 
Şarl Bulje
kimi, ingilis mənşəli 
olduqda isə 
Çarlz Baulcer
kimi transkripsiya ediləcəkdir.

Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə