KitabxanaşÜnasliq


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə12/112
tarix05.10.2023
ölçüsü1,64 Mb.
#125358
1   ...   8   9   10   11   12   13   14   15   ...   112
k x 2017 n 1

14


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№1 (22) 
2017
(arayışı) tez və dəqiq tapmaq, əlyazmada verilən məlumatların düzgünlüyünü 
yoxlamaq bacarığını özündə birləşdirir. Bu iş redaktordan zəngin soraq- 
məlumat ədəbiyyatı haqqında ətraflı bilik, onlardan faydalanmaq bacarığı, 
mətnin təhlili üsullarına yiyələnmək vərdişi tələb edir.
Redaktor tərəfindən əlyazmada fakt materialının yoxlanılmasının üç 
üsulu fərqləndirilir.
1) M ötəbər m ənbə ilə m üqayisə. Bu halda müəllifin əsaslandğı 
mənbədən istifadə etmək daha düzgün olar. İsnad edilmiş mənbəni tapmaq 
mümkün deyilsə, onda son nəşrdən istifadə etmək lazımdır. Soraq nəşrlərinin 
dairəsi kifayət qədər əhatəlidir və vaxtaşırı olaraq daha da genişlənir. Buraya 
ənənəvi 
universal 
ensiklopediyalar, 
böyük 
ensiklopediyaların 
illik 
məcmuələri, ensiklopediya lüğətləri, sahə üzrə ensiklopediyalar, statistik 
toplular, 
rəsmi 
materiallar daxildir. 
Soraq-məlumat nəşrləri 
hazırda 
İnternetdən istifadə etmək imkanının artması ilə bağlı əhəmiyyətli dərəcədə 
zənginləşmişdir.
2) 
G ətirilən 
fa k tla rın
daxili 
yoxlanışı. 
Statistik 
materialın 
yoxlanılmasının ikinci üsulu gətirilən faktların (bəzən onu eynilik prinsipi də 
adlandırırlar) daxili yoxlanışından ibarətdir. Bu üsuldan istifadə edərkən 
redaktor nəzarətdə saxlamalıdır ki, əlyazmada faktlar bir-birinə uyğun olsun 
və onların məzmunu mətnin bütün hissələrində dəyişməsin (Məsələn: 
Suitilərin saxlanılması üçün xüsusi gəmilərin uzunluğu 15 metrdən 30 metrə 
qədər olur, eni isə 150 metrə çatır. Bu mətn, sözsüz, qeyri-dəqiqliyə malikdir
çünki gəminin eni onun uzunluğundan çox ola bilməz).
3) Rəsm i təsdiqin (sübutun) alınm ası. Rəsmi təsdiqin (sübutun) 
alınması əlyazmanın fakt materialının yoxlanılmasının üçüncü üsuludur. Əgər 
birinci iki üsul nəticə vermirsə, onda redaktor üçüncü üsuldan istifadə edir. Bu 
halda o, ya nüfuzlu ixtisaslaşdırılmış müəssisəyə, ya da müstəqil 
ixtisaslaşdırılmış mütəxəssisə məsləhət üçün müraciət edə bilər.
Əlyazmada istifadə edilən faktların həqiqiliyinin qiymətləndirilməsi 
redaktorun üzərinə böyük məsuliyyət qoyur. O, yalnız faktların hansı məna 
yükünü 
daşıdığını 
müəyyənləşdirməklə, 
faktın 
özünün 
seçimini 
qiymətləndirməklə, müəllifin mülahizələrinin gedişini və müəllifin fakt 
əsasında çıxardığı nəticələri tədqiq etməklə kifayətlənməməli, həm də bu və 
ya digər faktın verilməsinin aktuallığı və operativliyi haqqında məsələni həll 
etməlidir. Bu tələb onunla bağlıdır ki, informasiyanın verilməsi oxucunun 
həmin predmet haqqında biliklərinin müasir səviyyəsinə uyğun olmalıdır, 
çünki ancaq bu halda informasiya onda maraq doğura bilər.
Xüsusi isimlərin və coğrafi adların redaktəsi zamanı redaktor hər şeydən 
əvvəl belə bir məsələni həll etməlidir ki, mətndə onların istifadəsi nə qədər 
lazımdır və ya əksinə, mətndə onlar kifayət qədərdirmi?

Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə