Qədim Şərq tarixi



Yüklə 52,77 Kb.
səhifə1/5
tarix18.01.2022
ölçüsü52,77 Kb.
#82947
növüDərs
  1   2   3   4   5
İmtahan cavabları tarix...


1.Qədim Şərq tarixinə giriş....

“Qədim Şərq tarixi” ümumdünya tarixinin mühüm bir sahəsini təşkil etməklə əsasən ilk sinifli cəmiyyətin tarixini öyrənir. Bu cəmiyyətin xronoloji çərçivəsi e. ə IV-III minilliklərdən eramızın IV-V əsrinə qədərki dövrü əhatə edir. Bəşər tarixində ilk dövlətlər bu dövr ərzində meydana gəlmiş, sonra süquta uğramışlar. “Qədim Şərq tarixi” fənni bir çox qədim dövlətlərin tarixini tədris edir. Təəssüf ki, mövcud dərsliklər heç də qədim dövlətlərin hamısı haqqında məlumat vermir. Uzaq şərq qədim dövlətləri, Ön Qafqaz dövlətləri, İran ərazisindəki bəzi dövlətlər həmin dərsliklərdə öz əksini tapmamışlar. Məhz son zamanlar bu məsələyə diqqət artırılmış, “Qədim Şərq” anlayışına aşağıdakı dövlətlər daxil edilmişdir: Misir, Finikiya, Suriya, Fələstin, Het, Urartu: Mesopotamiyada Şumer, Akkad, Babilistan, Assuriya: İranda Aratta, Kuti-Lullubi, Elam, Manna, Midiya, Fars, Parfiya, Atropatena: Ön Qafqazda Albaniya və eləcədə İberiya.

Qədim Şərq ilk elmi biliklərin vətəni olmuşdur. Vaxtilə antik ölkələr qədim şərq mədəniyyətinin müəyyən təsirinə məruz qalmışdı. Qeyri-bərabər tarixi inkişaf nəticəsində Şumer, Misir, Aratta e. ə IV-III minillikdə artıq dövlət kimi mövcud olduğu halda, qədim Şərqin digər yerlərində dövlətin yaranması e. ə. II, bəzən də I minilliyə təsadüf edir. Misir dövləti Nil çayı vadisində və boğaz hissəsində yerləşirdi. Ön Asiyada, Dəclə və Fərat çayları vadisində Şumer, Akkad, Babilistan və Assuriya yaranmışdı. İran ərazisində Kerxa və Karun çaylarının vadisində qədim Elam dövləti meydana gəlmişdi. Hind və Qanq çayları arasında qədim Hindistan dövləti təşəkkül tapmışdı. Qədim dövlətlər böyük çay sistemi olmayan ərazidə də təşəkkül tapırdı. Aralıq dənizinin şərq hissəsinin dağ və aran hissələrində qədim Finikiya, Suriya və Fələstin dövlətləri yaranmışdı. Anadoluda Het dövləti, İranda Elamdan sonra Midiya, Əhəməni dövlətləri, Van gölü ətrafında Urartu, Urmiya gölü hövzəsində Aratta, Kuti-Lullubi, Manna dövlətləri meydana gəlmişdi. Həmin ölkələrin təbii şəraiti biri digərindən fəqlənirdi. Bəziləri xarici aləmlə çətin keçilən dağ və dərə yolları vasitəsi ilə əlaqə saxlayırdı. Məsələn Misiri Sina yarımadası və Qırmızı dəniz ilə dar Süveyiş kanalı və bir sıra xırda çay vadiləri, İranı İkiçayarası ilə Zaqros dağ keçidləri birləşdirirdi. Beləliklə, Şərq-antik ədəbiyyatda coğrafi anlayış kimi işlədilmiş, yeni və ən yeni dövrdə “Qədim Şərq” adı altında mədəni-tarixi anlayışa çevrilmiş və tarix elminin müvafiq sahəsini təşkil etmişdir.

2.Şumer xalqının mənşəyi. Şumerlər iltisaqi dillər ailəsinin tərkib hissəsidir..



Şumerlərin hansı xalqın əcdadları olması bəzi tarixi mübahisəyə səbəb olsa da, ancaq bəşəriyyətin ilkin övladları, özü də ağıllı, təfəkkürlü olmaları bütün dünya tədqiqatçıları tərəfindən mübahisəsiz qəbul edilib. Şumerlər harmonik, biçimlənib, gerçək və dinamik təfəkkür sahibi olublar. Sivilizasiyanın bugünkü kosmik inkişafı prizmasından da baxsaq görərik ki, şumerlər arxaik və primitiv təfəkkür tərzinə malik olmayıblar. Onların tarixi hərəkət trayektoriyası da zamanın qaçılmaz gerçəkliyidir. Şumerşünasların əksəriyyəti onların Babilistana Mərkəzi Asiyadan gəldiklərini, akkad və semitlərlə vuruşdan sonra doğma yurdlarına - Mərkəzi Asiyaya və Orxon-Yeniseyə qayıtdıqlarını təsdiqləyirlər. «Zəngin mədəniyyətə, dil və ədəbiyyata, elmə və sənətə malik olan şumerlər Babilistandan «silinib», o torpaqdan çıxsalar da, yer üzündən silinə, tarix səhnəsindən çıxa bilməzdilər. Şumerlər məğlubiyyətdən sonra semitlərlə barışa, Dəclə-Fərat çayları arasına sığınıb qala bilməyiblər». Qədim Yunanıstanın filosof tarixçisi Aristotel və ondan sonra gələnlər şumerlərin dünya mədəniyyətinin ilkin yaradıcıları olduqlarını qəbul ediblər. Tarixi həqiqəti olduğu kimi qəbul etmiş bir çox tarixçilər şumerlərin qədim türklərin əcdadı olduqlarını birmənalı təsdiqləyiblər. İngilis alimləri S.Leoyd və Q.Çayld bu qənaətə gəlmişdirlər: «Turanlılar təxminən 10-12 min il bundan əvvəl səfalı, bəhrəli Dəclə və Fərat çayları hövzəsində məskən salıb, ətraflarında yaşayan saysız-hesabsız vəhşi qəbilələrin heyrətli nəzərləri altında dünya sivilizasiyasının səhərini açdılar. Dünyada ulu bir mədəniyyətin məşəli alışdı. Məşhur şumerşünas alimlər M.Belitski, D.Reder, E.Reklü, F.Qommel, Vooley və b. şumerlərin türklərlə genetik qohum olduqlarını qeyd ediblər. Dmitri Reder yazır: «Şumerlərin dili ayrıca bir dildir. Bizə məlum dil ailələri ilə onu bağlamaq, hələlik əsaslı və mübahisəsiz nəticələr verməyib. Yalnız onu qəti demək olar, o, iltisaqi dillər ailəsinə daxildir və öz quruluşuna görə ən çox türk dilləri ilə müqayisə edilə bilər».

3.”Bilqamıs” dastanı ilə “Kitabi Dədə Qorqud” dastanlarının oxşar cəhətləri....

Türk epos yaradıcılığının çox qədim tarixi var. Təkcə "Kitabi-Dədə Qorqud" kimi kamil, bitkin və bənzərsiz bir eposu ərsəyə gətirmək üçün neçə minillik dastan yaradıcılığı təcrübə və ənənəsi tələb olunurdu. Ona görə cəsarətlə demək olar ki, türk epos yaradıcılığı çox zəngin təcrübə və ənənə üzərində inkişaf edərək bugünkü səviyyəyə yüksəlib. Türklər "Kitabi-Dədə Qorqud"a qədər onlarla dastan yaradıblar. Ancaq həmin dastanlar da hələ başlanğıc deyil. Başlanğıcı bir qədər də dərinliklərdə, qədimlərdə axtarmaq lazımdır. Şumer folkloru və ədəbiyyatı ilə tanışlıq bu gün bir çox qaranlıq səhifələrin üstünə işıq salır. İndi bəlli olur ki, türk epos yaradıcılığı Şumer folklorundan qaynaqlanır. "Kitabi-Dədə Qorqud" və "Koroğlu" eposlarında bu fikri söyləməyə əsas verən yetərincə faktlar var. E.Əlibəyzadə 2007-ci ildə işıq üzü görmüş "Türk-Azərbaycan bədii düşüncəsinin ilkin qaynaqları" kitabında "Bilqamıs" dastanı və "Kitabi-Dədə Qorqud" eposu arasında uğurlu paralellər aparıb, müqayisəli təhlillər verib, maraqlı nəticələr çıxarıb. Bu, çox geniş bir tədqiqatın mövzusudur. Adı çəkilən kitabda toxunulmamış məsələlər, tutuşdurulmamış oxşarlıqlar hələ çoxdur. E.Əlibəyzadənin yığcam, daha doğrusu, tezislər şəklində toxunduğu bir sıra məsələlərin də daha geniş, hərtərəfli araşdırılmasına ehtiyac duyulur. Bilqamıs" dastanının dilimizə ilk və yeganə tərcüməçisi İsmayıl Vəliyev Şumer-Azərbaycan folklor örnəklərindəki bu cür oxşarlıqları, səsləşmələri, qan yaddaşı vasitəsilə ötürülən süjet, fikir, təsvir eyniliklərini görüb, onları tədqiq etməyin elmi əhəmiyyətini xüsusi vurğulayıb: "Əski Şumer dastan və nəğmələrində Azərbaycan folkloruna, nağıl və əfsanələrinə yaxın olan çoxlu süjet, fikir, bədii deyim, bənzətmə və s. var. "Bilqamıs" dastanı, "Kitabi-Dədə Qorqud" boyları və "Koroğlu" dastanı arasında mühüm əlaqə bağları var. Hətta şumerlərin bir çox ad və soyköklərinə müasir dilimizdə rast gəlinir. Tədqiqatlar genişləndikcə, təbii ki, yeni elmi bəxşişlər, sürprizlər meydana gələcək. İndiki halda əski şumer, akkad ədəbi mətnlərinin Azərbaycan dilinə çevrilməsinin çox böyük ictimai, ədəbi elmi önəmi var. Gələcəkdə bu xeyirxah iş davam etdirilərsə, ədəbi inkişafımız yeni keyfiyyətlər qazanar, əlvan çalarla zənginləşər". Biqamıs, Dədə Qorqud və Koroğlu obrazlarında ata-oğul, baba-nəvə varisliyi bir çox keyfiyyətlərdə aydın nəzərə çarpır. Bilqamıs ağıllıdır, hər şeyi biləndir, müdrikdir. Urukun çarıdır, böyük bir xalqı idarə edir. Dədə Qorqud ağıllıdır, müdrikdir. Hər şeyi biləndir. Oğuzun müşküllərini həll edir. Bilqamısla Dədə Qorqudu bir-birinə yaxınlaşdıran xüsusiyyətlər çoxdur. Biqamısın əbədi həyat, ölməzlik axtarışı isə onun Dəli Domrulla qarşılaşdırılmasına imkan verir.

4.Şumer şəhər-dövlətləri....

Mesapatomiyanın cənubunda e. ə III minilliyin birinci yarısında şəhər dövlətləri meydana gəldi. Uruk, Kiş, Eredu, Larsa, Ur, Laqaş, Umma, İsin, Sippar, Nippur və s. belə şəhər dövlətlərindən olmuşdur. Tədqiqatçılara görə qədim Şumer sülalərinin hakimiyyət dövrü cəmi 500-700 ilə bərabər olmuşdur. Bu dövr erkən sülalələr dövrü e. ə XXVIII-XXIV əsrləri əhatə edir. XXVIII-XXVII əsrləri əhatə edən dövrdə Kiş şəhər dövləti siyasi üstünlük əldə edir. Şumer əfsanələrində Kişin X hökmdarı Etana olmuşdur. Əfsanəyə görə qartal qanadında göyə qalxmış və hakimiyyət rəmzini gətirmiş və çoban olmasına baxmayaraq hökmdar taxtına əyləşmişlər. Kiş hökmdarlarından Enmebaragesi Şərqdə Elam ilə müharibə aparmış və ona qalib gəlmişdir. Kişdən sonra Uruk şəhər dövlətinin yüksəlişi başlandı. Birinci Uruk sülaləsinin görkəmli hökmdarları En-Merkar, Luqalbonda, Bilqamıs idi. En-Merkar şərqdə Aratta ölkəsi ilə münaqişəyə girmiş, lakin sonralar bu münaqişəyə son qoyuldu və bu dövlətlər arasında iqtisadi və ticarət münasibətləri yarandı. Şumerdə Ur şəhəri də hegomonluq uğrunda mübarizədə iştirak edirdi. Ur hökmdarı Mesanepoda Kiş şəhərini zəbt edib, Akanı hakimiyyətdən saldı. Bundan sonra o həmdə Kiş hökmdarı adlandı. Daha sonra Şumerdə üstünlük uğrunda mübarizədə Gilqamış haqqında şumerlər dastan yaratmışlar. O yarı insan, yarı Allah kimi təsvir olunur. Uruk divarlarını da o tikdirmişdir. E. ə XXV-XXIV əsrlərdə Laqaş şəhər dövləti yüksəldi. Bu dövlətin banisi Urnanşe idi. Burada gedən tikinti işləri onun adı ilə bağlıdır. Bir barelyefdə onun məbəd tikintisində iştirakı təsvir olunur. Onun arxasında addımlayan qızı iri planda təsvir olunur. Bu onu göstərir ki, o zaman Şumer cəmiyyətində qadın üstün mövqeyə malik olub. Umma şəhər dövləti də tədricən gücləndi. Umma sərhəd torpaqlarına görə Laqaş ilə ədavət aparırdı. Luqalzaqqesinin hakimiyyət illərində (e.ə 2312-2287) Şumeri siyasi cəhətdən birləşdirmək niyyətinə düşdü. O, Uruku, Laqosu tutdu. Luqalzaqqesi Uruk şəhərini paytaxta çevrildi. Ur, Larsa, Nippur, Kiş, Umma tərəfindən zəbt edildi. E.ə 2287-ci ildə Akkad dövlətinin banisi Sarqon Şumerə hücum etdi. Kişi tutduqdan sonra o, Luqalzaqqesi ilə döyüşə başladı və onu məğlub edib əsir aldı. Onunla birlikdə Ummaya tabe olan 50 hökmdar da məğlub oldu. Sarqon Uruk, Ur, Umma şəhərlərini tutub Fars körfəzinə yaxınlaşdı. Şumer dövlətinin varlığına son qoyuldu.

5.Akkad dövləti....

İkiçayarasının şimal hissəsində sami tayfalarından güclü Akkad dövləti meydana gəlmişdi. E.ə. 2287-ci ildə Akkad dövlətinin banisi Sarqon (e.ə.2316-2261) Şumerə hücum edir və Luqalqessi ilə birlikdə 50 Şumer hökmdarı məğlub olur. Sarqon Şumeri işğal edir. Şumer-Akkad dövləti yaranır. Akkad şəhərini də o saldırıb. Onun nəvəsi Naram-Suenin hakimiyyəti illərində (e.ə.2236-2200) Akkad arada itirdiyi qüdrətini yenidən bərpa edir. Naram-Suen özlərinə yaxın ərazidə yerləşən kuti və lullubilərlə də döyüşməli olur. Şarkalişarrinin (e.ə. 2200-2175) dövründə kutilər, elamlılar və samilər Akkad dövlətini tez-tez təhlükə altında qoyur. Kuti hökmdarı Elulumeş (e.ə.2177-2171) e.ə.2175-2172-ci illərdə Akkadı qəti məğlubiyyətə uğradır. Hökmranlıq kutilərin əlinə keçir. Kutilər öz yazılarını akkad dilində tərtib edir və Şumeri canişinlik şəklində idarə edirlər. Kutilər yüz ilə qədər orada hökmranlıq etmişlər. 21 kuti hökmdar adı məlumdur. Onların dilinin türk dili və ya Hind-Avropa dillərindən olduğu barədə fərziyyələr var. Oppenheym göstərir ki, "Bu xalqın öz dili vardı". Uruk hakimi Utuhenqal son kuti hökmdarı Tirikanı məğlub edərək (e.ə.2104) hakimiyyəti ələ alır və kuti hakimiyyətinə son qoyur. Lakin tezliklə - e.ə.2097-ci ildə Utuhenqal sui-qəsdlə öldürülür və Ur şəhər hakimi Ur-Nammu öz oğlunu Uruka ensi təyin edir. Ur-Nammu (e.ə.2112-2103) III Ur sülaləsinin başçısı idi. Onun başçılığı ilə Şumer dövləti yenidən fəaliyyətə başlayır. Bu, sonuncu Şumer dövləti idi. Ur-Nammudan 100 il sonra - e.ə. 2003-cü ildə - III minilliyin sonunda elamlıların Ur şəhərinə basqını ilə Şumer və Akkadın minillik tarixi başa çatır. Beləliklə, bütün Şumer ərazisi şumerlərin, akkadların və babillilərin vaxtında daim Azərbaycan kuti, lullubi, kassi dövlətləri ilə əlaqədə olmuş, lullubilərlə qardaşlıq münasibətində yaşamış, kutilər tərəfindən 100 il, kassilər tərəfindən 500 ilə qədər idarə olunub. Bu, hər iki ərazinin az qala birliyidir - mədəni, iqtisadi, siyasi birliyidir ki, bunu Şumer dastanları daha aydın göstərir.

6.Qədim Babilistan dövlətinin yaranması....

III Ur sülaləsi devrildikdən sonra İkiçayarasında uzun müddət mərkəzdənqaçma meyilləri müşahidə olunurdu. Siyasi pərakəndəlik və ara müharibələri hökm sürürdü. Bir müddət İkiçayarasında yerli hakimiyyət aradan qalxmış və siyasi mərkəz şimala doğru istiqamətlənmişdi. Bunun nəticəsində ticarət yollarının kəsişdiyi yerdə yerləşən Babil şəhəri mərkəz olur. Bu dövrə qədər Babilin o qədər də böyük əhəmiyyəti yox idi. E.ə. II minilliyin əvvəllərində İkiçayarasında bir sıra şəhər dövlətləri yarandı.

Bunlardan ən mühümləri İsin, Larsa, Mari, Babil, Eşnunna idi. Bu şəhər dövlətləri siyasi üstünlük uğrunda mübarizə aparırdılar. E.ə. II minilliyin əvvəlində Babil kiçik yaşayış məntəqəsi idi, sonralar iqtisadi cəhətdən inkişaf edib, böyük şəhərə çevrilmişdi. Qədim yunan müəllifləri bu şəhəri Vavilion adlandırmışdılar. Akkad dilində şəhərin adı Bab-ili tərcümədə ”allahın qapısı” mənasını verir. Babil şəhəri Dəclə-Fərat çayının biri-birinə yaxınlaşdığı, su və karvan yollarının çarpazlaşdığı ərazidə yerləşirdi. Bunun nəticəsində Babil tədricən böyük ticarət mərkəzinə çevrilmişdi. Tezliklə Babil İkiçayarasının siyasi hadisələrinə qarışmalı oldu. Burada yaranmış dövlət adətən qədim Babilistan dövləti adlandırılır.Onun tarixi üç dövrə bölünür:

1. Qədim dövr (e.ə. XIX-XVI əsrlər); 2. Orta dövr (e.ə. XVI-XII əsrlər); 3. Yeni dövr (e.ə. VII-VI əsrlər).

Bu dövlətin banisi Sumuabum (e.ə. 1894-1881-ci illər ) idi. Dövlət çarlar və ona tabe olan məmurlar tərəfindən idarə olunurdu. Babilin baş tanrısı və himayəçisi Marduk idi. Marduk, insanların və heyvanların yaradıcısı hesab olunurdu. Qədim Babilin güclü dövlətə çevrilməsi prosesi çar Hammurapinin (e.ə. 1792-1750-ci illər) hakimiyyəti zamanı baş vermişdir. O, Mesopotamiyanın cənubunda yerləşən şəhərləri, daha sonra ətraf dövlətləri Mari və Eşnunnanı ələ keçirmişdir. Şimalda isə Assur,Nineviya və başqa şəhərlər onun hakimiyyətini qəbul etmişdirlər. Hammurapinin dövründə ölkədə inşaat işləri görülürdü, suvarma sistemləri təkmilləşdirilmişdir; heyvandarlıq, ticarət, gəmiçilik, sənətkarlıq sahələri inkişaf edirdi, hətta yeni suvarma kanalları qazılırdı. Babil cəmiyyətinin ictimai quruluşu, başqa qədim cəmiyyətlərdə olduğu kimi quldarlıq olmuşdur. Kölə əməyindən geniş istifadə olunurdu və qul ticarəti aparılırdı. Kölələr təbəqəsi hərbi dustaqlar və borclarını verə bilməyən adamlardan ibarət olmuşdur. İlk Babil sülaləsi şahları uzun müddət amorilərin hücumuna məruz qalaraq onlara qarşı mübarizə aparmalı olmuşdular. Qədim Babilistan amori sülaləsinin hakimiyyəti 1894- cü ildən 1595-ci ilə kimi mövcud olmuşdur. Larsa və İsin sülaləri arasında gedən vuruşmalardan istifadə edən Babil şəhəri tabe olduğu İsin sülaləsinə qarşı qalxmış və onu məğlub edərək azad olmuşdu. Şiddətli mübarizə dövründə Larsa İsini zəiflətmək məqsədi ilə Babilə yardım etmişdir.

7.Hammurapi qanunları...

Hammurapi tarixə qanunlar külliyyatı tərtib edən hökmdar kimi də düşüb. Eşnunna şəhər dövlətinin qanunları, akkad dilində yazılmış ilk sənəddir. Eşnunna (indiki Tel abu-Harmal) Diyala çayı hövzəsində yerləşirdi. Bu irihəcmli qanunlar külliyyatı qədim Babilistanda yaradılmışdı. Bu məşhur qanunlar hökmdar Hammurapiyə məxsusdur. Qanunlar 2,25 metr hündürlüyündə qara bazalt daş üzərinə mixi yazılar ilə həkk olunmuşdu. E.ə. XII əsrdə Elam hökmdarı I Şutruk-Nahhunti həmin qara daşı qənimət kimi paytaxt Suz şəhərinə gətirmişdi. Daşın bir hissəsi Elam hökmdarının göstərişi ilə qaşınmışdı. O, əməllərini buraya yazdırıb özadını əbədiləşdirmək istəyirdi. Lakin bizə məlum olmayan səbəbdən bu, baş tutmamışdı. Beləliklə, 35 maddə məhv edilmişdi. Bu maddələr Hammurapinin məktubları əsasında bərpa edilmişdi. Onun 55 rəsmi məktubu məlumdur [26,201]. Qanunlarda xüsusi mülkiyyətin, insanların hüquqlarının möhkəmləndirilməsi yetirilmişdi. Təbiətin qorunması məsələlərinə xüsusi diqqət yetirilmişdi. Hammurapinin titullarından biri "ədalətin hökmdarı" onun sarsılmaz şöhrətindən qaynaqlanır. Belə ki, Hammurapi qaynaqlarda qeydə alınmış ilk qanunlar toplusunun banisidir. Alimlər daş kitabə üzərində yazılmış, 282 maddədən ibarət Hammurapi qanunlarını sami yenilikçiliyi ilə şumer qanunlarının qarışığına əsaslandığını qeyd edirlər, lakin onlar hansı qanunun şumer, hansının samilərə aid olduğu barədə qərara gələ bilmədikləri üçün bütün mətni sadəcə olaraq Mesopotamiya qanunşünaslığı kimi qəbul edirlər.

8.Qədim Misirin təbii şəraiti....



Qədim Misir Afrikanın şimali-şərqində Nil çayının vadisində və deltasında yerləşirdi. Dünyanın ən uzun və ən çox lil gətirən çayı Misir ərazisində axırdı. Onu «Böyük çay» da adlandırırdılar. Qədim Şərqdə Misir qızılı çox olan ölkə hesab edilirdi. Qızıl Nubiyada, mis Sina yarımadasında hasil edilirdi. Yayın əvvəlində gur yağışlar yağır, ətrafı su basırdı. Noyabrda su çəkilir, üzvü maddələrlə zəngin olan lil sahili örtürdü. Bu qara lil qatı rütubəti yaxşı saxladığı üçün çox məhsuldar idi. Buna görə də misirlilər öz ölkələrini «Qara torpaq» adlandırırdılar. Qədim Misirlilər ili üç dövrə bölürdülər: 1. İlin başlanğıc dövrü (iyul). 2. Torpağın oyanışı, əkin-biçin dövrü. 3. Quraqlıq (susuzluq) dövrü.

Böyük səhrada yaşayan insanlar Nil vadisində e.ə. VIII minillikdə tədricən məskunlaşıb buranı mənimsəməyə başladılar. Onların mənsub olduğu tayfalar yığıcılıq, balıqçılıq, ovçuluq və əkinçiliklə məşğul olur, torpaq sahələrini kolluqlardan təmizləyir, bəndlər düzəldir, kanallar çəkirdi. Misirlilərin başlıca məşğuliyyəti əkinçilik idi. Hündür yerlərə su çıxarmaq üçün şaduf adlanan qurğudan istifadə edirdilər. Şaduf e.ə. II minillikdə ixtira olunmuşdu. İnsanlar güclü daşqınlardan qorunmaq üçün Nil çayı boyunca damba adlanan bəndlər tikirdilər.

9.Misir heroqliflərinin oxunması..

Jan-Fransua Şampolyon kitabsatan ailəsində anadan olmuşdur. Uşaqlıqdan qədim Misir tarixi ilə maraqlanırdı, antik müəlliflərin əsərlərini oxuyurdu. Şərq dillərini, o cümlədən Misir dilini öyrənmişdi. Hələ gənclik dövründə o, Misir heroqliflərinin öyrənilməsinə çox vaxt sərf edirdi. Şampolyon gənc yaşlarında məşhur alim kimi tanınmışdı. 19 yaşlı Şampolyon tarix kafedrasına (Qrenobolda) professor təyin olunmuşdur. O, Misir heroqlifləri ilə yaxından maraqlanırdı. Nəhayət, heroqliflərin sirrini açmaq üçün Rozetta daşını öyrənməyə başladı. O, Misir mətnində “Ptolomey” adını, digər yeni tapılmış yazıda “Kleopatra” adını oxudu; beləliklə o, 12 işarənin mənasını aydınlaşdırdı. Bundan sonra o, Misir dilində tərtib olunmuş heroqliflərdə Aleksandr, Tiberi, Domisian və başqa adların oxunuşuna nail oldu. 1822-ci il sentyabrın 14-də təzə tapılmış yazılarda Şampolyon asanlıqla Misir fironları Ramzesin və Tutmosun adlarını oxudu. Şampolyon sübut etdi ki, hər üç Misir yazı növləri – heroqlif, heratika və demotika eyni mənşəli olmaqla, biri digəri ilə bağlıdır, eyni qrammatik qaydaya tabedir. Böyük bir səbirlə və səylə çalışan Şampolyon Misir heroqliflərinin sirrini, demək olar ki, tamamilə açdı. Bu, uzunmüddətli axtarışların və möhkəm məntiqin, iradənin nəticəsi idi. Onun tədqiqatları nəticəsində 1822-ci ildə Misirşünaslıq elm sahəsi yarandı. Şampolyonun kəşfinə rus alimləri və ictimai idarələri biganə qalmadılar. Həmin illərdə Rusiya mətbuatında Misir əsatirləri və heroqlif yazıları barədə kitab və məqalələr çap edilirdi. Məsələn, jurnalların biri yazırdı: “1822-ci ildə Misirdə və Misir haqqında çox mühüm kəşflər edilmişdir. Misir heroqlifləri barədə Şampolyonun kəşfi öz nəticəsi etibarilə ən qiymətli və məhsuldar olmuşdur… Bu kəşfin əhəmiyyəti ilk nəzərdə gözə çarpır və bu tarixin boş qalan səhifələrini doldurmalıdır. ” Lakin Şampolyonun kəşfini hamı qəbul etmirdi, onu fırıldaqçı, uydurmaçı adlandıranlar da olurdu. Lakin sağlam elmi mətbuat Şampolyonun kəşfini dövrün böyük nailiyyəti kimi qələmə verirdi. Şampolyon Misir heroqliflərinin oxunmasına 15 il ömür sərf etdi. O, nəinki alim, eyni zamanda vətən uğrunda döyüşürdü. Napoleon Elbadan Fransaya qayıdarkən o da üsyana qoşulmuş və Burbon hakimiyyətinə qarşı mübarizəyə qalxmışdı. Üsyan yatırıldıqdan sonra o, ölkədən qaçmağa məcbur oldu, onu siyasi hüquqdan məhrum etdilər. O, uzun müddət əzab-əziyyətlə, aclıq içərisində yaşamış, lakin heroqliflərin sirrini açmaq üzərində çalışmış və buna müyəssər olmuşdu. O deyərdi: “Qədim tarix elmi gözəl, lakin cehizsiz bir qıza bənzəyir”. Şampolyonun ən böyük var-dövləti ondan ibarət oldu ki, o, misirşünaslıq elminin əsasını qoydu.

10.Misir erkən səltənət dövründə....



Erkən səltənət mərhələsi e.ə.XXXI-XXIX əsrləri əhatə edir. Bu mərhələ e.ə.3100-cü ildən başlayıb 2900-cü ildə tamamlanır. Bu dövrdən etibarən Misir hökmdarları firon adlanırlar. I sülalənin əsasını Mina (Menes) qoydu. Monefon onu Misirin ilk hökmdarı adlandırır. Misir tarixşünaslığında belə bir fikir var ki, Misiri vahid dövlət halında Mina birləşdirmişdir. Mina Aşağı Misiri Yuxarı Misirdən ayıran yerdə “Ağ divar” adlanan sədd çəkdirmişdir. Misirin bu iki hissəsi arasında gedən uzun müharibələrə ikinci sülalənin nümayəndəsi Hasehemuinin son qoydu. Minanın tikdirdiyi “Ağ divar” yəni Menfis şəhəri vahid Misirin paytaxtına çevrildi. Burada tanrı Ptana məbəd tikildi. Erkən səltənət dövründə dövlət idarəçiliyi şah tərəfindən idarə olunurdu. Şah dövlət idarəçiliyində tam hakimiyyətə malik idi. Misirdə yazı mədəniyyəti erkən padşahlıq dövründə yaradılmışdı. Yunan müəllifləri Misir yazılarını iyeroqlif (yunan sözlərindən ibarətdir – müqəddəs və oyma) adlandırmışlar. İyeroqliflər canlı və əşyalar şəkil vasitəsindən ibarətdir. Dövlət başçısının ilahiləşdirilməsi erkən padşahlıq dövrü də sinfi quruluşunun möhkəmliyinə yönəlmişdi. Bütün sitayiş edilən allahlar şahın qohum və himayəçiləri sayılırdı. Ən qədim Misir mədəniyyətinin nümunələri xırda və az sayda iri heykəllərdən ibarət idi. Erkən səltənət dövrünün başlanması III sülalə dövrünə aiddir. Bu dövrdə nəhəng tikintilərin sürətli yüksəlişi başlanmışdı. Tikilən ehramlar fironun qüdrətini təcəssüm edirdi. Fironun tam hakimliyinin maddi əsaslarını böyük ölçüdə torpaq, ərzaq və əmlak resursları təşkil edirdi. Dövlətdə bütün sahələrdə suvarmadan başlayaraq, məhkəmə və cəza, təminat və mükafatlandırmaq, vergilərin təyin, yaxud ondan azad olmaq, hərbi yürüş, xaricə səfərlər, gəmiçilik tədbirləri, dövlət quruculuğu, dağ mədənlərinin işlədilməsi – bütün bunlar şah hakimiyyətinin əmrləri ilə icra olunurdu.

11.Misir qədim səltənət dövründə...

Bu dövr e.ə. XXVIII-XXIII əsrləri əhatə edir. III-IV sülalənin fironları bu dövrdə işğalçılıq müharibələri aparırdılar. Bu müharibələr Şərq və Cənub istiqamətində aparılırdı. İşğal hədəfi Şərqdə Fələstin, cənubda isə Efiopiya, yaxud Nubiya idi. Bəzən qərbdə Liviyaya qarşı da yürüşlər durdu. Bunun nəticəsində Sina yarımadası firon Snofru tərəfindən Misirə birləşdirildi. Finikiya ilə ticarət əlaqələri yaradıldı. Snofru Efiopiyaya da hərbi yürüşlər edir və 7 min nubiyalını, 2 min baş mal-qaranı ələ keçirir. Firon Sahura dövründə hərbi yürüşlər intensiv xarakter alır. Bunun nəticəsində ölkədə qulların sayı artır. Firon Piopi Sina yarmadasından kənarda yaşayan Asiya tayfaları üzərinə hücumlar edir. Qədim səltənətin sonunda Nomlar xeyli güclənib mərkəzi hakimiyyətə qarşı mübarizə aparırlar. Əgər qədim səltənət dövründə hökmdarlar firon adlanırdısa, onlara per-o deyə müraciət edirdilər. Əslində bu böyük ev deməkdir. Hökmdar adı o qədər müqəddəsləşdirilmişdir ki, onun adını deyil, sarayının adını dilə gətirirdilər. Misir hökmdarı qeyri-məhdud hakimiyyətə malik idi. Ona Allah kimi baxırdılar. Fironun ən yaxın köməkçisi çati adlanan məmur idi. Firon bu vəzifəyə öz övladını təyin edirdi. Çatinin səlahiyyətləri xeyli geniş idi. Çati ölkənin təsərrüfat həyatını və məhkəmə işlərini idarə edirdi. Fironun dəftərxanası da ona tabe idi. Hərbi işləri hərbi rəis adlanan başqa məmur həyata keçirirdi. Ordu əsasən piyada hissələrdən ibarət idi. Əsgər ox və yay, həmçinin qısa xəncərlə silahlanırdılar. Misir dövlətində din ideoloji sistemin əsasında dururdu. Din fironun hakimiyyətinin ilahi mənşəyə malik olması haqqında təbliğat aparırdı. Görüş zamanı onun ayağənə yalayırdılar. Onun Allah olması ideyasını təbliğ edirdilər. Onu Günəşin oğlu adlandırırdılar. Fironun qeyri-adi qüdrətə malik olduğunu nümayiş etdirmək üçün onun şərəfinə piramidalar ucaldırdılar. Bu piramidalar indiyə kimi qalmaqdadır. 60 metr hündürlüyündə ilk pilləli ehramı III sülalənin nümayəndəsi Coserə məxsusdur. Ən hündür ehram IV sülalə fironu Xeopsun şərəfinə tikilmişdir. Onun hündürlüyü 147 metr, bünövrədən hər tərəfinin uzunluğu 230 metrdir. Ehramın tikilməsinə 2 milyon 300 min böyük daş sərf edilmişdir. Hər daşın ağırlığı 2 tondur. Heredotun verdiyi məlumata görə Xeopsun ehramı 20 il ərzində tikilmişdir. Bu tikintidə 100 min adam fasiləsiz çalışırdı. Hər üç aydan bir onları dəyişirdilər. Firon Xefrenin (Xofra) ehramı 140 metr hündürlüyündə idi. Bu ehrama qırmızı qranit lövhələrdən üzlük çəkilmişdir. Menkaur (İnin) ehramı isə 130 metr hündürlüyündə olmuşdur. Ehramdan əlavə burada 20 metr hündürlüyündə qayadan yonulmuş Sfiniks ucalır. Onun firon Xefrenə mənsub olduğu ehtimal edilir. Qədim Misirdə hökmdar məbəd və əyanlara məxsus təsərrüfatlar iqtisadi sahədə aparıcı rol oynayırdılar. Eyni zamanda xırda fərdi təsərrüfatlar da var idi. İcbari əmək adamları sinfi yaranmışdı. Qullar da həmin zümrəyə daxil idilər. Qədim səltənətin sonuna yaxın firon hakimiyyəti zəiflədi. Ehramlar tikintisinə böyük vəsait sərf olunur, küllü miqdarda insan cəlb olunurdu. Bu vəziyyət məhsuldar qüvvələrin tənəzzülünə səbəb olur, iqtisadi inkişaf ləngiyirdi. Tədricən nom əyanlarının mövqeyi möhkəmlənirdi. Nomarxlar vaxtaşırı mərkəzi hökumətdən hədiyyə kimi torpaq sahələri alırdılar. Onlar özlərinə dəbdəbəli sərdabələr tikdirir, hətta hərbi dəstələr saxlayırdılar. Nomarxlar “böyük hökmdar rütbə rütbəsini qəbul edirdilər. Nom əyanları varlanır nomarxın yaxın ətrafına çevrilirdilər. Bütün bunlar onunla nəticələndi ki, nomarxlar mərkəzi hakimiyyətə tabe olmamağa, müstəqil siyasət yeritməyə başladılar. Nomlar arasında rəqabət də güclənirdi. Firon hökuməti mərkəzdən qaçan qüvvələrin qarşısını ala bilmirdi. Nəticədə ölkə bir-biriylə rəqabət aparan nomlara parçalandı. Qədim səltənətlik dövrü başa çatdı.

12.Misir orta səltənət dövründə...

Orta səltənət dövrü, təxminən e.ə 2030-cu ildən e.ə 1650-ci ilə qədər uzanan qədim Misir sivilizasiyası dövrünü təyin edir. (Sülalə 11-dən 13-ə qədər). Bu dövrdə Misir sivilizasiyasının başlanğıcında müəyyən edilmiş və Qədim səltənət dövründə kodlaşdırılmış mədəni prinsiplər, o cümlədən padşahlıq ideologiyası, cəmiyyətin təşkili, dini ayinlər, axirət inancları və qonşu xalqlarla münasibətlər yenidən təsəvvür edildi. Bu dəyişikliklər memarlıq, heykəltəraşlıq, rəssamlıq, relyef dekorasiyası, stela, zərgərlik, şəxsi əşyalar və ədəbiyyatda təsdiqlənir. Bir çox Orta səltənət dövrü abidələri zəif qorunub saxlanılır, bu da dövrün nisbi müasir şöhrətinin olmamasına kömək edir. Misirdə tanrılara həsr olunmuş məbədlər tez-tez sonrakı padşahlarla əvəz edildiyi üçün, demək olar ki, heç bir Orta səltənət dövrü məbədi dayanmır. Bir çox Orta səltənət dövrü piramidaları əhəngdaşı qabığı qədim daş quldurları tərəfindən çıxarıldıqdan sonra aşınmış çiy kərpicdən özəklərlə tikilmişdir. Orta səltənət dövrü abidələrinə diqqət yetirilməməsi təəssüf doğurur, çünki bu dövr böyük ustalıqla və həssaslıqla işlənmiş gözəl sənət əsərləri dövrü idi. Əvvəlki Köhnə Krallığın ən azı beş min il ərzində ən yüksək etimad dövrü olduğu görünür. Bu dövrün mükəmməl təşkilatçılıq bacarıqlarını təsdiqləyən möhkəm daşdan ucaldılmış abidələr, piramidalar; gənc, özünə güvənən fərdləri təsvir edən heykəllər; və bol mənzərələri əks etdirən relyef və rəsmlər. Dövrün ən mükəmməl sənət əsərləri cəsarətli fərdiliyi və ümumi sakitlik və sakitlik təəssüratını təqdim edir. Qədim səltənətin sonunda mərkəzləşdirilmiş siyasi nəzarət dağıldı və yerli hökmdarlar ön plana çıxdı və Birinci Aralıq Dövr dediyimiz dövrü başladı. Səbəblər müzakirə olunsa da, çökmə, ehtimal ki, aşağı Nil daşqınlarının səbəb olduğu zəif məhsulun nəticəsi idi. Siyasi hakimiyyət iki mərkəz ətrafında birləşdi: şimalda Herakleopolis və cənubda Thebes, nəticədə cənub hökmdarları Herakleopolitləri məğlub etdilər. Müəyyən mənada qədim Misir mədəniyyəti heç vaxt bu kataklizmdən tamamilə xilas ola bilməyib; əslində, sağ qalmış Orta səltənətin mətnlərinə görə, xaotik qüvvələr qorxusu və ölkə daxilində birliyə vurğu daha aydın görünürdü. Eyni zamanda, sarsıntıların xatirəsi qədim misirliləri ruhlandırdı, çünki bu, onlara nizamsızlıq dövrlərindən sağala biləcəklərini göstərdi. Bəlkə də bu, Orta səltənətdən sonrakı dövrlərdə ideal bir dövr kimi qəbul edilməsinin səbəbinin ən azı bir hissəsidir.

13.Misir yeni səltənət dövründə...

Yeni Şahlıq e.ə.XVI-XI əsrlərdə mövcud olmuşdur. I Yaxmos XVIII sülalənin birinci hökmdarı idi. Onun hərbi yürüşü şərqdə Fələstinin cənubuna kimi çatmışdı. Üç il mühasirədən sonra burada Laruxon şəhəri tutuldu. Sonra I Yaxmos cənub istiqamətində müharibələr apardı. I Yaxmos mərkəzləşdirilmiş Misir dövləti yaratmaq siyasətini yürüdürdü. I Yaxmosun varisi I Amenxotep həmçinin Efiopiyaya yürüş təşkil etdi və həbəş qoşunu məğlubiyyətə uğradıldı. Bu ərazi bir vilayət kimi Misirə birləşdirildi. Efiopiyanı idarə etmək üçün canişin təyin edildi. XVIII sülalənin ilk hökmdarlarının hərbi yürüşləri nəticəsində Misirin əvvəlki sərhədləri bərpa olundu. Yeni şahlığın ərazisi Sina yarımadasından Nilin ikinci keçidinə qədər uzanırdı. I Tutmosun hakimiyyəti işğalçılıq müharibələrinin genişlənməsi ilə səciyyələnir. I Amenxotepin bacısına evlənən I Tutmos bu nikaha əsasən ona hakimiyyətə sahib olmuşdu. I Tutmos cənubda Misirin siyasi mövqeyini möhkəmləndirmək məqsədi ilə yürüş təşkil etmiş və burada baş vermiş üsyanı yatırmışdı. I Tutmosun Şərqi Aralıq dənizi ölkələrinə yürüşü də uğurlu olmuşdu. O, Fərat çayına qədər gəlib çatmış, Mitanni qoşununu darmadağın etmişdi. Qələbə zamanı qənimət kimi ələ keçirdiyi hərbi əsirlərin sayı məlum deyildi. I Tutmos Fələstin və Suriyanı keçərək Mesopotamiyanın şimalına çatmış və orada Mitanni hökmdarını məğlubiyyətə uğratmışdı. O, Fərat çayına çatmış ilk Misir fironu idi. XVIII sülaləsinin ilk fironları Misiri yenidən qüdrətli dövlətə çevirdilər. Fironlar işğal edilmiş ölkələrdən ilbəil xərac alırdılar. Qələbədən sonra ələ keçirilmiş qənimət Misirə gətirilirdi. Ölkədə məbəd tikintisi genişləndirilirdi. I Tutmos əvvəlki fironlardan fərqli olaraq özünə ehram yox, yer altında qayalıqlar arasında sərdabə tikdirmişdi. Onun ölümündən sonra hakimiyyətə əvvəlcə oğlu II Tutmos, sonra isə nəvəsi III Tutmos gəldi. III Tutmos e.ə.1450-cü illərdə Misirin hökmdarı olmuşdu. O, Misirin xarici siyasəti kökündən dəyişdi və fəal işğalçılıq müharibələrinə başladı. III Tutmos ilk növbədə Suriya və Fələstinə yürüş etdi. Yürüşün nəticəsi bütün Suriyanın və Fələstinin fəth edilməsi oldu. III Tutmosun dövründə Misirin sərhədi cənubda dördüncü Nil keçidindən başlayırdı və Şimali Suriyaya çatırdı. Tutmosun qələbələri hətta yüz illər sonra da dillər əzbəri olmuşdu. Onun şəkilləri bər-bəzək əşyaları üzərində xoşbəxtlik gətirən və düşmən qüvvələrini qorxuya salan talisman kimi gəzdirilirdi. III Tutmos XV əsrin ortalarında -54 il hökümdarlıq etdikdən sonra vəfat etdi.

14.Misir son səltənətlik dövründə...

Ramseslərin sonuncu numayəndələrinin fironluğu zamanı Misirin siyasi və iqtisadi vəziyyəti ağırlaşmışdır. Mərkəzi hakimiyyət öz keçmiş nüfuzunu itirmiş və faktiki olaraq parçalanmışdır. Cənub vilayətlər Karnak şəhərində yerləşən Amon tanrısının məbədinin kahini Herihor tərəfindən idarə olunurdu. Şimalda isə hakimiyyəti ‘Delta’da yerləşən Tanis şəhərinin hökmdarı Smendes ələ keçirmişdir. Sonra Tanisin başqa hömdarı Nesubanebced XXI-ci sülalənin yaradıcısı olmuşdur. Daha sonra Misir əslən Liviyalı olan XXII-ci sülalənin fironları tərəfindən idarə olunurdu. Liviyalılar uzun müddət ərzində Misirə köç etmişdirlər, bir hissəsi isə savaşlar zamanı kölə edilmişdir. Onlar əsasən Delta’da məskunlaşırdılar. Misir qoşununda əsgərlərin çoxu liviyalı olmuşdur. Liviya sülaləsinin yaradıcısı Şeşonk, XXI-ci sülalin sonuncu fironunun sərkərdəsi olmuş, sonra isə hakimiyyəti ələ almışdır. Sonra o öz oğlunu Tebesdə Amon-Ra tanrısının baş kahini elan etmişdir və baş şəhəri Tanis’dən Bubastis’ə keçirmişdir. Daha sonra ölkə bir qədər möhkəmlənmişdir. Şeşonkun qoşunu Fələstin istiqamətində hücuma keşmişdir. O ərəfədə Yerusəlim (Qüds) onlar tərəfindən alınmış və qarət etmişdir. Həmən dövrdən başlayaraq, Assur imperiyası da genişlənmiş və bir müddət sonra Misirin ciddi rəqibinə çevrilmişdir. Ancaq sonra liviyalıların hakimiyyəti zəifləməyə başlamışdır. Cənubda, Nubyanın Napata şəhərində yeni bir hakimiyyət qurulmuşdur. E.ə. 750-ci ildə onlar Tebesi alaraq, şimala doğru hərəkətə keçmişdirlər. Gərgin savaşlar nəticəsində nubyalılar Memfisi və Delta’nı ələ keçirərək, liviyalıların hakimiyyətinə son qoya bilmişdirlər. Öz hakimiyyətləri dövründə, onlar çoxlu inşaat işləri aparmış, yeni piramidalar ucaltmışdırlar. Firon Şabaka ölkəni yenə birləşdirə bilmişdir.

15.Suriya, Finikiya, Fələstin....



Suriya, Finikiya və Fələstin əraziləri Tavr dağlarının ətəyindən və Fərat çayının orta axarından başlayıb cənubda Misirə kimi uzanırdı. Misirlə Fələstin arasında səhra mövcud idi. Fələstinin bir hissəsi Aralıq dənizi sahilinə kimi uzanırdı. Ən böyük çay Orant idi ki, Aralıq dənizinə tökülürdü. Fələstin ərazisindən isə İordan çayı axırdı və Ölü dənizə tökülürdü. Aralıq dənizi ölkələrinin şərq və cənub hissəsi quru səhralardan ibarət idi. Bu ərazidən karvan yolları keçirdi. Ticarət yolları Anadolunu, Misiri və İkiçayarasını bir-birilə bağlayırdı. Aralıq dənizi sahili ölkələrinin ən qədim əhalisi Samilər (Samitlər) idi. E.ə. IV və III minillliklərdə bu ərazidə məskunlaşmışdılar. Onlar dil xüsusiyyətlərinə görə: 1. Kənani. 2. Amori. 3. Aramilərə bölünmüşdülər. Sami tayfaları Şərqi Aralıq dənizi ölkələrində Kənani və Filistimli adı ilə məlum idi. Əvvəllər gümn olunurdu ki, hapuri adlı tayfa da burada məskunlaşmışdır. Bu ad “yevrey” adının ilkin variantı olub. İndi isə bildirilir ki, haouri müflisləşərək öz icmasını tərk etmiş və Suriya cəngəlliklərində gizlənmiş icma üzvləri bu adla tanınmışlar. Digər tərəfdən Tövrat dini kitabında yad edilən ibri etnonimini ivrit (ivri-yəhudi adı) ilə eyniləşdirirlər. İbri tayfalarının Fələstinə e.ə. XVI-XIV əsrlərdə Şimali İkiçayarasından gəldikləri söylənilir. Şərqi Aralıq dənizi əhalisi e.ə. III minillikdə İkiçayarası və Misirlə ticarət əlaqələrinə malik idilər. Ticarətin inkişafı ilk şəhərlərin meydana gəlməsinə səbbə oldu. Bunlardan biri də Bibl şəhəri olmuşdur. Şəhər daş istehkamlarla əhatə olunmuşdur. Burada əzəmətli məbədlər inşa edilmişdir. Bu şəhərin Misirlə sıx ticarət əlaqələri mövcud idi. Suriyada da şəhər dövlətləri təşəkkül tapır. Arxeoloji qazıntılar zamanı aşkarlanan Alalax şəhərinin qalıqları sübut edir ki, burada artıq III minillikdə məbəd və hökmdar sarayı mövcud olmuşdur. Burada mixi yazı ilə qələmə alınmış dövlət sənədləri aşkarlanıb. Suriyanın şəhər dövlətlərindən biri də Ebla idi. Bu şəhər Suriya-Fələstin dövlətinin mərkəzi kimi qəbul edilirdi. E.ə. III minilliyin ikinci yarısında Ebla Akkad, Mori Aşşru ilə diplomatik əlaqələr yaratmışdır. E.ə. II minilliyin əvvəlində şimali Suriyada Amori tayfalarının dövləti yarandı. Yamxod adlanan bu dövlətin mərkəzi Hələb şəhəri idi. Ondan cənubda Hiksos ittifaqı meydana gəldi. Bu birlikdə qərbi sami tayfaları, hurri və hetlər birləşmişdir. E.ə. II minilliyin sonu I minilliyin əvvəlində Tir, Sidon, Bibl kimi Finikiya şəhərləri beynəlxalq ticatərdə mühüm rol oynayırdılar. Finikiya tacirləri xarici ölkələrə zeytun yağı, mis, tunc, mal-qara, taxıl və kosmetik məmulatlar aparırdılar. Onlar Babilistan və Misir mallarını Yunanıstana, yunan mallarını isə bu ölkələrə gətirir və satırdılar. Bir növ beynəlxalq ticarətdə vasitəçilik edirdilər. Dəniz quldurluğu finikiyalıların əsas məşğul olduğu peşə idi. Finikiyalıların Aralıq dənizi hövzəsində bir sıra məskənləri yarandı. Şimali Afrikada Karfagen və Utika şəhərlərinin əsasını qoydular. Tirdən köçüb gələnlər buranın əhalisinin əsas hissəsi idi. İspaniyada Qades (indiki Kades) şəhərinin əsasını da finikiyalılar qoymuşlar. Onlar Kipr, Siciliya, Sardinya adalarında, Anadolunun cənub sahillərində, Egey dənizi adalarında da məskunlaşırdılar. Geniş ticarət Tir şəhər dövlətinin yüksəlməsinə şərait yaratdı. Tir Sidonun özünə tabe edildi. Tir-Sidon padşahlığı yarandı. Bu padşahlıq Ahiramın (e.ə. 969-936) dövründə daha da inkişaf etdi. Cənubi Finikiya və Fələstin dövlətinin bir hissəsi də ona tabe idi. Tir dənizdə böyük bir qayadan ibarət olan adada salınmışdır. O, alınmaz idi.

16.Qədim İsrail dövləti David və Solomonun hakimiyyət illərində...

Qədim yəhudi tayfaları filistim tayfaları ilə uzun müddət davam edən müharibələr aparmışlar. Bu mübarizənin gedişində İsrail dövləti formalaşdı. Rəvayətə görə, e.ə. XI əsrdə Saul İsrail dövlətinin əsasını qoydu. Döyüşlərin birində məğlub oldu və özünü öldürdü. Onu yeznəsi David əvəz etdi. E.ə. 1000-965-ci illərdə o, Saulun fəaliyyətini davam etdirdi. Tövrat onu xalq qəhrəmanı kimi qələmə verir. O, Fələstinin cənubunda Yəhuda padşahlığının əsasını qoyur. Saulun ölümündən sonra Davud İsrail padşahlığını da özünə tabe etdi. Beləliklə, o birləşmiş İsrail-Yəhudi dövlətini yaratdı. David də Filistin tayfaları ilə müharibə aparırdı. David Yerusəlim şəhərini tutub birləşmiş dövlətin paytaxtına çevirdi. O, daimi ordu yaratdı. Kuti və Filistinlilər orduya xidmətə götürülürdü. Mərkəzi dövlət aparatı yaradıldı. Hakim, mirzə, vergi toplayanlar əsas qulluqçular idilər. Vergi toplanmasını qaydaya salmaq üçün əhali siyahıya alındı. Daviddən sonra onun oğlu Solomon hakimiyyətə gəldi. Şərq aləmində Süleyman kimi tanınan bu hökmdar e.ə. 965-928-ci illərdə hakimiyyətdə oldu. Tövratın verdiyi məlumata görə onun hakimiyyəti dövründə İsrail-Yəhudi dövləti ən inkişaf etmiş mərhələyə qədəm qoydu. Solomon ölkəni 12 dairəyə bölmüşdü. Bu dairələr məhsul-notura şəklində vergilər verirdilər. Əhali dövlətin xeyrinə mükəlləfiyyətlər daşıyırdılar. Əhali 4 ay yol tikintisi işində iştirak edirdi. İsrail-Yəhuda Suriya, Finikiya, Misir ilə ticarət edirdi. Yerusəlimdə dəbdəbəli saraylar tikilirdi. Yaxve allahının şərəfinə tikilmiş məbəd öz əzamətilə fərqlənirdi. Solomonun hakimiyyəti dövrü “qızıl əsr” kimi qələmə verilir. Onun hakimiyyətinin sonunda siyasi vəziyyət mürəkkəbləşdi. Şimalda yaranan güclü Dəməşq dövləti meydana gəldi. İsrail-Yəhuda üçün təhlükə mənbəyinə çevrildi. Cənubda Misir hökmdarı Şesonk bura müdaxilə üçün əlverişli fürsət axtarırdı. Belə vəziyyətdə Solomon vəfat etdi. Hakimiyyətə onun oğlu Rovoam gəldi. Vergilərin azaldılması üçün ağsaqqalların müraciətini rədd etdi. Əhali üsyan qaldırdı. Üsyan etmiş əhali vaxtilə Misirə qaçmış və sonradan qayıtmış Herovoamı hökmdar seçdi. Bunun nəticəsində İsrail dövləti ayrıldı.

17.Het dövlətinin yaradıcısı olan hetlərin etnik mənşəyinə dair mülahizələr....



Het dövləti Anadolunun (Kiçik Asiyanın) şimal-şərq hissəsində Halis (ind.Qızıl İrmoq) çayının hövzəsində meydana gəlmişdir. Anadolu dağlıq və aran bölgələrindən ibarətdir. Lakin təsərrüfatın təşkilində bu təbii şəraitin özünəməxsus rolu olmuşdur. Anadolunun qədim əhalisi barədə dəqiq məlumat yoxdur. Vaxtilə bu ərazidə müxtəlif dillərdə danışan etnoslar yaşayırdı. Hetlər haqqında məlumat İncildə XIX əsrin ortalarına qədər mövcud idi. İncilin rus tərcüməsində bu xalq «Het oğulları», «Hetlər» kimi Fələstin və Suriyanın yəhudilərə qədərki millətləri kimi qeydə alınmışdır. Ona görə də, alimlər əslində Fələstin və Suriyanı hetlərin ilkin vətəni kimi göstərirlər.
XIX əsrin sonuncu dövründən başlayaraq Misirin Tel-Əmər arxivindən mixi yazılı mətnlərdən hetlərin yaşayış tərzi haqqında məlumatlar əldə edilmişdir. Bu mətnlərdə Misir fironlarının (xüsusilə, III Amenemxet və IV Amenxotep-Exnaton) Yaxın Şərqin bir çox dövlət başçıları ilə diplomatik yazışmaları (akkad dilində) qeyd edilir.
Kiçik Asiyada hetlərin hökmranlığı haqqında fərziyyələri alman şərqşünası Q.Vinklerin 1906-1912-ci illərdəki arxeoloji qazıntıları sübut etdi. Arxeoloqlar burada bir çox mixi yazılı lövhəciklər tapmışlar. Bu qazıntıların ən uğurluları Türkiyə kəndlərindən biri olan Boğazköy (Ankaranın 50 km şərqinə doğru) hissəsində tapılmışdır. Hetlərin Anadoluda mövcud olma ideyaları, da məhz bu dəlillərdən irəli gəlir.
Anadolunun zəngin təbii ehtiyatları dünya tacirlərinin (xüsusilə Yaxın Şərq) buraya üz tutmasının başlıca səbəbi oldu. E.ə. III minilliyin II yarısında Akkad hökmdarları Sarqon və Naram-Suyen bu əraziyə hərbi yürüşlər təşkil etmişlər. Bu ərazidə məskən salmış akkad tacirləri metal ticarətinin əsasını qoymuşlar. Kaneş şəhəri tanınmış ticarət mərkəzlərindən biri idi.

18.Het dövlətinin yaranması, inkişafı və tənəzzülü....

19.Assuriyanın coğrafi şəraiti və əhalisi....

Assuriya dövləti İkiçayarasının şimal hissəsində, İraqın ərazisində mövcud olmuşdur. Assuriyanın ərazisi əsasən dağlıq olduğu üçün burada əkinçilik bir o qədər inkişaf etməmişdir. Lakin burada çoxlu faydalı qazıntılar və meşə materialları vardır. Assuriya əhalisi tunc əldə etməyi çox erkən öyrənmişdir. Assuriyalılar mis, tunc, qalay və sonra dəmirdən istifadə etmişlər. Dəclə çayı sahilində Aşşur (indiki Kilat-Şerkət) şəhəri salınmışdır. Bu şəhər dini mərkəz və paytaxt hesab olunurdu. Aşşur allah adı və Assuriya ölkə adı bu şəhərin adından əmələ gəlmişdir. Assuriya əvvəlcə Cənubi Mesopotamiyadan asılı idi, e.ə. XX əsrdə müstəqil Assuriya dövləti yarandı. I minilliyin başlanğıcında Ön Asiyada dəmirdən istifadə təsərrüfatla yanaşı, hərbi sənətin inkişafında mühüm rol oynamışdır. Assuriyalılar bundan daha yaxşı istifadə edərək hərbi sənətdə böyük nailiyyətlər qazanmışlar. E.ə. VIII-VI əsrlərdə Assuriya Ön Asiyada ən qüdrətli hərbi dövlətə çevrildi. Assuriya qoşunlarının sayı 120 min nəfərə çatırdı. Qoşun piyada, atlı və döyüş arabalarından ibarət idi. Assur çarlarını mühafizə edən daimi "çar cangüdənlər dəstəsi" var idi. Piyadalar uzun nizə, ox və kaman, qalxanlarla silahlanırdılar. Dağları aşmaq üçün kəndir, çaylardan keçmək üçün heyvan dərisindən hazırlanmış və içərisinə hava doldurulmuş tuluqlardan istifadə olunurdu. Assur çarları ordunun təliminə xüsusi diqqət yetirirdilər. Hərbi parad üçün xüsusi meydançalar var idi. Onların ordusunda xüsusi "mühəndislər" dəstəsi fəaliyyət göstərirdi. Onlar hərbi istehkamlar qurur, hərbi yollar çəkir, çaylar üzərindən körpülər salırdılar. 

20.Assuriya dövləti qədim, orta və yeni dövrlərdə...



Aşşur (Assuriya) dövləti – Babildən şimalda yaranmışdır. Bu dövlət b.e.ə. VIII–VII əsrlərdə güclü dövlət olmuşdur. Assuriyanın tarixi üç əsas dövrə bölünür: qədim (e.ə. XX-XVI-ci əsrlər), orta (e.ə. XV-XI-ci əsrlər) və yeni (e.ə. X-VII-ci əsrlər).

Qədim Assuriya dövləti bir neçə şəhərlərin birləşməsindən yaranmışdı. Bu birləşmənin paytaxtı Aşşur şəhəri idi. O dövrdə Aşşur şəhəri o qədər də inkişaf etməmişdi. Qədim Assuriya dövləti birləşmələr şəklində olsa da hökmdarlara malik idi. Qədim Assuriya hökmdarları çadırda yaşayanlar kimi qələmə verilirdi. Bu da onu göstərir ki, Assuriyada maldarlıq yüksək inkişaf etmişdi.



O dövrün Assuriya tacirləri əsasən Kaniş və Qasur şəhərlərində məskunlaşmışdılar. III Ur sülaləsinin hakimiyyəti dövründə Assuriya hökmdarı Zarikum III Ur hökmdarı I Bur-Sindən asılı idi. E.ə III minillikdə Aşşur şəhər dövlətinin başında sami mənşəli sülalə dururdu. Bu sülalənin hökmdarları Akkad mənşəli adlar qəbul edirdilər. E.ə. 1813-cü ildə hakimiyyətə gələn I Şamşi-Adad özünü dünyanın hökmdarı elan etdi. O ilk qüdrətli Assuriya hökmdarı oldu və qərbdə və şərqdə hərbi əməliyyatlara başladı. Qərbdə Mari hökmdarlarını məğlub etdi və Şimali İkiçayarsında olan şəhərləri tutdu. Öz oğlunu bura hakim təyin etdi. Karxemiş hökmdarı ilə ittifaqa girdi və onunla birlikdə Suriyanın Katna şəhərini tutdu. Katna hökmdarı ilə də ittifaq bağladı və onun qızını oğluna aldı. Qərbdə olan ticarət yolları Assuriyanın əlinə keçdi. I Şamşi-Adaddan sonra e.ə 1797-ci ildə hakimiyyətə oğlu I İşme-Daqan gəldi. Onun dövründə Assuriya əvvəlki qüdrətini itirdi və bir sıra ərazilərindən çıxdı. Mari hökmdarı Zimirlim yenidən müstəqil siyasət yeritdi. Şamşara əyalətində kuti və turukkilər ilə münaqişələr baş verdi. E.ə 1757-ci ildə Babilistan hökmdarı Hammurapi Aşşur şəhərinə yürüş etdi, I İşme-Daqan Babilistandan asılı vəziyyətə düşdü. Ondan sonrakı Assuriya hökmdarları Mut-Aşkur, Rimuş və Asinum da Babilistan tabeçiliyini qəbul etdi. E.ə 1732-ci ilə kimi Assuriya Babilistanın hakimiyyəti altında qaldı. E.ə. XV əsrdə assurlular yenə də gücləndilər. Bu dirçəliş dövrünə orta Assur dövrü deyilir. Onlar misirlilərlə ittifaqa girərək, rəgiblərini məğlub etməyə başladılar. Çarlar I Ədad-Nərari və I Səlmanasar Mitanni üzərində qələbəyə nail oldular. Çar I Tikulti-Ninurta Suriyaya qarşı uğurlu yürüş təşkil etdi, sonra isə Babili ələ keçirdi. Bu gələbələrdən sonra Assur çarları Cənubi Qafqaza qədər irəliləyə bilmişdilər. Lakin e.ə. XII əsrdə ardı-arası kəsilməyən savaşlar Assuriyanı zəiflətmişdi. Bundan sonra Assur çarı I Tiqratpalasarın (e.ə. 1115-1077 illər) dövründə imperiya yenə də güclənmişdir. Ətraf ölkələrin zəifliyindən istifadə edərək o, yenə da Suriyaya və Cənubi Qafqaza uğurlu yürüşlər təşkil edə bilmişdir. Bundan sonra Assuriyanın yeni və son tarixi başlamışdır. O zaman Assuriya dünya tarixində ilk imperiyaya çevirilmişdir. Başqa araşdırmaçılar isə hesab edir ki, ilk imperiyanı hələ akkadlılar yaratmadırar. Urartuya qarşı Kalhuda üsyan başlanmış və hakimiyyətə çar III Tiqratpalasar (e.ə. 745-727) gəlmişdir. O dövlət quruculuğunda bir sıra islahatlar aparmış və sonra Midiya, Babil və başqa dövlətlərə qarşı yeni uğurlu savaşlara başlamışdır. Rəqiblərini məğlub edərək, Tiqratpalasar xalqların köçürülməsi və qarışdırılması siyasətini aparırdı. Bundan sonra hadisələr surətlə inkişaf edirdi. E.ə. 627-625-ci illərdə Babil və Midiya imperiyadan ayrılaraq, Assuriyaya qarşı savaşa başlamışdılar. E.ə. 614-612-ci illər arası onlar assurlulara sarsıdıcı zərbələr endirmiş, imperiyanın mərkəzləri olan Assur və Nineva şəhərlərini ələ keçirərək, Assuriyanın varlığına son qoydular. Bununlada Assuriyanın tarixinə son qoyulur.

21.Midiya dövlətinin yaranması və inkişaf etməsi...



Midiyanın adı ilk dəfə Assuriya hökmdarı III Salmanasarın kitabəsində çəkilir. Heredot “Tarix” əsərində Midiyada yaşayan altı tayfa haqqında geniş məlumat vermişdir. Midiya tayfaları e.ə. IX — e.ə. VIII əsrlərdə Assuriya dövlətinə tabe idilər. E. ə. VIII əsrdə Deyok Midiya tayfalarını birləşdirərək vahid dövlət yaratdı. Dövlətin paytaxtı Ekbatan şəhəri idi. Midiya hökmdarı Kaştariti (e.ə. 672-e.ə. 653) Assuriyanın tabeçiliyindən çıxmağa nail oldu. O, e.ə. 653-cü ildə Assuriyaya yürüş etsə də birləşmiş Assur-Skif ordusu tərəfindən məğlub edildi. Bu məğlubiyyətdən sonra Midiya skiflərin hakimiyyəti altına düşdü (e. ə. 653 — e. ə. 625-ci illərdə).


Yüklə 52,77 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə