Kitabxanası Azərbaycan Respublikasının Prezidenti yanında



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə15/66
tarix17.06.2018
ölçüsü2,88 Kb.
#49202
1   ...   11   12   13   14   15   16   17   18   ...   66

 
49 
birinci  kursdan  hiss  edib  ki,  yerində  deyil,  onu  səhnə  daha  çox 
çəkir.  Tale yenə öz işini görür, müharibə başlayır.  Məlik Dadaşov 
müharibəyə getməli olur. 1943-cü ildə aldığı kontuziyaya görə geri 
qaytarılır və uzun müddət müalicə olunur. Müalicədən sonra hərbi 
hissələrdə  musiqiçi  kimi  fəaliyyət  göstərir.  1945-ci  ildə  müharibə-
dən qayıdan Məlik Dadaşov Gənc Tamaşaçılar Teatrına yollanır və 
orda aktyor kimi işə götürülür. Az sonra  sənədlərini Teatr İnstitu-
tuna  (indiki  Mədəniyyət  və  İncəsənət  Universiteti)  verir.  Adil 
İsgəndərovun sinfinə daxil olur. 
Səhnəyə gəlişi 1946-cı ilə təsadüf edir. Səhnə fəaliyyətinə Za-
qatalada  yenicə  açılmış  teatrda    başlayır.  23  yaşlı  gənc  aktyor  Za-
qatala  teatrında  əsas  rolların  ifaçısı  idi,  əsas  qadın  obrazlarını  isə 
Sofiya Hüseynova adlı gənc aktrisa oynayırdı. Bu tərəf-müqabilliyi 
bir gün bir ailənin əsasının qoyulması ilə nəticələnir. Məlik Dada-
şov gənc Sofiya ilə ailə qurur. Bu izdivacdan 1946-cı ildə gələcəyin 
daha bir aktyoru Rafael Dadaşov dünyaya gəlir. 
Bu gün Rafael Dadaşovun atası haqda bir kəlmə belə demək 
istəməməyini  başa  düşmək  olar,  çünki  ata  onu  körpə  yaşlarında 
tərk  edib,  gənc  Sofiya  oğlu  Rafaelə  təkbaşına  tərbiyə  verib.  Tale 
onları ikilikdə müxtəlif teatrlara atıb, Sofiya xanım Naxçıvan Teat-
rında işləyəndə xalq artisti fəxri adı alıb. Həmin dövrdə Məlik Da-
daşov  çoxdan  Milli  Dram  Teatrında  çalışırdı  və  ikinci  dəfə  ailə 
qurmuşdu. 
Milli  Teatrda  bir-birinin  ardınca  obrazlar  yaradırdı,  kino-
studiyada  filmlərə  çəkilirdi.  Həm  müəllimi  Adil  İskəndərov,  həm 
də sənət yoldaşı Həsən Turabov onu teatrda və kinoda bacarığına 
görə irəli çəkirdilər. 
İkinci evliliyindən isə Məlik Dadaşovun iki qız övladı dünya-
ya gəlmişdi.  Qızlardan biri gənc yaşlarında xərçəng xəstəliyindən 
vəfat edib. İkinci qız isə hazıra Amerikada ailəsi ilə birgə yaşayır. 
  
 
 
 


 
50 
Prototip onu ölümlə hədələdi 
  
Məlik  Dadaşov  100-dən  çox  tamaşada,  50-dən  çox  filmdə 
müxtəlif  çalarlı  obrazlar  yaradıb.  Filmdə  ilk rolu  1961-ci  ildə  Lətif 
Səfərovun  Ənvər  Məmmədxanlının  ssenarisi  əsasında  çəkdiyi  
“Leyli  və  Məcnun”da  olur.  “Axırıncı  aşırım”da  Qəmlo  ilə  kino 
tarixinə  adını  qızıl  həriflərlə  yazıb  Məlik  Dadaşov.  “Dəli  Kür”də 
Molla Sadıq, “Koroğlu”da Bolu bəy, “O dünyadan salam”da Şeyx 
Nəsrullah,  “Birisi  gün  gecə  yarısı”nda  Nəriman  Nərimanov,  “Bir 
məhəlləli  iki  oğlan”da  Nazif,  “Ulduzlar  sönmür”də  general  Meh-
mandarov, “26 Bakı komissarı”nda Əzizbəyov, “Müharibəni görən 
adam”da  Niyazxan,  “Fəryad”da  Aram  Xaçaturyan  Məlik  Dada-
şovun içindən keçirdiyi – yaratdığı obrazlardır. 
1985-ci  ildə  Məlik  Dadaşov  “Azərbaycanfilm”  və  “Belorus-
film”in birgə istehsal etdiyi “Müsahibə götürən adam” filminə çə-
kilir.  Siyasi  məsələlərə  görə  Pakistanda  zəhərlənən  Anatoli  Kava-
leznik  haqqında  olan  filmdə  Məlik  Dadaşov  bu  ölkənin  əks-kəş-
fiyyat  komissarı  Niyaz  xan  obrazını  yaradır.  Film  çəkilən  zaman 
sağ olan Niyaz xan bundan xəbər tutur və onun obrazını yaradacaq 
aktyoru  öldürəcəyi  ilə  hədələyir.  Buna  görə  də  filmin  Pakistanda 
aparılmalı  olan  çəkilişləri  təxirə  salınır.  Məlik  Dadaşovu  da  Pa-
kistana qoymurlar. Filmin çəkilişləri İçərişəhərdə aparılır. 
Məlik Dadaşov başqa rollara görə də hədə-qorxu ilə üzləşib. 
“Axırıncı aşırım”da Qəmlonu, “Fəryad”da erməni obrazını , “Dəli 
Kür”də mollanı, “Ölülər”də Şeyx Nəsrullanı oynayanda. 
“Atam o rolu ifa etmək istəmirdi. Ümumiyyətlə, atam yaradı-
cılığı  boyu  iki  rolu  ifa  etmək  istəməyib.  Erməni  rolunu,  bir  də 
“Ölülər”də  Şeyx  Nəsrullahı.  Şeyx  Nəsrullahı  ona  görə  oynamaq 
istəmirdi  ki,  özü  axır  vaxtlar  namaz  qılırdı.  Deyirdi,  mən  Allaha 
ibadət eləyirəm,  amma “Ölülər”də Allaha  qarşı çıxıram.  “Fəryad” 
filmində  isə  düşmən  obrazı  yaratmalı  idi.  Bu  rolu  heç  oynamaq 
istəmirdi.  Yadımdadır  ki,  Ceyhun  Mirzəyev  yalvarırdı  atama,  de-
yirdi ki, bu rol sizə yazılıb. Atam onun sözündən çıxmadı, yaratdı 
o obrazı. Əslində, bu tipaj sovet dövründə general Baqramyan var 


 
51 
idi,  onun  obrazı  idi.  O  da  keçəl  idi.  Atamın  da  saçlarını  qırxmış-
dılar.  Atam  əvvəl  nə  qədər  çalışırdısa,  alınmırdı.  Bilirsiniz,  çox 
çətin  rol  idi.  Düşmən  obrazını  yaratmaq,  özü  də  beləsini.  Yadım-
dadır ki, çox əsəbiləşirdi, narahat olurdu. Amma oynadı o rolu. Ən 
pisi  də  o  oldu  ki,  rola  görə  atamı  Ermənistanda  milli  qəhrəman 
kimi qəbul etdilər. Atam isə AzTV-də çıxış elədi və imtina elədi o 
addan. 
Dedi: 
- O adı heç vaxt heç cür özümə yaraşdıra bilmərəm. Bax buna 
görə də mən bu rolu oynamaq istəmirdim. Bilirdim ki, nəticəsi bu 
ola bilər. 
Görün  atam  bu  obrazı  nə  qədər  gözəl  oynamışdı  ki,  ermə-
nilər  ona  qəhrəman  adı  vermişdilər.  Düşünürəm  ki,  bu  onun  ən 
uğurlu rolu idi ”. 
Xatirələrini bölüşən qızı Gülnarə Məlik Dadaşovun Dolareslə  
üçüncü nikahından doğulub. 
“Onların  arasında  çox  güclü  sevgi  olub.  Anamla  atam  1964-
cü ildə tanış olublar. Bir yerdə İncəsənət Universitetində işləyiblər 
və 1966-cı ildə ailə qurublar. Atam anamdan 13 yaş böyük idi. Bu 
nikahdan yalnız mən doğulmuşam”. 
  
 
Filmlərdən başı nələr çəkib 
  
“Dəli  Kür”  filminin  çəkilişlərində  maraqlı  bir  hadisə  olub.  
Meyxana  səhnəsində  Cahandar  ağanın  bacısı  Şahnigar,  Mollanın-
Məlik  Dadaşovun  üzünə  sillə  vurmalı  idi.    Gürcü  aktrisası  oyna-
yırdı bu rolu. Xanımın ona şillə vurması bir neçə kadr təkrarlanıb, 
amma yenə alınmayıb.  Rejissor Hüseyn Seyidzadə aktrisaya deyir 
ki,  qızım,  bərk  vur  şilləni.    Aktrisa  isə  deyir:  “Vura  biləmərəm.  O 
qədər  yaraşıqlı,  yaxşı    kişidir  ki,  ürəyim  gəlmir  onu  vurmağa”. 
Məlik  Dadaşov  da  özünü  saxlaya  bilməyib  deyir  ki,  sən,  əlli  dəfə 
yavaşdan  vurmaqdansa  bir  dəfə  tutarlı  bir  sillə  tutuzdur  canımız 
qurtarsın. 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə