Kitabxanası Azərbaycan Respublikasının Prezidenti yanında



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə13/66
tarix17.06.2018
ölçüsü2,88 Kb.
#49202
1   ...   9   10   11   12   13   14   15   16   ...   66

 
42 
Pauzanı  saxlamaq  -  ilk  baxışdan  bu  fənd,  son  dərəcə  asan 
görünə  bilər.  Axı  susmaqdan  rahat  nə  ola  bilər?  Yaşar  pauzadan-
mənalı  gərgin  sükutdan  bir  tamaşada  çox  istifadə  etmir,  onun 
dəyərini qoruyur. Çünki bir dəfə, özü də obrazın hadisələrlə bağlı 
ən  gərgin  epizod  yerində  istifadə  edilən  sükut,  tamaşaçıya  uzun-
uzadı  monoloqlardan  daha  çox  şey  "deyir".  Yaşarın  ustadı  Tofiq 
Kazımov tamaşalarını (illah da ki, İlyas Əfəndiyevin lirik-psixoloji 
dramları  əsasında  qoyulanları...)  bu  cür  "çoxdanışan  sükutlarla" 
özünəməxsus ifadəliklə zənginləşdirirdi. Məncə Yaşar da ustadının 
həmin fəndini  məharətlə  mənimsəyib,  bundan səmərəlicəsinə fay-
dalanıb və ona öz şəxsi "rəngini" verib. Seyrçilərlə ünsiyyətə arxa-
lanaraq, Yaşar Nuri bu fəndi ("mənalı sükutu") qarşılıqlı dialoqun 
əməli  vasitəsinə  çevirir.  Bu,  vasitəyə  xüsusi  ilıqlıq,  istilik  verən 
həmsöhbətlərinin zövqünə inam və birgə yaradıcılığına çağırışdır.  
Tamaşanın ilk anlarından qəhrəmanını birmənalı təqdim elə-
yən Yaşar, xüsusi dəqiqliklə onun (personajının) xasiyyətnaməsini 
səhnəyə  hər  yeni  gəlişində  təsdiqləyir,  rəngarəngləşdirir  və  ta-
maşanın,  təxminən,  ortasında  obrazı  seyrçilərin  "köhnə  tanışına" 
çevirir”.  
 
 
Firəngizlə olan sevgi  
 
İlham  Rəhimli  Yaşar  Nurinin  teatrdakı  fəndlərindən    söz 
açdı.    Mən  həyatdakı  fəndlərindən  danışacam.  Rəhimə  ilə  evlilik-
lərindən iki qızları oldu.  Yaşar Nuri  ailəyə, qadınına sadiq bir in-
san idi.  Sevgisi iki qütbə ayrılmışdı – sənəti və ailəsi. Heç birini o 
birindən ayrı təsəvvür edə bilmirdi.  
Amma  sağlığında  özünün  də  dediyi  kimi,  insanın  qəlbində 
elə bir sevgi olur ki, onunla dərdləşə bilirsən.  Yəqin düşünəcəksi-
niz ki, bu Firəngiz xanım Mütəllimova ilə  olan sevgisidir. Bəlkə də
hə, bəlkə də, yox, amma bu sevgi vardı, indi də Firəngiz xanım Ya-
şar Nurini çox sevdiyini etiraf edir, amma hər kəs öz aləmində bu 


 
43 
sevgiyə istədiyi donu geyindirir. Yaşar Nuri isə  bayaq dediyim ki, 
bunu  dərdləşdiyi sevgi hesab edirdi.   
Firəngiz xanım deyir, o qədər çox sevirəm ki, Yaşarı, bir dəfə 
hətta  Rəhiməyə  də  dedim,  iki  qızınız  var,  biri  olsun  mənim,  ver 
mən baxım, o birinə də sən.  Ailədə sədaqətə,  inama baxın ki, təkcə 
Rəhimə  xanım    bu  sevgiyə    onun  əyninə  biçilmiş  donu  geyindirə 
bilib və bu səbəbdən münasibətlərdə problem yaranmayıb.  
 
 
İçki, serroz, 4 illik xəstəxana həyatı  
 
Azərbaycan kinosunda dürlü-dürlü obrazlar yaradıb. Komik 
rolu  da  var,  faciəlisi  də.  Hər  birində  də  özünəməxsus  çalarlar. 
“Mozalan”  satirik  kinojurnalında  yaratdığı  hər  obraz  özü  bir 
kinodur. Teatrda, kinoda, “Mozalan”da, televiziyada yaratdığı bü-
tün  obrazlar,  onun  sənətdəki  əməyinin  qiyməti  1981-ci  ildə  SSRİ-
nin  əməkdar  artisti  fəxri  adından  tutmuş,  2011-ci  ildə  60  yaşında 
ona verilən “Şöhrət ordeni”nə qədər layiqli dəyərini alıb. 
İnsan  həyatının  müəyyən  bir  dönəmində  bəzən  bilərəkdən, 
bəzən  bilmədən  istəmədiyi  yola  düşə  bilir.  Yaşar  Nuri    ağıllı,  şü-
urlu surətdə içki həvəskarı idi. Yeyib-içən oğlan idi – özünün təbi-
rincə ifadə eləsək.  Bunun ona  əksər hallarda ziyanı dəyirdi. İçkili 
olduğuna görə bəzən çəkiliş təxirə salınırdı.  
Bir dəfə dövlət televiziyasında yeni il şənliklərində Şaxta ba-
ba  rolunda  ikən  içkili  olması,  həmin  şənliyin  çəkiliş  prosesini 
tamam  əngəlləmişdi,  bununla  belə  həmkarları,  rejissorlar  onu  o 
qədər məhəbbətlə sevirdilər ki, güzəştə gedirdilər.  Kimsə ona dərs 
vermək  fikrinə  belə  düşmürdü  ki,  içmə,  yaxud  az  iç.  Buna  Yaşar 
Nuri özü rəvac verməmişdi ki, kimsə bu cəsarətli addımı ata bilsin.  
Amma  bu  aludəçilik  artdıqca  öz  izini,  nəinki  onun  işində, 
səhhətində qoymağa başlayırdı. Səhhət əldən gedirdi.  
İlk dəfə qaraciyərində yaranan problem ona yeni ciyər köçü-
rülməsi  ilə  sonunclandı.  Hamı  belə  başa  düşdü  ki,  bu  xəstəliyin 
sonudur,  yəqin  Yaşar  Nuri  qalan  həyatını  sağlam,  içkisiz  keçirər. 


 
44 
Onunla  eyni  vaxtda  müğənni  Baloğlan  Əşrəfova  da  qaraciyər 
köçürülmüşdü. İkinci hələ də sağ-salamatdır. Yaşar Nuri isə heç bir 
çərçivəyə  sığmayan  insan  olduğundan,  həkimin  verdiyi  məslə-
hətlərin tam əksinə həyat tərzi seçdi, daha doğrusu,  əvvəlki həyat 
tərzini davam etdirdi. Nəticədə, xalq artistimiz dörd il özü demiş,  
xəstəxanların fəxri sakininə çevrildi. 
Haqqında  dörd-beş  dəfə  ölüm  xəbəri    yayıldı.  Kim  idi  bu 
xəbəri yayan, hardan qaynaqlanırdı belə xəbər? Bəlli deyildi. Bəlli 
olan o idi ki, aktyor, həqiqətən də, bu dörd ildə, əslində, çox ölüb-
dirildi.  Gah aparatın köməkliyi ilə, gah da onu sevənlərin sevgisi 
sayəsində həyata qayıdırdı, tam bərpa olunmaq isə mümkünsüzdü 
görünür.  
Sonuncu  görüşümü  xatırlayıram  Yaşar  Nuri  ilə.  “Şöhrət 
ordeni”  almışdı,  səhəri  gün  özü  Milli  Dram  Teatrının  qarşısna 
gəlmişdi,  əlində  əsa.  Teatrın  qarşısındaca  stul  vermişdilər,  əyləşib 
ona gələn təbrikləri qəbul edirdi.  
Səhhəti ilə maraqlandım. Dedi ki, səkkiz dondurmanı birdən 
yediyi üçün bütün nəfəs yolları, o cümlədən, köçürülmə ciyəri so-
yuqlayıb.  Adam  bunu  elə  dedi  ki,  elə  bil,  qəhrəmanlıq  edib,  yəni 
ölümün  özü  onun  üçün  qorxulu  deyildi.  İnsan  60  yaşını  qeyd 
etməyə  hazırlaşırdı,  amma  daha  çox  80-90  yaşlı  adam  təsiri  ba-
ğışlayırdı, artıq o dünyaya hazır adam.  
Həm  də  sabaha  ümidi  vardı,  inanmırdı  belə  tezliklə  bu 
dünya ilə vidalaşa bilər. Qəribədir, elə bilirdi ki, ölümə də meydan 
oxuya bilər.    
 
 
Dörd dəfə ölüm xəbəri  
 
“4  ildir  bu  xəstəliklə  əlləşirəm.  Amma  yorulmaq  olmaz,  yo-
rulmaq mənlik deyil. Həyatda yorula bilərəm, səhnədə yox... İkin-
cisi də, lazım olmasan, gərək özün yavaş-yavaş gedəsən. Mən səh-
nəyə  çıxarkən  alqışlanıram.  Bilirsinizmi,  səni  növbəsiz  mağazaya 
buraxarlar,  qırmızı  işıqda  keçəsən  bağışlayarlar,  amma  tamaşaçı 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə