Kitabın adı: Aqrar sahədə mülki müdafiə



Yüklə 7,28 Kb.
Pdf görüntüsü
səhifə7/39
tarix14.01.2018
ölçüsü7,28 Kb.
#20633
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   39

 
22 
Bir sıra tikililər, xüsusən zəlzələ təhlükəsi nəzərə alınma-
dan inşa olunanlar qismən, yaxud tamamilə dağılır. Buna görə 
də  1990-cı  ildən  başlayaraq  ölkəmizdə  tikinti  işlərinin  layihə-
ləşdirilməsində və inşasında bu vəziyyət hökmən nəzərə alınır. 
Çünki inşaatda müəyyən olunmuş seysmik davamlılıq normala-
rına riayət  etməklə zəlzələnin dağıdıcı  nəticələrini xeyli azalt-
maq mümkündür. 
Son  illərdə  ölkəmizdə  baş  verən  təbii  fəlakətlər,  o  cümlə-
dən zəif yeraltı təkanlar, zəlzələlər, sunamilər və eləcə də dün-
yada  böyük  itkilərlə  xarakterizə  olunan  Argentinada  6,3  bal, 
Çilidə 7 bal,  İndoneziyada 7,7 bal, Kosta Rikoda 6,1 bal, Filip-
pində  6,0  bal,  Meksikanın  sahilindəki  Kaliforniya  körfəzində 
6,9 bal, Yaponiyada 8,9 bal gücündə baş verən zəlzələlər və s. 
bu kimi təbii fəlakətlərin törətdikləri fəsadlar, insanların kütləvi 
şəkildə ölmələri, xəsarət almaları, onların məişətinə və təsərrü-
fatlarına dəyən ziyanların həcmi dünya ölkələrinin hər an belə 
təhlükələrə  hazır  olmalarını,  görülməsi  vacib  olunan  işlərin 
dinc dövrdə yerinə yetirilməsini tələb edir. 
11  mart  2011-ci  il  tarixində  Yaponiyada  8,9  bal  gücündə 
baş vermiş zəlzələ son bir əsrdən artıq dövrün ən dəhşətli fəla-
kəti kimi tarixə düşmüşdür. Zəlzələ ocağı 14,9 kilometr dərin-
likdə yerləşmişdir. Zəlzələdən sonra 10-15 metr hündürlüyündə 
dalğalar, sunamilər ölkədə insan tələfatına, itkin düşənlərin sa-
yının  artmasına,  maddi  itkilərin  fantastik  rəqəmlərə  çatmasına 
səbəb olmuş, 53 ölkəyə sunami xəbərdarlığı edilmişdir. Zəlzələ 
nəticəsində Yaponiya arxipelaqı 2,4 metr yer dəyişmiş, Yer kü-
rəsi isə öz orbitindən 10 santimetr kənara çıxmışdır. Zəlzələnin 
dağıdıcı  gücü  600  atom  bombasının  dağıdıcı  gücünə  bərabər-
dir. Baş verən zəlzələ və sunami nəticəsində həlak olanların sa-
yı  1500-ü  ötmüşdür.  2000-dən  çox  insanın  taleyi  hələ  də  mə-
lum  deyildir.  Birləşmiş  Ştatların  Geologiya  Xidmətinin  məlu-
matına görə, Yaponiyadakı zəlzələ son bir əsr ərzində dağıdıcı 
gücünə görə dünyanın 5-ci zəlzələsi hesab olunur. 
Zəlzələ Yaponiyanın Fukusima prefekturasında su bəndini 


 
23 
dağıtmış, burada yerləşən Atom Elektrik Stansiyası da zədələn-
mişdir. Göründüyü kimi, təbii fəlakətin yaratdığı fəsadlar digər 
hadisələrin  də  baş  verməsinə,  bütün  bunlar  insan  tələfatına  və 
itkilərə, onların maddi, mənəvi, psixoloji zərbələr almasına sə-
bəb olur. 
Yaponiya planetin seysmoloji cəhətdən ən təhlükəli bölgə-
lərindəndir.  Statistikaya  görə  6  bal  və  daha  güclü  zəlzələlərin 
20%-i bu ölkədə baş verir. 1995-ci ilin yanvarında son bir neçə 
onillik  ərzində  ən  güclü  zəlzələ  Yaponiyanın  Kobe  şəhərində 
baş vermişdir. 7,2 bal gücündə zəlzələ nəticəsində 6400-dən ar-
tıq adam ölmüş, 300 mindən çox sakin evsiz qalmışdır. 
Bu tip təbii hadisələri və ölkələri olduqca çox misal göstər-
mək olar. Bu hadisələrdə insanların vaxtında təxliyəsi – hadisə 
zonasından təhlükəsiz zonalara köçürülməsi qeyd olunan itkilə-
rin minimum səviyyədə olmasında başlıca rol oynaya bilər.  
 
2.3. Sellər və daĢqınlar 
 
Azərbaycan dünyanın selə ən çox məruz qalan ölkələrindən 
biridir. Respublika əhalisinin 5%-indən çoxu sel qorxulu ərazi-
lərdə yaşayır.  
Sellər - su kütləsinin istiqamətlənməmiş hərəkətinə deyilir.  
Böyük Qafqazın Cənub yamaclarından axan çayların əksə-
riyyətində hər 3-5 ildən bir güclü sellər olur. Bunlar respublika-
nın təsərrüfatlarına minlərlə manatlıq zərər vurur. Sellər adətən 
qəflətən başlayır. Güclü leysan yağışları, bəzən isə qarın sürətlə 
əriməsi nəticəsində dağ yamaclarından axıb tökülən su özü ilə 
gil,  qum,  çınqıl,  daş,  hətta  qaya  parçalarını  da  axıdıb  gətirir, 
qarşısına  çıxan  hər  şeyi  yıxıb  dağıdır,  əkin  sahələrini  yararsız 
hala salır, su qurğularını, rabitə-elektrik xətlərini, körpüləri, bir 
sıra  hallarda  isə  sənaye  və  kənd  təsərrüfatı  tikililərini  məhv 
edir, həmçinin əhali üçün çox ciddi təhlükə törədir. Şəki-Bala-
kən, Qəbələ-İsmayıllı, Quba-Xaçmaz, Lerik-Yardımlı və s. ra-
yonlar, Naxçıvan MR-nın  bəzi sahələri sel təhlükəsi olan əra-


 
24 
zilər sayılır. 
Daşqın zamanı isə ərazinin xeyli hissəsini müəyyən müd-
dətə su basır. Belə hal su qovşaqlarının, su-elektrik stansiyaları 
bəndlərinin zəlzələ və digər səbəblərdən dağılması nəticəsində 
baş  verə  bilər  ki,  bu  zaman  xeyli  ərazi,  oradakı  yaşayış  mən-
təqələri,  təsərrüfat  obyektləri  su  altında  qalar,  yəni  fəlakətli 
daşqın  zonası  yaranır.  Bu  təhlükə  daha  ciddidir.  Belə  ki,  res-
publikamızın  nisbətən  məhdud  ərazisində  ondan  artıq  su-elek-
trik qovşaqları və dəryaçalar tikilmişdir. Mingəçevir su-elektrik 
stansiyasının,  Araz  su  qovşağının,  Sərsəng  dəryaçasının  və 
digər  dəryaça  bəndlərinin  hündürlüyü  onlarla  metr,  su  tutumu 
isə milyonlarla kub metrə qədərdir. Onların əhali və xalq təsər-
rüfatı üçün yaratdığı təhlükənin miqyası da olduqca böyükdür. 
 
2.4. Yağıntıların xarakteristikası 
 
Yanğınlar- alov kütləsinin idarə olunmayan hərəkətinə de-
yilir. Yanğınların baş verməsinə alovla əlaqə qaydasına düzgün 
riayət  olunmaması  səbəb  olur.  Aqrar  sahədə  bəzi  material  və 
vasitələrin anbarlara düzgün  yığılmaması, elektrik naqillərində 
qısa qapanmalar, daxiliyanma mühərriklərinin iş rejiminin po-
zulması, qurutma sahəsində texnoloji prosesə riayət olunmama-
sı və s. səbəblərdən yanğın törənir. Yanğının baş vermə yerin-
dən asılı olaraq onlar meşə, düzənlik (səhra) və obyekt yanğın-
larına bölünür.  
Meşədə  baş  verən  yanğınlar  meşə  elementlərini  əhatə  et-
məsindən asılı olaraq yeraltı (xəzəlaltı), aşağı və yuxarı (bütöv) 
meşə yanğınları kimi sinifləşdirilir. 
Yeraltı  (xəzəlaltı)  meşə  yanğınları  uzun  müddət  ərzində 
meşədə toplanan xəzəl kütləsində yaranır. Alov adətən müşahi-
də  olunmur,  yalnız  atmosferə  açıq  tüstü  kütləsi  yayılır.  Belə 
yanğınların yerdəyişmə sürəti zəifdir və meşədə ağac köklərini 
sıradan çıxara bilir. 
Aşağı  meşə  yanğınları  meşədəki  ağacların  gövdələrini 


Yüklə 7,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə