Kitabın adı: Aqrar sahədə mülki müdafiə



Yüklə 7,28 Kb.
Pdf görüntüsü
səhifə10/39
tarix14.01.2018
ölçüsü7,28 Kb.
#20633
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   39

 
33 
içərisindən sürətlə keçdikdə onları parçalayır, müsbət və mənfi 
ionlara ayırır. Həmin ionlar buludun müxtəlif sahəsinə yığıldıq-
da  qüvvətli  elektrik  sahələri  əmələ  gəlir.  Bir  buludun  müsbət 
(və  ya  mənfi)  qütbü  ilə  digər  buludun  mənfi  (və  ya  müsbət) 
qütbü və ya yer arasında gərginlik müəyyən həddə çatanda ha-
vada deşilmə baş verir. Bu zaman buludda olan müsbət yüklər 
yerə, yerdə olan mənfi yüklər isə buluda tərəf axmağa başlayır. 
Sürətli  axın  zamanı  güclü  parıltı  (şimşək)  görünür  və  gurultu 
səsi eşidilir. Gurultu havanın sürətli genişlənməsi və partlayışı 
nəticəsində  baş  verir.  Boşalmada  cərəyanın  şiddəti  10-20  min 
amperə qədər, gərginlik isə 150 milyon voltdan artıq ola bilir. 
İldırım  çaxan  zaman  binaların  başına  çıxmaq,  tək  ağacın, 
elektrik  naqillərinin,  dirəklərinin  yanında  dayanmaq,  dənizdə 
çimmək, qayıqda oturmaq olmaz. 
 
 
 
ġək. 6. Şimşəklər 
 
2.7. Vulkanların xarakteristikası 
 
Vulkanlar.Yer  kürəsində  baş  verən  təbiət  hadisələrindən 
biri  də  vulkanlardır.  Vulkanlar  yer  qabığının  kanal  və  çatları 


 
34 
üzərində yaranan geoloji bir törəmə olmaqla, xaricə lava, vul-
kanik qazlar, daşlar (vulkanik bombalar) püskürdən, yer kürəsi-
nin üst qatında yaranan geoloji strukturdur.  Bu kanal və çatlar 
vasitəsilə  yüksək  hərarətlərlə  əridilmiş  dağ  süxurları  (lava), 
kül,  qaynar  qazlar,  su  buxarları  və  dağ  süxurlarının  parçaları 
yer üzünə çıxaraq partlayış zamanı yayılır və ətraf mühitə, in-
sanlara, onların yaşayış yerlərinə xeyli ziyan vura bilir.  
 
    
 
ġək. 7. Vulkan  
 
Vulkan yerin daxilində baş verən geoloji dəyişiklik nəticə-
sində maqmanın xaric edilməsi ilə müaşiət olunur. 
Vulkan  sözü  qədim  Roma  mifologiyasında  od  tanrısı  Vul-
kanın adından götürülmüşdür. Vulkanla məşğul olan elmə vul-


 
35 
kanologiya deyilir. 
Vulkanlar  formasına  (şit  və  ya  stratovulkanlar),  aktiv  (hə-
rəkətdə olan, yatan, sönmüş), yerinə görə (yerüstü, sualtı, buz-
altı) və s. olaraq təsnifləşdirilir. 
Yerin 100 km dərinliyində təxminən 1000 və 1300 °C ara-
sında  temperatur  mövcudur.  Bu  istiliyin  təsirindən  ərimiş  daş 
qarışığı özülü plastik formaya malik maqmaya çevrilir.  Damcı 
formalı  maqma  50  km  dərinliyinə  yığılır.  Təzyiq  çoxaldıqca 
maqma yarıqlarla hərkət edərək litosferaya daxil olur. Bu yolla 
yerin üzünə çıxmış maqmaya lava deyilir. 
Vulkan partlayışı zamanı təkcə közərmiş mayelər yox, həm 
də bərk və qaz halında olan maddələr xaricə çıxır. Əksər hallar-
da  vulkanlar  konus  şəklində  olur.  Vulkanın  forması  başqa  şə-
killərdə də ola bilər. 
Pükürmədən  sonra  vulkanın  aktivliyi  ya  dayanır,  ya  da  o 
min illər boyu "mürgüləyir". Bu zaman vulkanın özündə və ət-
rafında  olan  ərazilərdə  maqmatik  özəyin  soyuması  ilə  müşaiət 
olunan aktivlik saxlanılır. Belə adlanan, postvulkanik dövr baş 
verir. Buraya fumarol, term, qeyzerləri misal göstərmək olar. 
Vulkanik aparatın əsas hissələri aşağıdakı şəkildə aydın şə-
kildə təsvir edilmişdir. 
Müasir  vulkanlar  yer  süxurlarının  iri  sınıqları  və  tektonik 
oynaq sahələr boyunca yerləşir. Vulkanların insanlar üçün təh-
lükə  mənbəyi  maqma  (lava)  axınları,  vulkandan  püskürən  daş 
və kül, palçıq axınları və güclü sellərdir. 
Mantiyanın  yuxarı hissəsindəki ərimiş maddələr  – maqma 
yüksək təzyiq altında daxili proseslər nəticəsində Yer qabığın-
da əmələ gəlmiş çatlarla yuxarıya doğru hərəkət edir. Maqma-
nın  bir  hissəsi  Yer  səthinə  çatmamış  soyuyub  Yer  qabığının 
müxtəlif hissələrində qalır, digər hissəsi isə yüksək təzyiq altın-
da səthə çıxaraq sel kimi axır. Səthə çıxmış maqma – lava adla-
nır. Lava soyuduqda müxtəlif hündürlüklü təpələr əmələ gətirir 
ki, buna vulkan deyilir. Vulkan lavası sıyıq olduqda qalxanvari 
relyef forması (Havay tipli vulkanlar) yaradır. Lava qatı olduq-


 
36 
da əsl konus yaradır (Stratovulkan). 
 
  
 
ġək. 8. Stratovo vulkanın en kəsiyi: 
1. Böyük maqma kamerası. 2. Yerin üst qatı. 3. Kanal. 4. 
Bünövrə.    5. Yataq. 6. Budaq yol. 7. Vulkandan yaranan kül 
qatı. 8. Yan tərəf.   9. Vulkan zamanı yaran lava qatı. 10. 
Boğaz. 11. Püskürdücü qıf.     12. Lava axını. 13. Ağızlıq. 14. 
Krater. 15. Soyuq kül 
 
 
 
ġək. 9. Vulkanın əsas xüsusiyyətləri 


 
37 
Maqmanın Yer səthinə çıxdığı kanala vulkan boğazı deyi-
lir.  Vulkan  püskürməsi  zamanı  əmələ  gəlmiş  təpənin  zirvəsin-
dəki çökəkliyə krater deyilir. Kraterdən yer səthinə çoxlu miq-
darda  qaz,  su  buxarı,  vulkanik  toz,  kül  və  lava  cıxır.  Diametri 
1,5  km-dən  böyük  olan  krater  kaldera  adlanır.  Eroziya  və  de-
nudasiya prosesləri vulkan dağını aşındırır, lakin vulkan boğa-
zında  qalıb,  soyuyaraq  bərkimiş  lava-nekk  adlanan  qayalı  rel-
yef əmələ gətirir. Boğaz və krater vulkanın elementləridir. 
Vulkanlar- fəaliyyətdə olan və sönmüş vulkanlara bölünür. 
Püskürməsi bəşəriyyətin yaddaşında qalan vulkanlar fəaliyyət-
də  olan  vulkan  adlanır.  Dünyada  817  fəaliyyətdə  olan  vulkan 
mövcuddur  ki,  onların  620-si  yaxın  keçmişdə  püskürüb.  Bu 
vulkanların  75%-i  Sakit  okeanın  «odlu  həlqəsində»  (məs., 
Klyucevskaya Sopka, Fudziyama və s.) və Indoneziya adaların-
dadır. Bundan başqa Cənubi Avropa və And dağlarında da çox-
lu  fəaliyyətdə  olan  vulkan  mövcuddur.  Fəaliyyətdə  olan  vul-
kanlardan- Vezuvi, Etna, Stromboli (Italiya), Hekla (Islandiya), 
Kamerun (Afrika), Fudziyama, Azo (Yaponiya), Klyuçevskaya 
Sopka  (Rusiya),  Orisaba,  Taxamulko,  Popokatepeti  (Şimali 
Amerika) - Şimal yarımkürəsində; Kilimancaro (Afrika), Koto-
paxi,  San-Pedro,  Ruis,  Lyulyalako  (C.  Amerikada),  Erebus 
(Antarktida),  Krakatau  (Indoneziya)-  Cənub  yarımkürəsində 
yerləşir. 
Dünyada fəaliyyətdə olan ən yüksək vulkan Cənubi Ameri-
kadakı Lyulyalako (6723 v) dağıdır. 
Yer kürəsində fəaliyyətdə olan vulkanlara nisbətən sönmüş 
vulkanlar  daha  çoxdur.  Onların  püskürməsi  haqqında  heç  bir 
tarixi  məlumat  yoxdur.  Qafqazın  ən  hündür  zirvələri  Elbrus, 
Kazbek,  Azərbaycandakı-  Böyük  Işıqlı,  Qızılboğaz,  Savalan 
sönmüş vukanlardır.  
Zəlzələ və vulkanlar əsasən geosinklinal (dağlıq) ərazilər-
də  -  litosfer  tavalarının  sərhədində  geniş  yayılıb.  Qədim  plat-
forma  sahələrində  (düzənliklərdə)  zəlzələ  və  vulkanlara  rast 
gəlinmir.  Vulkanların  bir  növü  olan  palçıq  vulkanları  püskür-


Yüklə 7,28 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə