Kitabi-Dədə Qorqud
«Kitabi-Dədə Qorqud» bir müqəddimə və 12 boydan ibarət dastandır.
Bir sıra alimlərin fikrinə görə bu dastanlar əsasən X—XI əsrlərdə
Azərbaycanda cərəyan edən hadisələrlə səsləşməkdədir.
Eyni zamanda həm də «Oğuznamə» adlanan bu dastanların bir sıra
başqa xalqlarda da dastan, nağıl , əfsanə şəklində yaşayan qolları ilə
müqayisəsindən aydın görünür ki, bunlar məhz Azərbaycanda
Azərbaycan ozanları — aşıqları tərəfindən yaradılmışdır. «Kitabi-Dədə
Qorqudun bir əlyazma nüsxəsi Drezden kitabxanasındadır.
Bu nüsxə haqqında ilk məlumat XIX əsrin əvvəllərində verilmişdir.
Son illərdə isə Vatikanda bu əsərin ikinci bir nüsxəsi tapılmışdır. İtalyan
alimi Ettope Rossi tərəfindən 1952-ci ildə nəşr edilmiş bu nüsxədə 12
boy-dastanın altısı vardır.
«Kitabi-Dədə Qorqud» dilimizin, ədəbiyyatımızın, dastan yara-
dıcılığımızın, ümumiyyətlə mədəniyyətimizin tarixini öyrənməkdə
böyük əhəmiyyətə malikdir.
1- Dirsə xan oğlu Buğac xan boyu
2- Salur Qazanın evinin yağmalandığı boy
3- Baybərənin oğlu Bamsı Beyrək boyu
4- Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy
5- Duxa qoca oğlu Dəli Domrul boyu
6- Qanlı qoca oğlu Qanturalı boyu
7- Qazılıq qoca oğlu Yeynək boyu
8- Basatın Təpəgözü öldürdüyü boy
9- Bəkil oğlu İmranın boyu
10- Uşun qoca oğlu Səyrək boyu
11- Salur Qazanın dustaq olduğu və oğlu Uruzun onu xilas etdiyi boy
12- İç Oğuza Daş Oğuzun dönük çıxması və Beyrəyin öldüyü boy
2
MÜQƏDDİMƏ
(MƏTNİN MÜASİR ŞƏKLİ)
Məhəmməd peyğəmbərin zamanına yaxın Bayat* boyunda* Qorqud ata
deyilən bir kişi vardı. O kişi oğuzların kamil bilicisi idi: nə deyirdisə,
olurdu. Gələcəkdən qəribə xəbərlər söyləyirdi. Allah onun könlünə
ilham verirdi...
Qorqud ata dedi: «Axırda xanlıq geriyə—Qayıya* dönər, heç kim
əllərindən almaz...» Qorqud atanın bu dediyi Osman nəslidir. (Qiyamət
günü qopunca, necə var, elə də ömür sürüb gedəcək)... və daha buna
bənzər neçə söz söylədi.
Qorqud ata oğuz xalqının çətin işlərini həll edərdi. Nə olsa,
Qorqud ataya danışmayınca iş görməzdilər. O nə buyursa, qəbul
edirdilər, sözün tutub gedirdilər...
Dədə Qorqud soylamış*:
Allah-allah deməyincə işlər düzəlməz.
Qadir tanrı verməyincə kişi varlanmaz.
Əzəldən yazılmasa, qul başına qəza gəlməz.
Əcəl vaxtı çatmayınca kimsə ölməz.
Ölən adam dirilməz, çıxan can geri gəlməz.
Bir igidin Qara dağ; yumrusunca malı olsa,
yığar-toplayar, qismətindən artığını
yeyə bilməz.
Qovuşaraq sular daşsa, dəniz dolmaz.
Təkəbbürlük eyləyəni tanrı sevməz.
Könlünü uca tutan adamda ağıl olmaz.
Yad oğlunu saxlamaqla oğul olmaz,—
böyüyəndə atar-gedər, gördüm deməz...
Kül təpəcik olmaz (Kürəkən oğul olmaz).
Qara sşşək başına yuyən vursan, qatır olma:).
Qaravaşa don keydprsən də, qadıi olmaz.
Lopa-lopa qarlar yağsa, yaza qalmaz.
Gül-çiçəkli göycə çəmən payıza qalmaz.
3
Köhnə panbıq bez olmaz.
Qarı duşmən dost olmaz.
Qaracığa4 qıymayınca yol alınmaz.
Böyük, iti, polad qılıncı çalmayınca döyüş bitməz
Kişi malına qıymayınca adı çıxmaz.
Qız anadan görməyincə öyüd almaz.
Oğul atadan görməyincə süfrə çəkməz.
Bayat — 24 oğuz tayfasından biri.
2Boy — tayfa.
3Qayı — 24 oğuz tayfasından birinin adı.
* Soylamaq—şerlə tərif və tərənnüm etmək (mətndə bu söz
«söyləmək»şəklində də gedir).
Qaracıq—atın adı; qara camaatın mindiyi adi at.
Oğul atanın yetirməsi, iki gözünün biridir.
Ağıllı oğul olsa, ocağının gözüdür.
Oğul daha neyləsin, ata ölüb mal qalmasa.
Ata malından nə fayda, başda ağıl olmasa...
Ağılsız adamın şərindən allah saxlasın, xanım,
sizi!
Dədə Qorqud söyləmiş:
Bərk yüyürək Qazlıq ata1 namərd igid minə bilməz,
minincə , minməsə yaxşıdır!
Çalıb-kəsən iti qılıncı müxənnətlər çalınca,
çalmasa yaxşıdır!
Vura bilən igidə oxla qılıncdan bir çomaq yaxşıdır,
Qonağı gəlməyən böyük evlər yıxılsa yaxşıdır!
At yeməyən acı otlar bitincə, bitməsə yaxşıdır!
Adam içməyən acı sular sızınca, sızmasa yaxşıdır!
Ata adını ucaltmayan fərsiz oğul
ata belindən enincə, enməsə yaxşıdır.
ana bətninə düşüncə, doğulmasa yaxşıdır.
4
Ata adını yaşatmaqçın ağıllı oğul yaxşıdır.
Yalan söz bu dünyada olunca, olmasa yaxşıdır.
Doğrucul adamlar yüz yaşasa yaxşıdır.
Üç yüz on yaşına çatasan; allah sizə yamanlıq göstərməsin,
dövlətiniz əbədi olsun, xanım, hey!
Dədə Qorqud söyləmiş, görək, xanım, nə söyləmişdir:
Getdiyi yerin otlaqlarını keyik* tanıyar.
Uzaq yerlərin çəmənlərini qulan3 tanıyar.
Ayrı-ayrı yollar izini dəvə tanıyar.
Yeddi dərə qoxularını tülkü tanıyar.
Gecə ikən karvan köçdüyünü torağay bilər.
Oğulun kimdən olduğunu ana bilər.
Ərin ağzının kəsərini at bilər.
Ağır yükün zəhmətini qatır bilər.
Hansı yerdə sıyrılan varsa, çəkən bilər.
Qafil başın ağrısını beyni bilər.
Qolça qopuz4 götürüb eldən-elə, bəydən-bəyə
ozan gəzər;
Ər comərdini, ər namərdini ozan bilər.
Elinizdə-evinizdə çalıb-deyən ozan olsun!
Azıb gələn qəzanı tanrı sovuşdursun, xanım, hey!
Dədə Qorqud yenə söyləmiş, görək, xanım, nə seyləmişdir:
Ağız açıq tərifləsəm, üstümüzdə tanrıya əhsən!
Tanrı dostu, din başçısı Məhəmmədə əhsən!
Məhəmmədin sağ yanında namaz qılan
sadiq Əbubəkrə əhsən!
Quranın son fəslində «əmmə» surəsi gözəldir!
Höccələnib düz oxunsa, yasin gözəldir!
Qılınc çaldı, din açdı mərdlər şahı Əli,—əhsən!
Əlinin oğulları, peyğəmbərin nəvələri—
5
Dostları ilə paylaş: |