lətifə,
atalar sözü, xalq dramı, mərasim və müsiqi folkloru üzərində
tədqiqat aparır. R.Qafarlı «Mif və nağıl» monoqrafiyasını xalq şairi
B.Vahabzadə «Kökümüzə gedən yolu tikanlardan təmizləyən» tədqiqat işi
adlandırmışdır.
Son illərdə milli özünəqayıdışla bağlı folklorun öyrənilməsinə diqqət
artmışdır.
Aşıq poeziyasının, xüsusən Mola Cümə irsinin toplanmasına böyük
əmək sərf edən, şifahi yaradıcılığın ən
aktual məsələlərini nəzəri
tədqiqatlara cəlb edən peşəkar folklor nəzəriyyəçisi Paşa Əfəndiyevdir.
Onun «Azərbaycan folklorşünaslığı tarixi» əsəri mühüm tədqiqat əsəridir.
«S.Vurğun və xalq ədəbiyyatı», «C.Cabbarlı və xalq ədəbiyyatı», «Koroğlu
dastanının ilk qaynaqları» barədəki dəyərli mülahizələr məhz ona
məxsusdur. Bundan başqa professor Paşa Əfəndiyevin «Xalqın söz
xəzinəsi», «Azərbaycan şifahi xalq ədəbiyyatı» və həmin dərsliyin yeni
nəşri 1992-ci ildə çapdan çıxmışdır.
Folklorşünaslıq sahəsində dərin elmi məntiqə, geniş dünyagörüşə malik,
publisistika sahəsində bir sıra dəyərli əsərlərin müəllifi professor Azad
Nəbiyevin xidmətləri böyükdür. «Azərbaycan xalq ədəbiyyatı» (2002) əsəri
onun uzun tədqiqat fəaliyyətinin davamıdır. A.Nəbiyevin
müxtəlif illərdə
çap etdirdiyi «Novruz bayramı», «İlaxır çərşənbələr», «İlin əziz günləri»,
«Qatır Məmməd», «Azərbaycan uşaq folkloru» (2000) və b. kitabları nəşr
olunmuşdur.
Azad Nəbiyevin «Turan» nəşrlər evində 2002-ci ildə 678 səhifədən ibarət
çap olunmuş «Azərbaycan xalq ədəbiyyatı: Ali məktəblər üçün dərslik: I
hissə» kitabı xüsusi əhəmiyyət kəsb edir. Müstəqillik illərində Azərbaycan
folklorşünaslığı daha da inkişaf edir və bu sahədə nəşr olunmuş əsərlərin
sayı durmadan artır. Şifahi xalq ədəbiyyatı nümunələri dövri mətbuat
səhifələrində də dərc olunur. Təqdirəlayiq haldır ki, çağdaş Azərbaycan ağız
ədəbiyyatı sistem şəklində toplanıb, tədqiq və çap edilməkdədir.
Bir sözlə
Azərbaycan folklor xəzinəsi günü-gündən zənginləşməkdədir. Bu xəzinəyə
müraciət edənlər və ondan istifadə edənlərin, bəhrələnənlərin sayı durmadan
artır. Odur ki, mütəxəssislərin, alimlərin, aspirantların və digər informasiya
istifadəçilərinin folklor və folklorşünaslıq ədəbiyyatından
səmərəli istifadə
etmələri üçün biblioqrafik informasiya mənbələrinin rolu böyükdür.
Bir sıra universal xarakterli göstəricilərdə folklor və folklorşünaslıq
ədəbiyyatı qismən əks olunmuşdur. Məsələn, 1780-1920-ci illəri əhatə edən
«Azərbaycan kitabı»nın birinci cildində toplanan 1329 adda mənbədən 92-si
folklor ədəbiyyatıdır (3). 1920-1940-cı illərdə çap olunan və humanitar
mənbələri əks etdirən «Azərbaycan kitabı»nın 2-ci cildinin I kitabında da
65 adda folklor və folklorşünaslıq ədəbiyyatı haqqında məlumat verilmişdir
(4). Bundan başqa folklor və folklorşünaslıq ədəbiyyatı «Azərbaycan
134
jurnalının biblioqrafiyası» (1920-1972) biblioqrafik vəsaitində «Azərbaycan
ədəbiyyatı» bölməsində «Folklor, şifahi xalq ədəbiyyatı nümunələri» yarım
bölməsində 8 mənbə, «Aşıq şeirləri» yarım bölməsində isə 85 mənbə
haqqında biblioqrafik informasiya verilir (2).
Azərbaycanda folklorşünaslığın inkişafı, problemlərin öyrənilməsi və həlli
kitabsız və kitabxanasız mümkün deyildir. Biblioqrafiyanın vasitəçilik
funksiyasını yerinə yetirməyə kömək edən ən
mühüm vasitə biblioqrafik
informasiyadır. Yalnız biblioqrafik informasiya sənəd kütləsini hərtərəfli
araşdırır, onların daha mühüm nümunələrindən istifadə olunmasına kömək
edir. Bu işdə informasiya orqanları kimi kitabxanaların rolu əvəz
edilməzdir. Professor A.Xələfov yazır ki, «Müasir cəmiyyətdə hər cür
informasiyanı cəmiyyət üzvləri arasında yaymağa qarşısına məqsəd qoyan,
informasiya resurslarını toplayıb
saxlayan, onu əsrdən-əsrə, nəsildən-nəslə
ötürən informasiya daşıyıcısı kimi fəaliyyət göstərən informasiya
mütəxəssislərinin ən mühüm vəzifəsi kitabxana sistemləridir» (7).
Müasir informasiyalaşmış cəmiyyətdə, Azərbaycan Respublikasının tam
müstəqillik əldə etdiyi bir şəraitdə kitabxanaların informasiya vermək
funksiyası daha böyük əhəmiyyət kəsb edir və bu «Kitabxana işi haqqında»
Azərbaycan Respublikasının Qanununda da öz real ifadəsini tapmışdır:
«Kitabxana-elm, informasiya,
mədəniyyət, təhsil və tərbiyə müəssisəsi kimi
çap əsərlərini və digər informasiya daşıyıcılarını toplayıb mühafizə edən,
onların sistemli ictimai istifadəsini təşkil edən, cəmiyyətin intellektual və
mənəvi potensialının inkişafına xidmət göstərən sosial institutdur» (1).
Zəngin Azərbaycan folklorşünaslığı məzmunlu ilkin mənbələr haqqında
biblioqrafik informasiya olmadan, həmin
mənbələrdən informasiya
istifadəçilərinin səmərəli istifadə etmələri mümkün deyil.
Folklorşünaslıq üzrə biblioqrafik informasiyanın formalaşdırılması və
ehtiyacı olanlara çatdırılması vasitələri onun təsbit olunduğu mənbələrdir.
Biblioqrafik mənbələr müxtəlif əlamətlərə görə təsnifləşdirilir- funksiya
istiqamətinə və xronoloji əlamətə, oxucu və məqsəd istiqamətinə,
biblioqrafiyalaşdırma obyektinin məzmununa görə.
Məlumdur ki, folklorşünaslığa dair materiallar ümumi xarakterli
retrospektiv və cari xarakterli mənbələrdə öz əksini tapmışdır. Çox
təəssüf ki, müstəqillik illərində folklorşünaslığa dair çox saylı sənəd kütləsi
mövcud olsa da biblioqrafik informasiya mənbələri olduqca azdır.
Respublikamızda milli çap əsərlərinin qeydə alınmasında və onların
haqqında dolğun, dəqiq və operativ cari
biblioqrafik informasiya
verilməsində, milli cari biblioqrafiyanın təşkilində və inkişafında
Azərbaycan Dövlət Kitab Palatası ümumi biblioqrafiyanın mərkəzi
olmuşdur.
135