Professor X.İSMAYILOV
P.KAZIMİ
KİTABXANA İŞİNİN DEMOKRATİKLİYİ HAQQINDA
Məlumat istehlakçısının potensial sorğusunu
düzgün müəyyənləşdirərək onu
tam ödəyə bilmək texnologiyası özü bir incəsənətdir. Bu sənət böyük tarixi
təkamül yolu keçmiş və tarixin müxtəlif dövrlərində bəşəri funksiyalarla yanaşı
lokal preoritetlərə də malik olmuşdur. Bütün hallarda kitabxana
mədəniyyətinin bəşəri xüsusiyyətləri həmişə üstünlük təşkil etmiş, kitabxanalar
ayıran deyil, birləşdirən olmuşdur. Müasir dövrdə çox az müzakirə olunan
kitabxanaların demokratikliyi probleminə diqqət çəkmək fikrindəyik.
Kitabxana fondlarının repertuarı,
fondun komplektləşdirilməsi, məlumat
xidmətinin təşkili və kitabxana siyasətinin həyata keçirilməsi prosesində
demokratikliyin gözlənilməsi müasir mədəni cəmiyyətin vacib tələblərindəndir.
Qlobal iqtisadi inkişaf və beynəlxalq ictimai inteqrasiya şəraitində bünün
əhəmiyyəti ildən ilə artmaqdadır.
İslam dininin hakim olduğu böyük coğrafi əraziyə daxil olan Azərbaycanın
kitab, kitabxana mədəniyyəti prof. A.A.Xələfovun tədqiqatlarında geniş təhlil
olunur. Məhz bu tədqiqatlardan çıxış edərək kitabxana fəaliyyətinin
demokratik ənənələrini tarixi faktlarla ifadə etməyə çalışacağıq.
XV əsrdə mərkəzi dini hakimiyyət tərəfindən
dərisi soyularaq edam
edilməsinə hökm verilmiş görkəmli şair Nəsimi Azərbaycan ərazisində sərbəst
fəaliyyətdə idi və yalnız Ərəbistanda hökm icra olundu, hətta hökmün
icrasından sonra belə Azərbaycan kitabxanalarından Nəsiminin və ya hər hansı
hürufi şairlərinin (Bu dövrdə xeyli hürufi şair Azərbaycanda yaşayır və
fəaliyyət Göstərirdi) kitablarının yığılması, yandırılması və ya qadağan
olunmuş kitabların siyahısı haqqında heç bir məlumat verilmir.
Avropa ölkələrindən fərqli olaraq islam şərqində kitab məhsuluna dini
müəssisələr tam nəzarət edə bilmirdi. Xüsusilə moğol dövründən başlayaraq
kitab məhsulunun istehsalında və kitabxana
işinin çoxcəhətliliyində bir
liberallaşma baş verir. XIII əsrdən etibarən kitabxana fondlarının repertuarı
zənginləşir, elmin bütün sahələrini əhatə edən kitabxana fondlarında qadağan
edilmiş elm sahəsi və ya mövzular olmamışdı.
Görkəmli alim prof. A.A.Xələfovun kitabxana tarixi problemləri ilə əlaqədar
apardığı çoxillik tədqiqatları nəticəsində müəyyən olunmuşdur ki, Azərbaycan
kitabxanalarında son min ildə dil, din və digər xüsusiyyətlərə görə
məhdudiyyətlər mövcud olmamışdır. Azərbaycanda yüksək oxucu qrupları
Azərbaycan, Ərəb və fars dilli ədəbiyyatdan böyük
bir tarixi dövrdə istifadə
etmiş,XIX əsrin II yarısından başlayaraq bu dillərə rus dili də əlavə
36
olunmuşdur. Hal-hazırda yüksək oxucu qrupu Azərbaycan, rus və ingilis dilli
ədəbiyyatdan geniş istifadə etməkdədir.
Azərbaycanın şimal hissəsinin XIX əsrin əvvəllərində Rusiya imperiyası
tərəfindən işğalı Azərbaycanın ictimai həyatının bir çox sahələri kimi
kitabxana mədəniyyətinə də öz təsirini göstərdi. Zəngin əlyazma kitabları
müsadirə olunaraq mərkəzi şəhərlərə aparılır, yeni çap kitablarına güclü
senzura nəzarəti qoyulurdu. Bütün bunlara baxmayaraq əlyazma kitabı
ənənələri XIX əsrin sonlarına qədər qorunub saxlanıldı və bu proses hər hansı
senzuradan kənarda baş verir, kitabxana fəaliyyəti
dövlət nəzarəti və
idarəetməsindən kənarda qala bilirdi.
Yalnız Sovet hakimiyyəti illərində Azərbaycanda kitab məhsulu və
kitabxana xidməti dövlət nəzarətinə tam keçirildi və ideoloji işin tərkib
hissəsinə çevrildi.
Azərbaycanın ilk elmi kitabxanası sayılan və Nəsirəddin Tusi tərəfindən təsis
olunmuş (1259) Marağa Rəsədxanasının kitabxanasında toplanmış ədəbiyyatın
repertuarı və Çin, Hindistan,Mavərənnəhrdən dəvət olunmuş mütəxəssislərin
müxtəlifliyi
göstərir ki, elmi kitabların böyük bir mərkəzinin yaradılması, elmi
axtarışlar üçün bir ideya ətrafında toplanan mütəxəssislərin qarşısına xüsusi
şərtlər, məhdudiyyətlər qoyulmamış və Azərbaycan bu «komplekslərdən»
kənarda olmuşdur. Bu fikri dərinləşdirmək üçün bir tarixi faktı da diqqətə cəlb
edək. 1510-cu ildə Şah İsmayıl Xətainin fərmanı ilə ilk dəfə dövlət
kitabxanasına rəhbər təyin edilir və bu ənənə halını alır, geniş məzmunlu
fərmanın təhlili bir daha sübut edir ki, hətta feodal
dövlət quruluşu şəraitində
hökmdarlar kitabxana rəhbərliyi qarşısında qadağanedici, məhdudlaşdrıcı heç
bir xüsusi şərtlər qoymurdu.
Azərbaycan kitabxanaları tarixində ümümi istifadə üçün bağlı kitabxana
fondlarına malik kitabxanaların olması haqqında mənbələrdə heç bir məlumat
mövcud deyil. Ələmut qalasında Həsən Səbbahun davamçılarıtərəfindən XIII
əsrin I yarısında Vatikan kitabxanasını xatırladan bir kitabxana yaradılmış və
onun zəngin kitab fondunun, təriqət tərəfdarları tərəfindən islam dünyasının
mərkəzlərindən, müxtəlif ucqarlardan kitab məhsullarını Ələmuta toplayaraq
orada böyük bir kitab fondu formalaşdırmışlar. Lakin 1257-ci ildə Hülakü xan
Əlamut qalasını işğal etmiş və ənənəvi tarix kitablarında bərbər, dağıdıcı və
işğalçı kimi təqdim olunan Moğol xanı təriqətçiləri dağıtmış, kitabxananı
Nəsirədin
Tusiyə həvalə etmişdir ki, bu da Marağa rəsədxanasının elmi
kitabaxanasının əsasını təşkil etdi. Əlavə edək ki, bu rəsədxana və onun
nəzdindəki kitabxana gələcəkdə Uluqbəyin rəsədxana və kitabxanasının əsasını
təşkil edir.
XIII əsrdən başlayaraq mənbələrin bizə verdiyi zəngin materiallar əsas verir
ki, Azərbaycan kitabxanalarında dini tolerantlıq probleminin artıq həll
olduğunu iddia edək. Orta əsr kitabxanalarının fondlarında Əhdi-ətiq, Əhdi-
37