Kitab new indd



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə118/120
tarix05.06.2018
ölçüsü2,43 Mb.
#47443
1   ...   112   113   114   115   116   117   118   119   120

406

Dializ___Cədvəl_13.4__İnfeksion_ağırlaşmaların_etiologiyasından_asılı_olaraq__antibiotik,_göbələk,_virus_əleyhinə_işlədilən_preparatlar'>Dializ

Cədvəl 13.4

İnfeksion ağırlaşmaların etiologiyasından asılı olaraq 

antibiotik, göbələk, virus əleyhinə işlədilən preparatlar

İnfeksiyanın 

törədicisi

Antibiotik qruppası

E. coli

III-IV nəsil sefalosporinlər, ampisillin sulbaktam, 



ftorxinolonlar, aztreonam, aminoqlükozidlər

Klebsiella, 

Pseudomonas 

aeruginoza

Ftorxinolonlar, sefalosporin III-IV 

nəsil, azrosillin,tikarsillin, karbapenem, 

aminoqlükozidlər, polimiksin B

Stafi lokokk

Makrolidlər, rifamitsin, vankomitsin, 

ftorxinolonlar, sefalosporinlər III-IV nəsil, fuzid 

turşusu, karbapenemlər

Haemophylus 

infl uenzae

Ampisillin, sefalosporin III nəsil, makrolidlər, ko-

trimoksazol, ftorxinolonlar, karbapenemlər

Legionella

Makrolidlər, rifamitsin, ftorxinolonlar

Listerilər

Doksisiklin, ko-trimoksazol, makrolidlər

Nokardilər

Sulfanilamidlər, ko-trimoksazol, monosiklin

Atipik 


mikobakterilər

Rifamitsin, etambutol, sikloserin, lomefl oksasin, 

klaritromitsin

HBV, HDV, HCV

İnterferon alfa, lamivudin, natrium foskarnet, 

ribavirin

Sadə herpes virusu Asiklovir

Sitomeqalovirus

Qansiklovir, antisitomeqalovirus-immunoqlobulin

Toksoplazmalar

Sulfanilamidlər, doksisiklin, metronidazol

Pnevmosistlər

Ko-trimoksazol, pentamidin

Aspergellər

Amfoterisin B, itrakonazol, fl usitozin

Kriptokokklar

Flukonazol, fl usitozin 

Candida


Nistatin, ketokonazol, itrakonazol

           


407

Fəsil 13. Böyrəkköçürmə 

Proqnoz

Əməliyyatın gec dövrünün uğursuzluqları 40 % halda geriqayıtmaz 

ayrılma sindromu ilə  əlaqədar olur, qalan halda xəstələr fəaliyyət 

göstərən transplantat ilə başqa səbəbdən tələf olurlar. 60%-ə qədər 

müşahidələrdə ölümün səbəbi ürək-damar və infeksion ağırlaşmalar 

olurlar. Orta 5 illik yaşama müddəti 70–80% arasında olub, ilk 

növbədə HLA antigen sisteminə görə uyğunluq, immunosupressiv 

terapiyanın adekvatlığı və transplantasiya növündən asılıdır. 

Diri qohum donordan böyrəkköçürmədən sonra meyit böyrək-

köçürməsinə nisbətən transplantatlar daha uzun müddət fəaliyyət 

göstərirlər. Bunun səbəbi KBÇ az inkişaf etməsi (transplantatın 

işemiya-reperfuziya sindromunun az müşahidə olunması), kəs kin 

ayrılma sindromunun tezliyinin az olması  və  aqressiv immuno-

supressiya rejiminin tətbiq olunmamasıdır.




408

Dializ

Əlavələr

Xroniki böyrək çatışmazlığı 

zamanı pəhriz 

X

BÇ zamanı  pəhriz xəstələrin həyatının qorunmasına, iş 

qabiliyyətinin saxlanmasına və böyrək funksiyasının 

proqressiv pisləşməsinin qarşısının alınmasına yönəldilməlidir. Bu 

məqsədlərə çatmaq üçün əsas etibarilə azzülallı, yüksəkkalorili 

(karbohidratların və yağların hesabına) pəhriz tətbiq edilir.

XBÇ zamanı  tətbiq olunan pəhriz aşağıdakı  tələblərə cavab 

verməlidir:

1. Pəhriz zülal katabolitlərinin səviyyəsinin aşağı salınmasına 

sövq etməklə orqanizmin öz zülallarının parçalanmasına yol 

verməməlidir. Bir gün ərzində bədənə daxil olan zülalların miqdarının, 

bitki zülalları hesabına, 20–40 q qədər azaltmaqla eyni zamanda 

tərkibində lazımi miqdarda əvəzolunmayan aminturşular olan 

heyvan zülallar daxil edilir. Əvəzolunan aminturşular orqanizmdə 

sintez oluna bilirlər. Amma əvəzolunmayan aminturşular insan 

bədənində sintez oluna bilmədikləri üçün onlar orqanizmə ancaq 

hazır vəziyyətdə daxil olmalıdırlar. BMT-nin Beynəlxalq qidalanma 

təşkilatının tövsiyələrinə görə  əvəzolunmayan aminturşulara tələ-

bat gün ərzində: izoleysin – 1 q,  leysin – 1,52 q, valin – 1,12 q, 

metionin+sistin – 0,75 q, fenilalanin +tirozin – 1,61 q, tireonin – 

0,84 q, triptofan – 0,24 q, lizin – 1,33 q təşkil edir.

Ona görə  pəhrizin zülal komponentini seçdikdə onun tərkibinə 

və zülalın keyfi yyətinə diqqət yetirmək lazımdır. Təyin olunmuşdur 

ki, yumurta ağının tərkibində bütün əvəzolunmayan aminturşular, 

kartofun tərkibində metionindən başqa, bütün əvəzolunmayan 

aminturşular vardır.

Xəstələrin zülal rasiyonunu təmin etmək üçün aşağıdakı qayda 

əsas tutulur: 100 zülal 35 q sidik cövhəri və ya 16 q karbamid azotu 




409

Əlavələr. 

Xroniki böyrək çatışmazlığı 

zamanı pəhriz. 

verir. Belə ki, 1 q sidik ilə ekskressiya olunan karbamidə 3 q zülal 

düşür. Misal üçün- xəstə gün ərzində sidik ilə 10 q karbamid xaric 

edirsə, onun zülal rasionu gündə 30 q zülaldan ibarət olmalıdır 

və bu zaman əvəzolunmayan aminturşuların miqdarı 5 q-dan az 

olmamalıdır.

2. Karbohidrat və yağların hesabına qidanın yüksək kolorajı 

təmin olunmalıdır – 35–50 kkal/kq, və ya 2500–3000 kkal/gün. Qida 

vitaminlərlə  zəngin olmalıdır ki, bədən zülalları parçalanmaqdan 

qorunsun və aminturşulardan zülal sintezi təmin olunsun. 

Karbohidratların yaglara nisbəti 3 : 1 olmalıdır.

3. Xörək duzu pəhrizdən ya tam çıxarılır, yaxud məhdudlaşdırılır, 

ödem və hiertenziya olduqda gün ərzində 4–6 q qədər azaldılır. Əksinə 

natriumun itirildiyi bəzi böyrək xəstəliklərində xörək duzunun bö-

yük miqdarı təyin olunur. Ümümiyyətlə, ödemləri və hipertenziyası 

olmayan xəstələrə xörək duzu məhdudlaşdırılmır. Qəbul olunan 

mayenin miqdarı əvvəlki gün ərzində ifraz olunan sidiyin miqdarı-

nın üzərinə 300–500 ml gəlməklə  təyin olunur. Xəstələrin bədən 

çəkisinin hər gün təyin olunmasının böyük əhəmiyyəti vardır, çünki 

bu vaxtında ödemlərin başlanmasını təyin etməyə imkan verir.

4. Böyük miqdarda meyvə  və  tərəvəz istifadə olunur, onların 

zülal, elektrolit, vitamin tərkibi nəzərə alınır. Kalium ilə zəngin olan 

məhsillar – üzüm, kişmiş, banan, ərik, kartof istifadə olunduqda qan 

plazmasındakı elektrolitin (xüsusən kaliumun) səviyyəsi nəzarət 

olunmalıdır.

5. Böyrəkləri qıcıqlandıran maddələr və içkilər (alkoqol, azotlu, 

ekstraktiv maddələr, tünd çay, qəhvə, kakao, şokolad, kəskin duzlu 

qəlyanaltılar) qadağan olunur.

6. Xəstələrin iştahını yaxşılaşdırmaq üçün müvafi q  kulinar 

işləmələrdən istifadə olunur. Bu məqsədlə  ədviyyatlar (dəfnə 

yarpağı, darçın, mixək, sarıkök və s.) istifadə olunur.

Qida məhsullarında  ən çox əhəmiyyət kəsb edən maddələrin 

miqdarı cədvəli təqdim olunmuşdur.



Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə