Kitab new indd



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə112/120
tarix05.06.2018
ölçüsü2,43 Mb.
#47443
1   ...   108   109   110   111   112   113   114   115   ...   120

386

Dializ

8. Səhər saat 6

00

-da venadaxili  infuziya:  0,9%-li  natrium   



xlorid –500 ml, 5%-li qlükoza – 500 ml yeridilir.

9. Diabetik 

xəstələrdə hər 500 ml qlükoza məhluluna 8 v insu-

lin Aktrapid yeridilir (qlükoza 100 ml/saat sürəti ilə yeridilir).

10.  21

00

 Diazepam 10 mq daxilə verilir.



11.  Tükləri qırxmaq, duş, aseptika.

12.   Axşam yüngül yemək: şorba, sıyıq verilir.

13.  24

00 


 sonra xəstəyə yemək, içmək verilmir.

14.  Səhər xəstə əməliyyat otağına  verilir.                                                                                  

Əməliyyatdan sonra:

15.  Xəstəyə hər gün sarğı aparılır. Sarğı materialları, xəstənin 

geyim paltarları steril olmalıdır.

16.   Laborator  müayinələr iki qrupa ayrılır: 

– rutin analizlər (qanın və sidiyin ümumi analizi) – birinci üç gün 

gündə 2 dəfə aparılır, sonra gündə 1 dəfə.

– genuş analizlər (qanın biokimyəvi analizi: karbamid, kreatinin, 

sidik turşusu, bilirubin, ALT, AST, ümumi zülal, albumin, şəkər, 

xolesterin, triqliseridlər HDL-XS, LDL-XS) həftədə 2 dəfə yoxlanılır.

Sidik həftədə 2 dəfə əkilir.

17. Bədən temperaturu yüksək olduqda  döş  qəfəsinin 

rentgenoqramması müayinəsi edilir, qan hər 0,5 saatdan bir, 3 dəfə 

əkilir, sonra güclü antibiotikoterapiya aparılır. Yüksək qızdırma 

zamanı  əkilmənin cavabı  gələnə  qədər amikasin 500 mq 100 ml 

natrium xloridin fi zioloji  məhlulunda həll edilib vena daxilinə 

infuziya edilir. Əgər qızdırma davam edirsə vankomitsin 1 qr 1 dəfə 

yeridilir və bundan sonra qızdırma ensə 1həftə sonra təkrar etmək. 

2-ci gündən hər gün klotrimazol tabletini ağzında sorur.

18. Ranitidin 3 gündən sonra 150 mq gecə saat 21

00

 , per os, 



ferrum preparatları (Ferraton 1 t) və fol turşusu 1 mq 1 t verilir. 

19. AT yüksək olduqda 10 mq 1 t nifedipin verilir. ALT səviyyəsi 

qalxdıqda ranitidin  və nifedipin kəsilir. Bu dərmanları  kəsdikdən 

sonra yüksək ALT davam etsə onda CMV Ab İgG və İgM yoxlanılır. 

Müsbət çıxsa gansiklovir 500 mq infuziya edilir – 100 mq ilə başlanır. 



387

Fəsil 13. Böyrəkköçürmə 

Bu zaman trombositlər, leykositlərin sayı  və kreatininin səviyyəsi 

nəzarətdə saxlanılır.

Xolesterin səviyyəsi yüksək olduqda lovastatin 20 mq axşam 20

00

 

yeməkdən sonra verilir, hepatolak ilə birlikdə. Qanda çox yüksək 



xolesterin səviyyəsi aşkar olunduqda klofi brat 1 t 1 d təyin olunur. 

20. Biseptol 480 mq əməliyyatdan 3 gün sonra başlayaraq gündə 

1 t, 6 ay müddətində verilir.

21.Metilprednisolon 500 mq/gün infuziya edilir 3–5 gün, sonra 

prednizolon 1 mq /kq başlanılır, 5 gündən sonra 1 t azaldılır, 1 –ci 

ayın axırına 20 mq çatdırılır.

22. Azatioprin yerinə hazırda Sell Sept istifadə olunur, gündə 1 

qr 2 dəfə.

23. Sandimmun (neoral, siklosporin A) 6 mq/kq başlanılır. Əgər 

xəstə  AT görə diltiazem alırsa (30 mq 1 t gündə 2 dəfə), diltiazem 

sandimmunun səviyyəsini yuxarı qaldırdığı üçün nəzərə alınmalı və 

7 gündən sonra sandimmunun qanda səviyyəsi təyin olunur, səviyyə 

150-300 mq/l arasında saxlanmalıdır. Səviyyədən asılı olaraq 

Sandimmunun qəbul dozası ya artırılır, yaxud azaldılır. Anuriya 

zamanı doza daha ciddi nəzarət tələb edir. Sell Sept qəbulu zamanı 

trombositopeniya, leykopeniya və yüksək temperatur müşahidə 

oluna bilər.

Böyrəkköçürmənin birinci günü xəstənin vəziyyəti imkan verirsə 

o, ayağa qaldırılır, yeridilir və daxilə müvafi q qidalar qəbul edir. 

Bəzən xəstə gün ərzində 20–25 l sidik ifraz etdiyi üçün infuzion 

yolla onun yeri doldurulur, natrium, kalium, kalsium, maqneziumun 

qanda səviyyəsi  və turşu–qələvi müvazinəti  nəzarətdə saxlanılır, 

lazım gəldikdə korreksiyalar edilir.

Əməliyyatın birinci günləri ağrı olduqda promedol 3 saatdan bir 

inyeksiya edilir. Sefazolin 500 mq 1 t gündə 3–4 dəfə daxilə verilir.

Cərrahi  əməliyyat kimi texniki cəhətdən böyrəkköçürmə  əksər 

mərkəzlərdə standart prosedura kimi yerinə yetirilir. Adətən, sol 

böyrək sağ qalça çuxuruna yerləşdirilir. Böyrək venası ümumi qalça 

venasına uc-yan, böyrək arteriyası isə ümumi qalça arteriyasına 



388

Dializ

uc-yan anastomoz qoyulur. Sidik axarı sidik kisəsinə xarici 

ureterosistoneostomiya üsulu ilə birləşdirilir (şəkil 17).

Əməliyyatdan sonrakı dövrdə böyrəyin işemiya müddəti qısa 

olduqda o, revaskulyarizasiyadan bir neçə dəqiqə sonra sidik verməyə 

başlayır. Diri donordan götürülmüş böyrəkdən fərqli olaraq, meyitdən 

götürülmüş böyrəyin transplantasiyasından sonra 40%-ə qədər halda 

kəskin kanalcıq nekrozu müşahidə edilir. Diurezin 100–1000 ml/

saatdan yüksək olmasına səbəb transplantatın osmotik yüklənməsi, 

su və elektrolitlərin bədəndə artıq olması və transplantatın proksimal 

kanalcıqlarının işemiyaya uğramasıdır.

Şəkil. Böyrək transplantasiyası zamanı damar anastomozunun sxemi

Òðàíñïëàíòàíò 

áþéðÿê


Öìóìè ãàë÷à

àðòåðèéàñû

Öìóìè ãàë÷à

âåíàñû


Äàõèëè ãàë÷à

àðòåðèéàñû

Òðàíñïëàíòàíò

 ãàë÷à àðòåðèéàñû

Òðàíñïëàíòàíò

âåíàñû


Ñèäèê àõaðû


389

Fəsil 13. Böyrəkköçürmə 

Erkən əməliyyatdan sonrakı dövrdə ifraz olunan sidiyin miqdarına 

görə adekvat olaraq bədənə  məhlullar yeridilir, bəzən hətta diurezi 

saxlamaq məqsədi ilə sidikqovucu da tətbiq edilir. Məhlulun qeyri-

adekvat yeridilməsi oliquriya və böyrək funksiyasının pozulmasına 

səbəb ola bilir ki, bu da vaxtında ayırma sindromunun, sidik yollarının 

obstruksiyasının və damarların oklyuziyasının aşkar olunmasına mane 

olur. Əksinə, transplantatın minimal funksiyası zamanı mayenin artıq 

yeridilməsi durğun ürək çatışmazlığının baş verməsinə  səbəb olur. 

Belə hallarda hiperkaliemiya müşahidə olunur, ona görə kaliumun 

plazmada səviyyəsinin monitorinqi vacibdir və pozğunluqlar tez aradan  

qaldırılmalıdır. Bədəndə mayenin qıtlığı 0,45% natrium xlorid məhlulu 

və qanda şəkərin səviyyəsindən asılı olaraq 5% qlükoza məhlulu ilə 

aradan qaldırılır. 12–48 saat əməliyyatdan sonra yeridilən mayenin 

miqdarı tədricən azaldılır və bu, sidiyin həcminin normaya qayıtmasına 

qədər davam etdirilir, çünki yeni köçürülmüş böyrək sidiyin miqdarını 

requlə etmək qabiliyyətini itirmiş olur.

Sidik kisəsində Foley kateteri 3–5 gün saxlanılır. Retroperitoneal 

əməliyyat yolu istifadə olunduğu üçün bağırsaqların parezi minimal 

dərəcədə olur. Ona görə anesteziyadan ayılandan sonra xəstə qida 

qəbul edə bilər. Arzusu olduqda birinci gündən xəstə ayaq üstə qalxıb 

yeriyə bilər. Cərrahi əməliyyat zamanı və sonrakı 24–48 saat ərzində 

yara infeksiyasının profi laktikası məqsədi ilə antibiotik (sefazolin) 

təyin olunur. Sonrakı dövrdə (6 aya qədər) kiçik dozada biseptol (480 

mq/gün) təyin etməklə sidik yollarının infeksiyasının profi laktikası 

məqsədi güdülür və həm də Pneumocystis carinii pnevmoniyasının 

universal müdafi əsini təmin etmək olur. Kandidozun profi laktikası 

üçün nistatin istifadə olunur. Sitomeqalovirus infeksiyası olduqda 

asiklovir, qansiklovir tətbiq edilir. Antasid, H

2

-reseptorlarının 



blokatorları  mədədə xora əmələgəlmə prosesinin qarşısını almaq 

məqsədi ilə transplantasiyadan sonrakı dövrdə və ya ayrılma sindro-

mu baş verdikdə  təyin olunur. Siklosporin alan əksər xəstələrdə 

arterial hipertenziya müşahidə olunur və ona görə diuretiklər, 

kalsium antaqonistləri və vazodilatatorlardan istifadə olunur.



Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə