396
Dializ
İmmun cavabın əsas hissəsi (hüceyrə və humoral) və transplantatın
zədələnmə dərəcəsi donor ilə resipientin genetik fərqlənməsi və
sensibilizasiya dərəcəsindən asılıdır. Bu zaman resipientin donor
antigenlərinə qarşı sensibilizasiya olunması dərəcəsindən asılı olaraq
damarların anticisim asılı zədələnməsi riski yüksək olur.
Transplantatın ayrılmasında rol oynayan faktorlar:
• Sitokinlər: İL-1 – 4, 6, 10, 12. Sitokinlər antigen stimulyasiyası
nəticəsində T–hüceyrələrdə, xüsusən CD4+ – T limfositlərdə hasil
olan antigenspesifi k həllolunan zülallardır;
• Şişin nekrozu faktoru-alfa
• Interferon -qamma.
Müasir dövrdə kliniki təcrübədə istifadə olunan antisupres siv
agentlər
Kalsinevrin inhibitorları qrupuna siklosporin və takrolimus
aiddirlər və müasir dövrdə solid orqanların transplantasiyasında
istifadə olunan əsas antisupressiv preparatlardırlar. Biokimyəvi
fərqlərə baxmayaraq kliniki və yan təsirlərinə görə bu preparatlar
bir-birinə çox yaxındırlar (cədvəl 13. 2).
Mofetil mikofenolat (MMF)
MMF (Sell Sept) – 1995-ci ildən istifadə olunmağa başlanmış və
azatioprindən effektiv olduğu aşkarlanmışdır. Preparat siklosporin
və kortikosteroidlərlə kombinasiyada kəskin ayrılma sindromunun
müalicəsində effektiv sayılır.
Sirolimus (Rapamun)
Sirolimus həmçinin Rapamisin adı ilə də məlum olub makrolid
antibiotiklər qrupuna aiddir. Transplantologiyada 1999-cu ildən
istifadə olunur. Erkən əməliyyatdan sonrakı dövrdə siklosporin və
kortikosteroidlərlə kombinasiyada kəskin ayrılmanı azatioprinə
nisbətən effektiv müalicə edir, amma MMF nisbətən daha toksik
immunosupressantdır.
397
Fəsil 13. Böyrəkköçürmə
Cədvəl 13. 2
Siklosporin və takrolimusun müqayisəli xarakteristikası
Siklosporin
Takrolimus
Təsir mexanizmi
Kalsinevrin inhibitoru Kalsinevrin inhibitoru
Gündəlik saxlayıcı
doza
3-5 mq/kq
0,15-0,3 mq/kq
Qəbul
Peroral, yaxud
venadaxilinə
Peroral, yaxud
venadaxilinə
Öddən sorulma
asılılığı
Sandimmun - hə,
Neoral - yox
Yox
Mövcud oral
dozaları
100; 50; 25 mq
5; 1; 0,5 mq
Preparatın
terapevtik səviyyəsi
100-400 nq/ml
5-20 nq/ml
Dərmanlarla
qaşılıqlı təsiri:
Təsirini artırır
Təsirini azaldır
BBK, ketokonazol,
fl ukonazol,
eritromitsin, simetidin,
kortikosteroidlər,
amiodaron, karvedilol
Rifampin,
barbiturat, fenitoin,
sefalosporinlər və s.
BBK, ketokonazol,
fl ukonazol,
eritromitsin, simetidin,
kortikosteroidlər,
amiodaron, karvedilol
Rifampin, barbiturat,
fenitoin, sefalosporinlər
və s.
Ayrılmanın
qarşısını almaq
+
++
Ayrilmani müalicə
etmək
+
++
Mikofonetil mofetl
istifadəsi
+
+
Sirolimus ilə
istifadə
+
+
Nefrotoksiklik
+
+
398
Dializ
Steroidlərin
kəsilməsi
+
++
AH, natriumun
ləngiməsi
++
+
Mədəaltı vəzinin
ada hüceyrələrinə
qarşı toksiklik
+
++
Neyrotoksiklik
+
++
Kosmetik yanaşı
təsirlər
++
+
MBT yan
təsirləri
-
+
Hiperkaliyemiya
+
+
Hipermaqniyemiya +
+
Hiper-
xolesterinemiya
+
-
Azatioprin (İmmuran)
Azatioprin 6-merkaptopurinin imidazol törəməsi olub anti-
metabolitdir. Hazırda transplantologiyada az istifadə olunur.
Kortikosteroidlər
Kortikosteroidlərin makrofaqlara və T – hüceyrələrə spesifi k,
həmçinin qeyri-spesifi k immunosupressiv və iltihab əleyhinə
təsirlərə malikdirlər. Ən geniş işlədilən preparatları prednizolon və
metilprednizolondur.
Bioloji immunosupressiv anticisimlər
Monoklonal və poliklonal anticisimlər
Monoklonal anticisimlər, siçan anticisimləri anti CD3 (Ortoklon
OKT3) klinikada 1987-ci ildən insana uygunlaşdırılmış anti-Tac
monoklonal anticisimlər –daklizumab və baziliksimab 1998-ci ildən
istifadə olunur.
Poliklonal anticisimlər atların, dovşanların insan limfoid toxuması
399
Fəsil 13. Böyrəkköçürmə
ilə immunlaşdırılmasından sonra alınan immun zərdabdan qamma-
qlobulin fraksiyasının ayrılması yolu ilə alınır (cədvəl 12. 3)
Cədvəl 13.3
Böyrək transplantasiyasından sonra immunosupressiya
üçün istifadə olunan anticisim preparatlar
Preparat
Göstəriş
Monoklonal
İnduksiya
Ayrılma
OKT3
(+)
+
Baziliksimab
+
-
Daklizumab
+
-
Poliklonal
Atqam
+
+
Timoqlobulin
(+)
+
Yeni immunosupressiv preparatlar
Hazırda kohnə immunosupressiv preparatların modifi kasiya
edilməsi və yenilərinin yaradılması üzərində intensiv axtarışlar
aparılır.
Məlum preparatların modifi kasiyası üzərində tədqiqatlar SDZ
RAD (Sertikan), ERL080A (Mifortik), İndolil-ASC – kimi agentlər
yoxlanılır.
Yeni preparatlar FTY 720, Hum291, Anti-CD3, OKT4A üzərində
tədqiqatlar davam edir.
İmmunodepressantların təsir mexanizmi siqnal 1 təsir edən pre-
pa ratlar.Monoklonal anticisimlər OKT3 təsiri CD3 molekuluna
qarşı yönəlmişdir. Poliklonal anticisimlərin (məs.: antitimositar
qlobulin) təsiri CD3 molekuluna və hüceyrə üzərində olan müxtəlif
markerlərə qarşı yönəlir. Siklosporin və takpolimus İL-2 genin
transkripsiyasının ləngiməsinə səbəb olan kalsinevrinin fosfataza