Kitab Elxan muellim indd



Yüklə 12,2 Mb.
Pdf görüntüsü
səhifə58/61
tarix10.07.2018
ölçüsü12,2 Mb.
#54725
1   ...   53   54   55   56   57   58   59   60   61

221
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
etmişdilər.  Sənəd  Büroya,  Hüquq  məsələləri  və  insan 
hüquqları  komitəsinə,  oradan  yenidən  Büroya,  sonra 
yenidən komitəyə göndərilmişdi. Hüquq məsələləri və 
insan hüquqları komitəsində buna həmişə qeyri-obyek-
tiv yanaşıblar. komitədə 1272 (2002) saylı qətnaməyə is-
tinad edərək bildirmişdilər ki, AŞPA-nın guya meyarları 
var. Məsuliyyətlə deyirəm ki, 1272 saylı qətnamə ümumi 
Avropa məkanına şamil edilə biləcək hüquqi sənəd sayı-
la bilməz. 1272 saylı qətnamə özündə heç bir meyarları 
əks etdirmir və siyasi məhbus ehtimal olunan bir neçə 
məhbusun  azadlığa  buraxılması  haqqında  qətnamədir. 
Bir sözlə, Avropa Şurasının siyasi məhbus meyarları ilə 
bağlı  bütün  üzv  dövlətlərə  şamil  edilə  biləcək  hüquqi 
sənədi yoxdur.
-  Komitənin  5  oktyabr  tarixli  iclası  zamanı 
müzakirələr və qəbul edilmiş qərarın mahiyyəti haq-
qında məlumat verməyinizi xahiş edirik.
-  Bu  ilin  yaz-yay  aylarında  AŞPA-nın  əsasən  Qərbi 
Avropa  ölkələrindən  olan  36  deputatı  Büroya  sənəd 
təqdim etdi. Onlar bu sənəddə tələb etmişdilər ki, “si-
yasi  məhbus”  anlayışının  meyarlarını  hazırlamaq  və 
siyasi  məhbusların  mövcudluğunu  təyin  etmək  üçün 
hazırlanacaq sənədlər müxtəlif məruzəçilər arasında bö-
lünsün. Nəhayət, Hüquq məsələləri və insan hüquqları 
komitəsinin  5  oktyabr  2011-ci  il  tarixli  iclasında  siyasi 
məhbus problemi ilə bağlı yenidən müzakirələr keçiril-
di.  Müzakirələr  çox  gərgin  keçdi.  Müzakirələr  zamanı 
komitə sədri cənab kristos Pirqurides, Fransadan, ispa-
niyadan komitə üzvü olan deputatlar çıxış etdilər. Pir-
qurides öz çıxışında vurğuladı ki, Azərbaycan hökuməti 
siyasi məhbuslar üzrə məruzəçilərlə əməkdaşlıq etməyə, 
onlara  şərait  yaratmağa  hazırdır.  lakin  Azərbaycan 
hökuməti  siyasi  məhbus  problemi  ilə  bağlı  47  üzv 
ölkədən yalnız Azərbaycanın seçilməsini böyük təəccüb 
və  təəssüf  hissi  ilə  qarşılayır.  O,  siyasi  məhbus  üzrə 


222
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
məruzənin yalnız Azərbaycana şamil edilməsinin doğ-
rudan da ikili standart və ayrı-seçkiliyə səbəb olduğunu 
diqqətə çatdırdı, bu səbəbdən də “Azərbaycanda siyasi 
məhbus məsələsinin araşdırılması” adlı məsələnin “Av-
ropa Şurasına üzv dövlətlərdə siyasi məhbus problemi-
nin  araşdırılması”  adlandırılmasını  məqsədəmüvafiq 
sayıldığını  bildirdi.  Sonra  təklif  səsə  qoyuldu,  2  nəfər 
əleyhinə  səs  versə  də,  mütləq  çoxluqla  qəbul  edil-
di.  Səsvermə  nəticəsində  komitə  qərara  aldı  ki,  siyasi 
məhbus problemi tək Azərbaycanda deyil, quruma üzv 
olan bütün dövlətlərdə araşdırılsın. 
Beləliklə,  Azərbaycan  hökumətinin  və  Azərbaycan 
nümayəndə heyətinin on illik gərgin səyləri nəticəsində 
haqq və ədalət bərpa edildi, ölkəmizə qarşı ayrı-seçkiliyə, 
ikili  standarta,  qərəzli  mövqeyə  son  qoyuldu.  Yeri 
gəlmişkən,  bildirməliyəm  ki,  Monitorinq  komitəsinin 
6 oktyabr tarixində keçirilən iclasında da siyasi məhbus 
problemi  müzakirə  predmeti  olub.  Müzakirələr  za-
manı  Azərbaycan  üzrə  həmməruzəçilər  jurnalist  Ey-
nulla  Fətullayevin,  “ieqova  Şahidləri”  dini  sektasının 
həbsdə  olan  yeganə  üzvünün Azərbaycan  hakimiyyəti 
tərəfindən  əfv  edilərək  azadlığa  buraxılmasını  pozitiv 
hal  kimi  komitə  üzvlərinin  diqqətinə  çatdırdılar.  iclas-
da  eyni  zamanda  leyla  Yunusun  ofisinin  sökülməsi 
məsələsinə  də  toxunublar.  Onlar  bildiriblər  ki,  ofisin 
yerləşdiyi ərazidə yüzlərlə vətəndaşın da evləri sökülüb 
və hər bir kəsə dövlət tərəfindən müvafiq qaydada bazar 
qiymətinə uyğun kompensasiyalar ödənilib, lakin ley-
la Yunus təklif edilən qiymətlərlə razı olmayıb. Qərara 
alınıb ki, həmməruzəçilərin Azərbaycana növbəti səfəri 
zamanı məsələ araşdırılsın. 
- Nəhayət hesab etmək olarmı ki, Avropa Şurasında 
siyasi məhbus problemi öz həllini tapdı?
-  xeyr.  Belə  qərarın  qəbul  edilməsi  problemin  öz 
həllini tapması demək deyil, məsələ hələ də AŞPA Hü-


223
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
quq  Məsələləri  və  insan  Hüquqları  komitəsində  sona 
qədər öz cavabını tapmayıb. Belə ki, yalnız məruzənin 
adı  dəyişdirilib,  lakin  meyarlar  olmadan  məruzəçi  hər 
hansı  ölkədə  kimin  siyasi  məhbus  olmasını  müəyyən 
edəcək.  Bu  isə  qeyri-məntiqi  bir  vəziyyətin  yaranma-
sından  xəbər  verir.  Problemin  öz  həllini  tapması  üçün 
yeganə yol var. Bu yol AŞPA-nın plenar iclasında “siya-
si  məhbus”  anlayışının  hüquqi  təbiətini,  onun  meyar-
larını özündə ehtiva edən sənədin qəbul edilməsindən 
ibarətdir.  Azərbaycan  məruzəçilərlə  və  beynəlxalq 
institutların  nümayəndələri  ilə  əməkdaşlıq  edir  və 
etməyə hazırdır. Biz siyasi məhbus üzrə məruzəçi ilə də 
əməkdaşlıq etməyə hazırıq, lakin qəbul etmək lazımdır 
ki, hazırda məruzəçi təkcə Azərbaycan üzrə deyil, AŞ-yə 
üzv olan bütün dövlətlərdə siyasi məhbus məsələsinin 
araşdırılması  və  meyarların  müəyyənləşdirilməsi  üzrə 
məruzəçidir. Düşünürəm ki, məruzəçi hər hansı ölkəyə 
getməzdən əvvəl öz təqvim planı, hansı ölkələrdə ola-
cağına dair fəaliyyət planı və onun istiqamətləri barədə 
məlumatları komitəyə təqdim etməli və bunlar komitədə 
təsdiq edildikdən sonra o, öz fəaliyyətinə başlamalıdır.
 


Yüklə 12,2 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə