215
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
çoxluğu qazanılmadı. Odur ki, məsələyə sentyabr sessiya-
sı zamanı Büro iclasında yenidən baxılması qərara alındı.
Müzakirələr zamanı AvRONESt PA-nın Ai-dən olan üzvü,
Polşalı deputat Saryujvolski AvRONESt PA-nın sessiya-
larının növbəti 2 il ərzində Şərq tərəfdaşlığı ölkələrində
keçirilməməsi barədə təkliflə çıxış etdi. Mən dərhal vols-
kinin bu təklifi ilə bağlı öz fikrimi bildirdim və qeyd etdim
ki, bu təklif açıq-aşkar etibarlılıq, qarşılıqlı etimad və ay-
dınlıq prinsiplərinə əsaslanan əməkdaşlığın başlanğıcında
Şərq tərəfdaşı ölkələrinə qarşı ayrı-seçkiliyə və ikili stan-
dartlara yol açır, bütövlükdə bu təşkilatı mənasız bir quru-
ma çevirir. Şərq tərəfdaşlığı ölkələri, xüsusən də Ukrayna,
Gürcüstan və Moldova mənə dəstək göstərdilər. Belə olan
halda cənab Saryujvolski bir daha söz alaraq soruşdu ki,
Azərbaycandan başqa digər Şərq tərəfdaşlığı ölkəsi sessi-
yanın keçirilməsi ilə bağlı müraciət edibmi? Mən onun sua-
lını cavablandıraraq bildirdim ki, Ermənistan tərəfi cari ilin
sentyabr sessiyasının bu dövlətin müstəqilliyinin ildönümü
günlərində irəvanda keçirilməsi ilə bağlı müraciət etmişdi,
lakin 2012-ci il sessiyasının keçirilməsi ilə bağlı müraciət
etməyib. Uzun müzakirələrdən sonra AvRONESt PA-nın
ikinci növbəti sessiyasının 2012-ci ilin may ayında Bakıda
keçirilməsi barədə qərar qəbul edildi. Hesab edirəm ki, bu
qərar Azərbaycan nümayəndə heyətinin əldə etdiyi siyasi
uğurdur. Eyni zamanda qərara alındı ki, komitələrin iclas-
larının hansı ölkədə keçiriləcəyi barədə məsələlər Büroda
müzakirə edilsin. Büro sosial komitənin iclasının 2012-ci
ilin fevral ayında Ermənistanda keçirilməsi haqqında da
qərar qəbul etdi. Büroda həmçinin yeni məruzə mövzuları,
fəaliyyət planı müzakirə edildi.
- Komitə iclasları barədə nə deyə bilərsiniz?
- Sessiyanın ilk günü AvRONESt PA-nın Ener-
ji təhlükəsizliyi, iqtisadi siyasət və Sosial məsələlər
komitələrinin iclasları keçirildi və bu komitələrin hazırla-
dıqları sənədlər qəbul edildi.
216
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
- Siz Siyasi Məsələlər, İnsan Hüquqları və Demokrati-
ya Komitəsinin iclasını qeyd etmədiniz...
- 14 sentyabrda Siyasi Məsələlər, insan Hüquqları və
Demokratiya komitəsinin də iclası keçirildi. iclasda bu
komitə tərəfindən hazırlanmış “2011-ci il Şərqi tərəfdaşlıq
Sammitinə tövsiyələrə dair: məqsədyönlü fəaliyyət
üçün yüksək gözləntilər” adlı məruzə müzakirə edildi.
Məruzə ilə bağlı AvRONESt PA-nın Şərq tərəfdaşlığı
ölkələrinin milli nümayəndə heyətləri və Ai-dən olan
üzvləri tərəfindən çoxsaylı düzəlişlər təklif edilmişdi.
Qeyd edim ki, Ermənistan tərəfi Azərbaycanın mövqeyinə
ciddi zərbə vura biləcək təkliflər etmişdi. Ermənistan
nümayəndə heyətinin təklifləri əsasən Şərq tərəfdaşlığı
ölkələri ərazisində mövcud olan münaqişələrin həlli ilə
bağlı BMt təhlükəsizlik Şurası, AŞPA, Avropa Parla-
menti kimi beynəlxalq təşkilatların qəbul etmiş olduq-
ları qətnamə və qərarlardan məruzədə yan keçilməsi,
Ermənistanın enerji siyasətinə qoşulması, regional iqtisadi
inteqrasiya proseslərində və regionun iştirak etdiyi trans-
milli layihələrdə iştirakı, Şərq tərəfdaşlığı ölkələri arasında
sərhədlərin silinməsi və s. ibarət olub.
lakin, Azərbaycan nümayəndə heyəti israrla bu
təkliflərin qəbuledilməz olduğunu bildirib, Ermənistanın
Azərbaycan ərazilərinin 20 faizini işğal etməsini, 1 mil-
yondan artıq Azərbaycan vətəndaşının qaçqın və məcburi
köçkün həyatı yaşamasını, indiyədək işğal altında olan
ərazilərin azad edilməməsini, məcburi köçkünlərin öz yurd-
larına qayıtmaq və təhlükəsiz yaşamaq hüquqlarının təmin
edilməməsini, bu istiqamətdə Ermənistanın qeyri-kons-
truktiv mövqe tutmasını, bu dövlətin ümumiyyətlə region-
da destruktiv siyasət həyata keçirməsini komitə üzvlərinin
diqqətinə çatdırıb. Nəticədə, məruzədə nüfuzlu beynəlxalq
təşkilatların qərarları nəzərə alınmaqla, Avropa ittifaqı-
nın Şərq tərəfdaşlığı ölkələri ərazisində münaqişələrin
həllində aktiv iştirak etməsi, Şərq tərəfdaşlığı ölkələrinin
217
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
suverenliyi, ərazi bütövlüyü və sərhəd toxunulmazlı-
ğına hörmət edilməsi barədə bəndlərin əks etdirilməsi
qərara alındı. Bundan əlavə, Ermənistanın “mənbə və
ya tranzit ölkəsi olmasından asılı olmayaraq, hər hansı
Şərq tərəfdaşlığı ölkəsinin enerji təhlükəsizliyi sahəsində
tam regional əməkdaşlıqdan çıxarılması və ya təcridinə
yönəlmiş siyasəti ittiham etmək” təklifi məruzədən silin-
di. Azərbaycan nümayəndə heyəti adından çıxış edərək
bildirdim ki, mən bu sənədi təsdiqləyə bilmərəm. Belə
ki, bu sənəd cənubi Qafqazdakı reallıqları əks etdirmir,
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nüfuzlu beynəlxalq
təşkilatların qəbul etdikləri qərarlara hörmət və onların
yerinə yetirilməsinin təsdiq edilməsi cəsarətini özündə əks
etdirmir. Odur ki, AvRONESt PA üçün bu sahədə hər han-
sı irəliləyiş əldə etmək çətindir. Nəticədə, Azərbaycanın
etirazı ilə bağlı məsələləri konsensus yolu ilə razılaşdırıl-
maq üçün AvRONESt PA-nın 15 sentyabrda keçiriləcək
plenar iclasında müzakirəyə çıxarılması qərara alındı. ina-
nıram ki, Azərbaycan nümayəndə heyəti plenar iclasda
Azərbaycanın maraqlarını sona qədər qoruya biləcək, ona
cavab verməyən hər hansı bir qərarların qəbul edilməsinə
imkan verməyəcək.
- Qəbul edilmiş qərarlar kontekstində Azərbaycan
nümayəndə heyətinin fəaliyyətini necə qiymətlən-
dirirsiniz?
- Azərbaycan nümayəndə heyətinin üzvləri son dörd
ay ərzində gərgin işlər aparıb, bu işlərin sayəsində Av-
RONESt PA-nın növbəti sessiyasının Bakıda keçirilməsi
kimi siyasi uğur əldə etmiş, Azərbaycanın maraqları-
na cavab verən qərarların qəbul edilməsinə nail olub,
ölkəmizin mövqelərinin zəiflədilməsi istiqamətində
Ermənistan tərəfinin düzəlişlərinin qarşısını alıb. Odur
ki, Azərbaycan nümayəndə heyətinin fəaliyyətini yüksək
qiymətləndirirəm.
Dostları ilə paylaş: |