Kitab Elxan muellim indd



Yüklə 12,2 Mb.
Pdf görüntüsü
səhifə3/61
tarix10.07.2018
ölçüsü12,2 Mb.
#54725
1   2   3   4   5   6   7   8   9   ...   61

12
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
85 saylı Şamaxı seçki dairəsindən 
Azərbaycan Respublikasının Milli Məclis 
üzvlüyünə namizəd Süleymanov Elxan 
Sirac oğlunun seçicilərə müraciəti
əziz Seçicilər! 
Sizi  və  məni  yaxından  maraqlandıran  Şamaxının 
gələcəyi  üçün  etdiyim  müraciətə  bir  neçə  dəqiqə  vaxt 
ayırmağınızı xahiş edirəm. Biz hamımız bilirik ki, Şama-
xıda problemlər var və onlar öz həllini tapmalıdır. Siz bu 
problemlərin həllini tələb etdikdə çox böyük tələb yox, 
sadəcə öz haqqınızı tələb edirsiniz. Bu, Sizin haqqınız-
dır və mən Sizin öz haqqınıza çatmağınız üçün Sizinlə 
birlikdə daima çalışacağam.
vətənimizin gözəl bir guşəsi olan Şamaxıda görəcəyim 
işlərlə  bağlı  verdiyim  vədləri  yerinə  yetirməyi  özümə 
Borc, Öhdəlik və Şərəf bilirəm. Bunlar yalan vədlər de-
yil. Mən vəd verib yerinə yetirməyənlərdən deyiləm.
əziz  Seçicilər!  Bu  gün  rayonumuzda  olan  vacib 
problemləri real maliyyə resursları olmadan həll etmək 
mümkün deyildir. Bu maliyyə resurslarını tapmaq üçün 
bütün imkanlarımı səfərbər etməyə söz verirəm.
Şamaxının su, işıq, yol, kanalizasiya problemləri həll 
olunmalıdır.  Bu,  xxI  əsrdə  insan  üçün  minimal  həyat 
şəraiti deməkdir. Milli Məclisin üzvü seçiləcəyim halda 
Şamaxıda  həyata  keçirməyi  nəzərdə  tutduğum  5  illik 
plana uyğun olaraq, bu məsələlərin həlli üçün müvafiq 
strukturlarda daima məsələ qaldırıb həllini tapmağa səy 
göstərəcəyəm.
Şamaxıda  yeni  iş  yerlərinin  açılması  mənim  əsas 
məqsədlərimdən  biridir.  Bunun  üçün  yerli  və  xari-
ci  investisiyaların  cəlb  edilməsinə  bütün  imkanlarımı 
səfərbər edəcəyəm.


13
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
Hər  biriniz  müxtəlif  səciyyəli  problemlərlə  rastlaşıb 
çətinliyə düşdükdə mən Sizinlə olacağam.
Mən Şamaxının tərəqqisində iştirak etmək, insanların 
həyat  tərzinin  yaxşılaşmasına  imkanlarımı  sərf  etmək 
üçün  namizədliyimi  irəli  sürmüşəm.  Milli  Məclisdə 
sizlərin  təmsilçisi,  istəklərinizi  gerçəkləşdirəcək  millət 
vəkiliniz olmağımı 7 noyabrda Sizin Səsiniz həll edəcək. 
əgər Şamaxının inkişafı və daha da yaxşı olması sizi ma-
raqlandırırsa, tərəddüd etməyin, Noyabr ayının 7-də, El-
xan Süleymanova səs verin, çünki yalnız mən daha fərqli 
işlər görə bilərəm, və bunu da sizin üçün edəcəyəm.
Gəlin  gözləməyək!  Doğma  Şirvan  torpağımızın 
mərkəzi Şamaxının işıqlı gələcəyini qurmaqda mən Si-
zin tək və real namizədinizəm. Birlikdə xxI əsr üçün Şa-
maxını quraq! Gəlin indi xəyallarımızın Şamaxısını birgə 
gerçəkləşdirək!
Mən  sizlərdən  biriyəm,  sevincinizi  və  kədərinizi 
bölüşürəm və həmişə sizin ixtiyarınızdayam!


14
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
Azərbaycan Respublikası Mərkəzi Seçki 
Komissiyasının Protokolu dərc edilmişdir
23.11.2010
Noyabrın  23-də  rəsmi  dövlət  qəzetlərində  7  no-
yabr  2010-cu  il  tarixdə  keçirilmiş Azərbaycan  Respub-
likası  Milli  Məclisinə  seçkilərdə  (dördüncü  çağırış) 
səsvermənin ümumi yekunlarına dair Azərbaycan Res-
publikası Mərkəzi Seçki komissiyasının Protokolu dərc 
edilmişdir. Həmin protokola əsasən, 85 saylı Şamaxı seç-
ki dairəsindən Süleymanov Elxan Sirac oğlu Azərbaycan 
Respublikası Milli Məclisinin deputatı seçilmişdir.


15
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
Azərbaycan Respublikasının 
Konstitusiya Məhkəməsi parlament 
seçkilərinin nəticələrini təsdiqlədi
29.11.2011
Azərbaycan  Respublikası  konstitusiya  Məhkəməsi 
Plenumunun  noyabrın  29-da  keçirilən  iclasında  kons-
titusiyasının  86-cı  maddəsinə  uyğun  olaraq,  2010-cu 
il  noyabrın  7-də Azərbaycan  Milli  Məclisinə  keçirilmiş 
seçkilərin nəticələrinin yoxlanılması və təsdiq olunma-
sına dair məsələyə baxılması davam etdirilib. xatırladaq 
ki, konstitusiya Məhkəməsi Plenumunun bununla bağı 
ilk iclası noyabrın 26-da keçirilmişdi.  
konstitusiya  Məhkəməsinin  sədri  Fərhad  Abdulla-
yev iclasın qərarını elan edib. Qərara əsasən, konstitu-
siya Məhkəməsi seçkilərin nəticələrini təsdiqləyib. Yal-
nız  ayrı-ayrı  dairələr  üzrə  ümumilikdə  46  məntəqədə 
səsvermənin  nəticələri  ləğv  olunub  ki,  bu  da  dairələr 
üzrə nəticələrə təsir etmir.   
xatırladaq  ki,  2010-cu  il  noyabrın  7-də  4-cü  Çağı-
rış Azərbaycan Milli Məclisinə keçirilən seçkilərdə 743 
nəfərin  namizədliyi  qeydə  alınıb.  Namizədliyi  qeydə 
alınmış şəxslərdən 53 nəfəri namizədliyini geri götürüb. 
125  deputat  mandatı  uğrunda  690  namizəd  mübarizə 
aparıb.  
Seçici  siyahılarında  4  946  588  nəfər  səsvermə  hüqu-
qu olan vətəndaşın adı olub. Seçkilərdə 2 480 205 seçici 
(ölkə üzrə seçicilərin 50,14%-i) iştirak edib.  
Seçkiləri  qeydiyyatdan  keçmiş  48  mindən  artıq 
müşahidəçi,  o  cümlədən  MSk-da  akkreditə  olunmuş 
1024 beynəlxalq müşahidəçi izləyib.  
MSk 7 noyabr seçkiləri ilə bağlı 20 DSk üzrə 46 seç-
ki məntəqəsində seçkinin nəticələrini ləğv edib, DSk-lar 


16
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
tərəfindən nəticəsi ləğv olunan məntəqələrin sayı 3 olub.  
Seçkilərdə  Yeni  Azərbaycan  Partiyası  71,  vətəndaş 
Həmrəyliyi Partiyası 3, Ana vətən Partiyası 2, Demokra-
tik islahatlar Partiyası 1, Bütöv Azərbaycan xalq cəbhəsi 
Partiyası  1,  Böyük  Quruluş  Partiyası  1,  vətəndaş  Birli-
yi Partiyası 1, ədalət Partiyası 1, Azərbaycan Sosial Ri-
fah Partiyası 1, Ümid Partiyası 1 yer qazanıb. Seçkilərdə 
qələbə qazanmış digər şəxslər bitərəflərdir.  
konstitusiya  Məhkəməsi  85  saylı  Şamaxı  seç-
ki  dairəsindən  Süleymanov  Elxan  Sirac  oğlunun 
Azərbaycan Respublikası Milli Məslisinin deputatı seçil-
diyini təsdiq etmişdir.


Yüklə 12,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə