Kərimov Erkin İnqilab oğlu Kommersiya banklarında veksel əməliyyatları



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə12/22
tarix08.09.2018
ölçüsü1,65 Mb.
#66888
1   ...   8   9   10   11   12   13   14   15   ...   22

39 

 

     Bank  veksel  əməliyyatlarından  biri  də  veksel  zaminliyidir.Veksel  dövriyyəsində 



aval  -  veksel  zaminliyi  xüsusi  rol  oynayır.  Avalın  köməyi  ilə  köçürmə  veksel  üzrə 

ödəniĢ  tam  və  ya  veksel  məbləğinin  bir  hissəsi  ilə  təmin  oluna  bilər.  Bu  təminat 

üçüncü Ģəxslərə və ya vekseli imzalamıĢ Ģəxslərdən birinə verilir. 

     Aval  köçürmə  vekseldə,  alloncda  və  ya  verilmə  yeri  göstərilməklə  ayrı  vərəqədə 

verilir. O, bir qayda olaraq, «aval hesab etmək» sözləri ilə ifadə olunur və avalı verən 

Ģəxs tərəfindən imzalanır.

 11 

[6] 


     Aval  üçün  ancaq  avalist  tərəfindən  köçürmə  vekselin  üst  səhifəsində  edilmiĢ  bir 

imzanın  olması  kifayət  edir.  Lakin  bu  imza  ancaq  ödəyici  və  ya  veksel  verən 

tərəfindən edilməlidir. Avalda onun kimin hesabına verilməsi göstərilməlidir. Avalda 

belə bir göstəriĢin olmaması onun veksel verən tərəfindən verilməsi hesab edilir. 

     Köçürmə veksel ödənildikdən sonra avalist zəmanətin kimə verilməsi və ona görə 

borclu olan Ģəxslərə münasibətdə köçürmə vekseldən irəli gələn hüquqları əldə edir. 

     Veksel  üzrə  ödəniĢ  müddəti  xüsusi  əhəmiyyət  kəsb  edir  və  aĢağıdakı  hallarda 

müəyyən olunur: 

əqdim edilməklə; 

əqdim edildikdən sonra müəyyən vaxta qədər

ərtib edildikdən sonra müəyyən vaxta qədər; 

əyyən gündə. 

     Köçürmə  vekseldə  digər  hər  hansı  bir  müddət,  eyni  zamanda  ödəniĢin  ardıcıl 

müddətləri göstərilə bilməz. Təqdim edilməklə ödəniĢ olunduğu halda təqdim edilmə 

günü ödəniĢ günü hesab olunur. Bu üsul həmiĢə müəyyən pul məbləğinə malik olmaq 

istəyən  ödəyici  üçün  əlveriĢli  deyil.  Bu  zaman  veksel  tərtib  edildiyi  gündən  bir  il 

ərzində  ödəniĢə  təqdim  edilməlidir.  Veksel  verən  bu  müddəti  qısalda  və  ya  daha 

uzunmüddətli edə bilər. Veksel verən müəyyənləĢdirə bilər ki, təqdimetmə  müddəti 

                                                           

11-


 

 Z.Məmmədov- “Beynəlxalq valyuta-kredit münasibətləri və xarici ölkələrin pul-kredit sistemi”, Bakı-2001

  

 



40 

 

üzrə köçürmə veksel müəyyən edilmiĢ müddətdən əvvəl ödəniĢə təqdim edilə bilməz. 



Belə halda təqdimetmə üçün müddət bu müddətdən baĢlayır. 

     Təqdim  edildiyi  gündən sonrakı dövrə görə köçürmə  veksel  üzrə ödəniĢ  müddəti 

ya  akseptin,  ya  da  protestin  tarixi  ilə  müəyyən  olunur.  Protest  mövcud  olmadıqda 

akseptanta münasibətdə tarix göstərilməmiĢ aksept akseptə təqdimetmə üçün nəzərdə 

tutulmuĢ  müddətin  son  günü  edilmiĢ  hesab  olunur.  Təqdim  edildikdən  sonrakı  gün 

göstərilməklə  olan  vekselödəyici  üçün  əlveriĢlidir,  ona  ödəniĢə  hazırlaĢmağa  imkan 

yaradır. 

     Göstərilən müddətin istifadəsi təqdim edilmənin mühüm günüdür, həmin vaxtdan 

ödəniĢ  müddəti  hesablanmağa  baĢlanır.  Təqdimedilmə  günü  vekseldə  ödəyicinin 

ödəniĢə razılığı və ya protestin tarixi barədə qeydləri hesab edilir. 

      Tərtib edildiyi andan bir ay və ya bir neçə ay müddətinə verilmiĢ köçürmə veksel 

üzrə ödəniĢ müddəti ödəniĢ edilməli olan ayın müvafiq günündən baĢlayır. Belə bir 

ayın  müvafiq  günü  olmadıqda,  ödəniĢ  müddəti  həmin  ayın  sonuncu  günü  baĢa 

çatır.Əgər köçürmə veksel tərtib edildiyi və ya təqdim edildiyi andan yarımaya və ya 

bir  neçə  ayın  yarısına  kimi  olan  müddətə  verilmiĢdirsə,  onda  əvvəlcədən  tam  ay 

hesablanır.  Əgər  ödəniĢ  müddəti  ayın  əvvəlinə,  ortalarına  və  ya  sonuna  təyin 

edilmiĢdirsə,onda  bu  ifadələrlə  ayın  biri,  onbeĢi  və  son  günü  hesab  olunur.«Səkkiz 

gün» və ya «on beĢ gün» ifadələrində bir və ya iki həftə deyil, məhz tam səkkiz və ya 

onbeĢ gün olan  müddəti bildirir.«Yarımay»  ifadəsi  onbeĢ günlük  müddət kimi  baĢa 

düĢülür. 

     Vekselin əsas təyinatı – ödəniĢin alınmasıdır. Müəyyən gündə, tərtib edildiyi və ya 

təqdim  olunduğu  gündən  sonrakı  müddətə  olan  köçürmə  vekseli  saxlayan  ya 

ödənilməli  olan  günü,ya  da  növbəti  iki  gündən  birində  köçürmə  vekseli  ödəniĢə 

təqdim edilir. 

     Maliyyəçi  xatırlamalıdır  ki,  ödəyici  köçürmə  vekseli  ödəyən  zaman  ödəniĢin 

alınmasına  dair  veksel  saxlayan  tərəfindən  qəbzin  verilməsini  tələb  edə  bilər.  Bu 

zaman veksel saxlayan ödəniĢin bir qismini qəbul etməkdən imtina edə bilməz. 



41 

 

Qismən ödəniĢ edildikdə ödəyici vekseldə belə bir ödəniĢ barədə qeyd olunmasını və 



bu barədə qəbzin verilməsini tələb edə bilər. 

     Veksel saxlayan müddət baĢa çatmayana kimi köçürmə veksel üzrə ödəniĢi qəbul 

etməli  deyildir.  Ödəyici  indossantların  imzalarını  deyil,  indossamentlərin  sıra 

ardıcıllığının düzgünlüyünü yoxlamalıdır.

 12 

[12] 


     Əgər  köçürmə  veksel  ödəniĢ  yeri  ilə  əlaqəsi  olmayan  valyuta  ilə  yazılmıĢdırsa, 

onda onun məbləği ödəniĢ günü baĢa çatdıqda məzənnə üzrə digər valyuta ilə ödənilə 

bilər. Əgər borclu ödəniĢ vaxtını gecikdirmiĢdirsə, veksel saxlayan öz mülahizəsi ilə 

köçürmə  vekselin  məbləğini  ya  ödəniĢ  vaxtı  baĢa  çatdıqda,  ya  da  ödəniĢ  günü 

məzənnə üzrə digər valyuta ilə ödənilməsini tələb edə bilər. 

     Maliyyəçi  xarici  valyutanın  məzənnəsinin  Mərkəzi  Bankın  rəsmi  məzənnəsi  ilə 

müəyyən edilməsinə diqqət yetirməlidir. Belə ki, veksel verən müəyyən edə bilər ki, 

ödənilməli  olan  məbləğ  vekseldə göstərilən  məzənnə  ilə  hesablanır.  Belə ki,  veksel 

verən  müəyyən  edə  bilər  ki,  ödənilməli  olan  məbləğ  vekseldə  göstərilən  məbləğlə 

hesablanır. Bu qayda veksel verənin vekseldə göstərilən və müəyyən olunan valyuta 

ilə  ödəniĢinin  həyata  keçirilməsinə  tətbiq  edilmir.  Bu  hər  hansı  xarici  valyuta  ilə 

səmərəli ödəniĢ qeydi adlandırılır. 

     Müəyyən olunmuĢ vaxtda köçürmə veksel ödəniĢə təqdim edilmədiyi halda borclu 

veksel  saxlayanın  hesabına  müvafiq  hökumətin  orqanında  veksel  məbləğini  depozit 

qismində daxil edə bilər. 

     Bank  əməliyyatlarının  bir  forması  da  vekselin  ödənilməməsi  və  qeyri  aksept 

əməliyyatlardır. 

     Qeyri-aksept  və  ya  ödəniĢ  edilmədiyi  halda  iddia  verilə  bilər.  Veksel  saxlayan 

aĢağıdakı hallarda öz iddiasını indossantlara, veksel verənə və digər borclu Ģəxslərə 

qarĢı yönəldə bilər: 

əniĢ edilmədiyi və ödəniĢ müddəti baĢa çatdığı təqdirdə; 

əniĢ müddəti baĢa çatana kimi akseptdən tam və ya qismən imtina edildikdə

                                                           

12-


 

Richard S.Thorn –“Introduction to money and banking”



 


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə