Kemaleddin yeni 60-90. indd



Yüklə 6,85 Mb.
Pdf görüntüsü
səhifə3/28
tarix12.10.2018
ölçüsü6,85 Mb.
#73281
1   2   3   4   5   6   7   8   9   ...   28

              Hacı Mirfazil 
12
Mütəal Allah öz müqəddəs kitabı Qurani-
Kərimdə bu barədə belə buyurmuşdur:  Bis-
millahir Rəhmanir-Rəhim.
1) (Ya Peyğəmbər) Həqiqətən, biz sənə 
Kövsəri əta etdik (çoxlu xeyir, sabid din, baqi 
kitab, sonsuz elm Həzrəti Fatimə  (ə.s), gün-
dən-günə artıb çoxalan baqi nəslini və ifrətini, 
ümmətin alimlərini Kövsər hovuzu və cənnətdə 
çay  əta etdik).
2) Odur ki, rəbbinə itaət et, namaz qıl və 
qurban kəs.
3) Həqiqətən sənin düşmənin özü sonsuz və 
nəsli kəsilmişdir. Bu mübarək ayədəki sənin 
nəslin deyəndə məsum imamlardır. Sənin ifrətin 
deyəndə imamlardan törənən seyidlərdir. 
Bu gün də görürük ki, Allahın bərəkəti ilə 
yer üzərində  qırx milyon Peyğəmbər (s) nəsli 
seyidlər yaşayırlar. Yer üzünün ən bərəkətli 
nəslidirlər. Mütəal Allah buyurub: “Bilin ki, 
Allahın vədi heç şübhəsiz həqiqətdir. Amma 
çoxları bilməz” (Yunis surəsi, 55-ci ayə).
Həzrət Məhəmməd (s.ə.v) buyurub: “Həqi-
qətən Allah məni,  Əlini, Fatiməni, Həsən və 
Hüseyni və imamları bir nurdan yaratmışdır”.
Əziz oxucu! Mən Məhəmmədin (s.ə.v.v.) 
nəvəsi  İmam Rza (ə.s.) nəslindən olan Qara 
Seyid və onun övladları – Sədərəyin Seyidlər 
ocağı haqqında olan tarixi həqiqətləri Allahın 
qüdrəti və seyidlərin cəddinin köməyi ilə siz 


Sədərəyin  Seyidlər ocağı
13
əziz oxuculara çatdırmaq istəyirəm.
Pərvərdigara, köksümü yar, qəlbimi ge-
niş ləndir, işimi asanlaşdır və sözümü başa 
düşsünlər deyə dilimdəki düyünü aç.
Amin!


              Hacı Mirfazil 
14
Kərbəlayi Qara Seyid və onun nəsil 
şəcərəsi
B
B
ir çox müsəlman ölkələrində, o cüm-
lədən də Azərbaycanımızın müxtəlif 
bölgələrində kifayət qədər tanınmış, müqəddəs 
ocaqlar mövcud olmuşdur. Bu gün də qorunub
saxlanılan bu müqəddəs ocaqlarda tanınan, 
sayılan, seçilən, həm də çox sevilən dəyərli 
din xadimləri yetişmiş, onların nəslindən olan 
övladlar böyüyüb, boya-başa çatmışdır.
Naxçıvan Muxtar Respublikasının çox 
qədim yaşayış  məskənlərindən olan Sədərək 
mahalında da Seyidlər ocağı deyilən bir ocaq 
var. Bu ocağın yaşı olduqca qədimdir, dəyərli 
övliyalarının, seyidlərinin adı bu gün də 
dillər  əzbəridir. Mənim də  təmsil olunduğum 
bu ocağın təməl daşı, ilkini, əvvəli sayılan 
Kərbəlayi Qara Seyid adlı bir övliya olub.
Kərbəlayi Qara Seyid XVII əsrin son-
larında maddi durumunun çətinlikləri ucba-
tından Təbriz  şəhərindən Naxçıvana, ordan 
da Sədərəyə  gəlmiş, burda məskən salıb 
yaşamışdır.
Təbrizdə olarkən Qara Seyidin ailəsi on 
iki nəfərdən ibarət idi. Ailənin kiçiyi, həm də 


Sədərəyin  Seyidlər ocağı
15
zahirən, görkəmindən qumral olduğu üçün ata-
anası onun adını Qara qoymuşdular.
İslam dininin möhkəm təməllərinin mövcud 
olduğu, dinə sevginin, məhəbbətin böyük 
olduğu Sədərəkdə Qara Seyidi çox səmimi və 
mehribancasına qarşılayırlar. Camaatın ona olan 
hörmətini, sayğısını, mehribanlığını görən Qara 
Seyid bir ömür boyu burda yaşamağı  qərara 
alır. Öz əxlaqı, mədəniyyəti ilə az bir zamanda 
camaat arasında böyük hörmət, izzət qazanır. 
Kənd camaatına “fik”dən, “şəriət”dən, Quranın 
təsvirindən dərs deməyə başlayan Qara Seyid 
el arasında olur, məclislərdə tez-tez iştirak edir
İslam dininin incəliklərini yaymaqla məşğul 
olur. O, insanlara izah edirdi ki, Allahı zikr 
etməkdən xeyirli bir şey yoxdur. Çünki haqqı 
zikr etmək, xalis bəndəçilik, günahdan pak 
olmaq, Allahdan başqasına göz yummaq, onun 
lütf, inayət və zəhmətini görmək, ondan uğur və 
feyz diləməkdir”.
Qara Seyid çox kəramətli bir seyid idi. Belə 
ki, o yaşadığı yerə ceyranlar, ahular gələrmiş. 
Evdə olan qız-gəlinlər o ceyranların, ahuların 
südlərini sağarmışlar. Bunları öz gözləriylə görən 
kənd camaatının Qara Seyidə sevgisi, məhəbbəti 
durmadan artırdı. O, təqvada, ibadətdə, 
səxavətdə başqalarından çox fərqlənirdi. 


              Hacı Mirfazil 
16
Yeri gəlmişkən, bu barədə İmam Əli (ə.s.)-
nin bir kəlamını xatırlatmaq istəyirəm:  “Ən 
xoşbəxt  ən çox təqvalı olan şəxsdir”.
Bəli, Qara Seyid təqvalı bir şəxs idi. Elə ona 
görə də özünü xoşbəxt saya bilərdi.
Qara Seyidin Sədərəkdə  məskən salıb ya-
şadığı bu illərdə  İranın Maku şəhərinin valisi 
İmam Rza (ə.s.)-nın nəvələrindən birinin (yə-
ni, Qara Seyidin) Naxçıvana, Sədərəyə köçüb 
gəldiyini eşidib, öz adamları ilə birlikdə Xu-
dafərin körpüsündən keçərək onun arxasınca 
Sədərəyə  gəlir. Kəndin girəcəyində  qəribə bir 
əhvalat baş verir. Belə ki, rast gəldiyi ilk şəxsdən 
Vali Qara Seyid barədə sorğu-sual etməyə 
başlayır. Onun kimliyini soruşur. Qonağın kim 
olduğunu tanımayan həmin şəxs qəsdən, bir az 
da bilərəkdən özünü qonağa Qara Seyid kimi 
təqdim edir, mənəm Qara Seyid deyir.
Vali çox arif bir adam olduğundan “Mən 
səndə ona xas bir əlamət görmədim” – de-
yə vurğulayır. “Çünki Peyğəmbər (s.ə.v.) 
nəslindən olan haqq seyidlərdə mütləq bir 
əlamət olmalıdır”, - deyir. Kənd sakini Validən 
üzr diləyərək, bunu bilərəkdən yapdığını 
və Qara Seyidin daha mötəbər bir adam 
olduğunu  deyərək Valini və adamlarını Qara 
Seyidin evinə  gətirir. Onu da qeyd edim ki, 
Vali və adamlarının Qara Seyidin evinə 500 
metr məsafə qalmış atlar dayanır, nə  qədər 


Yüklə 6,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə