Kəlilə və DİMNƏ azərbaycan respublikasi prezidentiNİN İ Ş L ə r id a r ə s I n I N



Yüklə 14,08 Kb.
Pdf görüntüsü
səhifə2/124
tarix17.01.2018
ölçüsü14,08 Kb.
#21406
1   2   3   4   5   6   7   8   9   ...   124

rizmlərin  hindlilərin başqa  əsərlərində,  son  zamanlar rus  və  Azərbaycan  dillə- 
rinə tərcümə edilmiş nağıl kitablannda təsadüf edilməsi də bunu sübut edir.
Behnud ibn  Səhvanm müqəddim əsində  deyilir ki,  Bərzuye Hindistandan 
İrana yalnız “K əlilə və  Dim nə”ni deyil, bir sıra başqa kitablar və o cümlədən 
yüzxanalı  şahmatı  da  gətirmişdir.  O  yazır:  “Hindistana  gəldikdən  sonra 
gecələr gizli  surətdə  şahm xəzinəsindən  bu kitabın üzünü  köçürməyə  razılıq 
verən  adamı  tapana  qədər  Bərzuyenin  necə  k ələk lər  işlətdiyini,  hind 
alimlərinin  başqa  kitablannı,  yüzxanah  şahmatı  və  bu  kitabı  İrana  necə 
gətirdiyini təsvir edirik”.
Çox  ehtimal  ki,  Bərzuye  “Kəlilə  və  D im nə”  kitabmı  orta fars  dilinə tər- 
cümə edərkən başqa kitablardakı hekayə və rəvayətlərdən istifadə etmiş, on- 
lardan  münasib  bildiyini,  xoşuna  gəldiyini  seçmiş,  “Kəlilə  və  Dimnə”yə 
əlavə etmişdir.
Bundan  əlavə,  “Pançatantra”da,  adından  göründüyü  kimi,  beş  fəsil  ol- 
duğu halda,  “K əlilə və  D im nə”də, müqeddim ədə deyilənlərə  inanmaq lazım 
gələrsə,  ilk variantda  14  fəsil  olmuşdur.  Biz  İbn  Ə ş-Şahın  müqəddiməsində 
də oxuyuruq: “Beydəba bu kitabı on dörd fəslə böldü. Bu fəsillərin hərəsi öz- 
lüyündə  müstəqil  idi.  H ər  fəsildə  sual  və  cavab  var  idi.  Bu,  ona  görə  belə 
edilmişdi  ki,  kitab  zahirən,  sadə  adamları  əyləndirsin,  daxili  mənasına  görə 
isə  ağıllı  adamlara ibret olsun”.
İbn  M üqəffanın  tərcümə  etdiyi  kitabın  müqəddiməsində  isə  oxuyuruq: 
“Onu da dem ək lazımdır ki, bu “Kəlilə və  Dimnə”  kitabı  16 fəsildir. Əslində 
hind  dilində  on  fəsil  imiş,  altı  fəslini  farslar artırmışlar” .  Bundan  sonra  fəsil- 
lərin  adı  sadalanmağa  başlayır,  hindlilər  terəfındən  yazılmış  olan  on  fəslin 
hansılar olduğu və  farslar tərəfındən nələrin  əlavə edildiyi  göstərilir.
Bütün  deyilənlərdən  və  gətirilən  misallardan  görünür  ki,  “Pançatantra” 
və “Kəlilə və D im nə”nin eyni m ənşədən olmalarına baxmayaraq heç bir m ə- 
xəzdə sonuncunun birincidən tərcümə edildiyinə kiçik işarə belə yoxdur. Ona 
görə  bizə  elə  gəlir  ki,  “Kəlilə  və  D im nə”ni  yalnız  onların  yaxınlığına  görə 
“Pançatantra”nm  tərcümesi  hesab  etmek  doğru  deyildir.  Söhbət  tərcümə  və 
ya  iqtibasdan  gedərsə,  çox  ehtimal  ki,  “Pançatantra”  “Kelilə  və  D im nə”nin 
hind  orijinahnın  ixtisar olunmuş  variantı  olsun.  T eəssüf ki,  “Kelilə  və  Dim- 
n ə ”nin hindcə necə  adlandığı  bizə  məlum  deyildir.  Suriya,  ərəb,  fars və  baş- 
qa dilə  edilən tərcüm elərdə  də  bu  barədə  heç  bir məlumat verilmir.
Şərqşünaslar tərəfm dən əfsanəvi  hesab  edilsə də,  Bərzuyenin Hindistan- 
dan  gətirdiyi  kitab  “Pançatantra”  deyil,  “Kəlilə  və  D im nə”  adlamr.  Bərzuye 
məhz  “Kəlilə  və  D im ne”  kitabmı  gətirdiyini  və  onu  pəhləvi  dilinə  tercümə 
etdiyini  söyləyir.
Görünür  ki,  Hindistanda  başqa  kitablarla  birlikdə  “Kəlilə  və  D im nə” 
(hindcə “Karataka və Damanaka”) kitabı  da olmuşdur,  “Pançatantra”m  tərtib
ed ən lər  isə  buradakı  təmsillərdən  yalnız  beşini  seçərək  onu  ayrıca  “Pança- 
tantra”  (beş hikmət, beş qanun, beş kitab, xomsə və s.) adı altında toplamış və 
oxuculara təqdim etmişdir.  İnsafən  demək  lazımdır ki,  bu təmsillər,  hekayə- 
lər,  nağıllar “Kəlilə  və  Dimnə”də  olan  ən  gözəl  rəvayətlərə  uyğun  gəlir.
“Kəlilə  və  Dim nə”nin  tərcüm ələri 
və mütərcimləri  haqqında
I.  "Kəlilə  və D im nə”nin  Pəhləvi  (ortafars)  dilinə tərcüməsi
“K əlilə  və  Dimno”nin  tərcümə  və  mütərcimlərindən  danışarken  istər- 
istəm əz,  ilk  növbədə,  onu  böyük  zəhmət  və  əziyyətdən  sonra  Hindistandan 
çıxarıb  İrana,  Ənuşirəvanın (531-579)  sarayına  gətirən  Bərzuyeni  xatırlamaq 
lazım  gelir.  Berzuyenin  tarixi  şəxsiyyət  olduğunu  sübut  etmeyə  “K əlilə  və 
D im nə”ye  olavə  edilən  müqəddimələrdən  və  Büzürgmehr tərəfindən  yazıl- 
dığı  güman edilən “Təbib Bərzuye”  fəslindən başqa heç bir tarixi sənəd yox- 
dur,  onun  mövhumi vo əfsanəvi olduğunu təsdiq edən ayrıca bir dəlil də yox- 
dur.  H ər halda  bir həqiqət vardır ki,  “Kəlilə  və  Dimnə”  hind  dilindon  tərcü- 
mo  edilmişdir,  sanskrit  dilində  olan  “Pançatantra”  bunun  üçün  inkar edilməz 
bir  sübutdur.  Aydın  m esələdir  ki,  “Kəlilə  və  Dim nə”  hind  dilindən  pohlovi 
(orta  fars)  dilinə  öz-özünə  tərcümə  oluna bilmezdi,  onu  kim  isə  tərcümo  et- 
məli  idi.  “Kolilo  vo  Dimnə”də  olan  miiqəddimə  və  eləcə  də  başqa  m əxoz- 
lərdə bu adamın  Borzuye adlı bir şəxs olduğunu qeyd edirlər.  Bəzi şerqşünas- 
ların  Bərzuyenin  tarixi  şəxsiyyət  olduğunu  şübhə  altına  almasına  baxmaya- 
raq,  hələlik  osl  mütorcimin  kim  olduğu  aydınlaşdırılmayınca,  fıkrimizco,  o, 
“ Kəlilo və  Dimno”nin  hind dilindən pəhləvi  (orta fars) dilino mütorcimi  kimi 
tanmmalıdır.
Borzuyenin  kim olduğu haqqmda burada müfəssəl damşmağa ehtiyac yox- 
dur,  çünki  “Kolilo  və  Dimnə”nin  müqəddiməsində  “Tobib  Borzuye  haqqında 
fosil”do o barədo geniş məlumat verilmişdir.  Lakin biz burada onun çox  məlu- 
matlı,  qüdrotli  qolom  sahibi,  mütərcimə  lazım  olan bütün  xüsusiyyətloro malik 
olduğunu  nozoro  çarpdırmaq  istəyirik.
H ər  şeydən  əvvəl  onu  demok  lazımdır ki,  Borzuyenin  atası  horbçi,  anası 
ise  Zordüşt  alimlori  tayfalarından  idi.  Onlar  Bərzuyenin  torbiyəsi  ilə  moşğul 
olur,  yem ok-içm oyino  fıkir verir,  davranışma diqqət yetirir,  yaxşı  oxumasına 
çalışır  və  ona  başqa  uşaqlardan  fərqli  olaraq  xüsusi  qayğı  göstərirdilor.  Bor- 
zuye  7  yaşında  ikon  tibb  elmini  öyronməyo  tohrik  edilir.  Çox  ehtimal  ki,  o, 
daha  erkən  yaşlarında  tibb  üçün  lazım  olan  başqa dilləri  vo  o  cümlodon,  hind 
dilini do öyronməyo başlayır. O, bu dilləri anasından, ana xətti  ilo babasından, 
dayıları vo başqa qohumlarından öyrənə bilərdi.  Molum olduğu kimi, o zaman


Yüklə 14,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə