Kbt я25 uot (059) Baş redaktor



Yüklə 56,21 Mb.
Pdf görüntüsü
səhifə269/276
tarix08.11.2018
ölçüsü56,21 Mb.
#79527
1   ...   265   266   267   268   269   270   271   272   ...   276

559

Ə d ə b i y y a t

Cəlil Məmmədquluzadənin 

ev-muzeyi //Azərbaycan Milli 

Ensiklopediyası: Azərbaycan.- 

Bakı, 2007.- S.722.

Cəlil Məmmədquluzadənin 

ev-muzeyinin səyyar sərgisi                 

//Mədəniyyət.-2015.- 27 may.- 

S.14.

Mahmudqızı, P. “Cəlil 

Məmmədquluzadə həmişə mü-

asir və aktualdır”: Pərixanım 

Mahmudqızı: “Mən bu gün qü-

rur hiss duyuram ki, həyatımı 

muzey işinə həsr etdim” 

/P.Mahmudqızı; müsahibəni 

apardı X.Günəş //Palitra.- 

2014.- 26 iyun.- S.13.

Məmmədova, Y. Yaşadan-

lar /Y.M.Məmmədova; red. 

M.Qasımlı.-Bakı: Uğur, 2011.- 

40 s.

İ n t e r n e t d ə

http://www.anl.az/down/me-

qale/palitra/2014/iyun/38084.

htm

http://www.anl.az/down/

meqale/medeniyyet/2015/

may/440189.htm

Tarixdə bu gün

40

 illiyi

Cəlil Məmmədquluzadənin 

ev-muzeyi 

1978       

2018

Görkəmli  yazıçı,  Şərqdə  ilk 

şəkilli-satirik  “Molla  Nəsrəddin” 

jurnalının  yaradıcısı  və  25  illik 

bir  dövrdə  redaktoru  olmuş  Cəlil 

Məmmədquluzadənin 

ev-muzeyi 

onun  1921-1932-ci  illərdə  Bakıda 

yaşayıb  yaratdığı  mənzildə    (Süley-

man  Tağızadə  küçəsi  56,  tarixi  adı 

Köhnə Poçt küçəsi, 64) Azərbaycan 

dövlətinin  və  hökumətinin  müvafiq 

qərarı ilə 1978-ci ildə yaradılmışdır.

Muzeyin yerləşdiyi bina XIX əsrin 

sonu XX əsrin əvvəllərinə aid tarixi 

memarlıq və mədəniyyət abidəsidir.

1994-cü  il  dekabr  ayının  28-də 

ədibin  ev-muzeyinin  ekspozisiya-

sının  açılışı  olmuşdur.  Açılışda  ulu 

öndər  Heydər  Əliyev,  hökumət  və 

dövlət  nümayəndələri,  görkəmli 

yazıçılar,  görkəmli  mədəniyyət  və 

incəsənət xadimləri iştirak etmişlər.

Ümumi  sahəsi  185  kv.metr  olan 

muzeyin  ekspozisiyası  96  kv.metr 

sahədə yerləşdirilmişdir və 5 zaldan 

ibarətdir.

Birinci  otaq  –  ədibin  uşaqlıq, 

gənclik və təhsil illərini, məktəbdarlıq 

fəaliyyətini, ilk yaradıcılıq addımla-

rını,  ictimai  mühitini  və  jurnalistik 

fəaliyyəti  –  “Molla  Nəsrəddin”  jur-

nalının  nəşrini  əks  etdirən  material-

larla zəngindir.

İkinci    otaq  –  Memorial 

cəhətdən  qonaq  otağıdır.  Bütün 

digər  otaqlar  kimi  əsasən  memori-

allığı  saxlanmışdır.  Bu  otaq  Cəlil 

Məmmədquluzadənin  ailəsinə  aid 

olan ev əşyaları ilə bərabər ədibin ilk 

jurnalistik    fəaliyyətini,  hekayə  ya-

radıcılığını  əks  etdirən  materiallarla 

zəngindir. Burada, həm də görkəmli 

rəssamların  C.Məmmədquluzadənin 

əsərləri  mövzusunda  işlədikləri 

təsviri  sənət  nümunələri  öz  əksini 

tapmışdır.

Üçüncü otaq – yataq otağıdır. Bu 

otaqda  ədibin  şəxsi  əşyaları  və  ailə 

həyatı  ilə  bağlı  materiallar  nümayiş 

olunur.

Dördüncü  otaq  -  ədibin  drama-



turgiyasını,  bədii  nəsrini,  “Molla 

Nəsrəddin” jurnalının Tiflis və Təbriz 

dövrünü  əks  etdirən  tarixi  sənədlər, 

fotolar, təsviri əsərlər və digər mate-

riallarla zəngindir. 

Beşinci  otaq  –  ədibin  iş  otağı  – 

“Molla  Nəsrədddin”  jurnalının  re-

daksiya otağıdır. Bu otaqda nümayiş 

olunan materiallar ədibin həyat və ya-

radıcılığının 1922-1932-ci illər dövrü-

nü əhatə edir. “Molla Nəsrəddin” jur-

nalının bu dövrdəki fəaliyyəti, ədibin 

mühiti,  mollanəsrəddinçilər,  Cəlil 

Məmmədquluzadənin  tədqiqatçıları 

ilə bağlı materiallar öz əksini tapmış-

dır. 


Otaqda  tamaşaçılar  həm  də  Cəlil 

Məmmədquluzadənin dünya şöhrətini 

əks etdirən xəritə ilə tanış ola bilərlər. 

Muzey fəaliyyətə başladığı ildən bu 

günə qədər onun əsas fondunda ədibin 

və digər mollanəsrəddinçilərin həyat 

və  yaradıcılığını  əks  etdirən  5000-

dən yuxarı eksponat toplanmışdır. 




560

Tarixdə bu gün

Qurban Bayramı 

2018

Bütün müsəlman aləmində Qurban bayramı hər 

il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən 

başlayır  və  adətən  üç  gün  davam  edir.  Dini 

qurbankəsmə İbrahim Peyğəmbərin həyatında baş 

verən əhvalatdan sonra yaranmışdır. Belə ki, yuxu-

da Allah (S.S.) İbrahim peyğəmbərə oğlu İsmayılı 

qurban verməyi (onların Allaha imanını yoxlamaq 

üçün) əmr etmişdir. İbrahim əsl dindar kimi Alla-

hın əmrini yerinə yetirməyə hazır olmuş, İsmayıl 

özü də qurban olmağa razılaşmışdır. Lakin uca Al-

lah bunu öz elçisinə rəva bilməmiş və qurbanlıq 

üçün ona bir qoç göndərmişdi. Buna görə də bu 

bayramında kəsilən qurbana “İsmayıl qurbanı” da 

demişlər.

İsmayıl  Qurbanında  kəsilən  heyvanlarda  bir 

sıra  şərtlər  vacib  sayılır.  Qurbanlıq  kimi  seçilən 

heyvan qoç, iribuynuzlu dana, yaxud da dəvə ol-

malıdır. Nəsil artımında dişi heyvanların müstəsna 

rolu olduğuna görə qurbanlıq heyvanın erkək ol-

ması daha üstün tutulur. Qurbanlıq qoçun yaşına 

gəlincə, bu, ən azı altı aylıq heyvan olmalıdır. La-

kin dana, yaxud dəvənin bir yaşı tamam olsa, daha 

yaxşıdır.  Qurban  bayramında  kəsilən  heyvanın 

sağlam olması da vacib şərtdir. Əzalarında hər han-

sı nöqsanı olan, buynuzunun, yaxud qulağının biri 

olmayan,  axtalanmış  heyvanın  qurban  kəsilməsi 

İslamda  məsləhət  görülmür.  Kəsiləcək  qurbanlıq 

gözəgəlimli  olmalıdır.  Qurbanın  bir  hissəsindən 

din  xadimlərinə  pay  göndərilir,  bir  hissəsi  isə 

kasıblara  paylanır.  Hamıya  bərabər  pay  verilir, 

qurban  kəsən  özü  də  bərabər  pay  götürə  bilər. 

Ənənəyə  görə  dilənçi  və  kasıblar  bayram  günü 

ac qalmasınlar deyə bu gün  həmin mərasimlərə 

dəvət olunurlar.

Qurbanlığın şərtlərindən biri də budur ki, qur-

ban kəsmək yalnız buna imkanı olan varlı adam-

ların boynunda haqdır. İmkanı olmayan adama isə 

qurban kəsmək vacib deyil. Qurban kəsmək üçün 

borc pula heyvan almaq İslamda təqdir olunmur, 

çünki bu bayramın əsas mahiyyəti zənginlərlə im-

kansızların birliyi, qardaşlığıdır. Bu bayramda hamı 

sevinməlidir: varlılar - Allaha xoş gedən əməli icra 

etdikləri  və  kasıbları  sevindirdiklərinə  görə,  ka-

sıblar isə - dünya nemətindən əldə etdiklərinə və 

başqalarından  gördükləri  mərhəmətə  və  qayğıya 

görə.

Çox  sevdiyi  övladını  Allah  yolunda  qurban 



verməyə  hazır  olması  peyğəmbərin  Allah  qarşı-

sında imanının, səmimiliyinin və mütiliyinin bariz 

sübutudur. Odur ki, din tarixində dərin iz salmış bu 

hadisə Allaha imanın, dərin etiqadın nümunəsidir. 

Bu rəvayətin başqa bir fəlsəfi-əxlaqi mənası ondan 

ibarətdir ki, İslamda insanın Allah yolunda qurban 

kəsilməsi  qəbul  olunmur.  İslama  qədər  bir  çox 

dinlərdə  insanları  qurban  vermə  ayinlərinə  rast 

gəlmək mümkündür. Məsələn, atəşpərəstlər insa-

nı odda yandırırdılar. Onlar bu yolla Allaha yaxın 

olduqlarını göstərirdilər. Qədim Çində də insanları 

tanrılara qurban vermək adəti var idi. Bu ölkədə 

təbii  fəlakətlərdən,  daşqınlardan  hifz  olunmaq 

üçün uşaqları suya atırdılar.

Azərbaycan  müstəqillik  əldə  etdikdən  sonra 

Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr 

tarixli  “Azərbaycan  Respublikasının  bayram-

ları  haqqında”  Qanuna  əsasən  Qurban  bayramı 

ölkəmizdə də dövlət səviyyəsində bayram edilir.

Qurbanlıq o deməkdir ki, insanlar Allahın xo-

şuna gələcək bir əməli icra edirlər.

Allah  kəsilən  bütün  qurbanlarımızı  qəbul  et-

sin!



Yüklə 56,21 Mb.

Dostları ilə paylaş:
1   ...   265   266   267   268   269   270   271   272   ...   276




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə