Kardiologiya 6. 11. 2014-cü IL tarixində əlavə və dəyişikliklər edilmişdir. Qan dövranı sistemi neçə yerə bölünür?



Yüklə 3,31 Mb.
səhifə28/35
tarix30.05.2018
ölçüsü3,31 Mb.
#46787
1   ...   24   25   26   27   28   29   30   31   ...   35

1204) Fibratların əlavə effektlərinə hansılar aid deyil?
A) teratogen (eybəcərlik) effekt, hipertenziya

B) anemiya, hipotenziya, leykopeniya (nadir fəsad)

C) baş ağrısı, baş gicəllənmə, bayılma

D) dəri allergik reaksiyaları, paresteziyalar

E) yuxululuq, depressiya, libidonun zəifləməsi
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 364 - 365
1205) Hiperlipidemiyanın hansı aterogen növündə nikotin turşusunun istifadəsi göstəriş deyil?
A) I

B) IIб


C) IV

D) III


E) IIа
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 366
1206) Koronar arteriyaların aterosklerozu ürəyin işemik xəstəliklərinin morfoloji əsasının neçə faizini təşkil edir?
A) 90 - 95% arasında

B) 70 - 80% arasında

C) 95 - 97% - dən çox

D) 70% - dən az

E) 80 - 87% arasında
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 369
1207) Ateroskleroz və onun fəsadlarının profilaktikası və müalicəsində hansı tədbir birinci vacib prinsip hesab olunur?
A) Şəklini dəyişə bilən əsas risk faktorunun təsirini aradan qaldırmaq və ya zəiflətmək

B) Antioksidant müdafiəli fermentlərin tətbiqi

C) Aterosklerotik piləyin mümkün destabilləşməsinin qarşısını almaq

D) Anqioplastika və şuntlanma üsulu ilə okklüziyanın və ya stenozlaşmanın vaxtında aradan qaldırılması

E) Natrium kanallarının blokatorlarının (“membranstabilləşdirici” preparatlar) istifadəsi
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 353
1208) Aterosklerozun konservativ müalicəsi və ikincili profilaktikası məqsədilə aterosklerotik piləyin destabilləşməsinin, onun dağılmasının və damar divarı tromblaşmanın başlamasının qarşısının alınmasında hansı tədbir vacib hesab olunmur? (RF - risk faktoru, HLD - hiperlipidemiya, AH - arterial hipertenziya, AÇFİ – anqiotenzin çevirici fermentin inhibitoru).
A) Aterosklerozun əsas RF-un təsirini aradan qaldırmaq və ya zəiflətmək (HLD, AH, tütün çəkmək, piylənmə, karbohidrat mübadiləsinin pozğunluğu, hipodinamiya və s. )

B) Bəzi neyrohumoral sistemlərin aktivliyinin aşağı salan AÇFİ və β - blokatorların təyini

C) Antiaqreqant müalicə və antioksidant qoruyucu fermentlərdən istifadə

D) Stenoz və ya okkluziyanın aradan qaldırılmasında çərrahi metodlardan vaxtında istifadə

E) Kalsium antaqonistlərinin təyini və fiziki aktivliyin məhdudlaşdırılması
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 353
1209) Klinik təcrübədə aterosklerozun hansı lokalizasiyaları daha çox rast gəlinir?
A) aşağı ətraf dərin venalarının

B) dalaq arteriyalarının

C) aşağı ətraf səthi venalarının

D) qara ciyər arteriyalarının

E) beyin qan damarlarının
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 316
1210) Hansı qrup antilipidemik preparatlar çox aşağı sıxlıqlı lipoproteinləri parçalamaqla lipoproteinlipazanın aktivliyini artırır və HMQ - КоА - reduktazanın aktivliyini azaltmaqla qara ciyərdə xolesterinin metabolizmini sürətləndirir? (HMQ - hidroksi - metilqlütaril).
A) öd turşusu sekvestrantları (kolestiramin, kolestipol)

B) statinlər (levostatin, simvastatin)

C) nikotin turşusu (niasin, vitamin PP)

D) nikotin turşusunun törəmələri (asipimoks, endurasin)

E) fibratlar (fenofibrat, bezafibrat)
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 364
1211) Ateroskleroz zamanı ilk növbədə hansı damar qatı zədələnir?
A) mediyanın saya əzələ hüceyrələri

B) bütövlükdə media qatı

C) bütövlükdə intima qatı

D) xarici boş birləşdirici toxuma qatı

E) adventisiya qatı
Ədəbiyyat: Ройтберг Г.Е., Струтынский А.В.// Внутренние болезни, сердечно -сосудистая система, 2007, стр.312; Диагностика и коррекция нарушений липидного обмена с целью профилактики и лечения атеросклероза. Российские рекомендации. Москва 2004.
1212) Aterosklerozun ağırlaşmalarına aşağıda göstərilənlərdən hansı aiddir?
A) lipid nüvənin böyüməsi (piləyin ümumi həcminin 10-20%-ə qədəri)

B) köpük hüceyrələrinin apoptozu

C) saya əzələ hüceyrələrinin apoptozu

D) fibrinoz-əzələ karkasının yaranması

E) aterokalsinoz
Ədəbiyyat: Ройтберг Г.Е., Струтынский А.В. Внутренние болезни, сердечно-сосудистая система, 2007, стр.312, 315

Rezerv


Ritm və keçiricilik pozulmaları

1213) Quruluşca tiroid hormonlarına oxşar antiaritmik dərman hansıdır?

A) lidokain

B) meksiletin

C) sotalol

D) xinidin

E) amiodaron


Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г.


1214) Ən qısa təsirli β-blokator hansıdır?

A) asebutolol

B) atenolol

C) metoprolol

D) esmolol

E) propranolol


Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г.

1215) Kalsium kanalının blokatorları hansı aritmiyalarda istifadə olunur?

A) Resiprok atrioventrikulyar taxikardiyaların tutmalarında

B) Nəzərə çarpan bradikardiyalarda

C) Mədəcik taxikardiyalarında

D) Volf-Parkinson-Vayt sindromunda

E) “Torsades de pointes” tipli aritmiyalarda


Ədəbiyyat: Ю.Н. Беленков, Р.Г. Оганов - Кардиология, национальное руководство,2007г.

1216) Volf-Parkinson-Vayt sindromlu xəstələrdə tez-tez nə müşahidə olunur?

A) səyrici aritmiya

B) mədəcik taxikardiyası

C) səyrici aritmiya, atrioventrikulyar blokada

D) atrioventrikulyar blokada

E) paroksizmal atrioventrikulyar taxikardiya


Ədəbiyyat: М. С. Кушаковский « Аритмии сердца» 2004г.

1217) Anaprilinin (obzidan) orta effektiv sutkalıq dozası nə qədərdir?

A) 400 mq və daha çox

B) 50-60 mq

C) 30-40 mq

D) 80-200 mq

E) 10-20 mq


Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г.

1218) Aşağıdakı preparatlardan hansının səyrici aritmiyanın taxisistolik formasının normasistoliyə keçirilməsində istifadəsi o qədər də vacib hesab olunmur?

A) Finoptin

B) Diqoksin

C) Xinidin

D) Anaprilin

E) Kordaron


Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г.

1219) Sinus düyünündə impulsun yaranmasının dayanmasının əlaməti aşağıdakılardan hansıdır?

A) səyrici aritmiya

B) sinus arrest

C) qulaqcıq ekstrasistoliyası

D) I dərəcəli atrioventrikulyar blokada

E) II dərəcəli atrioventrikulyar blokada


Ədəbiyyat: М. С. Кушаковский « Аритмии сердца» 2004г.

1220) EKQ - də aşağıdakılardan hansı I dərəcəli atrioventrikulyar blokadada müşahidə olunur?

A) QRS kompleksinin genişlənməsi

B) QRS komplekslərinin itməsi

C) Atrioventrikulyar dissosiasiya

D) PR intervalının uzanması

E) PR intervalının qısalması


Ədəbiyyat: М. С. Кушаковский « Аритмии сердца» 2004г.

1221) I tip II dərəcəli (Mobits I) atrioventrikulyar blokada üçün nə xarakterdir?

A) PR intervalının sabitliyi

B) PR intervalının proqressiv uzanması, QRS kompleksinin itməsi

C) Atrioventrikulyar dissosiasiya

D) Aparıcı supraventrikulyar ritmin miqrasiyası

E) His dəstəsi ayaqcıqlarının blokadası


Ədəbiyyat: М. С. Кушаковский « Аритмии сердца» 2004г.

1222) II tip II dərəcəli ( Mobits II) atrioventrikulyar blokada üçün nə xarakter deyil ?
A) P dişinin blokadasından əvvəl P-R intervallarının stabil uzanması

B) P dişinin blokadasından əvvəl P-R intervallarının proqressiv uzanması

C) P-R intervallarının stabil uzanması və ilk pauzadan sonrakı kompleksin qısalmaması

D) Uzun pauzaların ikiqat P-P intervalına bərabər olması

E) Mədəcik komplekslərinin gözlənilmədən, tək-tək," xəbərdarlıq etmədən " düşməsi
Ədəbiyyat: М. С. Кушаковский « Аритмии сердца» 2004г.
1223) Aşağıdakılardan hansı ektopik ritmdir?

A) bütün cavablar düzgündür

B) sinus ritmindən başqa bütün ritmlər

C) tezliyi dəqiqədə 60-dan az olan ritmlər

D) tezliyi dəqiqədə 60-dan çox olan ritmlər

E) tezliyi dəqiqədə 100-dən çox olan ritmlər


Ədəbiyyat: М. С. Кушаковский « Аритмии сердца» 2004г.

1224) Hansı vəziyyətlərdə β-blokatorların istifadəsinə əks göstəriş yoxdur?

A) Sinus taxikardiyalı I mərhələ ürək çatışmazlıqlı xəstələrdə

B) QT - intervalının uzanması sindromunda

C) II-III dərəcəli sinoatrial və atrioventrikulyar blokadalarda

D) Şəkərli diabet 1 tip kompensasiya mərhələsində

E) Nəzərə çarpan bradikardiyada ( ürək vurğularının sayı 1 dəq-də 50-dən az)


Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г.

1225) Verapamilin (finoptin) venadaxili yeridilməsi aşağıdakılardan hansına səbəb olur?

A) səyrici aritmiya tutmasını aradan qaldırır

B) səyrici arimiya zamanı mədəciklərin yığılmasının sayını azaldır, atrioventrikulyar taxikardiya tutmasıını aradan qaldırır

C) Volf-Parkinson-Vayt sindromlu xəstələrdə səyrici aritmiya zamanı mədəciklərin yığılmasının sayını azaldır

D) səyrici arimiya zamanı mədəciklərin yığılmasının sayını azaldır

E) atrioventrikulyar taxikardiya tutmasıını aradan qaldırır


Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г.

1226) Aşağıdakı preparatlardan hansı qanda ürək qlükozidlərinin konsentrasiyasının yüksəlməsinə səbəb olur?

A) anaprilin (obzidan)

B) verapamil (finoptin), xinidin və kordaron

C) xinidin və kordaron

D) verapamil (finoptin)

E) novokainamid və ritmilen


Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г.

1227) Fiziki gərginliklə əlaqədar olmayan sinus taxikardiyasının səbəbi aşağıdakılardan hansıdır?

A) tireotoksikoz

B) feoxromositoma

C) bütün cavablar doğrudur

D) anemiya

E) miokardit


Ədəbiyyat: Ю.Н. Беленков, Р.Г. Оганов - Кардиология, национальное руководство, 2007г
1228) Mədəcik taxikardiyası tutmasını aradan qaldırmaq üçün ilk növbədə hansı preparat istifadə olunur ?

A) lidokain

B) verapamil (finoptin)

C) obzidan

D) novokainamid

E) strofantin


Ədəbiyyat: Ю.Н. Беленков, Р.Г. Оганов - Кардиология, национальное руководство, 2007г.
1229) Lidokainin effektli təsiri olmadıqda, mədəcik taxikardiyası tutmasını aradan qaldırmaq üçün hansı preparatın təyini məsləhətdir?

A) strofantin

B) obzidan

C) verapamil (finoptin)

D) kardaron

E) mezaton


Ədəbiyyat: А. В. Недоступ « Как лечить аритмии. Диагностика и терапия нарушения ритма проводимости», 2006г.
1230) Hansı preparatın venadaxili yeridilməsi koronar damarların daralmasına səbəb olur və miokardın oksigenə tələbatını artırır?

A) etmozin

B) kordaron

C) lidokain

D) ritmilen

E) xinidin


Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г.

1231) Aşağıdakı ritm pozğunluqlarının hansının müalicəsində maqnezium sulfatın venadaxilinə yeridilməsi effektlidir?

A) Atrioventrikulyar paroksizmal taxikardiyalarda

B) “Piruet” tipli mədəcik taxikardiyası

C) WPW (Volf-Parkinson-Vayt) sindromunda

D) Monomorf və polimorf mədəcik taxikardiyalarında

E) Səyrici aritmiyalarda


Ədəbiyyat: Ю.Н. Беленков, Р.Г. Оганов - Кардиология национальное руководство,2007г
1232) Səyrici aritmiyanın daimi formasında sinus ritminin bərpası üçün göstəriş hansıdır?

A) ürək çatmamazlığının agırlaşması

B) bütün sadalananlar

C) səyrici aritmiyanın səbəbinin aradan qaldırılması (ürək qüsurunun cərrahi korreksiyası, tireotoksikozun müalicəsi)

D) ürək çatmamazlığının yaranması

E) tromboemboliyanın baş verməsi


Ədəbiyyat: Ю.Н. Беленков, Р.Г. Оганов - Кардиология национальное руководство,2007г.
1233) Qulaqcıq ekstrasistolalarının EKQ əlamətlərinə hansılar aiddir?

A) Ektopik impulsda "P" dişçiyinin dəyişməsi

B) Ektopik kompleks>0.12”, natamam kompensator pauza

C) Ektopik kompleks>0.12”, tam kompensator pauza

D) Ektopik kompleks ensiz, tam kompensator pauza

E) Ektopik kompleks 0.10-0.11”, tam kompensator pauza


Ədəbiyyat: V.N. Orlov “Elektrokardiqrafiya üzrə rəhbərlik” 2003
1234) Sağ mədəcik ekstrasistolalarının EKQ əlamətlərinə hansılar aiddir?

A) V1-3-də ST seqmentinin depressiyası

B) QRS kompleksi formaca V1-6 aparmalarında His dəstəsi sağ ayaqcığın blokadası

C) QRS kompleksi V1-6 aparmalarında His dəstəsi sol ayaqcığın blokadası üçün xarakterli olan QRS-ə bənzəyir

D) V5-6-da müsbət T dişi

E) Natamam kompensator pauza


Ədəbiyyat: V.N. Orlov “Elektrokardiqrafiya üzrə rəhbərlik” 2003
1235) Mədəcik paroksizmal taxikardiyası EKQ əlamətlərinə hansılar aiddir?

A) Normal QRS-li taxikardiya, P` dişçiyi QRS üzərinə düşür

B) Normal QRS-li taxikardiya, QRS-dən əvvəl müsbət P`dişçiyi

C) QRS>0.10”-0.11”-lı taxikardiya, P` dişçiyi İİ, İİİ, AVF-də mənfi,və QRS-dən sonra yerləşməsi

D) QRS>0.12”-lı taxikardiya, atrioventrikulyar dissosiasiya

E) QRS>0.10”-0.12”-lı taxikardiya, atrioventrikulyar dissosiasiya qeyd olunmur


Ədəbiyyat: V.N. Orlov “Elektrokardiqrafiya üzrə rəhbərlik” 2003.
1236) Sağ mədəcik paroksizmal taxikardiyasının EKQ dəyişikliklərinə hansılar aiddir?

A) QRS>0.12”-lı taxikardiya, V1-6 aparmalarında His dəstəsi sağ ayaqcığın blokadasını xatırladır, AV dissosiasiya

B) QRS>0.12”-lı taxikardiya, V1-6 aparmalarında His dəstəsi sol ayaqcığın blokadasını xatırladır, mədəciklərin zəbti

C) QRS-dən əvvəl mənfi P` dişçyi və V1-6 aparmalarında dominə edən R dişçikli taxikardiya,

D) QRS>0.10”0.11”-lı taxikardiya, II, III, AVF aparmalarında mənfi P dişçikləri

E) V1-6 aparmalarında dominə edən S dişçikli taxikardiya, mədəcik tutulması


Ədəbiyyat: V.N. Orlov “Elektrokardiqrafiya üzrə rəhbərlik” 2003
1237) Sol mədəcik paroksizmal taxikardiyasının EKQ dəyişikliklərinə hansılar aiddir?

A) V1-6 aparmalarında dominə edən S dişçiyi ilə taxikardiya, mədəciklərin tutulması

B) QRS>0.12”-lı taxikardiya, V1-6 aparmalarında His dəstəsi sol ayaqcığın blokadasını xatırladır, mədəcik yığılmalarının sayı 1 dəq-də 60-140

C) QRS>0.12”-lı taxikardiya, V1-6 aparmalarında His dəstəsi sağ ayaqcığın blokadasını xatırladır, atrioventrikulyar dissosiasiya

D) QRS>0.10”-0.11”-lı taxikardiya, P`dişçiyi İİ, İİİ, AVF aparmalarında mənfi və QRS-dən sonra yerləşməsi

E) Bütün döş aparmalarında dominə edən R dişçiyi ilə taxikardiya, atrioventrikulyar dissosiasiya


Ədəbiyyat: V.N. Orlov “Elektrokardiqrafiya üzrə rəhbərlik” 2003
1238) II dərəcə, tip 2 (Mobits II) sinoaurikulyar blokadanın EKQ dəyişikliklərinə hansı aiddir?

A) PQRST-in itməsi və düşmədən əvvəl və sonra normal PP

B) Patoloji dəyişiklik qeyd olunmur

C) PQRST-in itməsi və düşmədən əvvəl PP intervalının uzanması

D) PQRST-in itməsi və düşmədən əvvəl PP intervalının qısalması

E) Yalnız PQRST-in itməsi zamanı sıçrayan komplekslər


Ədəbiyyat: V.N. Orlov “Elektrokardiqrafiya üzrə rəhbərlik” 2003
1239) Hansı antiaritmik preparatlar qanda ürək qlikozidlərinin konsentrasiyasını artırır?

A) Kordaron

B) Etasizin

C) Propanalol

D) Novokainamid

E) Dizopiramid


Ədəbiyyat: V.N. Şestakov “Ürək aritmiyalarının diaqnostika və müalicəsi” 1999
1240) Xinidinin hansı vəziyyətlərdə istifadəsi məsləhətdir?

A) Miokard infarktı keçirmiş xəstələrdə qulaqçıqların səyrimə və titrəməsi

B) Sinoatrial və AV blokada

C) Durğunluq ürək çatışmazlığı

D) Ürək çatışmazlığı olan xəstələrdə qulaqçıqların səyrimə və titrəməsi

E) İdiopatik qulaqcıq səyrimə və titrəməsi


Ədəbiyyat: V.N. Şestakov “Ürək aritmiyalarının diaqnostika və müalicəsi” 1999
1241) Adenozinin hansı vəziyyətlərdə istifadəsi məsləhətdir?

A) Anadangəlmə QT-nin uzanması sindromu ilə olan xəstələrdə polimorf mədəcik taxikardiyası

B) İnfarktdansonrakı kardioskleroz zamanı mədəcik taxikardiyası

C) Dilatasyon KMP-li xəstələrdə sinus düyününün zəifliyi sindromu

D) Kəskin miokard infarktı zamanı polimorf mədəcik taxikardiyası

E) ÜİX zamanı AV düyün taxikardiyası


Ədəbiyyat: V.N. Şestakov “Ürək aritmiyalarının diaqnostika və müalicəsi” 1999
1242) Lidokainin hansı vəziyyətlərdə istifadəsi məsləhətdir?

A) WPW sindromu zamanı qulaqcıqların səyrimə və titrəməsi

B) QT-nin uzanması sindromu olan xəstələrdə polimorf mədəcik taxikardiyası

C) Qulaqcıqların səyrimə və titrəməsi

D) Supraventrikulyar paroksizmal taxikardiyalar

E) Supraventrikulyar ekstrasistolalar


Ədəbiyyat: V.N. Şestakov “Ürək aritmiyalarının diaqnostika və müalicəsi” 1999.
1243) Verapamil hansı ritm pozulmasını aradan götürmək üçün istifadə olunur?

A) Polimorf qulaqcıq və AV taxikardiyalar

B) WPW sindromu zamanı qulaqcıq səyrimə və titrəməsi paroksizmləri

C) Miokard infarktlı xəstələrdə qrup şəkilli mədəcik ekstrasistolaları

D) Anadangəlmə QT intervalının uzanması olan xəstələrdə polimorf mədəcik taxikardiyası

E) İnfarktdansonrakı kardioskleroz zamanı mədəcik taxikardiyası


Ədəbiyyat: V.N. Şestakov “Ürək aritmiyalarının diaqnostika və müalicəsi” 1999
1244) Frederik sindromunun EKQ xarakteristikasına hansı aiddir?

A) P dişi qeyd olunur, f dalğaları yoxdur, QRSnormal, RR qeyri-bərabər, ÜVS>90

B) QRS>0.12, P dişi yoxdur, ÜYS<40

C) P dişi qeyd olunmur, f dalğaların qeydi, QRS>0.20” geniş, RR bərabər, ÜVS<40

D) PQ stabil və QRS kompleksinin periodik düşməsi

E) P dişi müsbət, QRS 0.12-yə qədər genişlənib, RR intervalı bərabər


Ədəbiyyat: V.N. Orlov “Elektrokardiqrafiya üzrə rəhbərlik” 2003
1245) Distal tip tam AV blokada üçün xas olan dəyişikliklər hansıdır?

A) PQRST-nin düşməsi

B) P dişi yoxdur, QRS>0.12, ÜVS<40

C) Qulaqcıq və mədəciklərin fəaliyyətində dissosiasiya, interval RR


0.12, geniş

D) QRS>0.12, PQ intervalı stabil, periodik mədəcik kompleksinin itməsi

E) Qulaqcıq və mədəciklərin fəaliyyətində dissosiasiya, interval PP0.12, geniş
Ədəbiyyat: V.N. Orlov “Elektrokardiqrafiya üzrə rəhbərlik” 2004
1246) His dəstəsi sol ayaqcığının tam blokadasının dəyişikliklərinə hansı aiddir?

A) QRS 0.06”-0.09, V5-6 aparmalarında qR şəklində

B) QRS>0.12”, V5-6 aparmalarında QS şəklində, ST seqmenti izoxətdən aşağı, T dişi mənfi

C) QRS>0.12”, V5-6 aparmalarında R şəklində, ST –nin depressiyası, T mənfi

D) QRS>0.12”, V5-6 aparmalarında qR şəklində, ST seqmenti izoxətdən yuxarı,

E) QRS>0.12”, V5-6 aparmalarında R şəklində,ÜVS <40


Ədəbiyyat: V.N. Orlov “Elektrokardiqrafiya üzrə rəhbərlik” 2004
1247) His dəstəsinin sağ ayaqcığının və sol ön şaxəsinin blokadası üçün xarakter dəyişikliklər hansıdır?

A) V1-2 aparmalarında QRS>0.12”, rSR`, RSR`şəklində, ürəyin elektrik oxu (ÜEO) dəyişmir

B) V1-2 aparmalarında QRS>0.12”, rSR`, RSR`şəklində, ürəyin elektrik oxu (ÜEO) kəskin sola meylli

C) V1-2 aparmalarında QRS>0.12”, rSR`, RSR`şəklində, ürəyin elektrik oxu (ÜEO) mülayim sola meylli

D) V1-2 aparmalarında QRS>0.12”, rSR`, RSR`şəklində, ürəyin elektrik oxu (ÜEO) kəskin sağa meylli

E) V1-2 aparmalarında QRS>0.12”, rSR`, RSR`şəklində, ürəyin elektrik oxu (ÜEO) sağa meyilli


Ədəbiyyat: V.N. Orlov “Elektrokardiqrafiya üzrə rəhbərlik” 2004
1248) AV düyün taxikardiyası üçün xarakter EKQ dəyişikliklərə hansılar aiddir?

A) Normal QRS və QRS-dən əvvəl müsbət P dişi(sinusdan fərqli)

B) Normal QRS və P dişinin olmaması ilə gedən taxikardiya

C) QRS>0.12 olan taxikardiya

D) Normal QRS-li və II, III, AVF-də mənfi P` dişi olan taxikardiya

E) Normal QRS və ST seqmenti və ya T dişində P dişi olan taxikardiya


Ədəbiyyat: V.N. Orlov “Elektrokardiqrafiya üzrə rəhbərlik” 2004
1249) Hansı preparat I "A" antiaritmik sinfinə aiddir?

A) Lidokain, etmozin

B) Difenin, diltiazem

C) Kordaron, verapamil

D) Xinidin, novokainamid

E) Trimekain, nadolol


Ədəbiyyat: V.N. Şestakov “Ürək aritmiyalarının diaqnostika və müalicəsi” 1999
1250) 1”B”antiaritmik dərmanlara sinfinə aid olan hansıdır?

A) Propafenon, obzidan

B) Ritmilen, etasizin

C) Lidokain, trimekain

D) Verapamil, aymalin

E) Kordaron, diltiazem


Ədəbiyyat: V.N. Şestakov “Ürək aritmiyalarının diaqnostika və müalicəsi” 1999
1251) II sinif antiaritmik preparatlar hansıdır?

A) Diltiazem, difenin

B) Lidokain, aymalin

C) Propanolol, nadolol

D) Kordaron, novokainamid

E) Etasizin, verapamil


Ədəbiyyat: V.N. Şestakov “Ürək aritmiyalarının diaqnostika və müalicəsi” 1999
1252) III sinif antiaritmik preparatlara hansılar aiddir ?

A) Lidokain, diltiazem

B) Ritmilen, propafenon

C) Amiodaron, bretiliy tozilat

D) Timolol, allapinin

E) Obzidan, trimekain


Ədəbiyyat: V.N. Şestakov “Ürək aritmiyalarının diaqnostika və müalicəsi” 1999.
1253) IV sinif antiaritmik preparatlara hansılar aiddır?

A) Trimekain, sotalol

B) Timolol, aymalin

C) Novokainamid, lidokain

D) Kordaron, anaprilin

E) Verapamil, diltiazem


Ədəbiyyat: V.N. Şestakov “Ürək aritmiyalarının diaqnostika və müalicəsi” 1999.
1254) Polimorf mədəcik taxikardiyasının aradan qaldırılması üçün preparat seçimi hansıdır?

A) Adenozin, verapamil

B) β-blokatorlar

C) Sotalol

D) Ürək qlikozidləri

E) Maqnezium sulfat, lidokain


Ədəbiyyat: V.N. Şestakov “Ürək aritmiyalarının diaqnostika və müalicəsi” 1999.
1255) Resiprok AV düyün taxikardiyasının aradan qaldırılması üçün preparat seçimi hansıdır?

A) Maqneziy sulfat

B) Lidokain

C) Xinidin

D) Etasizin

E) Adenozin (ATF), verapamil


Ədəbiyyat: V.N. Şestakov “Ürək aritmiyalarının diaqnostika və müalicəsi” 1999
1256) Hansı antiaritmik preparatl QT intervalının davamiyyətini azaldır?

A) Kordaron

B) Novokainamid

C) Sotalol

D) Dizopiramid

E) Atenolol


Ədəbiyyat: V.N. Şestakov “Ürək aritmiyalarının diaqnostika və müalicəsi” 1999.
Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə